İXTİsasa giRİŞ


IX. NEFT-QAZ İXTİSAS FƏNLƏRİNİN MAHİYYƏTİ HAQ-



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə33/66
tarix09.05.2023
ölçüsü0,91 Mb.
#110327
növüDərslik
1   ...   29   30   31   32   33   34   35   36   ...   66
Mirzacanzade Ixtisasa girish

IX. NEFT-QAZ İXTİSAS FƏNLƏRİNİN MAHİYYƏTİ HAQ-
QINDA QISA MƏLUMAT 
Bəşəriyyət neftlə çox qədim zamanlardan tanışdır. Tarix göstərir 
ki, təxminən 2200 il bundan əvvəl Xəzər dənizinin cənub-qərb 
sahillərində neft çıxarılmış və işıq yağı kimi işlədilirmiş. 
Neftə ilk adı midiyalılar vermişlər. Onlar yerdən çıxan bu qara 
yanan maddəni «nafota» yəni «sızan» adlandırmışlar. 
Çox qədim ölkə olan Azərbaycan bütün dünyada neft sənayesinin 
doğma yurdu və uzun müddət vahid neft sənaye mərkəzi olmuş, 
kapitalizmin inkişafı ilə əlaqədar olaraq XIX əsrin ikinci yarısında 
geniş inkişaf yoluna çıxmışdır. 
V.İ. Lenin o vaxtlar Bakıda kapitalist sənayesinin inkişafından 
bəhs edərək yazmışdı: 
«Neft hasilatı 60-cı illərdə 1 milyon pud da olmadığı (1865-ci 
ildə 557 min pud) halda, 1870-ci ildə 1.7 milyon pud, 1875-ci ildə 
5.2 milyon pud, 1880-ci ildə 21.5 milyon pud, 1885-ci ildə 116 mi-
lyon pud, 1890-cı ildə 242.9 milyon pud, 1895-ci ildə 384.0 milyon 
pud və 1902-ci ildə 637.7 milyon pud olmuşdur. Neftin demək olar 
hamısı Bakı quberniyasında hasil edilir. Buna görə də Bakı şəhəri 
əhəmiyyətsiz bir şəhər ikən dönüb Rusiyada 112 min əhalisi olan 
birinci dərəcəli sənaye mərkəzi olmuşdur».
Hələ çox qədim zamanlardan Bakı ərazisində neft çıxarılması, 
tuluqlarda gəmilər vasitəsilə və dəvələr üstündə uzaq ölkələrə işıq 
yağı və müalicə vasitəsi kimi göndərilməsi məlumdur. 
XVII əsrin axırlarında Bakı neft mədənlərində gündə 3500 
kiloqramadək neft çıxarılırdı. O zamanlar yer səthinə neft ancaq 
Bakıda çıxarıldığından, bu bütün dünyada istehsal olunan yeganə 
neft idi. 
Bəşəriyyət neft qazı ilə də çox qədimdən tanışdır. Məsələn, 
Suraxanıda 1400 il bundan əvvəl atəşpərəstlər tərəfindən qurulmuş 
məbəddə kahinlər yerdən çıxan neft qazını yandırmaqla daimi od 
saxlayırdılar. Bu məbədlərin biri indiyədək Suraxanıda bir tarixi 
abidə kimi saxlanılır. 
İnsanlar neftlə çox qədim zamanlardan tanış olmalarına bax-
mayaraq əsrlər boyu nefti yer üzərinə çıxarıldığı kimi işlətmişlər. 
Neftdən ağ neftin alınması 18-ci əsrin əvvəllərinə təsadüf edir. Nef-
tin yüngül və şəffaf hissəyə ağ neftə ayrılması prosesinin dünya-
da ilk dəfə olaraq Bakıda aparılması tarixdə qeyd edilir. Bu haqda 
Bakı və Abşeronu gəzmiş səyyahların qeydləri vardır. Məsələn, 


68
IX. Neft-qaz ixtisas fənlərinin mahiyyəti haqqında qısa məlumat 
1733-cü ildə Bakıya gəlmiş və Xəzər dənizi ilə səyahət etmiş akade-
mik Lerxe öz yol qeydlərində belə yazır: 
«Bakı yaxınlığındakı Balaxanıda əlli iki quyu var idi. Bunlardan 
neft çıxarılırdı. Neft tez yanmır, o tünd boz rəngdədir. Bu nefti 
distillə etdikdə o açıq-sarı rəng alır. Ağ neft bir qədər tutqundur, 
lakin onu distillə etdikdə spirt kimi şəffaf olur və çox tez alışıb 
yanır. 
Buradan aydın görünür ki, Bakıda neft, 1733-cü ildən daha əvvəl 
distillə edilirmiş, yəni ilk emal olunurmuş. Deməli tarixi material-
lara görə neftin ilk emalının vətəni Azərbaycandır. 
Sovet İttifaqı güclü neft və qaz sənayesinə malikdir. Hazırda 
sənaye əhəmiyyətli neft və qaz yataqları SSRİ-də çox geniş ərazidə 
Şimal buzlu okeanından Orta Asiya düzənliklərinə, Karpat dağları 
ətəklərindən Şərqi Sibirə qədər geniş ərazidə aşkar olunmuşdur. 
Yeni açılan yataqlar və onların istismara verilməsi ölkəmizdə çox 
böyük sürətlə davam edir. Hazırda ölkəmizdə 610 milyon ton neft 
və qaz kondensatı istehsal olunur və 11-ci beşilliyin sonunda neft 
və qaz hasilatının uyğun olaraq 620–640 milyon tona və 640 mil-
yard kub metrə çatdırılacağı nəzərdə tutulmuşdur. Hazırda neft 
istehsalında ölkəmiz dünyada birinci yer tutur, neftlə zəngin ABŞ 
və başqa ölkələri geridə qoymuşdur. 
İndi bir neçə söz neftin və qazın əhəmiyyətindən qeyd edək. 

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin