- əlaqəlilik;
- tamlıq;
2. Konsepsiyalar:
-
statistik xarakteristikalar;
- statistik parametrlər (orta kəmiyyət, median, standart xəta və s.);
- statistik vahidlər (seçmə vahidi, seçmə əlaməti, təhlil vahidi);
- baş məcmu;
- seçmə məcmu;
- sorğu aparılan dövr;
- tədqiqatın əhatə dairəsi (dərəcəsi);
- təsnifatlar;
3. Ölçmə:
-
seçmə prosesi;
- məlumatların toplanması (metod və metaməlumatlar);
- məlumatların redaktə edilməsi və bərpası;
- uyğunluq
və
qiymətləndirmə
(mövsüm
uyğunluğu,
çəkilərin tapılması,
qiymətləndirmə);
- ölçmənin digər aspektləri.
Təcrübə göstərir ki, statistik registrlər, metaməlumatlar müxtəlif məqsədlər, istifadəçilər
üçün hazırlanır və statistik tədqiqatların əsasını təşkil edir. Onların
daim təkmilləşdirilməsi,
günün tələblərinə uyğunlaşdırılması, aktual vəziyyətdə saxlanması istifadəçilərin tələbidir.
Məlumatlar bazasının, statistik registrin və metaməlumatlar sisteminin yaradılması,
aktuallaşdırılması və tətbiqi üçün statistik məlumatların istehsalı menecmenti məsuliyyət daşıyır.
Statistik tədqiqatlarda rabitə və informasiya texnologiyalarının, mikrokompüterlərin və
internet şəbəkəsinin geniş tətbiqi informasiya sisteminin tipik layihəsinin hazırlanmasını
şərtləndirir. Hazırlanacaq layihələr milli statistika orqanlarında statistik müşahidələrin aparılması
texnologiyasını, metaməlumatlar sistemini (inzibati informasiya sistemi ilə birlikdə) özündə əks
etdirməlidir. Ev təsərrüfatlarının və digər vahidlərin statistik registrləri, metaməlumatlar statistik
tədqiqatların aparılması üçün baza hesab edilir. Buraya əsas konsepsiyalar, metaməlumatlara
giriş,
statistik məlumatlar, statistik informasiya sistemi, statistik məlumatların istehsalçıları və
istifadəçiləri, proqram təminatı, metaməlumatlardan istifadə qaydası, statistik metaməlumatların
mümkün mənbələri, statistika sistemində metaməlumat infrastrukturu daxildir.
Statistik tədqiqatın keyfiyyətinin yüksəldilməsi üçün respondentlərdən məlumatların
toplanması, onların yoxlanması və ilkin məlumatların redaktə edilməsi statistik xidmətin vacib
əməliyyatlarıdır. Çünki yekun məlumatların keyfiyyəti ilkin məlumatların keyfiyyətindən
asılıdır. Mövcud təcrübədə ilkin məlumatların bütün respondentlərdən toplanması və onların
keyfiyyətinin yüksəldilməsi problem olaraq qalır.
Dostları ilə paylaş: