İXTİsasa giRİŞ



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə36/66
tarix09.05.2023
ölçüsü0,91 Mb.
#110327
növüDərslik
1   ...   32   33   34   35   36   37   38   39   ...   66
Mirzacanzade Ixtisasa girish

3. Neftin əmələ gəlməsi
Neft nədən əmələ gəlmişdir? 
Bu suala alimlər çoxdandır ki, bir cavab axtarırlar. Lakin neftin 
nədən əmələ gəlməsi məsələsi hələlik indiyədək tamam həll olu-
nub qurtarmamışdır. 
Neftin necə və nədən əmələ gəlməsi haqqında onlarca nəzəriyyə 
mövcuddur. Bəzi alimlər sübut etməyə çalışırdılar ki, neft vul-
kan püskürməsi zaman əmələ gəlir. Digər alimlər isə neftin daş 
kömürdən əmələ gəlməsi nəzəriyyəsini irəli sürmüşlər. 
Son zamanlarda Sovet alimlərinin gərgin və səmərəli əməyi 
sayəsində neftin necə və nədən əmələ gəlməsi məsələsi müəyyən 
dərəcədə aydınlaşdırılmışdır. Alimlərimiz müəyyən etmişlər ki


71
IX. Neft-qaz ixtisas fənlərinin mahiyyəti haqqında qısa məlumat 
daş kömür və torf kimi neft də üzvi maddələrdən törəmişdir. 
Neft çox da dərin olmayan dəniz körfəzlərinin dibində əmələ 
gəlmişdir. Dəniz körfəzlərinin sularında saysız-hesabsız miqdarda 
gözə görünməyən, olduqca kiçik və indiki infuzor, amyöb, moly-
uska və mikroskopik yosunlar kimi canlı orqanizmlər yaşayırmış. 
Bu bəsit orqanizmlər plankton adlanır. Gözlə görünməyən bu 
canlılar yaşayır, artır və ölürdü. Onların qalıqları körfəzlərin 
dibində yatırdı. Çox ehtimal bunlara dəniz yosunları, balıq və 
dəniz heyvanlarının da qalıqları qarışırdı. Çayların çoxlu miqd-
arda gətirdikləri lil və qumla birlikdə körfəzlərin dibində ölmüş 
plankton kütləsi yatırmış. 
Milyon illər ərzində həmin canlıların qalıqlarından qalın laylar 
əmələ gəlmişdir. Bu laylar çürümüş, parçalanıb dağılmış və son-
ralar əmələ gələn layların təzyiqi və yüksək temperaturun təsirilə 
tədricən nefti əmələ gətirən karbohidrogenlərə çevrilmişdir. 
Neftin üzvü mənşə nəzəriyyəsini təcrübə də təsdiq edir. 
Doğrudan da, neft yataqlarına qədim dənizlərin körfəzlərində 
təsadüf olunur. 
Hazırda geoloqlar nefti indi yox olmuş qədim dənizlərin 
sahillərində, körfəzlərində axtarırlar, çünki belə yerlərdə neft 
yataqlarına daha tez-tez rast gəlinir. 

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin