İXTİsasa giRİŞ



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə27/66
tarix09.05.2023
ölçüsü0,91 Mb.
#110327
növüDərslik
1   ...   23   24   25   26   27   28   29   30   ...   66
Mirzacanzade Ixtisasa girish

V. Qərarı necə qəbul etməli
təsadüf etmək olur ki, verdiyi sözü yerinə yetirmir, yaxud 
xatirindən çıxarır. Bu hal tələbəyə çox mənfi təsir göstərir və onun 
gələcək fəaliyyətində düzgün tərbiyə olmamasına səbəb ola bilər. 
Xinçin belə hesab edirdi ki, müəllim hər şeydən əvvəl özünə 
çox tələbkar olmalıdır. Onun dərsə hazırlıqsız gəlməyə, tələbələrə 
yarımçıq bilik verməyə haqqı yoxdur. 
Tələbə bilməlidir ki, riyaziyyat üsulları nəzəriyyəsi və anlayışları 
alimlərin istəklərinin bəhrəsi olmayıb, həyatın, təcrübənin 
tələbatından yaranmış cəmiyyətin inkişafı üçün lazımdır. 
Tədris işinin təkmilləşdirilməsi və gələcək mütəxəssislərin 
tərbiyə işi ümumxalq əhəmiyyətli tədbirlərdəndir. 
Hər bir tələbədə biliklərə formal yanaşmamaq, öyrəndiyi 
bilikləri tətbiq etmək bacarığı aşılamaq zəruri bir işdir. 
Riyazi və başqa biliklərdə formalizm çox ağır xəstəlik olmasına 
baxmayaraq, təəssüflə qeyd etmək lazımdır ki, hələ də çox yayılmış 
xəstəliklərdəndir. 
Hər hansı bir fəndə başlanmış formalizm ağır bir yük kimi 
gələcək mütəxəssisin fəaliyyətində öz təsirini göstərir. Keçilən 
dərsi dərin və yaradıcı mənimsəmək, onun tətbiqi sahələrini özünə 
aydın etmək, bilik imkanlarını daim genişləndirməklə bu xəstəliklə 
fəal mübarizə etmək olar. 
Formalizmin aradan qaldırılması istedad və yaradıcılıq 
başlanğıcının əsas şərtidir. Bu sahədə riyaziyyatın imkanları daha 
genişdir. Tələbə yenilik axtarışında sərbəst dərk etmənin onun özü 
və cəmiyyət üçün çox qiymətli olduğunu nə qədər tez başa düşərsə, 
bir o qədər onun inkişafı düzgün gedir. Bunun üçün sistematik, 
gərgin əmək tələb olunur. Bu işdə tərbiyəçi müəllimin rolu böyük-
dür. 
Təbiətşünas tədqiqatçı bir neçə obyektdə hər hansı bir xassə, yax-
ud əlamət kəşf etdikdə tam elmi vicdanla həmin xassəni bütün bir 
növə, yaxud qrupa aid elan edə bilər. Bu induktiv nəticə üçün onu 
heç kim təqsirləndirməz. Ancaq riyaziyyatda belə ümumiləşdirmə 
bağışlanılmaz təhrifdir. Tam isbat olmadıqda belə bir qərar qəbul 
edilə bilməz. 
Hər bir qanunauyğun ümumiləşmənin diqqətlə tənqidi 
yoxlanması, uyğun riyazi üsulların tətbiqi mütəxəssisdə metodolo-
ji yoxlama vərdişləri yaradır, onun həyat və elmi fəaliyyətində 
zəruri xarakterin möhkəm yer tutmasında böyük tərbiyəvi işdir. 
Həyati çətinliklərin meydana çıxdığı halda mübahisə edən 
tərəflər, adətən, məsələnin öz xeyrinə həll olunması üçün müxtəlif 
dərəcədə məharətlə daha əsaslı dəlillər axtarırlar. 
Mübahisə edənlər dövrdən, mühitdən və məzmundan asılı olaraq 
məsələnin həllində daha yüksək mövqeyə, qanuna, müqəddəs ki-
taba, əxlaqi müddəalara, hüquq qanunlarına və s. müraciət edərək 
köməkçi axtarırlar. 
Belə xüsusiyyətlərə elmi mübahisələrdə də rast gəlmək olur. Bir 


57
V. Qərarı necə qəbul etməli
alimin aldığı tədqiqat nəticələri və müddəaları onun tərəfindən 
nə qədər böyük inamla müdafiə olunursa, əks mövqedə duran 
alim də bir o qədər qətiyyətlə həmin müddəaları əsaslı olaraq 
rədd etməyə cəhd göstərir. Mübahisə aparan tərəflərin hər ikisi öz 
mövqelərini daha da möhkəmləndirməyə səy göstərir və nəticədə 
bəzən şəxsi təhqirə keçirlər ki, bu da incikliyə gətirib çıxarır. 
Sözsüz təmkinli elmi mübahisə həqiqətin meydana çıxmasında 
çox qiymətli vasitədir və əgər səhv olan tərəf özündə mərdlik və 
sədaqət qüvvəsi taparsa onda mübahisə ədalətlə həll oluna bilər. 
Ancaq riyaziyyat elmi belə mübahisədən azaddır. Riyaziyy-
atda heç bir fərziyyə, təklif yoxdur ki, onun dəqiqliyi mübahisə 
doğursun. Təklif, sübut olunmamış elm xəzinəsinə daxil edilmir. 
Əgər sübut edilmişsə, onda şübhə doğurmur. 
Riyaziyyatda belə bir mübahisəyə ancaq ağılsız, fırıldaqçı, 
kəmsavad yol verə bilər. 
Ancaq riyaziyyatın fəlsəfi məsələlərində, yaxud axtarışlarında 
olan mübahisə xeyirlidir. 
Buna görə də hər bir riyaziyyatçı hələ gənc yaşlarından bilir ki, 
riyaziyyat elmində seçdiyi həllin xeyrinə yersiz apardığı mübahisə 
cəhdləri müvəffəqiyyətsizliyə düçar olacaq və özünü bu ruhda 
tərbiyələndirir. 
Riyaziyyatçı-mütəxəssis bilir ki, məsələnin həllində düzgün, 
obyektiv, mənasız şübhə olmadan görülən əməliyyat işin xeyrinədir. 
Bu xüsusiyyət riyaziyyatı sevən öz praktik və elmi fəaliyyətində 
tətbiq edən mühəndisdən obyektivlik və düzgünlük yolunda öz 
şəxsi mənafeyini heç bir məcburiyyət olmadan fəda etməyə hazır 
olmaq, vətənpərvərlik xarakteri yaradır. 


58
VI. Zehni əməyin gigiyenası haqqında

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin