Seçmə müşahidəsinin sonuncu mərhələsində seçilmiş obyektlərdən məlumatlar toplanır
və tələb olunan göstəricilər hesablanır. Bundan sonra seçmə üçün hesablanan kəmiyyət baş
məcmuya şamil olunur.
Müşahidə nəticəsində baş məcmu üçün hesablanması tələb olunan xarakteristikalar
seçmənin nəticələrindən xüsusi düsturlar vasitəsilə hesablanır. Bu düsturlar
Qiymət Funksiyaları,
onların vasitəsilə alınan rəqəmlər isə göstəricinin
Qiyməti adlanır.
Müşahidənin keçirilməsi zamanı alınan məlumatlarda olan bütün xətalar ayrı-ayrı
mənbələrdən irəli gəlir. Qiymətləndirmək və nəzarət etmək üçün onları növlərinə və mənbələrinə
görə ayırmaq zəruridir.
Seçmə müşahidənin xətalarını ölçmələrlə bağlı səhvlərə və qiymətləndirmə zamanı edilən
xətalara ayırırlar.
Dostları ilə paylaş: