Atdd tüm Hakları Saklıdır 1970-ci İllərin Sovet Tarixşünaslığında Azərbaycan Xalq Cümhuriyyətinə Münasibət


Akademik Tarih ve Düşünce Dergisi 2018, 5 (16), ss.220-240



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə8/19
tarix14.05.2023
ölçüsü0,8 Mb.
#113581
1   ...   4   5   6   7   8   9   10   11   ...   19
1970-ci ll rin Sovet Tarix nasl nda Az rbaycan Xalq C mhuriyy tin M nasib t[#460458]-537146

Akademik Tarih ve Düşünce Dergisi 2018, 5 (16), ss.220-240 
Kerimli 
227 
strukturların sifarişilə yazdığı əsərdə rasional elmi mövqe nümayiş etdirərək
sosializm quruluşundan əvvəlki ictimai-iqtisadi formasiyanı vurğulayır. Sovet 
rejimini mədh etməsinə rəğmən müəllif, Azərbaycan Cümhuriyyətinə təfsilatlı şərh 
verir. Milli hökuməti ictimai-siyasi fikrin predmeti kimi təqdim edən A.Milman, 
qeyri-ixtiyari dövlət statusunda təsnifləndirməklə sistemin ideoloji əsaslarının 
amorfluğunu ortaya qoyur.
16
Sovet hökumətinin təsisi münasibətilə 1971-ci ildə çap olunmuş “Xalqın 
səadəti 
uğrunda”
17
tədqiqatında 
Məmməd Rüstəmbəyli Cümhuriy- yəti 
vurğulamışdır. Qeyd edək ki, müəllif, Quba qəzasındakı siyasi hadisə- ləri diqqətə 
çatdırmışdır. Cümhuriyyətin yaradılması ərəfəsindəki və sonrakı dövrü vətəndaş 
müharibəsi kimi təsvir edən müəllif, sovet ideologiyasının təbliğçisi sifətində 
bolşeviklərin Azərbaycanı işğal etməsinə haqq qazandı- rır. Müəllif, Zaqafqaziya 
Seyminin buraxılmasından sonra yaradıldığını qeyd etməklə, Cümhuriyyəti tarixi 
proseslərin nəticəsi kimi ortaya qoyur. Cümhuriyyəti “açıq irtica və soyğunçuluq”, 
“Müsavat hökumətinin qanlı ağalıq dövrü”, Azərbaycanda Türkiyə işğalçılarının fəal 
köməyi ilə yaradılan “əksinqilabi Müsavat hökuməti”, “Müsavat hakimiyyəti” kimi 
səciyyə- ləndirən müəllif, silahlı üsyanın detallarını izah etməklə, Cümhuriyyətin 
devrilməsində Rusiyanın rolunu açıq şəkildə ortaya qoyur.
18
Müəllif, siyasi opponent olaraq, Cümhuriyyətin heç bir tədbirini nəinki 
işıqlandırmır, ümumiyyətlə, adını çəkmir. Maraqlıdır ki, əsər Sovet hakimiyyətinə 
həsr olunmasına baxmayaraq, Azərbaycan Cümhuriyyəti ha- disələrin katalizatoru 
rolunda təzahür edir ki, bu da sovet tarixşünaslığında ənənəvi strategiyanın 
pozulması deməkdir. Əsas etibarilə, mənfi müstəvidə sosial-siyasi mühitin seqmenti 
kimi səciyyələndirilən Azərbaycan Cümhu- riyyəti tədqiqatın əsas istiqamətini 
müəyyənləşdirir.
Əlisöhbət Sumbatzadənin Azərbaycanda sovet hakimiyyəti qurulması 
“şərəfinə” yazdığı, 1972-ci ildə Moskvanın “Наука” nəşriyyatın- da çapdan çıxmış 
“Социально-экономические предпосылки победы Советской власти в 
Азербайджане” (Azərbaycanda sovet hakimiyyətinin qələbəsinin sosial-iqtisadi 
zəminləri) adlı araşdırmasında sosial-iqtisadi şərtlərin əhatəli təhlili ilə sovet 
quruluşunun meydana gəlməsini əsaslandırmalı idi. Müəllif, 1918-1920-ci illəri 
“xarici müdaxilə və millətçilərin ağalığı”, “imperialistərin ağalığı” və “müsavat 
hökuməti” kimi xarakterizə etməklə, Azərbaycanın müstəqilliyinin qeyri-real 
olduğunu bildirir. Cümhuriyyəti “vətəndaş müharibəsi, xarici müdaxilə və müsavat 
rejimi”, “müsavat hökuməti”, “antixalq mahiyyətli müsavat rejimi” adlandırdığı 
16
Milman, a.g.e. s. 26-28.
17
M.Rüstəmbəyli, Xalqın səadəti uğrunda, 1971, Azərnəşr, Bakı, s.11.
18
M.Rüstəmbəyli, Xalqın səadəti uğrunda, 1971, Azərnəşr, Bakı, s. 30-47. 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin