Direktorun el kitabi A5 21 04 2021. indd



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə59/66
tarix11.05.2023
ölçüsü1,4 Mb.
#111329
1   ...   55   56   57   58   59   60   61   62   ...   66
Direktorun el kitabi A5 21 04 2021

5. Daxili Mühitin Təhlili. Bu, müəssisənin 
obyektiv şəkildə qiymətləndirilməsi, daha dəqiq 
desək, «real vəziyyətin yoxlanılması»dır.


209
6. Primefact Yoxlama Siyahısı. Bu yoxlama 
siyahısı müəssisənin 9 aspektini nəzərdən ke-
çirməklə, daxili mühitin sistematik təh lilini hə-
ya ta keçirməyə kömək edir: İn sanlar, nüfuz, əqli 
mül kiyyət, bazar haqqında mə lumat, ideallar
ma liyyə, çeviklik, həmkarlar və istedadlar.
7. Güclü və Zəif Tərəflər. Daxili mühitin təhlili 
təşkilatın güclü və zəif tərəflərinin müəyyən 
olunması ilə nəticələnir. Onları rəqiblər ilə əlaqə-
dar olaraq qiymətləndirmək daha səmərəlidir – 
rəqabət üstünlüyünə nəzər salın.
8. Güclü və Zəif Tərəflərdən fərqli Xüsu siy-
yətlər. Daxili mühitin təhlili zamanı yalnızca 
“faktlar” və ya “xüsusiyyətlər”in müəy yən ləş di ril-
məsi təşkilatın müxtəlif elementlərinin “güclü” 
və “zəif” tərəflər olduğu barədə dərhal qərar 
ver məklə müqayisədə daha faydalıdır. Çünki 
xüsusiyyət (məsələn, beynəlxalq, kiçik ölçülü, 
güclü maliyyə imkanına malik) bir kontekstdə 
güclü, digərində isə zəif tərəf qismində çıxış edə 
bilər. Bu halda başlıca məqsəd təşkilatın xüsusi-
yyətlərinin güclü tərəflərə çevrildiyi bazarları və 
vəziyyətləri tapmaqdır.
9. Xarici Mühitin Təhlili. Hazırkı təhlil təşki-
latın fəaliyyət göstərdiyi dəyişən dünyanın ob-
yektiv və hərtərəfli şəkildə qiymətləndirilməsini 
nəzərdə tutur. Xarici mühit dedikdə, təşkilatın 
nəzarətindən kənarda qalan qüvvələr və dəyi-
şikliklər nəzərdə tutulur.


210
10. SİST (PEST) Təhlili. Bu akronim xarici 
mü hitin təhlili aparılan zaman 4 istiqamətin 
nə zərdən keçirildiyini göstərir. Siyasi, iqtisadi, 
so sial və texnoloji tendensiyalar və qüvvələr qiy-
mət ləndirilməlidir.

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin