SeçMƏ statiSTİka müŞAHİDƏLƏRİNİn aparilmasinin metodoloji


Müşahidə  məlumatlarının



Yüklə 326,86 Kb.
Pdf görüntüsü
səhifə7/9
tarix13.05.2023
ölçüsü326,86 Kb.
#113056
1   2   3   4   5   6   7   8   9
9. SEÇMƏ STATİSTİKA MÜŞAHİDƏLƏRİNİN APARILMASININ METODOLOJİ ƏSASLARI

Müşahidə 
məlumatlarının 
keyfiyyətinin 
qiymətləndirilməsi. 
Məlumatların
qeyri-mərkəzləşdirilmiş qaydada toplanmasından mərkəzləşdirilmiş qaydada toplanmasına keçid 
məlumatların keyfiyyətinə sinxron nəzarətin təşkilinə şərait yaradır. Belə nəzarət proqram 
təminatı vasitəsilə reallaşır. Eyni zamanda məlumatların toplanması zamanı vəzifə bölgüsünün 
aparılması və buraxılmış səhvlərə cavabdeh şəxslər müəyyənləşdirilir və statistik məlumatların 
istehsalının hüquqi təminatı yaradılır. Məlumatların onlayn rejimində elektron formada 
toplanması aşağıdakıları təmin edir: 
- hesabatın tərtibinə metodoloji, hesabi və məntiqi kömək
- texnoloji instrumentlərin avtomatik aktuallaşdırılmasını (forma, məlumat kitabları); 


- təqdim edilmiş hesabat və sənədlər bazasının avtomatik yaradılmasını. 
Statistik alətlər (metaməlumatlar). İnternet informasiya texnologiyasının tətbiqi elektron 
formanın doldurulma qaydasının müəyyənləşdirilməsinə, onun yoxlanılması və əvvəlki 
məlumatlarla müqayisəsi üçün lazım olan alətlərin (metaməlumatların) kompüter yaddaşında 
yerləşdirilməsinə imkan verir və respondentlər interaktiv təlimatlarla təmin edilir. 
Statistik məlumatların redaktəsinin və ya yoxlanmasının əsas məqsədi statistik 
informasiyasının keyfiyyətinin yüksəldilməsidir. Qeyd edilməlidir ki, statistik məlumatların 
keyfiyyəti aşağıdakılardan asılıdır: 
- statistik məhsulların təklifindən; 
- statistik məlumat istehlakçısının informasiya tələbindən
- bazarda statistik məlumatların keyfiyyətindən; 
- məlumatların redaktə metodundan
- məlumatların keyfiyyəti və redaktəsinin qiymətləndirilməsindən;
- tətbiq edilən proqram vəsaitlərindən
- məlumatların redaktəsi prosesinin təşkilindən və s. 
Hər bir statistik məhsul iki dəyişənlə ifadə edilir: keyfiyyət və kəmiyyət (müşahidələrin 
sayı) göstəriciləri və bu göstəricilər arasında əks əlaqə mövcudluğu ilə. Belə ki, müşahidələrin 
sayı keyfiyyətə bu və ya digər dərəcədə təsir edir. Müşahidələrin keyfiyyətinin artırılması üçün 
onların optimal sayda olması lazımdır. Müşahidənin keyfiyyətinə-ehtiyatların düzgün 
bölüşdürülməsi, mütəxəssislərin təcrübəsi və intellektual səviyyəsi, istifadə olunan proqram 
vəsaiti və s. təsir göstərir. Statistik məlumatların işlənməsi prosesinin düzgün təşkili də 
keyfiyyətə təsir göstərir. İnternet texnologiyası vasitəsi ilə registrin və metaməlumatların, 
statistik müşahidələrin (siyahıyaalma, seçmə və s.) aparılması perspektiv istiqamət olaraq qalır. 

Yüklə 326,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin