136
tərkibinə Xalq Respublika hərəkatı partiyasının nümayəndələri
və beş kommunist daxil oldu. 1947-ci ildə Reno avtomobil
zavodunda fəhlələr əmək haqqlarının və iş şəraitlərinin
yaxşılaşdırılması ilə əlaqədar tətil edərkən kommunistlər onları
müdafiə etdilər. Hökumətin tərkibində fikir ixtilafı yarandı.
Kommunistlər hökumətdən kənarlaşdırıldılar və 1982-ci ilə
qədər hökumətin tərkibinə daxil ola bilmədilər.
1947-ci ildə Şarl de Qoll «Fransız xalqının birliyi»
partiyasını yaratdı. Bu partiyanın məqsədi Fransada güclü
hakimiyyət yaratmaq idi. Bu partiya həmçinin Qərbi Arvopa
ölkələrinin vahid iqitsadi və siyasi blokda
birləşməsini irəli
sürürdü. Ş.de Qolla görə belə olardısa, Qərbi Avropa həm
SSRİ-yəə qarşı dura bilər, həm də ABŞ-dan asılı olmazdı.
Dördüncü respublikanın fəaliyyətindən bir il keçməmiş
iqtisadiyyat komissarı Monne tərəfindən xüsusi plan işlənib
hazırlandı ki, bu da Fransa tarixinə «Monne planı» kimi düşdü.
Monne planının məqsədi Fransa iqtisadiyyatının
modernləşdirilməsi və onun dövlət tərəfindən tənzimlənməsinə
şərait yaratmaq idi. Bu məqsədlə 1947-ci
ildə beşillik plan
qəbul edildi. Bu plan ilk vaxtlar özünü doğrultdu. Fransa
Marşall planına qoşularaq ABŞ-dan aldığı 1,2 milyard dollar
yardımın xeyli hissəsini sənayenin modernləşməsinə verdi. Bu
dövrdə kapital qoyuluşunun əksəriyyəti sənayeyə
istiqamətləndirilmişdi. Bu isə sənayenin sürətli inkişafına
imkan verirdi. Dövlət inhisarçı kapitalın artımı da sürətləndi.
İstehsalın mərkəzləşməsi gücləndi. İqtisadiyyatın
proqramlaşdırılması ilk növbədə dövlət bölməsi müəssisələrinə
şamil edilirdi. Hökumət və inhisarçılar arasında bağlanan
sazişlərdə iri müəssisələr üçün plan tapşırıqları müəyyən edildi.
Dövlətin nizama salma siyasəti
həmçinin kredit buraxmaq,
vergi imtiyazları, iri müəssisələri icarəyə vermək, xarici
valyuta məsələlərini və s.-ni də əhatə edirdi. 1948-ci ildə
Fransa sənaye məhsulu istehsalına görə müharibədən əvvəlki
səviyyəyə çatdı. 1950-ci ildə kənd təsərrüfatı məhsulu
137
istehsalına görə müharibədən əvvəlki səviyyəni ötüb keçdi.
1949-cu ildə ölkədə kartoçka sistemi ləğv edildi. 1946-1958-ci
illərdə Fransada sənayenin yeni sahələri (qaz və neftçıxarma,
nefttəmizləmə, atom, elektron, kimya və s.) meydana gəldi.
Əsaslı kapitalın yeniləşməsi başlandı. Texniki baza genişləndi.
Bunun müəyyən hissəsi ən yeni avadanlıqlar üçün sərf edilirdi.
Bütün bu tədbirlər Fransanın iqtisadi inkişafını sürətləndirsə
də, lakin kapitalist iqtisadiyyatının
qeyri-sabitliyini aradan
qaldırmağı bacarmadı. İnhisarların mövşeyi gücləndi.
Fransanın iqtisadi həyatında canlanmanın müşahidə
edilməsi heç də onun siyasi həyatının sabit qalmasından xəbər
vermirdi. Dördüncü respublika dövründə Fransada 14 dəfə
hökumət dəyişikliyi oldu. 1947-ci ilin noyabrın 22-də Xalq
respublika hərəkatı partiyasının liderlərindən olan Robert
Şumanın başçılığı altında hökumət təşkil edildi. Bu hökumətin
tərkibi əsasən Xalq respublika hərəkatı partiyasının
nümayəndələri və sosialistlərdən ibarət idi. Bu hökuməti bəzən
«üçüncü qüvvələr partiyalarının bloku» da adlandırırlar. Şuman
hökuməti tətilə qarşı mübarizəyə başldaı.
Daxili işlər naziri
Jukl Mak mübarizə aparan fəhlələrə qarşı qoşun və polisdən
istifadə etdi. Şuman hökumətinin antifəhlə siyasəti
sosialistlərin vəziyyətini çətinləşdirdi. Onlar müxalifətə
keçməyə məcbur oldular. 1948-ci ilin sentyabrın 11-də radikal
sosialist Anri Keyin başçılığı altında hökumət təşkil edildi.
Hökumət antifəhlə siyasətini davam etdirdi.
1950-1953-cü illərdə Fransa iqtisadiyyatında enmə,
1953-cü ildən sonra isə bir sabitlik nəzərə çarpmağa başladı.
İstehsalın və kapitalın mərkəzləşməsi və təmərküzləşməsi
gücləndi, xırda və orta müəssisələr birləşməyə başladı.
Sənayenin dövlət bölməsi inkişaf etdi.
Fransa kapitalist
inteqrasiyası prosesində fəal iştirak etməyə başladı.
Mərkəzləşmə prosesi Fransanın kənd təsərrüfatını da əhatə etdi.
XX əsrin 50-ci illərində 900 min kəndli təsərrüfatı öz
mövqeyini itirdi. Kəndlilər şəhərə üz tutdular. İnflyasiya nəzərə
138
çarpmağa başladı. Ancaq 1958-ci ildə real əmək haqqı 1938-ci
ildəkindən yüksək oldu.
50-ci illərdə Fransada mühafizəkar və mütərəqqi
qüvvələr arasında mübarizə gücləndi. 1951-ci ilin mayında
kommunistlərin əleyhinə olan yeni seçki qanunu tətbiq edildi.
1951-1956-cı illərdə Fransanı idarə edən Mendes Fransın
başçılıq etdiyi «sağ mərkəz hökuməti»nin dövründə sağa
dönüş surətləndi. 1952-ci ildə FKP əleyhinə ittihamlar səsləndi
ki, guya o, dövlətə qarşı qəsd hazırlayır. 1954-cü ildə
konstitusiyaya bir sıra antidemokratik dəyişikliklər edilməsinə
nail olundu.
Hökumətin, prezidentin səlahiyyətləri artırıldı.
Milli Məclisin hüquqları məhdudlaşdırıldı. Ölkədə siyasi
Dostları ilə paylaş: