70
IX. Neft-qaz ixtisas fənlərinin mahiyyəti haqqında qısa məlumat
Çökmə süxurlar isə əsasən maqmatik süxurlardan əmələ
gəlmişdir. Külək, su və yağışın təsiri, temperaturun müntəzəm
olaraq dəyişməsi nəticəsində maqmatik süxurlar xırda hissələrə
dağılmışdır. Bu hissələr çaylar vasitəsilə göllərə, dənizlərə və
okeanlara daşınmış və orada suyun dibinə çökərək laylar əmələ
gətirmişdir. Çaylar dəniz və okeanlara təsəvvür olunmayacaq
miqdarda qum və lil gətirir. Məsələn, Amu-Dərya çayı Aral gölünə
ildə 600 milyon ton lil gətirir. Yerin belə qatlarına çay kənarlarında
və dağlarında təsadüf olunur. Neft əksəriyyətlə, həmin bu çökmə
süxurlarında yatır, odur ki, neftçiləri ən çox maraqlandıran da
çökmə süxurlarıdır. Çökmə süxurlarının layları yer qabığının
vəziyyətinin dəyişməsi nəticəsində sıxılır, qırışır və büküklər
əmələ gətirir. Bəzi layların büküyü yuxarıya tərəf qabarır, belə
bürkuyə
antiklinal qırışıq deyilir. Qabarığı aşağıya çevrilən tabaq
kimi büküyə isə
sinklinal qırışıq deyilir.
Neft bu iki növ qırışıqdan hansında toplanır?
Geoloqlar sübut etmişlər ki, əksər hallarda neft antiklinal
qırışıqlarda yatır. Neft suya nisbətən yüngül olduğundan antikli-
nal qırışığın yuxarı hissəsinə yığılır, neftin altında isə çox vaxt su
olur. Qırışığın təpəsinə isə bəzən böyük təzyiq altında olan neft qazı
yığılır. Bir qayda olaraq neft layının altında və üstündə özündən su
və nefti buraxmayan gil təbəqələri olur. Lakin neftin yerin altında
bir göl kimi yığılmasını düşünmək tamamilə səhv olardı. Yerin
altındakı neft adətən, qum və qum daşlarına hopmuş halda olur.
Qum və qum daşları kövrək (məsaməli) dağ süxurlarıdır, yəni
onların içində çoxlu miqdarda boşluqlar vardır. Neft də həmin
boşluqlara yığılır. Əgər quru qumun üstünə su töksək, su qumun
hissələri arasındakı boşluqlara dolacaqdır. Bu qayda ilə bir stəkan
quru quma təqribən yarım stəkan su tökmək olar. Neft laylarında
boşluqların həcmi çox böyükdür. Məsələn, qalınlığı beş metr və
sahəsi bir kvadrat kilometr olan neft layına bir milyon tonadək neft
yığıla bilər.
Dostları ilə paylaş: