SeçMƏ statiSTİka müŞAHİDƏLƏRİNİn aparilmasinin metodoloji


Ölçüyə görə proporsional ehtimallı seçmə üsulu



Yüklə 326,86 Kb.
Pdf görüntüsü
səhifə4/9
tarix13.05.2023
ölçüsü326,86 Kb.
#113056
1   2   3   4   5   6   7   8   9
9. SEÇMƏ STATİSTİKA MÜŞAHİDƏLƏRİNİN APARILMASININ METODOLOJİ ƏSASLARI

Ölçüyə görə proporsional ehtimallı seçmə üsulu müəssisə və təşkilatların seçmə 
müayinələrinin keçirilməsi üçün elementlərin seçilməsi daha əlverişli sayılır. Müəssisənin ölçüsü 
onun işçilərinin sayına, əlavə dəyərə, istehsalın həcminə və ya seçmənin dəyişən vahidi ilə daha 
yaxşı müqayisə edilən vahidinə görə ölçülə bilər. Müəssisənin ölçüsü haqqında məlumat 
müəssisələrin keçmiş siyahıyaalınması və ya seçmə müşahidəsi nəticəsində əldə edilmiş 
məlumatdan götürülür. 
Seçmə müşahidələr üçün vahidlərin seçilməsində istifadə edilən üsullar. Seçmə 
müşahidənin keçirilməsi üçün sadə təsadüfi seçmə, mütəmadi (sistematik) seçmə, ölçüyə görə 
proporsional ehtimallı seçmə, stratalar üzrə seçmə, klasterlər üzrə seçmə və çoxpilləli seçmə 
üsullarından istifadə olunur [6]. 
Sadə təsadüfi seçmə mütəmadi xətti və dövri seçmə üsullarından homogen məcmudan 
seçməyə düşmə ehtimalları bəlli olan vahidlərin seçilməsi üçün istifadə olunur. Bu halda 
vahidlər adi lotereya, təsadüfi rəqəmlər cədvəli və ya generatoru vasitəsilə seçilir.
Sadə təsadüfi seçmədə hər vahid təsadüfi olaraq seçilir, mütəmadi seçmədə isə vahidin 
ilkin nömrəsi təsadüfi seçilir, bundan sonra baş və seçilən məcmunun həcmindən asılı olaraq, 
seçmənin addımı müəyyənləşdirilir və qalan elementlər seçilir. 
Proporsional ehtimallı seçmədən məcmunun vahidləri böyüklüyünə görə bir-birindən 
çox fərqlənən zaman istifadə olunur. Həmin üsulla iri müəssisələrin seçməyə düşməsinin 
ehtimalı artır, bu da seçmənin xətalarını azaldır. 


Klasterlər üzrə seçmə üsulu ilə əsas məcmunun vahidləri hər hansı bir əlamətə görə 
klasterlərə bölünür və müayinə üçün bir neçə klaster seçilir. Seçilmiş klasterlərin vahidləri 
arasında başdan-başa müayinə aparılır. Bu seçmə üsulundan ən çox ev təsərrüfatlarının 
müayinəsində istifadə olunur. 

Yüklə 326,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin