SeçMƏ statiSTİka müŞAHİDƏLƏRİNİn aparilmasinin metodoloji


Seçmə statistik müşahidələrin layihələrinin hazırlanması



Yüklə 326,86 Kb.
Pdf görüntüsü
səhifə2/9
tarix13.05.2023
ölçüsü326,86 Kb.
#113056
1   2   3   4   5   6   7   8   9
9. SEÇMƏ STATİSTİKA MÜŞAHİDƏLƏRİNİN APARILMASININ METODOLOJİ ƏSASLARI

Seçmə statistik müşahidələrin layihələrinin hazırlanması
Statistik müşahidələrin layihəsinin hazırlanması prosesi statistik tədqiqatın mərhələsi 
olub, məlumatın yığılması (üz-üzə sorğu, telefonla sorğu və ya anketlərin göndərilməsi), anket 
suallarının tərtib edilməsi, məlumatın işlənməsi və s. qarşılıqlı əlaqəli mərhələləri özündə 
cəmləşdirir. Müşahidənin keçirilməsi üçün əvvəlcə onun hər cəhətdən əlverişli mərhələlərini 
nəzərə alan layihəsi hazırlanmalıdır. Layihənin hazırlanmasının ilk mərhələsində öyrənilən 
əlamətin baş məcmusu müəyyənləşdirilir. Baş məcmu müşahidə aparmaq üçün seçiləcək statistik 


vahidlərin cəmidir. Müşahidə aparılacaq statistik vahidlər insanlar, ev təsərrüfatları, fermer 
təsərrüfatları, məktəblər və digər vahidlər ola bilər. 
Statistik tədqiqatın aparılması mərhələləri qarşılıqlı, əlaqəli şəkildə aşağıdakı sxemdə 
verilmişdir [5]: 


Müşahidənin məqsədi 
Müşahidə obyektlərinin təyin 
edilməsi (baş məcmunun 
formalaşdırılması) 
Seçmə alətlərinin hazırlanması
Alətlərin probleminin həlli; 
Stratifikasiya dəyişənlərinin 
yaradılması 
Seçmə planının hazırlanması 
Açıq stratifikasiya; 
Seçmə həcminin təyin edilməsi; 
Seçmənin lazımi sahələr üzrə 
paylanması; 
Gizli stratifikasiya. 
İlkin seçmə vahidlərinin seçilməsi 
Seçmə vahidlərinin siyahısının tərtib 
edilməsi 
Ev təsərrüfatlarının və ya ayrı-ayrı 
vahidlərin seçilməsi 
Məlumatların toplanması 
Məlumatların işlənməsi 
Seçmə çəkilərinin hazırlanması; 
Stratalar və ilkin seçmə vahidləri üçün 
dispersiyanın hazırlanması; 
Məlumat fayllarının hazırlanması; 
Təhlil üçün proqram təminatının 
seçilməsi. 
Tədqiqatın sənədləşdirilməsi 
Aparılmış müşahidə üzrə hesabatın tərtib 
edilməsi 
Məlumatların daxil edilməsi; 
Məlumatların redaktə edilməsi; 
Kodların hazırlanması və 
məlumatların kodlaşdırılması. 
Məlumatların təhlili 
Qiymətləndirmə və 
dispersiyanın 
qiymətləndirilməsi 
Seçmə planının qiymətləndirilməsi 
Məlumatların yayılması 
Ümumi istifadə üçün 
faylın hazırlanması 
Məlumatların toplanması rejiminin 
təyin edilməsi 
Sorğu anketinin tərtib edilməsi 
Əvvəlcədən eksperimental (pilot) 
müşahidənin aparılması 
Qeydiyyatçıların işə qəbulu və 
hazırlanması 
Keyfiyyətə nəzarət 


Müşahidə vahidləri birbaşa baş məcmunun elementlərindən seçildiyi üçün seçmə vahidi 
məqsədi nəzərə alaraq, dəqiq və ehtimalla seçilməlidir. Seçmə müşahidəsi layihəsinin əsas 
mərhələlərindən biri baş məcmunun müşahidə edilən hissəsinin (seçmə məcmusunun) necə 
formalaşması ilə bağlıdır. Burada əsas fərq seçmədə ehtimal mexanizmindən istifadə
edilib-edilməməsini fərqləndirməkdən ibarətdir. 
Ehtimallı seçmədə hər bir elementin seçməyə düşmək və ya düşməmək ehtimalı vardır ki, 
bu zaman hər bir elementin seçilməsi eyni ehtimallı olur və subyektivlik, qərəzçilik aradan 
götürülür. 
Ehtimalsız seçmədə elementin baş məcmuya görə “reprezentativliyinin” təmin edilməsi 
əsas götürülür. Belə seçmədə elementlərin müəyyən xüsusiyyətləri və ya mütəxəssis tərəfindən 
qiymətləndirilməsindən istifadə olunur. Ehtimalsız seçmələrin nöqsanı onların subyektivliyidir. 
Bu da onlar üçün ümumi nəzəriyyənin işlənməsini qeyri-mümkün edir. 
Seçmə müşahidə iki tip seçmə layihəsi üzrə keçirilə bilər [7]: 
1. Birpilləli seçmə layihəsi – burada seçmə üçün bir siyahıdan istifadə olunur. Məsələn: 
Ölkədə fəaliyyət göstərən müəllimlərin seçmə müayinəsi üçün ölkənin bütün 
müəllimlərinin siyahısı götürülür.
2. Çoxpilləli seçmə layihəsi – burada lazım olan əsas seçmə bir neçə mərhələdən sonra 
seçilir və hər bir mərhələdə ayrı-ayrı siyahılardan istifadə olunur. Məsələn: 
- ölkənin regionlarının seçilməsi (regionların siyahısı tələb olunur); 
- seçilmiş regionlarda bir neçə şəhər seçilir (seçilmiş hər regionda şəhərlərin siyahısı); 
- seçilmiş hər bir şəhərdə bir neçə məktəb seçilir (seçilmiş hər şəhərdə mövcud olan 
məktəblərin siyahısı); 
- seçilmiş məktəblərdə müşahidə üçün bir neçə müəllim seçilir (seçilmiş hər məktəbdə 
işləyən müəllimlərin siyahısı tələb olunur). 

Yüklə 326,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin