1970-ci ll rin Sovet Tarix nasl nda Az rbaycan Xalq C mhuriyy tin M nasib t[#460458]-537146
Akademik Tarih ve Düşünce Dergisi 2018, 5 (16), ss.220-240 Kerimli 226
Sovet hakimiyyətinin qurulmasında iştirakçılardan biri, hərbçi İvan
Qriqoriyeviç Dudinin sovet hökumətinin 50 illiyinə həsr olunmuş, 1970-ci ildə
Azərbaycan Dövlət Nəşriyyatında çapdan çıxmış “Прорыв бронепоез- дов” (Zirehli
qatarların yarıb keçməsi) avtobioqrafik kitabında
12
Azərbaycan Cümhuriyyəti qeyd
edilmişdir. Məsələ ondadır ki, İ.Dudin Azərbaycanda sovet hakimiyyətinin qurulması
prosesini təsvir etsə də, əslində Azərbaycan Cümhuriyyətinin süqutu fonunda
Azərbaycanın işğalını gündəmə gətirir. XI Qırmızı Ordunun Qafqazın, xüsusilə
Azərbaycanın istilasını həyata keçirmək məqsədilə yaradıldığı aydın olur. Ziddiyyətli
mövqe sərgiləyən müəllif, Azərbaycan hökumətinin müqavimətini etiraf edərək,
Cümhuriyyətin devrilməsinə müxtəsər şərh verir.
13
Qeyd edək ki, müəllif, Azərbaycan Cümhuriyyətini bir partiyanın
maraqlarının və hakim siniflərin mənafeyinin müdafiəçisi ”əksinqilabi Mü- savat
partiyası hökuməti” kimi göstərməklə xalqa heç bir dəxli olmadığını isbat etməyə
çalışır. Ümumiyyətlə Azərbaycan hökuməti qeyd edilmir, lakin işğal qeyri-ixtiyari
vurğulanır. Məsələ ondadır ki, sovet hakimiyyətinin qu- rulması Cümhuriyyətin
devrilməsindən keçdiyinə görə bütün sovet müəllif- ləri-bəziləri açıq şəkildə,
digərləri isə sətiraltı ifadələrlə Azərbaycan höku- mətini ortaya çıxarmalı olurlar.
İ.Dudin isə Azərbaycanın işğalındakı bütün prosesləri peşəkar hərbçi dəqiqliyi ilə
təsvir edərək, istilanın əvvəlcədən planlaşdırıldığını nəzərə çatdırır.
Azərbaycanda kommunist quruluşunun qələbəsinə əsərlər yazmış Aron
Milman 1971-ci ildə çapdan çıxmış, sosializmin tərənnümünə həsr etdiyi
“Азербайджанская ССР - суверенное государство в составе СССР” (Azərbaycan
SSR - SSRİ-nin tərkibində suveren dövlətdir) əsərində Azərbaycan Cümhuriyyətinə
münasibət bildirir. Müəllif, Cümhuriyyəti ziddiyyətli -“burjua-mülkədar müsavat
dövlət aparatı”, “milli hökumət”, “Gəncədə toplaşmış Müsəlman “Milli şurası”nın
“müstəqil Azərbaycan respublikası”, “Müsavat rejimi”, "Gəncədə formalaşdırılmış
müsavat hökuməti”, “Müsavat dövlət aparatı”, “antixalq”, “türk, alman və ingilis
müstəmləkəsi”
14
ifadələri ilə təqdim edir.
Azərbaycanda sovet hakimiyyəti qurulması gedişini təsvir edərkən,
Cümhuriyyətin bolşeviklərin silahlı müdaxiləsi yolu ilə devrildiyini açıqla- maqla
təzadlı fikirlər irəli sürən müəllif, milli hakimiyyətin müstəqil olma- dığını
vurğulayır, digər tərəfdənsə Cümhuriyyəti strukturları formalaşmış hökumət kimi
interpretasiya edir.
15
A.Milman - hüquq elmləri doktoru, mövcud ideologiyanın nümayən-
dələrindən biri simasında sovet Rusiyasının işğal faktını əsaslandırmaqdan ötrü rəsmi
12
İ.Q.Dudin, Prorıv bronepoezdov, 1970, Azerneşr, Baku, s.67.
13
Dudin. a.g.e., s. 58-59.
14
A.Ş. Milman, Azerbaydjanskaya SSR-suverennoe qosudarstvo v sostave SSSR, 1971, Azerneşr,
Baku, s. 3-30.
15
Milman, a.g.e. s. 41-44.