Partiya aparatına rəhbərlik edən Xruşşov isə belə hesab edirdi
ki, SSRİ-də ən çox mədəniyyət və ideologiya sahəsində
dəyişiklik etmək lazımdır. O, Stalinin ölümündən dərhal sonra
Ural dairəsinin komandanı olan Jukovun Moskvaya gəlməsi
haqqında qərar qəbul edilməsinə və onun Müdafiə Naziri təyin
edilməsinə nail oldu. N.S.Xruşşov rəhbərliyin üzvlərini ilk
növbədə başlıca rəqibi Beriya əleyhinə hərəkət üçün
birləşdirmək təşəbbüsünü öz üzərinə götürdi. Xruşşov
Beriyanın heç kimə aman verməyəcəyini hiylə, dilətutma,
qorxuzma ilə hamıya başa salaraq, istədiyinə nail oldu.
1953-cü il iyulun ortasında Malenkovun Kremldə
keçirdiyi iclasların birində Xruşşov Beriyanın haqqında
ittihamlarla çıxış edərək onu karyerizm, millətçilikdə, ingilis və
55
müsavat kəşfiyyatı ilə əlaqədə günahlandırdı. İşin hərbi tərəfini
isə Jukov həyata keçirdi. Berya həmin iclasda həbs olundu.
Həmin plenumda partiyada birinci katib vəzifəsi həll olunmadı,
lakin Xruşşov partiya MK katiblərindən MK-nın Rəyasət
Heyətinə daxil olan yeganə şəxs kimi əslində partiya aparatı
kadrlarını nəzarət altına aldı.
Sov. İKP MK-nın 1953-cü ilin sentyabr plenumunda
Xruşşov Sov İKP Mərkəzi Komitəsinin birinci katibi seçildi.
Həmin plenumda Xruşşov ölkədə ən ağrılı sahə olan kənd
təsərrüfatı məsələsini dərhal ortaya atdı. O zaman SSRİ
əhalisinin hələ 2/3 hissəsi kənddə yaşadığı üçün kənd
təsərrüfatına münasibət mühüm məsələ idi. Xruşşov
kolxozların taxıl tədarükü planlarını xeyli azaltdı. Kənd
təsərrüfatı məhsullarının satınalma qiymətləri artırıldı.
Kolxozçulara evlər tikməyə və şəxsi yardımçı təsərrüfatlardan
geniş istifadə etməyə imkan verildi. Həmçinin kəndlilərin
lazım gəldikdə avans götürmələrinə icazə verildi.
SSRİ-də demokratiya bir qədər genişləndi. O zamankı
şərait üçün bu çox böyük siyasi cəsarət tələb edirdi.
1954-1955-ci illərdə 1937-1940-cı və 1945-1952-ci
illərdə «xalq düşməni» kimi kütləvi təqiblərə məruz qalanların
90%-i bəraət qazanmış oldu. Bu, SSRİ-də Xruşşovun nüfuzu-
nun artmasına səbəb oldu. Kremlin qapısı sərbəst gediş-gəliş
üçün açıldı. Bununla belə, 1953-cü ilin axırında hələ mövcud
olan DİƏDBİ-nin (Dövlət islah əmək düşərgələrinin baş ida-
rəsi) ixtiyarında olan Vorkuta şaxtalarında məhbusların tətilləri
amansızlıqla yatırıldı.
1954-cü ildə Xruşşov ölkəyə bir neçə dəfə səfərə çıxdı
ki, bu siyasi həyatda yenilik idi. Onun şöhrəti artdı. Malenkov
kölgədə qaldı. «Leninqrad işinə» yenidən baxılmağa başladı.
1955-ci ilin əvvəlində Malenkov «Leninqrad işində»
günahlandırılaraq Nazirlər Sovetinin sədri vəzifəsindən
uzaqlaşdırıldı. Onu Stalinin ən yaxın əhatəsində olan, şəraitdən
baş çıxara bilən və Beriyanın həbs edilməsinin təşkilində
56
müəyyən rol oynamış N.A.Bulqanin əvəz etdi. Stalinçiliyin
ləğvi prosesində ilk mühüm addımlardan biri də
N.S.Xruşşovun təşəbbüsü və şəxsi nəzarəti ilə 1955-ci ildə
DİƏDBİ-nin (Dövlət islah Əmək düşərgələrinin baş idarəsi)
ləğv edilməsi idi. Günahsız cəza almış milyonlarla adam evə
qayıtmaq imkanı əldə etdi.
Molotov, Kaqanoviç, Bulqanin kimi mühafizəkar
qüvvələrə də Xruşşov üstün gəlməyi bacardı. 1957-ci ilin
iyununda keçirilmiş Sov.İKP MK-nın iyun Plenumunda
«Antipartiya qrupu» haqqında məsələ müzakirə edilərək
Molotov, Kaqanoviç və Bulqanin MK ü-zvülüyündən xaric
edildilər. Artıq partiya daxilində Xruşşovla müxalifətdə ola
biləcək bircə K.Q.Jukov qalırdı. Bu hadisədən sonra növbəti
hədəf Jukov oldu. Bütün əvvəlki rəqiblərini Jukovun əli ilə
məğlub edən Xruşşov artıq belə bir müttəfiqə ehtiyac hiss
etmirdi. G.K.Jukovun ölkədə və beynəlxalq aləmdə nüfuzunun
artması onu narahat edirdi. 1957-ci ilin oktyabrında MK-nın
plenumunda Jukovun məsələsi müzakirə edildi. O,
avantürizmdə günahlandırıldı. Jukov SSRİ Müdafiə Naziri
vəzifəsindən və Mərkəzi Komitə üzvlüyündən azad edildi.
1956-cı ilin fevralın sonunda olmuş Sov. İKP-nin XX
qurultayında Mərkəzi Komitənin hesabat məruzəsi ilə
N.S.Xruşşov çıxış etdi. Məruzədə Stalin dövrünün ehkamları
ilə ziddiyyət təşkil edən müddəalar az deyildi. Bu xüsusilə
beynəlxalq şəraitin qiymətləndirilməsinə aid idi. Hesabatın
daxili siyasət hissəsində dövlət qarşısında sənaye istehsalının
artırılması, kənd təsərrüfatının yüksəldilməsi, sənayedə yeddi
saatlıq iş gününün tətbiq olunması, pensiya islahatı keçirilməsi,
mənzil tikintisinin sürətinin artırılması və s. vəzifələr irəli
sürülürdü. Qurultayın qapalı iclasında Xruşşov dedi ki,
qurultayın işə başlaması ilə Mərkəzi Komitənin köhnə tərkibi
yeni tərkib seçilənə qədər səlahiyyətlərini itirir. Ona görə də
onun Stalinin tənqidinə həsr edilmiş çıxışını heç kim qadağan
edə bilməz. Xruşşovun rəqibləri bu tələbi qəbul etməyə məcbur
57
oldular. Məsələ onda idi ki, o zaman siyasi rəhbərliyin bir çox
üzvü seçkilərin məruzədən sonra keçiriləcəyi təqdirdə MK
tərkibindən kənarda qalacağından ehtiyat edirdi. Xruşşovun
qapalı iclasda Stalinin şəxsiyyətinə pərəstişin tənqidinə həsr
edilmiş məruzəsini gizli saxlamaq qərara alındı. Lakin xarici
mətbuat onu tamamilə dərc etdi. SSRİ mətbuatında ancaq Sov.
İKP MK-nın 1956-cı il 30 iyun tarixli «Şəxsiyyətə pərəstiş və
onun nəticələrini aradan qaldırmaq» haqqında qərarı dərc
olundu. Qərarda şəxsiyyətə pərəstişin əmələ gəlməsinin
səbəblərinin daha dərindən təhlil edilməsinin, onun
nəticələrinin tam dolğunluğu ilə qiymətləndirilməsinin o
zamankı şəraitdə mümkün olmaması əks etdirilirdi. Xruşşov
Stalini «xalq düşməni» kimi tanıtmağı bacarmadı. Çünki xalq
kütlələrində hələ də Stalinə inam güclü idi. Bu qərarın o
mənada böyük əhəmiyyəti vardı ki, doğrudan da, tarixi
yaradan xalqdır. Şəxsiyyət tarix yarada bilməz. Şəxsiyyət
tarixin gedişini ancaq sürətləndirə və ya ləngidə bilər. Lakin
istər SSRİ-də, istərsə də dünyada heç kəs inkar edə bilməzdi
ki, Stalin böyük siyasi iradəyə və güclü təşkilatçılıq bacarığına
malik olan bir şəxsiyyət olmuşdur. Təsadüfi deyildir ki,
İngiltərənin ən böyük şəxsiyyətlərindən olan Çörçill Stalin
haqqında demişdi ki, «O Rusiyanı kotanla qəbul etdı, atomla
təhvil verdi».
Ölkənin iqtisadi həyatında dəyişiklik baş verirdi. Ölkədə
sənaye məhsulu istehsalı 83% artdı. 1955-ci ildə beşinci
beşillik plana yekun vuruldu. 50-ci illərdə SSRİ-də 12 min yeni
sənaye müəssisəsi tikildi. Taxıl təsərrüfatını gecikmədən
qaydaya salmaq yolunu xam və dincə qoyulmuş torpaqları
mənimsəməkdə tapdılar. 1954-cü ildə Sov. İKP MK-nın fevral-
mart plenumlarında bu məsələ müzakirə edildi. Xam
torpaqların istifadəyə verilməsi məsələsi ortaya çıxdı. Xam
torpaqlar uzun müddət Rusiyanın «mədəsində həzm olunmayan
tikə» hesab olunurdu. Lakin 1955-1956-cı illərdə Sibir, Altay
və Şimali Qazaxıstanda 40 milyon hektara qədər xam torpaqlar
58
istifadəyə verildi. 1956-cı ildə onlar SSRİ-də istehsal edilən
bütün taxılın 40%-ni verdi. 3 milyard 300 milyon puddan artıq
taxıl yığıldı. Ət, süd istehsalı artdı. Bütün bunlar əhalinin ərzaq
təchizatını bir qədər yaxşılaşdırmağa imkan verdi. Lakin
müvəffəqiyyətlər ancaq ilk illərdə oldu.
1955-1956-cı illərdə ölkədə sosial sahədə də bir sıra
tədbirlər görülüdü. 1951-1955-ci illərdə 150 milyon m
2
mənzil
sahəsi istifadəyə verildi. Xalq təsərrüfatında 8 milyon ali
təhsilli mütəxəssis çalışırdı. Artıq 1955-ci ildə SSRİ-nin ali
məktəblərində 2 milyon tələbə təhsil alırdı ki, bu da üst-üstə
götürdükdə Avropanın kapitalist ölkələrindəki tələbələrin
sayından çox idi. Pensiya alanların sayı iki dəfə artırılaraq 18
milyon nəfərə çatdırıldı. Pensiya verilməsi kəndli qocalara da
şamil edildi. Bayram qabağı və şənbə günlərində iş saatı 2 saat
azaldıldı. Bir çox müəssisələrdə yeddi saatlıq iş gününə və beş
günlük iş həftəsinə keçirildi. Analıq məzuniyyəti və haqqı
ödənilən məzuniyyətin müddəti uzadıldı. Ali məktəblərdə, orta
ixtisas və orta məktəblərin yuxarı siniflərində təhsil haqqı ləğv
edildi. 1958-ci ilin may ayının 28-də «Məktəbin həyatla
əlaqəsini möhkəmləndirmək və SSRİ-də Xalq təhsilini daha da
inkişaf etdirmək haqqında» SSRİ Ali Soveti xüsusi qanun
qəbul etdi. Həmin qanuna görə səkkizillik təhsil icbari oldu.
Həmçinin məktəblərdə şagird istehsalat briqadaları təşkil
edildi. VIII sinifdən başlayaraq şagirdlər istehsalatda çalışmağa
başlayırdılar.
Müharibə dövründə qaraçayların, çeçen-inquşların, ka-
barda-balkanların ləğv edilmiş muxtariyyati bərpa edildi. Lakin
Krım tatarları, Volqaboyu almanları və Məhsəti türklərinin
muxtariyyətı bərpa olunmadı. 50-ci illərin ortalarında müttəfiq
respublikaların da hüquqları xeyli genişləndi.
1957-ci ildə N.Xruşşov Nazirlər Sovetinin sədri
vəzifəsini də öz əlinə aldı. 1957-ci ildə Mərkəzi Komitənin
sentyabr plenumunda sənayeni idarəetmənin sahə prinsipindən
ərazi prinsipinə keçildi ki, əslində bu tamamilə səhv idi.
59
Həmin prinsip əsasında nazirliklər ləğv edildi. Əvəzində Xalq
Təsərrüfatı Şuraları (XKŞ) yaradıldı. 1958-ci ildə Mərkəzi
Komitə MTS-lərin yenidən qurulması haqqında və onların
əmlakının kolxozlara verilməsi haqqında xüsusi qərar qəbul
etdi.
1959-cu ildə partiyanın XXI qurultayında yeddillik plan
qəbul edildi. Bu plan 1959-1965-ci illəri əhatə etməli idi. SSRİ
ETİ dövrünə qədəm qoydu. Lakin bu inqilab ilk növbədə hərbi-
sənaye kompleksi daxilində inkişaf edirdi. 1957-ci ilin
oktyabrın 4-də Yerin ilk süni peykinin buraxılması bütün
dünyada böyük əks-sədaya səbəb oldu. Kosmosun tədqiqi
sürətlə artırdı. Raket düzəldənlərin və sınaqçıların əməyi ağır
və təhlükəli keçirdi. 1960-cı ilin oktyabrında startdan lap
azacıq əvvəl ballistik raket partlayarkən marşal M.İ.Nedelin,
bir neçə yüz mühəndis, fəhlə, zabit və əsgər həlak oldu. Ölkə
bundan yalnız bir çox illər keçəndən sonra xəbər tutdu.
Maşınqayırma, kimya, energetika, tikinti materialları və
başqa sahələrin inkişafı sürətləndirildi. Buna baxmayaraq
yeddiillikdə sənaye məhsulları istehsalı cəmi 84%, kənd
təsərrüfatı məhsulları istehsalı isə 14% artdı.
1959-cu ilin payızında ABŞ-a getmiş, N.S.Xruşşov
Ayova ştatında fermer Rokuel Harstın qarğıdalı tarlalarında
oldu. Xruşşov vətənə qayıdan kimi qarğıdalı becərilməsi
haqqında göstəriş verdi. Bu nəinki kəndli təsərrüfatlarının
qədim təcrübəsini və ənənəsini, həm də sağlam düşüncəni ələ
salmaq idi. Digər tərəfdən isə qarğıdalı becərilməsində ABŞ
texnologiyasının tətbiqi taxılın və mal-qara üçün yemin
artırılmasına şərait yaradır, həqiqətən, kənd təsərrüfatı
problemlərinin öhdəsindən gəlməyə kömək edirdi.
1961-ci ildə ölkə tarixində ən mühüm hadisə baş verdi.
İlk dəfə olaraq şəhər əhalisi kənd əhalisini ötüb keçdi. SSRİ
qüdrətli sənaye dövlətinə çevrildi. 1961-ci ildə ölkədə pul
islahatı keçirildi. Rublun dəyəri on qat artılırdı. 1959-1962-ci
60
illərdə həmçinin SSRİ-də pasport rejimində də ciddi dəyişiklik
oldu. Bütün kəndlilərə pasport verilməyə başladı.
XX əsrin 50-ci illərinin ikinci yarısı və 60-cı illərinin
əvvəli parlaq hadisələrlə - kosmik fəzanın mənimsənilməsi,
atom enerjisindən dinc məqsədlər üçün istifadə edilməsi, kimya
sənayesinin coşğun inkişafı və s. hadisələrlə əlamətdar oldu.
1961-ci ilin aprelin 12-də SSRİ vətəndaşı Yuri Qaqarinin
kosmosa uçması sovet elm və texnikasının böyük qələbəsi idi.
İlk «lenin» atom buzqıran gəmisinin istismara verilməsi, Nüvə
Tədqiqatları İnstitutnun açılması bütün sovet adamları və
dünya xalqları üçün mühüm yenilik idi. 50-ci illərin sonunda
elmi mərkəzlərin coğrafiyası genişlənməyə başladı. SSRİ EA-
nın Sibir filialı açıldı.
MK-nın 1962-ci ilin noyabr pleniumunda kənd partiya
təşkilatının şəhər partiya təşkilatından ayrılması haqqında qərar
qəbul edildi ki, bu da çox vaxt İvan Qroznının dövründə olan
«Opriçnina» və «Zemşinanı» xatırladırdı.
1961-ci ildə partiyanın XXII qurultayında Xruşşov SSRİ-
də kommunizm qurmağın 20 ildə mümkün olacağı barədə
ideya irəli sürdü. Kommunizm qurmaq haqqında proqram
qəbul edildi ki, bu partiyanın üçüncü proqramı idi. Bu
proqramda SSRİ-də kommunizm qurmağın üç mühüm vəzifəsi
elan edildi. Bunlardan biri, kommunizmin maddi-texniki
bazasının yaradılması, ikincisi, sosialist ictimai
münasibətlərinin təkmilləşərək kommunist ictimai münasibət-
lərinə çevrilməsi, üçüncüsü isə, fiziki cəhətdən sağlam, əqli
cəhətdən kamil və mənəvi cəhətdən saf yeni insanı tərbiyə
etmək idi. Lakin, bu proqramın yerinə yetirilməsi reallıqdan
çox uzaq idi.
Mərkəzin təşəbbüsü ilə bu illərdə respublikalar arasında
torpaqlar çox intensiv sürətdə bölüşdürülürdü. Məsələn,
Özbəkistan Tacikistana 50 milyon hektardan çox, Qazaxıstan
Özbəkistana 3.5 milyon hektar torpaq verdi. RSFSR Krımın
ərazisini Ukraynaya verdi. Bütün bu hərəkətlər verilən ərazi-
61
lərin əhalisi ilə məsləhətləşdirilmədən, həmin hərəkətlərin
müsbət və mənfi cəhətləri açıq şəkildə müzakirə olunmadan
edilirdi.
Bədii ədəbiyyatda da canlanma şübhəsiz idi. Televiziya
adamların məişətinə daxil olurdu.50-ci illərin sonu 60-cı illərin
əvvəllərində mədəniyyətin inkişafında ziddiytəli meyllər
meydana gəldi. Mədəni siyasətin ziddiyyətliliyi onda idi ki,
bəzi əsərlər Xruşşov tərəfindən pis qarşılanırdı.
Ümumiyyətlə, Xruşşovun dövrünü tarixi ədəbiyyatlarda
bəzən «neronçuluq», bəzən də «subyektivizm və volyau-
ntalirizm dövrü» kimi xarakterizə edirlər. Çünki Xruşşovun
xarakterində bəzən obyektiv amillər nəzərə alınmadan öz
iradəsi ilə iş görmək prinsipi mühüm yer tuturdu. Məsələn,
Xruşşov milli xüsusiyyətləri nəzərə almadan bütün kəndlərdə
donuzçuluq fermasının təşkili haqqında göstəriş vermiş və
SSRİ-də bütün ət istehsalının 50%-nin donuz əti hesabına
ödənilməsini qarşıya vəzifə kimi qoymuşdu. Onun digər
özünəməxsus cəhətlərdən biri də sənaye sahələri içərisində
kimya sənayesinə üstün yer verməsi idi. Leninin məlum
«Kommunizm bərabədir Sovet hakimiyyəti üstəgəl bütün
ölkənin elektrikləşdirilməsi» şüarına Xruşşov üstəgəl «kimya-
laşdırılmanı» da əlavə etmişdi.
Xruşşov özünün hakimiyyətə gəlməsinin 10 illiyini
təntənə ilə qeyd etməyə hazırlaşarkən birdən-birə ölkədə aclıq
baş verdi. Çünki həmin il həm xam torpaqlarda, həm də
ölkənin digər regionlarında quraqlıq olduğuna görə lazım olan
məhsul alınmadı, strateji ehtiyatlara əl atılmalı oldu. Halbuki
hətta Böyük Vətən müharibəsi dövründə də onlardan istifadə
edilməmişdi. SSRİ öz tarixində birinci dəfə olaraq xarici ölkə-
lərə taxıl üçün ağız açdı. Tezliklə vəziyyəti düzəltmək mümkün
oldu.
Xruşşovun yaratdığı demokratiya ilk növbədə onun
özünə qarşı çevrildi. 1964-cü ilin oktyabrında Xruşşov Krımda
istirahət edərkən artıq Moskvada onun vəzifədən kənar-
62
laşdırılması barədə hazırlıq işləri görülürdü. O Moskvaya
çağrılarkən elə təyyarə meydanında həbs edilib, Kremlə
gətirildi.
1964-cü ilin oktyabrında çağrılan Mərkəzi Komitənin
plenumunda Xruşşov vəzifəsində qalmaq istəmədiyini və öz
ərizəsilə işdən və siyasətdən getdiyini bildirdi. Suslov
Xruşşovu ittiham edən məruzə ilə çıxış etdi. Xruşşov kollektiv
rəhbərlik prinsiplərinin pozulmasında, Çinlə münasibətlərin
pisləşməsində (halbuki məhz Suslov özü bu hadisədən bir neçə
ay əvvəl MK Plenumuna antimaoçu sənəd hazırlamışdı),
Misirin rəhbəri Nasirə Sovet İttifaqı Qəhrəmanı adı
verilməsində günahkarlandırılırdı. Lakin onun müsbət cəhətləri
- siyasi cəsarəti, demokratizmi, sağlam düşüncəsi, sülhsevərliyi
plenumda xatırlanmadı. Plenumda N.S.Xruşşov Sov. İKP
Mərkəzi Komitəsinin birinci katibi və SSRİ Nazirlər Sovetinin
sədri vəzifəsindən azad edildi.
N.S.Xruşşovun Sov.İKP MK-nın Birinci katibi olduğu
dövründə SSRİ-nin xarici siyasəti. 1953-cü ildə Stalinin
vəfatından sonra Xruşovun hakimiyyətə gəlməsi ilə xarici
siyasətdə mühüm dəyişikliklər baş verdi. 1949-1953-cü illərdə
SSRİ-nin xarici işlər naziri (XİN) olmuş Vışinsikinin
«Prokuror» doktrinası Xruşovun «Mülayimləşmə» dokrinası ilə
əvəz olundu. Bu dövrdə Koreyada sülhə nail olundu,
Yuqoslaviya ilə münasibətlər nizama salındı. 1954-cü ildə
atom SSRİ-nin silah cəbhəxanasına daxil edildi. 1954-cü ildə
SSRİ-nin yaxından iştirakı ilə Fransa Vyetnamın müstəqilliyini
tanıdı. 1955-ci ildə olmuş Cenevrə konfransında SSRİ
Eyzenhauerin «aşıq səma» dokrinasını qəbul etmədi. 1954-cü
ildə SSRİ Port-Artur hərbi bazasını yenidən Çinə, hərbi-strateji
məqsədlər üçün götürdüyü Xanko yarımadasını Finlandiyaya
qaytardı.
Sosialist dövlətləri arasında münasibətlərin möhkəm-
lənməsində 1955-ci ilin mayında yaradılmış Varşava müqa-
63
viləsi təşkilatı mühüm mərhələ oldu. Buraya Yuqoslaviyadan
başqa, Aropanın bütün sosialist ölkələri daxil oldular.
Sovet xarici siyasətinin mühüm istiqamətlərindən biri də
Hindistanla dostluq münasibətlərinin yaradılması oldu.
«Mülayimləşmə» SSRİ-nin Qərb ölkələri ilə münasibət-
lərinə də təsir göstərdi. 1954-cü ildə ABŞ, Böyük Britaniya,
Fransa və SSRİ xarici işlər nazirlərinin müşavirəsi oldu. Müşa-
virədə Hindistan, Koreya, Almaniya problemini və Avropada
kollektiv təhlükəsizlik məsələsini müzakirə etdilər. Qərb
dövlətləri NATO-nun müdafiə xarakterini təbliğ etdikdə SSRİ
bildirdi ki, əgər ABŞ-ın iştirakı ilə Avropada kollektiv təh-
lükəsizlik haqqında müqavilə bağlansa, o, NATO–ya girməyə
razılıq verir. SSRİ-nin təklifi rədd edildi.
Dünyanın müharibədən sonrakı quruluşunun ən kəskin
problemi Almaniya məsələsi idi. 1955-ci ilə kimi SSRİ-nin
alman dövlətlərindən ancaq biri ADR-lə diplomatik müna-
sibətləri var idi. 1955-ci ildə Sovet höküməti SSRİ-də olan
alman hərbi-əsirlərinin vətənə qaytarılması haqqında qərar
qəbul etdi. Lakin alman hərbi əsirlərinin bir qismi, hərbi
cinayətkarlığa görə məhkum edilmiş 6 min nəfərdən çox adam
SSRİ-də qalmaqda idi. Qərb mətbuatında bu məsələ son dərəcə
kəskin şəkil almışdı. SSRİ əsirlərin qanunsuz saxlanılmasında
ittiham edilirdi. Onların taleyini yüngülləşdirməyi ADR
höküməti də xahiş edirdi. 1955-ci ilin sentyabrında AFR
kansleri Adenauer SSRİ-yə gəldi. Danışıqlarda alman əsirləri
məsələsi başlıca müzakirə obyekti idi. Xuruşşov təkid edirdi
ki, ADR-i AFR rəsmən tanısın. Yalnız qismən kompromis əldə
edildi. SSRİ ilə AFR arasında diplomatik münasibətlər yarandı.
1957-ci ildə alman hərbi əsirlərinin vətənə qaytarılması
haqqında razılıq alındı. Lakin danışıqlar başa çatdıqdan sonra
Adenaner bütün alman xalqını təmsil etməyə vəkil edildiyini
bildirdi. Buna cavab olaraq SSRİ-də bildirdi ki, o, ADR-in
hüquqlarını tanıyır.
64
Avstriya ilə Dövlət müqaviləsinin bağlanması beynəlxalq
sahədə böyük nailiyyət idi. SSRİ əvvəl Avstriya ərazisində
dörd dövlətin kiçik qoşun kontingentinin saxlanılmasını təklif
edirdi. Lakin Avstriya hökümətindən ölkənin bitərəfliyi haq-
qında təminat alaraq digər böyük dövlətlərlə birgə 1955-ci ilin
mayında müstəqil, demokratik Astriyanın bərpası haqqında
müqaviləni imzaladı.
Stalinin ölümündən sonra Şərqi Avropadakı sosialist
dövlətlərin bir çoxu bu sistemdən yaxa qurtarmağa çalışdı.
1953-cü ildə ADR və Polşada, 1956-cı ildə isə Macarıstanda
antisovet çıxışları gücləndi. SSRİ Polşa və ADR-ə güzəştə
getsə də, Macarıstandakı hadisələri zor gücünə yatırtdı. Orada
Yanoş Kadar hakimiyyətə gətirildi.
1956-cı ilin fevralında olmuş partiyanın XX qurultayında
SSRİ müasir dövrdə müharibənin qarşısını almaq, dinc yanaşı
yaşamaq və müxtəlif ölkələrin sosializmə keçmək formalarının
müxtəlifliyi məsələsini yeni tərzdə beynəlxalq aləmə çatdırdı.
1956-cı ilin oktyabrın 19-da SSRİ ilə Yaponiya arasında
diplomatik münasibətlər yarandı. Birgə bəyannamənin
imzalanması ərəfəsindəki danışılarda Yaponiya ilk dəfə olaraq
SSRİ qarşısında «Şimal ərazilərinin» - İturur, Kunaşir, Şikotan
adaları və Cənubi Kuril adaları qrupunda Xabomai ada
silsiləsiin qaytarılması məsələsini irəli sürdü. Razılığa gəlindi
ki, sülh müqaviləsi bağlanarkən Şikotan və Xabomai ada
silsiləsi Yaponiyaya verilsin, digər adaların taleyinə isə sonra
baxılsın. Lakin ABŞ-la Yaponiya arasında ABŞ-a Yaponiya
ərazisində hərbi qüvvələrini və hərbi bazalarını saxlamaq
hüquqi verən 1960-cı il müqaviləsindən sonra SSRİ
Yaponiyaya heç bir ərazi verməyəcəyini bildirdi.
1957-ci ildə Yuqoslaviya ilə münasibətlər yenidən
pisləşdi. Sovet ideologiyası sosializmin Yuqoslaviya modelini
– özünüidarənin geniş inkişafını və bazar münasibətlərinə
malik bu modeli kobud sürətdə tənqid etdi. Yuqoslaviya
tərfəindən bu kəskin etiraza səbəb oldu. 1957, 1960-cı illərdə
65
keçirilən Kommunist və fəhlə partiyalarının Moskva
müşavirəsində SSRİ sosializmə keçmənin ümumi
qanunauyğunluqları məsələsini ön plana çəkdi.
1959-cu ilin payızında N.S.Xruşşov ABŞ-a səfər etdi.
ABŞ prezidenti ilə danışıqlarda tərk-silah problemləri açıq
müzakirə edildi. Amerika prezidenti ilə şəxsi əlaqə beynəlxalq
gərginliyin zəifləməsinə kömək edirdi. Diplomatik yolla
razılaşdırıldı ki, SSRİ, ABŞ, Böyük Britaniya və Fransa
hökümət başçıları 1960-cı ilin mayında görüşsünlər. Lakin
SSRİ səmasında ABŞ təyyarəsinin görüşdən bir neçə gün əvvəl
vurulması SSRİ-nin orada iştirakdan imtina etməsinə səbəb
oldu.
1960-cı ilin payızında Xruşşov BMT-nin tribunasında
hələ də qalan müstəmləkə rejimlərinin ləğvi barədə məsələ
qaldırmaqla bütün üçüncü dünya ölkələrində SSRİ-nin
nüfuzunu xeyli yüksəltdi. 1961-ci ilin avqustunda Xruşşovun
«qorxulu iş», dünya siyasətçilərinin «ikinci Çin səddi»
adlandırdıqları Berlin divarı çəkildi. 1961-1962-ci illərdə SSRİ
–ABŞ qarşıdurması zamanı əsas arena Kuba oldu. 1961-ci ili
aprel ayında Amerika gəmilərində Kuba ərazisinə kubalı
mühacirlərin hərbi desantı çıxarıldı. Belə şəraitdə SSRİ çox
təhlükəli addım ataraq 1962-ci ilin iyun ayında Kubada Sovet
atom silahını yerləşdirməsi haqqında Kuba ilə gizli müqavilə
imzaladı. Kubada ABŞ-ın böyük şəhərlərinə qarşı yönəldilmiş
62 ədəd orta mənzilli raket yerləşdirildi. Buna cavab olaraq
Kennedi hökuməti 1962-ci ilin oktaybrın 22-də Kubanı hərbi-
dəniz blokadasına aldı. Hər iki tərəfin qarşılıqlı güzəştə
getməsi nəticəsində Karib böhranı dinc yolla aradan qaldırıldı
və dünya nüvə müharibəsi təhlükəsindən qurtardı. 1962-ci ildə
Karib böhranı zamanı SSRİ özünün sualtı gəmi raketlərini geri
çəkməklə, ABŞ isə Kubaya müdaxiləyə cəhd etməyəcəyi və
rejimi devirmək üçün səylər göstərməyəcəyi barədə öhdəlik
götürməklə yeni dünya müharibəsinin baş verməsinin qarşısını
aldılar.Bu hadisədən sonra ABŞ-ın dövlət rəhbərləri SSRİ ilə
66
münasibətləri təhlükəli vəziyyətə çatdırmamağa üstünlük
verdilər. Kennedi bildirdi ki, ABŞ mühüm beynəlxalq
problemlərin hərbi yolla deyil, dinc vasitələrlə həll edilməsinə
və Yer kürəsindəki hər hansı başqa sistemlə dinc yarış
aparmağa tərəfdardır. 1963-cü ilin avqustun 5-də ABŞ, SSRİ
və İngiltərə arasında nüvə silahının atmosferdə, kosmik fəzada
və sualtında sınaqlarının qadağan edilməsi haqqında saziş
bağlandı. Xruşşovun dövründə SSRİ ilə Çin arasında
münasibətlərin kəskinləşməsinin əsas səbəbi Çinin SSRİ-dən
Sov. İKP-nin XX qurultayının «Şəxsiyyətə pərəstiş» haqqında
qərarından, Sov. İKP proqramından əl çəkməsini, həmçinin
vaxtilə bağlanmış Nerçinski (1689-cu il) və Pekin (1860-cı il)
müqaviləsinin şərtlərinə yenidən baxılmasını tələb etməsi və
ərazi iddiaları idi. Lakin Xruşşovun dövründə bu məsələlər öz
həllini tapmadı. SSRİ Çinin təklifini rədd etdi.
SSRİ L.İ.Brejnevin Sov. İKP MK-nin Birinci, (1971-ci
ildən Baş) katib olduğu dövrdə (1964-1982-ci illər). Sovet
İKP MK-nın 1964-cü ilin oktyabr plenumunda Leonid İliç
Brejnev Sov. İKP MK-nın birinci katibi seçildi. Aleksey
Nikolayeviç Kosıgin isə SSRİ Nazirlər Sovetinin sədri təyin
edildi. 1964-cü ilin noyabrında yeni bir plenum çağrılaraq
şəhər və kənd partiya təşkilatları yenidən birləşdirildi. Böyük
islahatçı olan Kosiginin başçılığı ilə sənaye və kənd
təsərrüfatında köklü dəyişikliklərin zəruriliyi ilə əlaqədar
islahatlar keçirilməyə başlandı. 1965-ci ilin martında Mərkəzi
komitənin xüsusi plenumunda kənd təsərrüfatında təxirə
salınmaz tədbirlər haqqında məsələ müzakirə edildi. Plenum
kənd təsərrüfatının inkişafının ləng getməsinin səbəblərini
aşkara çıxartdı. Bu səbəblər, əsasən obyektiv iqtisadi inkişaf
qanunlarının lazımınca nəzərə alınmaması, bəzən isə bunlara
etinasızlıq göstərilməsi, ictimai mənafe ilə şəxsi mənafenin
əlaqələndirilməməsi, kənd təsərrüfatı məhsulları istehsalını
artırmağa kolxozçularda və sovxoz fəhlələrində maddi maraq
oyatmaq prinsipinin pozulması idi. Səbəblərdən biri də
67
rəhbərlik praktikasında, xüsusilə planlaşdırma, qiymətqoyma,
maliyyələşdirmə və kreditləşdirmə sahəsində subyektivist
xarakterli hərəkətlərin getdikcə daha üstün yer tutması idi.
Kolxoz və sovxozlar üzərinə əsassız istehsal tapşırıqları
qoyulur, kənd təsərrüfatı bitkilərinin coğrafi yerləşdirilməsində
özbaşnalığa yol verilirdi.
Plenum kənd təsərrüfatındakı geriliyin səbəblərini aradan
qaldırmaq üçün qərarlar qəbul etdi. Taxılın satın alınmasına
dair 1965-ci il üçün müəyyən edilmiş plan azaldılıb. 4 milyard
puddan 3 milyard 400 milyon puda endirildi və bu plan 1970-ci
ilədək sabit və dəyişilməz elan edildi. Kəndlilərə istədiyi kimi
mənzil tikmək, istədiyi qədər mal-qara saxlamaq icazəsi
verildi. Kəndlilərdə maddi maraq yaratmaq üçün kolxozların
dövlətə olan borcları silindi. Belə bir yeni qayda qoyuldu ki,
kolxozlardan gəlir vergisi heç də əvvəllər olduğu kimi, ümumi
gəlirdən deyil, xalis gəlirdən tutulsun. Kolxoz torpaqlarının
əsaslı sürətdə yaxşılaşdırılması üçün çəkilən xərclərin hamısını
dövlət öz üzərinə götürdü. Dövlət kolxozçular, fəhlə və
qulluqçuların şəxsi yardımçı təsərrüffatları məsələsində
subyektivist səhvləri də düzəltdi. Kənd yerləri, şəhərlər və
şəhərətrafı zonalarda yardımçı şəxsi təsərrüfatlar üzərinə
əvvəlki illərdə qoyulmuş lüzumsuz və əsassız məhdudiyyətlər
aradan qaldırıldı. Mal-qarası olan şəxslərdən vergi tutulması
ləğv edildi, mal-qara sahiblərinə qüvvətli yem satmağa icazə
verildi. Kəndlilər yük avtomobilləri ilə yanaşı həm də digər
avtomobilləri dövlətdən ala bilərdilər. Kənd təsərrüfatına əsaslı
vəsait qoyuluşu artırıldı, kənd təsərrüfatının texniki bazası
möhkmələndirildi. Böyük torpaq sahələrində meliorasiya işləri
görmək nəzərdə tutulurdu. Sənayedə olduğu kimi, kənd
təsərrüfatında da sabit plan tətbiq edildi. Artıq qalan məhsul
50%, bəzən də 100% artıq qiymətlə dövlətə satıla bilərdi.
Kolxozçulara pul və kənd təsərrüfatı məhsulu şəklində
təminatlı əmək haqqı verilməsi qaydasının tətbiq edilməsi
məsləhət görüldü.
68
Kənd təsərrüfatı mütəxəssislərinin və kənddə işləyən
müəllimlərin, həkimlərin imtiyazları artırıldı. Onlar mənzillə
təmin edilməli, onlara elektrik enerjisi pulsuz verilməli idi.
Onların maaşları da çox olmalı idi. Bütün bu tədbirlərdən
məqsəd kənd təssərrüfatını, onun məhsuldarlığını sabit sürətlə
yüksəltmək, ölkə iqtisadiyyatını inkişaf etdirmək, xalqın maddi
vəziyyətini yaxşılaşdırmaq idi.
Sov. İKP MK-nın 1965-ci ilin sentyabr plenumunda isə
sənaye ilə əlaqədar məsələ müzakirə edildi. Plenum sənayenin
idarə olunmasını yaxşılaşdırmaq, sənaye istehsalında plan-
laşdırmanı təkmilləşdirmək və iqtisadi həvəsləndirməni
gücləndirmək haqqında məsələ müzakirə etdi. Bu məsələnin
müzakirəyə qoyulmasına səbəb sənayenin çox böyük ehtiyat
mənbələrindən daha mükəmməl və daha yaxşı istifadə etmək
mülahizələri idi. Digər tərəfdən son illərdə sənayedə milli
gəlirin artım sürətinin azalması, əsas istehsal fondlarının hər
rubl hesabı ilə sənaye məhsulu buraxılışının azalması, əmək
məhsuldarlığının artım sürətinin yavaşıması, yeni müəssisələrin
işə salınmasının ləngiməsi, yeni qurğuların istifadəyə gec
verilməsi, elmi nailiyyətlərin istehsalata ləng tətbiqi kimi
xoşagəlməz hallar aşkara çıxmışdı. Yüngül, yeyinti, kimya,
meşə, kağız, tikinti materialları ölkənin tələbatını ödəmirdi.
İdarəetmə işində sahə prinsipinin pozulması sənayenin
inkişafına mənfi təsir göstərirdi. Bu plenumda sənayeni idarə
etməyin ərazi-istehsalat prinsipindən yenidən sahə prinsipinə
keçirildi, xalq təsərrüfatı şuraları ləğv edildi, yenidən
nazirliklər yarandı. Müəssisələrdə xüsusi həvəsləndirmə,
ictimai-mədəni tədbirlər və mənzil tikintisi fondları təşkil
edildi. On üçüncü əmək haqqı verilməyə başladı.
Plenum iqtisadiyyata planlı rəhbərlik formalarını və
müəssisələrdə təsərrüfatçılığı təkmilləşdirmək işinin üç əsas
istiqamətini müəyyən etdi. Bu istiqamətlər aşağıdakılar idi:
iqtisadiyyatın dövlət xətti ilə planlaşdırılmasının elmi
səviyyəsini yüksəltmək; müəssisələrin təsərrüfat müstəqilliyini
69
və təşəbbüsünü genişləndirmək, təsərrüfat hesabını
möhkəmlətmək; qiymət, mənfəət, kredit kimi vasitələrin kö-
məyi ilə istehsalatda iqtisadi həvəsləndirməni gücləndirmək.
Bu plenumdan sonra müəssisələrə qiymət istehsal etdiyi
məhsulun miqdarına görə geyil, keyfiyyətinə və satılmış
məhsulun həcminə görə verilməyə başladı. Müəssisələr dövlət
tərəfindən verilmiş planları əvvələcədən öz müəssisələrinə
uyğun şəkildə azalda və ya çoxalda bilərdilər.
Əhalinin asudə vaxtının təşkilinə, onun dispanserləş-
dirilməsinə, kütləvi bədən tərbiyəsi və idmana xüsusi diqqət
yetirilməyə başlandı.
Ümumiyyətlə, 1965-ci il plenumlarında irəli sürülürdü
ki, iqtisadiyyatı inkişaf etdirməyin ekstensiv metodlarından da-
ha çox intensiv metodlarına üsütünlük verilsin, elmi nailiy-
yətlərin istehsala tətbiqi gücləndirilsin.
Ölkədə sosial sahədə də tədbirlər görüldü. 1966-cı ildə
məcburi orta təhsilə keçmək haqqında SSRİ Nazirlər Soveti
xüsusi qərar qəbul etdi. Təhsil və səhiyyəyə, təqaüdlərə ayrılan
vəsait artırıldı.
1966-cı ildə olmuş Sovet İKP XXIII qurultayında 1966-
1970-ci illəri əhatə edən səkkizinci beşillik plan qəbul edildi.
Bu beşillik plan SSRİ tarixində «qızıl beşillik» adlandı. Bu
beşillikdə SSRİ iqtisadiyyati özünün ən yüksək inkişaf
göstəricilərini nümayiş etdirdi. Beşillik ərzində təqribən 1900
iri sənaye müəssisəsi və obyekti işə salındı. Sənaye məhsulları
istehsalı 47% əvəzinə 50%, milli gəlir 38% əvəzinə 41%, kənd
təsərrüfatı məhsulunun orta illik həcmi əvvəlki beşillikdə olan
12% əvəzinə 21% artdı. 1970-ci ildə ölkədə 186 milyon tondan
çox, yəni özünün bütün tarixi ərzində ən çox taxıl yığıldı.
1966-1970-ci illərdə yarım milyard kvadrat metrdən artıq
mənzil sahəsi istifadəyə verildi.
70-ci illərdə SSRİ artıq xammal və material, enerji və
əmək ehtiyatları problemi ilə üzləşməyə başladı. Bunlar üçün
çox böyük məsrəf sərf edilməsi tələb olunurdu. Artıq
70
iqtisadiyyatı ekstensiv yolla inkşaf etdirmək imkanları
tükənmişdi. Lazım gəlirdi ki, iqtisadiyyatı inkşaf etdirməyin
intensiv yollarına (elmi nailiyyətlərdən istifadə etmək) keçilsin.
1971-ci ildə olmuş partiyanın XXİV qurultayında bu məsələlər
öz geniş əksini tapdı. Qurultayda həm də sosial sahəni əhatə
edən mühüm qərarlar qəbul edildi. Qurultay partiyanın
nizamnaməsində də dəyişiklik edərək «Birinci Katib» sözünü
«Baş Katib» sözü ilə əvəz etdi.
70-ci illərin əvvəllərində iqtisadiyyatın inkişafında
durğunluq özünü göstərməyə başladı. Ölkənin durğunluq
vəziyyətinə düşməsinin səbəbi ilk növbədə iqtisadi vəziyyətin
dəyişməsinə vaxtında siyasi qiymət verilə bilməməsi idi. SSRİ-
nin silahlanmaya öz büdcəsinin yarıdan çoxunu sərf etməsi də
səbəblərdən biri idi. SSRİ - də olan alimlərin 1/ 3 hissəsi hərbi
sahədə çalışırdı. Həmçinin əsrin ən böyük tikintisi hesab
edilən Baykal – Amur magistralının (BAM) çəkilişi də ölkəyə
çox böyük xərcə başa gəlirdi. Vəziyyəti çətinləşdirən
amillərdən biri də SSRİ–nin Şərqi Avropa ölkələrində qoşun
saxlaması idi. Digər təsiredici amillərdən biri SSRİ–nin Yaxın
və Orta Şərqdə baş verən hadisələrə qarışması, Ərəb ölkələrinə
və azadlıq uğrunda mübarizə edən digər ölkələrə kömək etməsi
idi. Ölkə daxilində sosial xərclərin artması da durğunluğu
səbəb olan amillərdən idi. Belə ki, 70-ci illərin əvvəllərində
ölkədə orta aylıq əmək haqqı 70 manat oldu. Hər nəfərə 50
manatdan az düşən ailələrdə uşaqlar üçün müavinət təyin
edildi. Bütün bunlar onunla nəticələndi ki, 1980-ci illərin
əvvələrində durğunluq böhran qabağı vəziyyətlə əvəz olundu.
Ölkədə ət və yağ məhsulları talon sistemi ilə əhaliyə satılmağa
başladı. Kənd təsərrüfatı bu illərdə cəmi 6% artdı. Ölkədə mili
gəlir 60 – ci illərlə müqayisədə 2,5 dəfə aşağı düşdü. SSRİ–də
iqtisadiyyatda baş verən böhran ideologiya və siyasətdə də
özünü birüzə verdi. Nəzzəriyyə praktikadan ayrı düşdü.
İnsanlar sözdə bir şey, işdə isə başqa şey gördülər. Zəhmətsiz
gəlirlər çoxaldı. Xəlvəti iqtisadiyyat ölkədə canlandı.
71
Leonid İliç Brejnev dövrünü bəzən ədəbiyyatda «Neo-
stalinizm», «qızıl əsr» dövrü kimi də qiymətləndirirlər. Bu
dövrdə inzibatı amirlik sisteminin yerini inzibatı-bürokratik sis-
tem tutdu. Stalini ittiham etməkdən əl çəkildi, partiya dövlət
nomenklaturası ənənəsi gücləndirildi. «Kadrların sabitliyi» xət-
ti irəli sürüldü «Partiyanın birliyi uğrunda mübarizə» şüarı
altında baş xəttə uyğun gəlməyən hər bir hərəkət heçə
endirilirdi.
1976-cı ildə olmuş Sov. İKP-nin XXV qurultayında
1976-1980-ci illəri əhatə edən X beşillik planın direktivləri
qəbul edildi. Bu qurultayda Azərbaycan KP MK-nın birinci
katibi Heydər Əliyev Sov. İKP MK-nın Siyasi Bürosu üzv-
lüyünə namizəd seçildi. Partiya aparatı sürətlə şişməyə başladı.
Orada işləyənlərin sayı 18 milyonu ötüb keçdi. Kommunist
Dostları ilə paylaş: |