Us tədris Mərkəzi [ Əlaqə: 070-216-32-32 050-799-44-77


cinayətin qarşısını almaqdan



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə12/73
tarix17.05.2023
ölçüsü1,03 Mb.
#115077
1   ...   8   9   10   11   12   13   14   15   ...   73
konstitusiya qeydlər rəngli.pdf · 1 sürümü-1

cinayətin qarşısını almaqdan 
və ya 
cinayət işinin istintaqı zamanı 
həqiqəti üzə 
çıxarmaqdan
ötrü məhdudlaşdırıla bilər. 
V. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış 
məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, 
tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və 
ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ vardır. 
VI. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədi 
ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır. 
VII. Məlumatın aid olduğu şəxsin 
buna razılığını aşkar ifadə etdiyi hallar
, ayrı-seçkiliyə yol 
verməmək şərtilə anonim xarakterli statistik məlumatların emalı və qanunun yol verdiyi digər hallar istisna 
olmaqla, informasiya texnologiyalarından şəxsi həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair 
məlumatların açıqlanması üçün istifadə edilə bilməz. 
VIII. 
Fərdi məlumatların dairəsi
, habelə onların 
emalı

toplanması

ötürülməsi

istifadəsi 
və 
mühafizəsi şərtləri 
qanunla müəyyən edilir
.
M a d d ə 3 3 . Mənzil toxunulmazlığı hüququ 
I. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. 
II. 
Qanunla müəyyən edilmiş hallar 
və ya 
məhkəmə qərarı 
istisna olmaqla, mənzildə 
yaşayanların iradəsi ziddinə 
heç kəs 
mənzilə daxil 
ola bilməz. 
M a d d ə 3 4 . Nikah hüququ 
I. Hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. 
II. Nikah 
könüllü razılıq 
əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz.



Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin