Основные термины информационной безопасности


Perfect Forward Secrecy (PFS)



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə76/119
tarix16.05.2023
ölçüsü1 Mb.
#114218
1   ...   72   73   74   75   76   77   78   79   ...   119
Az YI İnT terminləri 8

Perfect Forward Secrecy (PFS)
Birbaşa mükəmməl məxfilik – bəzi açar razılaşdırma (ing. key-
agreement) 
protokollarının xassəsi. Zəmanət verilir ki, uzun-
müdd
ətli açarlar toplusunun köməyi ilə generasiya edilmiş sessiya 
açarları uzunmüddətli açarlardan biri ələ keçdikdə sındırılmayacaq.  
Perl – yüks
ək səviyyəli, ümumi təyinatlı, interpretatorla işləyən, 
dinamik proqramlaşdırma dilləri ailəsi.
Personnel security 
Şəxsi heyətin təhlükəsizliyi − kritik informasiyaya girişi olan bütün 
şəxslərin zəruri icazə və müvafiq səlahiyyətlər almasını təsdiqləyən 
prosedurlar. 
PGP (Pretty Good Privacy) 
şifrləmə və rəqəmsal imza 
əməliyyatlarını yerinə yetirməyə imkan verən kriptoqrafik 
funksiyalar kitabxanası. İlkin versiyası 1991-ci ildə Filip 
Zimmerman t
ərəfindən işlənmişdi. OpenPGP (RFC 4880) standartı 
say
əsində PGP-nin funksional imkanları müxtəlif, lakin öz 
aralarında və digər proqramlarla (GnuPG, FileCrypt və s.) uyuşan 
bir sıra realizələri var. Geniş yayılmış əməliyyat sistemlərinin 
hamısı üçün realizələri mövcuddur. Pulsuz yayılan realizələri ilə 
yanaşı, kommersiya realizələri də vardır. 
 
Pharming  
Farminq – veb-
saytın trafikini saxta sayta (adətən, fişinq saytına) 
yönl
əndirən kiberhücum. Farminq hücumunu hədəf kompüterdəki 
“hosts” f
aylını dəyişməklə və ya DNS serverin proqram təminatında 
boşluğu istismar etməklə həyata keçirmək olar. DNS serverlər veb-
sayt adlarını real IP-ünvanlara çevirir. Korlanmış DNS serverləri 
b
əzən “zəhərlənmiş” adlandırırlar.
Phishing 
Fişinq (“balıq ovu”) – aldadıcı kompüter vasitələrinin köməyi ilə 
istifadəçilərin konfidensial fərdi məlumatları açıqlamağa məcbur 
edilməsi. 


91 
PHP (PHP: Hypertext Preprocessor
əvvəllər Personal Home Page 
Tools; “pi-eyç-pi kimi t
ələffüz edilir) – server tərəfdə veb 
proqramlaşdırma üçün yaradılmış proqramlaşdırma dili; ümumi 
t
əyinatlı proqramlaşdırma dili kimi də istifadə edilir. 

Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin