vahidlərin cəmidir. Müşahidə aparılacaq statistik vahidlər insanlar, ev təsərrüfatları, fermer
təsərrüfatları, məktəblər və digər vahidlər ola bilər.
Statistik tədqiqatın aparılması mərhələləri qarşılıqlı, əlaqəli şəkildə aşağıdakı
sxemdə
verilmişdir [5]:
Müşahidənin məqsədi
Müşahidə obyektlərinin təyin
edilməsi (baş məcmunun
formalaşdırılması)
Seçmə alətlərinin hazırlanması
Alətlərin probleminin həlli;
Stratifikasiya
dəyişənlərinin
yaradılması
Seçmə planının hazırlanması
Açıq stratifikasiya;
Seçmə həcminin təyin edilməsi;
Seçmənin lazımi sahələr üzrə
paylanması;
Gizli stratifikasiya.
İlkin seçmə vahidlərinin seçilməsi
Seçmə vahidlərinin siyahısının
tərtib
edilməsi
Ev təsərrüfatlarının və ya ayrı-ayrı
vahidlərin seçilməsi
Məlumatların toplanması
Məlumatların işlənməsi
Seçmə çəkilərinin hazırlanması;
Stratalar və ilkin seçmə vahidləri üçün
dispersiyanın hazırlanması;
Məlumat fayllarının hazırlanması;
Təhlil üçün proqram təminatının
seçilməsi.
Tədqiqatın sənədləşdirilməsi
Aparılmış müşahidə üzrə hesabatın tərtib
edilməsi
Məlumatların
daxil edilməsi;
Məlumatların redaktə edilməsi;
Kodların hazırlanması və
məlumatların kodlaşdırılması.
Məlumatların təhlili
Qiymətləndirmə və
dispersiyanın
qiymətləndirilməsi
Seçmə planının qiymətləndirilməsi
Məlumatların yayılması
Ümumi istifadə üçün
faylın hazırlanması
Məlumatların toplanması rejiminin
təyin edilməsi
Sorğu anketinin tərtib edilməsi
Əvvəlcədən eksperimental (pilot)
müşahidənin aparılması
Qeydiyyatçıların işə qəbulu və
hazırlanması
Keyfiyyətə nəzarət
Müşahidə vahidləri birbaşa baş məcmunun elementlərindən seçildiyi üçün seçmə vahidi
məqsədi nəzərə alaraq, dəqiq və ehtimalla seçilməlidir. Seçmə
müşahidəsi layihəsinin əsas
mərhələlərindən biri baş məcmunun müşahidə edilən hissəsinin (seçmə məcmusunun) necə
formalaşması ilə bağlıdır. Burada əsas fərq seçmədə ehtimal mexanizmindən istifadə
edilib-edilməməsini fərqləndirməkdən ibarətdir.
Ehtimallı seçmədə hər bir elementin seçməyə düşmək və ya düşməmək ehtimalı vardır ki,
bu zaman hər bir elementin seçilməsi eyni ehtimallı olur və subyektivlik, qərəzçilik aradan
götürülür.
Ehtimalsız seçmədə elementin baş məcmuya görə “reprezentativliyinin”
təmin edilməsi
əsas götürülür. Belə seçmədə elementlərin müəyyən xüsusiyyətləri və ya mütəxəssis tərəfindən
qiymətləndirilməsindən istifadə olunur. Ehtimalsız seçmələrin nöqsanı onların subyektivliyidir.
Bu da onlar üçün ümumi nəzəriyyənin işlənməsini qeyri-mümkün edir.
Seçmə müşahidə iki tip seçmə layihəsi üzrə keçirilə bilər [7]:
1. Birpilləli seçmə layihəsi – burada seçmə üçün bir siyahıdan istifadə olunur. Məsələn:
Ölkədə fəaliyyət göstərən müəllimlərin seçmə müayinəsi üçün ölkənin bütün
müəllimlərinin siyahısı götürülür.
2. Çoxpilləli seçmə layihəsi – burada lazım olan əsas seçmə bir neçə mərhələdən sonra
seçilir və hər bir mərhələdə ayrı-ayrı siyahılardan istifadə olunur. Məsələn:
- ölkənin regionlarının seçilməsi (regionların siyahısı tələb olunur);
- seçilmiş regionlarda bir neçə şəhər seçilir (seçilmiş hər regionda şəhərlərin siyahısı);
- seçilmiş hər bir şəhərdə bir neçə məktəb seçilir (seçilmiş hər şəhərdə mövcud olan
məktəblərin siyahısı);
- seçilmiş məktəblərdə müşahidə üçün bir neçə müəllim seçilir (seçilmiş hər məktəbdə
işləyən müəllimlərin siyahısı tələb olunur).
Dostları ilə paylaş: