Direktorun el kitabi A5 21 04 2021. indd


Hədəflərin yazılmasında bu şərtlər gözlənməlidir



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə65/66
tarix11.05.2023
ölçüsü1,4 Mb.
#111329
1   ...   58   59   60   61   62   63   64   65   66
Direktorun el kitabi A5 21 04 2021

Hədəflərin yazılmasında bu şərtlər gözlənməlidir:
Spesifik
Konkret
Vacib
Ölçülə bilən
Reallaşa bilən
Zaman ilə məhdudlaşdırılmış
Hədəflər əsas götürülərək məktəb və məktəbdəki fərdlər 
üçün göstəricilərə olan tələblər hazırlana bilər. Müəssisə 
üçün göstəricilərə olan tələblər aşağıdakı kimi yazıla bilər:
• Input - yəni daxil olan resursun azaldılması
• Output - yəni sonda əldə olunan dəyər, xidmət, məh-
sul və nəticənin daha çox ya da keyfiyyətli olması
• Nəticənin faiz olaraq artması və ya yaxşılaşması
• Səmərəlilik, məhsuldarlıq
• Keyfiyyət
Strateji planlaşdırmanın aparılmasında sonrakı mərhələ 
fəaliyyətlərin yazılmasıdır. Bu mərhələdə büdcəsi tər-
tib olu na bilən, idarə edilə bilən işlər yazmalıdır. Hər bir 
fəaliyyət bir hədəfə istiqamətlənmiş olmalıdır. Hədəfə 
aparmayan fəaliyyətlərə yer verilməməlidir. Fəaliyyətlər 
bütövlükdə bir layihə halına gətirilə bilər. Fəaliyyətlərə 
təlimlər, ekskursiyalar, seminarlar, vebinarlar, valideyn 
iclasları, təmir, mükafatlandırma nümunə ola bilər. La-
yihə isə, məsələn, saytın yaradılması, smart lövhə layihə-


223
si, kitab yığımı kampaniyası kimi kompleks işlər ola bilər. 
Fəaliyyətlər yazıldıqdan sonra lazım olacaq resurslar nəzərə 
alınmalı və hər birinin maddi dəyəri müəyyən edilərək 
ümumi smeta hazırlanmalıdır. Beləliklə, məktəbin strateji 
məqsədə çatmağı üçün illik nə qədər maliyyəyə ehtiyacı 
olduğu müəyyən ediləcək. Strategiya hazır olduqdan son-
ra dəyərləndirilmə aparılmalı, ehtimal olunan maneələr 
və alternativ yollar nəzərə alınmalıdır. Strategiyanı həyata 
keçirərkən üzə çıxa biləcək problemləri və fürsətləri düşün-
mək və lazımi tədbirləri görmək üçün müəssisədə strateji 
planlaşdırma komandası SWOT analizi etməlidir. Yəni 
S - güclü (strengths) yönləri, W- zəif (weaknesses) yön-
ləri, O - fürsətləri (opportunities), T- təhdidləri (threats) 
qiymətləndirmək üçün analiz aparılmalıdır. 

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin