13
Azərbaycan Respublikası CPM-nin 85.4.5 maddəsinə görə, müstəntiq istintaqı aparılan iş
üzrə təhqiqat orqanların axtarış hərəkətlərinin həyata keçirilməsi ilə bağlı tapşırıq və sorğular
verə bilər. Müstəntiqin vermiş olduğu tapşırıq və sorğular əməliyyat-axtarış tədbirlərinin həyata
keçirilməsi üçün hüquqi əsas olur və onlar bir qayda olaraq zərərçəkmişlərin, şahidlərin,
meyitlərin, onların hissələrinin, sübut ola biləcək maddi predmetlərin axtarılması ilə bağlı olur.
Bu, «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanunun 11-ci maddəsi ilə uzlaşır.
Həmin maddənin 7-ci bəndinə görə, cinayət işləri üzrə təhqiqatı və ya istintaqı aparan
şəxslərin yazılı tapşırıqları əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə səbəb ola bilər.
Axtarış hərəkətlərinin aparılması barədə müstəntiqin tapşırığı təhqiqat orqanlarının rəisinə
daxil olur və onun icrası məcburidir. Müstəntiq əməliyyat-axtarış orqanı əməkdaşına tapşırığı,
məsələn, hər hansı istintaq hərəkətini (hadisə yerinə baxış, axtarış və s.) həyata keçrilməsi zamanı
şifahi formada da verilə bilər.
Cinayət cəzasını çəkməkdən boyun qaçıran şəxslər axtarılan şəxslərin xüsusi qrupunu təşkil
edir.
Cəzaçəkmə müəssisələrinin rəhbərliyi əməliyyat-axtarış orqanı qarşısında cəzaçəkmə
yerindən qaçmış konkret şəxslərin axtarışı ilə bağlı tapşırıq verə bilər. Bu zaman axtarışın
aparılması üçün zəruri olan sənədlər təqdim olunmalıdır
2
.
Dostları ilə paylaş: