SeçMƏ statiSTİka müŞAHİDƏLƏRİNİn aparilmasinin metodoloji



Yüklə 326,86 Kb.
Pdf görüntüsü
səhifə5/9
tarix13.05.2023
ölçüsü326,86 Kb.
#113056
1   2   3   4   5   6   7   8   9
9. SEÇMƏ STATİSTİKA MÜŞAHİDƏLƏRİNİN APARILMASININ METODOLOJİ ƏSASLARI

Stratalar üzrə seçmə çox vaxt müəssisələrin və ümumiyyətlə, baş məcmunun 
vahidlərinin göstəriciləri arasında olan dispersiyanın (parçalanmanın) yüksək olduğu hallarda 
istifadə olunur. Bu zaman məcmu stratalara bölünür və həmin strataların hər birində ayrıca 
seçmə aparılır. 
Çoxpilləli seçmə bir neçə seçmə üsulundan istifadə ilə keçirilə bilər. Yəni hər təbəqədə
ayrı-ayrı seçmə üsulundan istifadə olunur. Praktikada, əsasən, çoxpilləli seçmə üsulundan 
istifadə olunur. 
Ümumiyyətlə, yuxarıda göstərildiyi kimi, seçmə müayinəyə başlamazdan əvvəl 
müayinənin gözlənilən nəticələri, işçi və maliyyə amillərini nəzərə alaraq, ən əlverişli seçmə 
metodikası və seçməyə düşən obyektlərin sayı müəyyən edilir. Müayinə nəticəsində alınan 
məlumatlardan qiymətləndirmə funksiyaları vasitəsilə ümumi məcmunun dəyişən vahidlərinin 
qiymətləri müəyyən edilir. Bundan əlavə, seçmənin keyfiyyətini müəyyənləşdirən bir sıra 
göstəricilər hesablanır və seçmənin xətası müəyyən edilir.
Seçməyə düşən vahidlərin sayının müəyyənləşdirilməsi. Seçmə müşahidəsinin əsas 
suallarından biri seçilən vahidlərin sayının müəyyən edilməsidir. Seçməyə düşən vahidlərin 
sayına aşağıdakı amillər təsir göstərir: 
1. Məcmunun homogenliyinin (müxtəlifliyinin) dərəcəsi. 
2. Seçilmiş vahidlərdən məlumatların yığılmasının dərəcəsi. Müəssisə və təşkilatların 
müşahidəsinin keçirilməsinə ayrılan ümumi büdcənin seçmənin sayına nisbəti (Dəyər 
Funksiyası adlanır). 
3. Müşahidədə tələb olunan dəqiqliyin dərəcəsi. 
4. Tələb olunan dəqiqliyə nail olmaq ehtimalı. 
5. Müşahidənin keçirilməsi üçün seçilən üsul.
Seçmə müşahidənin daha səmərəli olması üçün bu amillərin ən əlverişli kombinasiyası 
seçilir. 
Seçmənin nəticələrinin işlənməsi və müşahidənin xətaları. Məlumatların redaktəsi 
aşağıdakıları tələb edir: 
- müxtəlif metodlardan istifadə etməklə redaktə prosesi üçün fərdi məlumatlar. Məsələn, 
səhvlərin tapılması üçün nəzarət alqoritmi, müəyyən kateqoriyalı xətaların 
imputasiyası (bərpası) alqoritmi, müəyyən natamam məlumatların şərti hesablanması 
üçün (bərpası) təlimat;
- rəqəm xarakterli məlumatların redaktə edilməsi prosesi haqqında məlumatlar. 
Məsələn, imputasiya funksiyası, redaktə üçün göstəricilərin məhdud qiymətləri və s. 
Bu məlumatlar redaktə prosesinin necə aparılmasını ifadə edir və bütün redaktə 
prosesini müfəssəl ifadə edir.
- xüsusi məlumatlar massivi üzrə tətbiq olunmuş prosesin texnoloji əməliyyatlar üzrə 
xarakteristikasını səciyyələndirən sənədlər. Məlumatların redaktəsi texnologiyasının 
yerinə yetirilməsi üzrə texnoloji sənədlər; 
- statistik məlumatların istehsalı prosesi üzrə ehtiyatların məsrəfi və maya dəyəri 
haqqında məlumatlar. 


Mikroməlumatlardan redaktə prosesi zamanı istifadə edilir, mezo və makroməlumatlar isə 
məlumatların redaktəsindən sonra əldə edilir. Həmin məlumatlardan, eyni zamanda redaktə 
prosesinin təkmilləşdirilməsi, statistik məlumatların keyfiyyəti ilə redaktə prosesi arasındakı 
əlaqənin müəyyənləşdirilməsində istifadə edilir. 
Statistik məhsulların keyfiyyətli olmasını təmin etmək üçün redaktə prosesinin 
göstəricilərinin identifikasiyası iki mərhələni əhatə edir: 
- müşahidənin təsnifləşdirilməsi;
- səhv hesab edilən komponentlərin korrelyasiyası. 
Statistik məlumatların istehsalının avtomatlaşdırılması prosesindən əvvəl məlumatların 
redaktəsi təlimata əsasən yerinə yetirilir. Daha səmərəli metodların tətbiqi kompüter vasitəsi ilə 
mümkündür. Təcrübədə istifadə olunan proqramlarda redaktə prinsipləri bir çox vasitələrlə 
həyata keçirilir. Hazırda müxtəlif metod və vasitələr mövcuddur.
Keyfiyyətin yüksəldilməsi üçün redaktə prosesində məlumatların generasiyası təsvir 
edilir. Lakin keyfiyyətli məlumatların alınması ilə redaktə prosesi arasında sıx əlaqə vardır. 
Redaktənin keyfiyyətə təsirinin öyrənilməsi redaktə olunmuş məlumatların ilkin məlumatlarla 
müqayisəsi yolu ilə aparılır. Başqa sözlə, xətanın öyrənilməsi prosesi redaktə edilməmiş (xam) 
məlumatların redaktə edilmiş (doğru) məlumatlarla müqayisəsi yolu ilə təyin edilir. 
Məlumatların redaktəsi prosesində yeni, keyfiyyətli məlumatlar əldə olunur. Məlumatların 
redaktə prosesini davamlı olaraq yoxlamaq üçün aşağıdakı göstəricilərdən istifadə edilir: 
- Müşahidə vahidlərinin sayı; 
- Sorğudan imtina etmiş müşahidə vahidlərinin sayı; 
- Bərpa olunan (imputasiya) müşahidə vahidlərinin sayı; 
- Bütün müşahidə vahidləri üzrə ilkin göstəricilərin cəmi
- İmtina etmiş müşahidə vahidləri üzrə ilkin göstəricilərin cəmi; 
- İmtina etmiş müşahidə vahidləri üzrə bərpa olunmuş göstəricilərin cəmi; 
- Bütün müşahidə vahidləri üzrə redaktə olunmuş göstəricilərin cəmi; 
- Redaktəyə nəzarət xərcləri; 
- Bərpa (imputasiya) xərcləri. 
Statistik məlumatların redaktəsində aşağıdakılar nəzərə alınmalıdır: 
- redaktə prosesinin təsviri üçün konseptual çərçivənin hazırlanması; 
- tədqiqatın məlumat massivinin yaradılması, məlumatların toplanması; 
- mövcud redaktə vasitələrinin müqayisəsi və nisbi qiymətləndirilməsi; 
- redaktə prosesini ifadə edən modelin təsviri üzrə tədqiqatlar
- tədqiqat üzrə məlumatların mübadiləsi. 
Statistik məlumatların redaktə edilməsi və bərpası üzrə tədqiqatlarda başlıca diqqət 
statistik məlumatların istehsalı ilə məşğul olan müəssisələrdə məlumatların toplanması zamanı 
metodlardan səmərəli istifadə edilməsinə yönəldilir. Avropa İttifaqı ölkələrində məlumatların 
redaktə edilməsi üçün müasir metodların (neyron şəbəkəsi və s.) tətbiqinə imkan verən kompüter 
proqramlarından istifadə edilir. 
Seçmə müşahidəsinin ən çox vaxt aparan əsas hissəsi həmin müşahidənin keçirilməsinə 
hazırlıq və onun nəticələri, əsasən, bu hissədən asılı olur. Buraya seçmə üsulunun və layihəsinin 
seçilməsi, məcmunun müəyyənləşdirilməsi və onun strukturunun təhlili, sorğu vərəqlərinin tərtib 
edilməsi, tələb olunan dəqiqliyin müəyyən edilməsi və digər çox zəhmət tələb edən tədbirlər 
daxildir. 


Seçmə müşahidəsinin sonuncu mərhələsində seçilmiş obyektlərdən məlumatlar toplanır 
və tələb olunan göstəricilər hesablanır. Bundan sonra seçmə üçün hesablanan kəmiyyət baş 
məcmuya şamil olunur. 
Müşahidə nəticəsində baş məcmu üçün hesablanması tələb olunan xarakteristikalar 
seçmənin nəticələrindən xüsusi düsturlar vasitəsilə hesablanır. Bu düsturlar Qiymət Funksiyaları
onların vasitəsilə alınan rəqəmlər isə göstəricinin Qiyməti adlanır. 
Müşahidənin keçirilməsi zamanı alınan məlumatlarda olan bütün xətalar ayrı-ayrı 
mənbələrdən irəli gəlir. Qiymətləndirmək və nəzarət etmək üçün onları növlərinə və mənbələrinə 
görə ayırmaq zəruridir. 
Seçmə müşahidənin xətalarını ölçmələrlə bağlı səhvlərə və qiymətləndirmə zamanı edilən 
xətalara ayırırlar. 

Yüklə 326,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin