7
azad deyildir. Yəni bu zərurətin özünə şüurlu şəkildə “göz yumula”, yaxud da o,
düzgün
qiymətləndirilməyə bilər. Nəticədə isə obyektiv zərurət ya inkar edilir, ya da onun həlli üçün
qeyri-hüquqi, qeyri-sivil üsul və vasitələr tətbiq edilir.
Rəsmi sovet hüquq doktrinası sovet hüquq sisteminin təbiət və cəmiyyətin obyektiv inkişafı
qanunlarına uyğun olaraq inkişaf etdirildiyini təsdiq etsə də, həqiqətdə bu inkişaf subyektiv
müdaxilələrdən heç də azad olmamışdır. Bunun nəticəsidir ki, dövlətin lap qədim zamanlardan
cinayətlərin qarşısının alınması cəmiyyətin təhlükəsizliyinin təmin
edilməsi üçün konfidensial
qeyri-leqal vasitələrdən istifadə etməsi ilə bağlı fəaliyyəti – əməliyyat-axtarış fəaliyyəti sovet
höküməti dövründə qanundan kənarda, «kölgədə» qalmışdır. Əməliyyat-axtarış fəaliyyəti
çoxşaxəli, çoxmərhələli, mürəkkəb bir fəaliyyət növü olduğundan müxtəlif dövlət orqanları
tərəfindən həyata keçirildiyindən aydın məsələdir ki, onun vahid normativ aktla əhatə edilməsi
təcrübi olaraq mümkün deyildir.
Ona görə də, həmin fəaliyyət onu həyata keçirən dövlət
orqanlarının qəbul etdiyi məxfi xarakterli idarədaxili normativ aktlar və əsasnamələr əsasında
həyata keçirilmişdir. A.İ.Qurovun obrazlı ifadəsi ilə desək, sovet dövləti dövründə “kölgə
iqtisadiyyatı” ilə yanaşı “kölgə hüquq” sahələri də mövcud olmuşdur və onlardan biri də
əməliyyat-axtarış hüququdur
1
. mövcudluğu heç kimdə şübhə doğurmayan belə ciddi və ictimai
əhəmiyyətli fəaliyyət növünün dərəcə məxfiləşdirilərək cəmiyyətdən gizlədilməsi nə ilə bağlı
olmuşdur? Bu onunla əlaqəlidir ki, sovet cəmiyyətinin bütün sahələri kimi əməliyyat-axtarış
fəaliyyəti ilə ideoloji ehkamlardan azad olmamışdır. Rəsmi sovet təbliğatı
sovet cəmiyyətini
insan hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin olunmuş cəmiyyət kimi təqdim edirdi.
SSRİ Konstitusiyasına görə, vətəndaşların hüquq və azadlıqları yalnız məhkəmənin qərarı ilə və
qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırıla bilər. Qalan bütün digər hallar istisna edilirdi.
Əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi faktiki olaraq vətəndaşların hüquq və
azadlıqlarını məhdudlaşdırdığından və bu, SSRİ Konstitusiyası ilə ziddiyyət təşkil etdiyindən,
onu izah etmək mümkün olmadığından və aradan qaldırılması “məqsədəuyğun” hesab
edilmədiyindən
onun
qanun
səviyyəsində
rəsmiləşdirilməsindən
yan
keçilərək
məxfiləşdirilməsinə üstünlük verilmişdir.
Təsadüfi deyildir ki, sovet dövlətinin onurğa sütununu təşkil edən “Dövlət Təhlükəsizlik
Komitəsi haqqında” Qanun 1987-ci ildə qəbul edilmişdir.
“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun qəbul edilməsi, əməliyyat-axtarış
fəaliyyətinin qismən leqallaşdırılması bu sahədə illər ərzində toplanmış təcrübi materialların
nəzəri
təhlilinə, mövcud nəzəri işlərin işıq üzü görməsinə, bir çox problem məsələlərin
diskussiyaya çıxarılmasına və təbii ki, öz düzgün həllini tapmasına şərait yaradacaqdır.
Hüquq nəzəriyyəsinə görə,
hüquq ayrı-ayrı sahələrə, tənzimləmə predmetinə və metodlarına
görə bölünür. Hüquqi tənzimləmə predmetinə aşağıdakı elementlər daxildir: ictimai
münasibətlərin müəyyən qrupu, həmin münasibətlərin subyektləri, ictimai münasibətlər qrupunun
meydana gəlməsini şərtləndirən sosial faktlar və insanların təcrübi fəaliyyəti.
Hüquqi tənzimləmə metodu mürəkkəb bir element olub, tərkib hissələrinə malikdir. Hüquqi
tənzimləmə metoduna daxildir: a) tənzimlənən münasibətlərin sərhədlərinin müəyyən edilməsi; b)
uyğun normativ-hüquqi aktların qəbul edilməsi; c) ictimai münasibət iştirakçılarının hüquq və
fəaliyyət qabiliyyətinə malik olması; ç) nəzərdə tutulmuş hüquq və vəzifələrin pozulmasına görə
məsuliyyətin müəyyən edilməsi
1
.
Deyilənləri ardıcıl olaraq əməliyyat-axtarış hüququna
tətbiq etsək görərik ki, o, bütün
göstərilən ölçülərə cavab verir və artıq Azərbaycan hüquq sisteminin müstəqil bir sahəsi kimi
mövcuddur. Əməliyyat-axtarış hüququnun predmeti digər kriminal istiqamətli hüquq
elemenlərinin (məsələn, cinayət və cinayət prosessual hüququ) predmetləri ilə oxşarlıq təşkil etsə
də, o, bir sıra spesifik xüsusiyyətlərə malikdir ki, həmin xüsusiyyətlər onun predmetinə daxil olan
ictimai münasibətləri müstəqil bir qrup halında ayırmağa imkan verir. Həmin münasibətlərin
mühüm bir xüsusiyyəti ondan ibarətdir ki, onlar əsasən əməliyyat-axtarış fəaliyyəti zamanı
meydana gəlir, inkişaf edir və xitam olunur. Bu ictimai münasibətlərin digər mühüm bir
8
xüsusiyyəti onların subyektin cinayət törədilən ana qədərki davranışını əhatə etməsidir (məsələn,
şəxsin cinayətə hazırlıq görməsi ilə bağlı məlumatın daxil olması
və bununla əlaqədar olaraq
onun güdülməsi). Şübhəsiz ki, bu halda hazırlıq hərəkətlərində cinayət tərkibi olmamalıdır. Belə
olan halda şəxsin davranışı həm də cinayət hüququnun predmetinə daxil olacaqdır. Bununla
yanaşı, əməliyyat-axtarış hüququ həm də həmin fəaliyyət subyektlərinin prosessual fəaliyyətini
(əməliyyat-xidmət fəaliyyəti) tənzimləyir.
«Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanununun 5-ci maddəsinin 1-ci hissəsi onu
həyata keçirən subyektləri (bunlar təhqiqat orqanlarıdır), 8 –ci maddə isə həmin subyektlərin
səlahiyyət hədlərini müəyyən edir. Qeyd olunan Qanunun 21-ci maddəsində əməliyyat-axtarış
fəaliyyəti subyektlərinin qanunçuluğun pozulmasına görə məsuliyyətləri nəzərdə tutulur.
Dostları ilə paylaş: