Microsoft Word s?may?kitab?sas doc


partiyalarda da yenidənqurma davam edirdi. Sol cəbhədə



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə16/76
tarix19.05.2023
ölçüsü1,29 Mb.
#116780
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   76
avropa-v-amerika-lklrinin-n-yeni-tarixi-mustafayeva-smay-mmmd-qz-2023-05-16


partiyalarda da yenidənqurma davam edirdi. Sol cəbhədə 
mühüm dəyişikliklər baş verdi. Sosialist internasionalının 
fransız bölməsi 1969-cu ildən Fransa sosialist partiyası 
adlanmağa başladı. 1972-ci ildə sosialist və kommunist 
partiyaları razılığa gələrək birgə proqram qəbul etdilər. Bu 
proqramda dövlətin sosial siyasətini genişləndirmək, hərbi 
xərcləri ixtisar etmək, həmkarlar ittifaqının hüquqlarını 
genişləndirmək və s. məsələlər öz əksini tapmışdı. 1973-cü ilin 
martında keçirilən parlament seçkiləri göstərdi ki, seçicilər 
Pompidunun siyasi kursunu müdafiə edirlər. Bu sübut etdi ki, 
Şarl de Qollun getməsi qollizm üçün təhlükə törətmədi. 1974-
cü il aprelin 2-də Pompidunun qəfil ölümü yenidən gələcək 
illər üçün ölkənin inkişaf strategiyasını seçmək məsələsini 
qarşıya qoydu. Pompidunun ən böyük xidmətlərindən biri 
1968-ci ilin «qırmızı may»ından sonra ölkənin siyasi 
vəziyyətini sabitləşdirməyi bacarması idi. Lakin öz 
tərəfdarlarının siyasi əməkdaşlığına nail olmaq, uzunmüddətli 
fəaliyyət proqramı olan möhkəm siyasi blok təşkil etmək ona 
nəsib olmadı. Qəfil ölüm buna mane oldu. 
Pompidunun ölümündən sonra Şarl de Qollun partiyası 
daxilində mübarizə yenidən kəskinləşdi. Köklü təşkilati-siyasi 
yenidənqurmadan sonra mərkəz hərəkatı da canlandı. 
Mərkəzçilərin gənc nəslinin nümayəndəsi isə Valeri Jiskar 
D`Esten oldu. O hələ 1966-cı ildə Müstəqil respublikaçıların 
Milli federasiyasını yaratmışdı. O, «düşünülmüş qollizm» 
şüarını irəli sürərək bütün siyasi qüvvələri birləşdirmək, milli 
iqtisadiyyatın modernlizasiyasına çalışmaq, dünya bazarında 
ölkənin mövqeyini möhkəmləndirmək xəttini müdafiə edirdi. 
1974-cü ilin mayında keçirilən prezident seçkilərində 
sosialist F.Mitteranın yığdığı 48,3% səsə qarşı V.J.D`Esten 
50,7% səs toplayaraq qalib gəldi və prezident seçildi. Bu 
dövrdə Fransa dərin iqtisadi böhran içində idi. İstehsal doqquz 
ay ərzində 15% aşağı düşdü ki, Fransada hətta 1929-cu il 


150
dünya iqtisadi böhranı zamanı belə hal olmamışdı. Qiymətlər 
bir il ərzində 10% artdı. 1974-1976-cı illərdə ölkədə işsizlərin 
sayı 2,5 dəfə artdı. Böhran maliyyə sistemini də əhatə etdi. 
Hökumət məcbur oldu ki, iri neft kompaniyalarına subsidiya 
(vəsait) ayırsın və frankın kursunu aşağı salsın. Parlament 
seçkilərindən sonra baş nazir olmuş J.Şirak «sərt antiböhran 
siyasəti»ni irəli sürdü. Prezidentin tam müdafiəsi şəraitində 
hökumət iqtisadi artımı sürətləndirmək proqramını irəli sürdü 
ki, bundan da məqsəd ölkəni böhrandan çıxarmaq idi. İqtisadi 
artıma malik olmaq üçün hökumət sahibkarlar üçün vergi 
güzəştləri etdi, kredit siyasətini yüngülləşdirdi, əmək 
münasibətləri sahəsində sərt rejimdən imtina etdi. Dövlət 
müəssisələri əhəmiyyətli dərəcədə bazarda fəaliyyət göstərmək 
üçün sərbəstlik aldılar. Böhran hökuməti sərt monetar siyasətə 
keçməyə məcbur etdi. 1976-1980-ci illəri əhatə edən VII 
beşillik plan qəbul edildi. Bu plan «sənaye 
istiqamətləndirilməsi» ideyasını reallaşdırmalı idi. Beynəlxalq 
proqramlara böyük diqqət yetirilməyə başladı. «Aerobus» və 
«Kankord» aviaqayırmada, «Arion» kosmik texnologiyada belə 
layihələrdən idi. Əhəmiyyətli dərəcədə hərbi-sənaye bölməsi 
möhkəmləndi, bu bölmənin məhsullarının 40%-i ixrac edilirdi.
1976-cı ildə Şirakın baş nazir kürsüsünü Raymon Barr 
tutdu. Dövlət büdcəsi üçün «sərt qənaət» rejiminə keçildi. 
Sahibkarların fəallığını artırmaq üçün tədbirlər görüldü. Bu 
dövrdə əmək haqqının artmasının dayandırılması xətti 
götürüldü. D`Estenin prezidentliyi dövründə iqtisadi siyasətin 
nəticələri özünü ikiqat göstərdi. 70-ci illərin böhran sarsıntısını 
keçirsə də, Qərbin nisbətən daha çox inkişaf etmiş ölkələri 
içərisində Fransa yüksək həyat səviyyəsini və sabitliyini 
qoruyub saxladı. Kapital qoyuluşunun səmərəliliyi artdı. Əsas 
kapitalın fəal hissəsi 48,3% artdı. Sənayedə əmək 
məhsuldarlığı ildə 4% yüksəldi. Xarici ticarət dövriyyəsi bu 
dövrdə 5 dəfə artdı. İxrac 18%-ə qədər çoxaldı. Lakin bununla 
belə hökumət yenə də infilyasiya problemini həll edə bilmədi, 


151
bu da əhalinin gəlirinin artması sürətinin aşağı olmasına səbəb 
olurdu. Ən həyəcan doğuran fakt isə sahibkarların fəallıq 
səviyyəsinin aşağı olması idi. Dövlətin əsas kapital 
qoyuluşunun həcmi 96,4% artsa da, xüsusi müəssisələrdə bu 
artım 4,3% aşağı düşdü. Xüsusi kapitalın xaricə axını artdı. 
1980-ci ildə irəli sürülmüş VIII beşillik plan qəmli fraza kimi 
səsləndi. 
70-ci illərin II yarısında hökumətdə çoxluq təşkil 
edənlərlə (XRHP, «Müstəqil» respublikaçılar, Demokratik 
mərkəz) sol qüvvələrin (FKP, FSP, sol radikallar) ittifaqı 
arasında ixtilaflar gücləndi. Burjua partiyalarında qruplaşma 
başlandı. 1976-cı ilin dekabrında J.Şirakın təşəbbüsü ilə 
«Respublikanı müdafiə birliyi» adlı geniş koalisiya yarandı və 
o, qollizmə həmişə sadiq qalacağını bildirdi. 1977-ci il 
mayında lideri J.D`Esten olan Müstəqil respublikaçıların milli 
federasiyası, «Sosial və liberal nəsil» və digər başqa təşkilatlar 
birgə qurultay keçirdilər. 1978-ci ilin yanvarında Respublika 
Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin