90
IX. Neft-qaz ixtisas fənlərinin mahiyyəti haqqında qısa məlumat
3. Geoloji-geofiziki, mühəndis-geoloji və naviqasiya-geodeziya
işlərinin aparılmasında kompleks texniki vəsaitin yaradılması və
tətbiqi;
4. Su təbəqəsinin qalınlığı 300 m-ə
qədər olan qitə şelfində
quyuların qazılması və istismarı üçün texniki vəsaitin yaradılması;
5. Dəniz yataqlarındakı neft və qaz mədənləri üçün kompleks
yerüstü avadanlığın yaradılması;
6. Nəqliyyat, quraşdırma, sualtı işlər və s. üçün kompleks texni-
ki vəsaitin yaradılması və tətbiqi.
Neftlilik və qazlılıq cəhətdən perspektiv strukturların aşkar
edilməsində dəniz seysmik kəşfiyyatının imkanları daha genişdir.
Bu məqsədlə təyyarə vasitəsilə aparılan aerofotoqrafiya kəşfiyyat
üsulu, suyun tərkibində karbohidrogen qazlarının və onları
müşayiət edən başqa komponentlərin və s. təhlilinə əsaslanan
geokimyəvi və s. üsullardan istifadə olunur.
Səmərəli kəşfiyyat üsullarının kompleks şəkildə tətbiqi axtarış-
kəşfiyyat işlərini sürətləndirir və eyni zamanda əsaslı xərclərin tez
bir zamanda ödənilməsini və səmərəliliyin artmasını təmin edir.
Geofiziki tədqiqat üsullarından səmərəli
istifadə etdikdə böyük
vəsait tələb edən axtarış-kəşfiyyat quyularının sayının azalmasına
və yataqların daha tez istifadəyə verilməsinə şərait yaranır. Bunlar
dəniz şəraitində, xüsusilə kəskin iqlimli Arktika sahələrində daha
böyük əhəmiyyət kəsb edir.
Dəniz şəraitində aparılan tədqiqat, axtarış, kəşfiyyat və s. işlər
quruda olduğundan çox baha başa gəldiyi üçün tətbiq olunan üsul
və vasitələr keyfiyyətcə etibarlı, kəmiyyətcə məhdud olmalıdır.
Qarşıya qoyulmuş böyük vəzifələrin yerinə yetirilməsi və 200
m su qatı olan sahələrdə müasir qazma qurğularının yaradılması,
dənizdə mühəndis geoloji tədqiqat imkanlarının genişləndirilməsi,
müasir avadanlıq və alətlər kompleksi, geofiziki tədqiqat üsulları
və s. yaradılmalıdır.
Müasir dövrdə dənizdə neft və qaz hasilatının texnolo-
ji proseslərinin təkmilləşdirilməsinin əsasən iki istiqamətdə
aparılması nəzərdə tutulur:
1. Suüstü stasionar platformalar üçün bloklu kompleks avtomat-
laşdırılmış texnoloji qurğuların yaradılması;
2. Dənizdə neft və qazın çıxarılması üçün sualtı avadanlıqlar sis-
teminin yaradılması.
Quyuların sualtı istismarı dəniz neft və qaz yataqlarının
işlənilməsi müddəti və xərclərinin azalmasına imkan yaradır.
Məsələn, Arqayl yatağının işlənilməsində sualtı istismar sistemi-
nin tətbiqi bu avadanlıqların bahalığına baxmayaraq 114 yatağın
mənimsənilməsini layihədə nəzərdə tutulduğuna nisbətən iki dəfə
tez və iki dəfə az xərclə təmin etmişdir.
Bu üsulun əsas üstünlüyü daha dərin sularda (900 m-ə qədər)
neft və qaz yataqlarının istismarına imkan verməsidir.
91
IX. Neft-qaz ixtisas fənlərinin mahiyyəti haqqında qısa məlumat
Sualtı avadanlıqlar neft və qaz yataqlarının işlənilməsində tətbiq
olunan bütün texnoloji proseslərin qazma
işlərindən tutmuş neft
və qazın yer səthinə nəql olunmasına qədər olan mərhələləri əhatə
etməlidir.
Bu işlərin icrası üçün sualtı şəraitdə işləyə bilən xüsusi işçi-
mütəxəssislər hazırlanmalıdır. Belə sualtı mürəkkəb şəraitdə
fiziki cəhətdən sağlam və hazırlıqlı akvanavtlar tələb olunacaqdır.
(«Akva» yunan dilində – su, «Nautes» – üzən deməkdir).
Neft və qaz yataqlarının sualtı istismarı mürəkkəb və az
öyrənilmiş olduğundan gələcəkdə
onun geniş tətbiqi şübhəsiz
qarşıya yeni problemlər qoyacaqdır. Bu problemləri həll etmək
üçün ilk növbədə yüksək ixtisaslı kadrların hazırlanması, mürəkkəb
texnoloji prosesləri yüksək səviyyədə idarə etməyə imkan verən
avtomatik sistemlərin yaradılması zəruridir.
Dostları ilə paylaş: