İXTİsasa giRİŞ


Kompressor üsulu ilə neft çıxarılması



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə42/66
tarix09.05.2023
ölçüsü0,91 Mb.
#110327
növüDərslik
1   ...   38   39   40   41   42   43   44   45   ...   66
Mirzacanzade Ixtisasa girish

Kompressor üsulu ilə neft çıxarılması. Quyu fontan vurduqdan 
müəyyən vaxt sonra neft layındakı təzyiq aşağı düşür və təbii qaz 
və ya lay sularının basqısı daha nefti yer üzərinə qaldıra bilmir. 
Beləliklə, quyunun fontan vurması kəsilir. Lakin fontan vurma 
dövründən sonra quyuda neftin səviyyəsi yüksək olur. Fontan 
dövrünə quyunun gənclik dövrü kimi baxılsa, fontandan sonrakı 
dövrə quyunun yetişmiş dövrü kimi baxmaq olar. Bu dövrə neft 
quyusunun ən əlverişli istismar üsulu kompressor üsuludur. Kom-
pressor üsulu ilə neft çıxarmaq üçün quyuya iki sıra boru kəməri 
salınır. Böyük diametrli boru kəməri təqribən quyunun dibinədək 
buraxılır. Bunun içərisindən isə kiçik diametrli boru kəməri 
buraxılır. Bu boru kəməri birinci boru kəmərinə nisbətən yuxarıda 
dayanır. Əvvəlcə hər iki boru kəmərində neftin səviyyəsi eyni 
olur. Kompressor qurğusundan borular vasitəsilə yüksək təzyiq 
altında sıxılmış hava və ya neft qazı boruya vurulur. Bu zaman 
sıxılmış hava bu iki boru kəməri arasındakı halqavarı fəzada olan 
nefti aşağı basacaq və neft qaldırıcı adlanan kiçik diametrli boru 
kəməri ilə yuxarı qalxacaqdır. Nəhayət sıxılmış hava qaldırıcı bo-
runun axırına çatdıqda qabarcıqlar şəklində qaldırıcı borulara dax-
il olacaqdır. Bu qabarcıqlar neftlə qarışaraq qaldırıcı borulardakı 
neft sütununu yüngülləşdirəcək və bu sütun yüngülləşdikcə 
onun hündürlüyü artacaqdır. Neftdən və hava qabarcıqlarından 
ibarət olan bu sütun nəhayət quyunun ağzına çataraq quyudan 
kənara çıxacaq və borular vasitəsilə traplara, oradan da anbarlara 
gedəcəkdir. Buna iki sıralı qaldırıcı deyirlər. 
Bəzən iki sıra boru kəməri əvəzinə quyuya ancaq bir sıra boru 
kəməri salınır. Sıxılmış hava quyuya həmin bir sıra qaldırıcı boru-
larla istismar kəməri arasındakı əmələ gələn halqavarı fəzadan vu-
rulur. Buna bir sıralı qaldırıcı deyirlər. 
Nefti sıxılmış hava ilə çıxarmağa erlift, sıxılmış qaz ilə çıxarmağa 
isə qazlift adı verilir. 
Neftin kompressor üsulu ilə çıxarılması Sovet İttifaqında geniş 
yayılmışdır. 


79
IX. Neft-qaz ixtisas fənlərinin mahiyyəti haqqında qısa məlumat 

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin