11
əməliyyat orqanlarının səyi zərərçəkmişin şəxsiyyətinin, yerinin, onun xarakterinin müəyyən
edilməsinə yönəlir.
Əməliyyat-axtarış yolu ilə cinayətin aşkar edilib açılması vəzifəsi cinayət-prosessual
fəaliyyəti ilə əlaqəli öyrənilməlidir. Çünki həmin vəzifə müvəffəqiyyətlə yerinə yetirildikdə
prosessual qaydada cinayət işi başlanır. Bu zaman əməliyyat-axtarış fəaliyyətini həyata keçirmiş
şəxs cinayətin subyektini müəyyən etməyə borcludur.
Cinayət-prosessual qanununa cörə, təhqiqat orqanı (əməliyyat-axtarış fəaliyyətini həyata
keçirmiş əməliyyat bölməsi) cinayət işini başlayıb, təxirəsalınmaz istintaq hərəkətlərini yerinə
yetirib onu istintaq orqanına verməyə borcludur. Əgər cinayəti törətmiş şəxs hələ müəyyən edib
tutulmamışdırsa, onda təhqiqat orqanı əməliyyat-axtarış tədbirlərini həyata keçirməkdə davam
edir və bu barədə müstəntiqə məlumat verir. Bu qayda cinayət əməliyyat-axtarış orqanı tərəfindən
müəyyən edildikdə və müstəntiq tərəfindən başlandıqda da qüvvədə qalır.
Azərbaycan Respublikasının «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanununun 4-cü
maddəsinin I hissəsində deyilir ki, əməliyyat-axtarış fəaliyyəti qanunla nəzərdə tutulmayan
məqsəd və vəzifələrin yerinə yetirilməsi üçün həyata keçirilə bilməz. Əməliyyat-axtarış
fəaliyyətinin gedişində cinayət-prosessual üsul və vasitələrlə cinayətin tam və əlüstü açılması
üçün şəraitin yaradılması ilə ilk növbədə cinayətin şahidləri, cinayətin alət və vasitələrinin,
cinayətkar yolla əldə edilmiş pulların, qiymətli şeylərin yeri, cinayətin törədilməsinin digər halları
haqqında informasiyanın toplanması nəzərdə tutulur. Zəruri hallarda əməliyyat-axtarış tədbirləri
əmlakın məhv edilməsinin qarşısının alınmasına yönəlməlidir.
Cinayəti törədən və ya törətmiş şəxsləri xarakterizə edən halların, onların ibtidai istintaqa
mane olmaq üçün planlaşdırıldıqları məqsədlərin, hərəkətlərin müəyyən edilməsi də əməliyyat-
axtarış fəaliyyətinin vəzifələrinə daxildir. Bəzi hallarda əməliyyat-axtarış yolu ilə əməlin mühüm
şahidlərini, zərərçəkmişi xarakterizə edən halların aşkar edilməsi zəruri olur. Qeyd olunan
şəxsləri xarakterizə edən məlumatların toplanması onların qarşıdakı dindirmə zamanı hansı
mövqedə duracaqlarını müəyyən etməyə və uyğun taktiki üsulları seçməyə imkan verir.
Əməliyyat-axtarış fəaliyyətinin gedişində cinayət-prosessual fəaliyyətin uğurla həyata
keçirilməsini təmin etmək sübutların ayrı-ayrı növlərinin proessual təbiətini bilmədən mümkün
deyildir. Əməliyyat-axtarış fəaliyyətinin gedişində ümumiyyətlə, sübutların deyil, onların konkret
növlərinin toplanmasından söhbət getməlidir. Əməliyyat-axtarış fəaliyyətinin gedişində ekspert
rəyindən başqa bütün digər sübutların alınması üçün real şərait yaradıla bilər.
Cinayət-prosessual fəaliyyətin həyata keçirilməsini təmin etmək üçün əməliyyat-axtarış
fəaliyyətinin gedişində real şəraitin yaradılması həmin orqanın əməkdaşlarından cinayət işinin
başlanması, sübutetmə, sübutların anlayışı, toplanması, qiymətləndirilməsi və s. kimi prosessual
institutları ətraflı və dərindən bilməyi tələb edir
1
.
Dostları ilə paylaş: