Müəssisələrin seçmə müşahidəsi. Müəssisələrin müşahidəsində onların
ümumi
məcmusundan istifadə edilir və seçmə vahidləri kimi statistik vahidlər götürülür (emal
müəssisələri, kənd təsərrüfatı müəssisələri, nəqliyyat xidmətləri göstərən müəssisələr və s.).
Müəssisələrin seçmə müşahidəsi zamanı tədqiq olunan obyektlərin sayı seçmədə az
olduğuna görə onlardan bizi maraqlandıran daha çox məlumatın yığılmasına imkan yaranır.
Müəssisələrin məcmusu, ümumiyyətlə, qeyri-bərabər paylanır, yəni onun elementləri hər
hansı bir göstəriciyə görə bir-birindən çox fərqlənir və heterogenliyə (müxtəlifliyə) meyillidir.
Seçmədə, adətən, iri, orta və kiçik müəssisələr ayrı-ayrılıqda müşahidə olunur.
Praktikada, adətən, iri və orta müəssisələrin sayı az olur və bir çox hallarda onları
başdan-başa siyahıyaalma üsulu ilə də müşahidə edirlər.
Seçmə müşahidənin keçirilməsi üçün məlumat bazalarında müəssisələrin yerləşdiyi ərazi,
iqtisadiyyat sektoru, fəaliyyət növü, ölçüsü və onların qruplaşdırılması
üçün tələb olunan digər
göstəricilər ola bilər.
Orta və iri müəssisələrin seçmə müşahidəsi üçün onlar qruplaşdırılır və ya
stratifikasiyalaşdırılır, sonra həmin qrup və ya strata daxilində birpilləli seçmədən istifadə edilə
bilər. Adətən, iqtisadi fəaliyyət növünə və ya iqtisadiyyatın sektorlarına görə stratifikasiya
aparılır.
Kiçik müəssisələrin isə sayı çox olduğundan xarakteristikalarına
görə onlar bir-birindən
çox fərqlənir və qeyri-bərabər paylanır. Kiçik müəssisələr ölçüsünə və başqa xüsusiyyətlərinə
görə müxtəlif olurlar. Bu səbəbdən kiçik müəssisələr üzrə seçmələrin aparılması üçün
qruplaşdırma və stratifikasiya daha mürəkkəb aparılır. Seçmə müşahidənin səmərəli və düzgün
aparılması üçün seçmə məcmusunun elementləri bir-birinə oxşar olmalıdır və seçmənin həcmi
yalnız belə elementlərin məcmusundan götürülməlidir. Buna görə də kiçik müəssisələrin seçmə
müşahidəsi
üçün elementlərin seçilməsində, ev təsərrüfatlarının seçmə müşahidəsindəki kimi
çoxpilləli seçmə tətbiq olunmalıdır.
Müəssisələrin müxtəlifliyi və qeyri-bərabər paylanması xüsusi diqqət,
səmərəli
stratifikasiya və vahidlərin bir sahədən seçilməsini tələb edir.
Dostları ilə paylaş: