Microsoft Word s?may?kitab?sas doc


partiyası da iştirak etdi və 5,6% səs aldı. Xristian-demokratlar



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə8/76
tarix19.05.2023
ölçüsü1,29 Mb.
#116780
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   76
avropa-v-amerika-lklrinin-n-yeni-tarixi-mustafayeva-smay-mmmd-qz-2023-05-16


partiyası da iştirak etdi və 5,6% səs aldı. Xristian-demokratlar 
və xristian sosialistlər ittifaqı 48,8%, müstəqil demokratlar 
6,9% səs qazandılar. Sosial demokratlar isə 38,2% səs aldılar. 
XDİ-XSİ bloku müstəqil demokratlarla koalisiyada H.Kolun 
başçılığı altında hökumət təşkil etdi. 
Helmut Kol mühafizəkarlığı yeni vəziyyətə uyğun 
şəkildə müdafiə edirdi. O, «ümumrifah dövləti» anlayışını 
qəbul etmir, cəmiyyətin ənənəvi quruluşuna daha çox üstünlük 
verirdi. O göstərirdi ki, mənəviyyatı sağlamlaşdırmağa və 
sosial strukturun elementləri olan ailə, kilsə, mülkiyyət, 
dövlətin bazasını möhkəmləndirməyə xüsusi diqqət yetirmək 
vacibdir. Onun siyasəti «yeni mühafizəkarlıq» kursuna əsas-
lanırdı. O, dövlət idarələrini siyasiləşdirməyin əleyhinə idi və 


115
praqmatik adam olduğu üçün bütün nüfuzlu ictimai qüvvələrlə 
konsensus tərəfdarı idi. O, hələ Erxardın dövründə irəli 
sürülmüş sosialist bazar təsərrüfatının tərəfdarı idi. O göstərirdi 
ki, şəxsi əmək və şəxsi məsuliyyət insanın hərtərəfli inkişafının 
stimuludur və güclü dövlətin əsas vəzifələrindən biridir. 
Kansler Helmut Kol reqlamentləşdirmənin şəxsi təşəbbüsə 
imkan vermədiyini göstərərək, ilk növbədə sahibkarlığın 
inkişafına xüsusi şərait yaratdı. Vergilər artırıldı, sosial xərclər 
ixtisar edildi. Dövlətin müəssisələrin işinə qarışması zəiflədi. 
Bütün bunlar isə Almaniyada iqtisadiyyatın yenidən 
canlanmasına və 80-ci illərin əvvəlindəki böhranın aradan 
qalxmasına gətirib çıxartdı.
H.Kolun dövründə «sərt büdcə iqtisadiyyatı» xətti 
yeridildi. Bu isə büdcə kəsirini xeyli azaltmağa imkan verdi. 
1983-cü ildə artıq büdcə kəsiri 30 milyard markaya endi. 
Hakum koalisiya qanunvericilik aktlarına 250-yə qədər 
dəyişiklik etdi ki, bunlar da əsasən həmkarlar ittifaqlarının 
hüquqlarının məhdudlaşdırılmasına, differensial əmək haqqı 
sisteminin genişləndirilməsinə və s.-yə yönəldilmişdi. Yeni 
mühafizəkarlar belə hesab edirdilər ki, təbii iqtisadi mexanizm 
səmərəli əmək bazarı bərpa etmək qabiliyyətindədir. 
Siyasi quruluşun yeni kompenentlərdən biri də 
özəlləşdirmə proqramının həyata keçirilməsi oldu. Lakin digər 
qabaqcıl ölkələrlə müqayisədə bu o qədər prioritet məsələ 
hesab olunmurdu. 1982-1992-ci illərdə özəlləşdirmə büdcəyə 
10 milyard marka gətirdi. H.Kol kiçik və orta sahibkarlara 
münasibətdə həvəsləndirici siyasət yeridirdi. Kol hökuməti 
kənd təsərrüfatı ilə məşğul olan əhalini (onlar 80-ci illərin 
sonunda 4,5% təşkil edirdilər) həvəsləndirmək üçün dövlətin 
onlardan aldığı haqqı xeyli ixtisar etdi. Ölkədə toxumçuluq və 
seleksiyanın inkişafına xüsusi diqqət yetirildi.
Ölkə böhran vəziyyətindən 1983-cü ildə çıxdı. Sonrakı 
illərdə istehsal 4,5% çoxaldı. Xüsusilə, maşınqayırma, avto-
mobil, kimya, elektro-texnika sənayesi yüksək sürətlə inkişaf 


116
etdi. 80-ci illərin sonunda dünya bazarında Almaniyanın mal-
ları Yaponiyanı 20% ötərək ikinci yerə çıxdı. İxrac əməliy-
yatlarının ümumi həcminə görə də AFR ABŞ-dan sonra dünya-
da ikinci yeri tutdu. Maliyyə sistemi sabitləşdi. İşsizlik ən aşağı 
səviyyəyə endi. İşsizlər fəal əhalinin cəmi 7%-ni təşkil etdi. 
Silahlanma gücləndi. 1990-cı ildə hərbi büdcə 51 milyard
marka təşkil etdi. 
80-ci illərdə AFR-in xarici siyasəti ən çox ABŞ yönümlü 
olması ilə fərqlənirdi. 
80-ci illərdə AFR-də ABŞ raketləri yerləşdirilməyə 
başlandı. AFR ABŞ-ın Yaxın və Orta Şərqdəki təcavüzünü 
müdafiə etdi, onun Liviya və Qrenadaya qarşı təcavüzünü, 
«ulduz müharibələri» strategiyasını bəyəndi, 1986-cı ildə ABŞ-
la AFR arasında hərbi əməkdaşlıq haqqında saziş bağlandı.
80-ci illərdə AFR yenə də SSRİ ilə iqtisadi əməkdaşlıqda 
kapitalist ölkələri içərisində birinci yeri tuturdu. 1983-cü ildə 
onun SSRİ ilə ticarət dövriyyəsi 7 milyard rubl təşkil edirdi. 
AFR-in inkişaf etməkdə olan ölkələrlə əlaqələri genişləndi. 
ADR XX əsrin 50-80-ci illərində. ADR-in konstitusiyası 
qüvvəyə mindikdən sonra 1949-cu il oktyabrın 11-də V.Pik 
ölkənin prezidenti seçildi. Oktyabrın 12-də isə O.Qrotevolun 
başçılığı altında ADR hökuməti təşkil edildi. ADR-də 
çoxpartiyalı sistem formal olaraq saxlanıdı. Lakin əsas rolu 
AVSP oynayırdı. Xalq palatasına seçilən deputatların 114-ü 
AVSP-dən, 52-si isə Milli-demokratik, kəndli demokratik, 
liberal - demokratik partiyalarından idi. Xalq palatası ali dövlət 
orqanı idi. Əvvəl ADR-də ikipalatalı parlament mövcud idi. 
Lakin 1958-ci ildən Torpaq palatısı ləğv edildi. 1960-cı ildə 
V.Pikin ölümündən sonra prezident vəzifəsi ləğv edildi. 
Nəticədə Dövlət Şurası adlanan xüsusi orqan təşkil edildi ki, 
onun sədri dövlətin başçısı hesab edilirdi.1950-ci ildə olmuş 
AVSP-nin III qurultayında AVSP-nin MK-nın baş katibi 
Volter Ulbrixt seçildi. Bu partiya SSRİ-nin təcrübəsindən 
istifadə edərək ictimai həyatın bütün sahələrini öz nəzarəti 


117
altına aldı. ADR-də də beşillik plan irəli sürüldü. 1950-ci ildə 
həmçinin ölkədə Dövlət Təhlükəsizliyi nazirliyi təşkil edildi. 
Yarandığı ilk gündən ADR SSRİ-nin təsiri altında fəaliyyət 
göstərməyə başladı. Ona görə də iki alman dövləti arasında 
fikir ayrılıqları yarandı. 1950-ci ildə SSRİ ADR-dən aldığı 
təzminatı iki dəfə azaltdı və ADR-in birləşmiş silahlı 
qüvvələrdə iştirakının mümkünlüyünü qeyd etdi. 1952-ci ildə 
ADR-də rəsmən elan edildi ki, o sosializm əsaslarının 
quruculuğuna başlayır. Kəndin kooperativləşdirilməsi, 
sənayenin dövlətləşdirilməsi başlandı. Dövlət sistemindəki 
kadrların siyasi təmizlənməsi keçirildi.
Stalinin ölümündən sonra ADR rəhbərliyi öz siyasətində 
müəyyən dəyişikliklər etməyə cəhd göstərdi. 1953-cü ilin 
iyunun 10-da AVSP MK-si belə bir qərar dərc etdirdi ki, 
«buraxılmış səhvləri» düzəltmək üçün «yeni kurs»a başlayır. 
Vergi siyasətində, kəndlilərə və sənətkarlara münasibətdə 
hökumət dəyişiklik etmək qərarına gəldi. Əhalinin həyat 
səviyyəsinin aşağı olmasından, sovet qoşunlarının Şərqi 
Almaniya ərazisində qalmasından narazılığını bildirildi. Bu 
çıxışların qarşısını almaq üçün sovet tankları işə düşdü, 300-ə 
qədər insan həlak oldu. İyunun 17-də baş verən bu hadisələr 
AVSP rəhbərliyini düşünməyə vadar etdi. SSRİ-nin verdiyi 
kredit və maddi kömək sayəsində müxtəlif malların qiyməti 
aşağı salındı, fəhlə və qulluqçuların əmək haqqı yüksəldildi. 
Yüngül sənaye və mənzil tikintisinə ayrılan vəsait artırıldı. 
Kənd təsərrüfat kooperativlərinə könüllü daxil olmaq 
prinsipinə ardıcıl əməl edilməyə başladı. 3 minə qədər xırda 
müəssisələr sahiblərinə qaytarıldı. AVSP-nin ortodoksal 
qanadının mövqeyi möhkəmləndi. AVSP rəhbərliyi 
ümumalman probleminin nizama salınmasında sərt mövqe 
tuturdu (Qərbdə bu siyasət «Ulbrixt doktrinası» adlanırdı) 
ADR hökuməti AFR-lə uzanan bütün sərhədləri «qadağan 
edilmiş zona» hesab etmək haqqında qərar qəbul etdi. 1953-
1955-ci illərdə SSRİ ilə Qərb dövlətləri arasında alman 


118
problemi ilə əlaqədar gedən danışıqlar nəticəsində ADR qəti 
olaraq sovet blokuna inteqrasiya edilmiş oldu. 1954-cü ildə 
SSRİ ADR-dən təzminatın qalan hissəsini də almaqdan imtina 
etdi. 1954-cü ilin martında SSRİ ADR-in tam suverenliyini 
tanıdığını bildirdi. Bununla belə, SSRİ ADR-in təhlükəsizliyi 
və xarici siyasəti üzərində nəzarət öhdəliyini özündə saxladı. 
1955-ci ilin mayında ADR Varşava müqaviləsi təşkilatına daxil 
oldu. 
50-ci illərin sonunda Qərbi Berlin məsələsi ilə əlaqədar 
ADR-də vəziyyət yenidən gərginləşdi. SSRİ hər iki alman 
dövlətinin və Qərbi Berlinin qəti olaraq statusunu müəyyən 
etmək məsələsini həll etməyi Qərb dövlətlərindən tələb etdi. 
1961-ci ilin yayında ADR-dəki Berlinin açıq sərhədindən 
kütləvi Qərbə axın başlandı. Əgər ADR-i 1959-cu ildə 144 
min, 1960-cı ildə 203 min adam tərk etmişdirsə, 1961-ci ilin 
iyulunda 30 min, avqustun iki həftəsində isə 48 min adam tərk 
etdi. SSRİ qəti addım olaraq 1961-ci ilin avqustunun 13-dən 
14-nə keçən gecə Berlinin qərbi ilə şərqi arasında hasar çəkdi. 
ADR rəhbərliyi bu hasarın dövlət sərhədini möhkəmləndirmək 
və qərb agenturasının təsirini azaltmaq məqsədi ilə çəkildiyini 
bildirdi. Berlin hasarı Qərblə Şərq arasında «dəmir pərdə» 
simvoluna çevrildi. 
1963-cü ildə ADR-də də digər sosialist ölkələrində 
olduğu kimi iqtisadi islahatların həyata keçirilməsinə başlandı, 
«sosialist bazarı»nı təşkil etmək məsələsi ortaya atıldı. Xalq 
müəssisələri təsərrüfat hesabına keçirildi, onların müstəqilliyi 
artırıldı. ADR iqtisadi inkişafın yüksək sürətinə nail oldu və 
sosialist ölkələri içərisində lider dövlətlərdən birinə 
çevrildi.ADR rəhbərliyi tədricən belə hesab edirdi ki, SSRİ-nin 
bir çox lazımsız ideoloji və siyasi diktələrindən imtina etmək 
artıq zərurətə çevrilmişdir. ADR-in 1968-ci ildə qəbul edilən 
konstitusiyasında bildirilirdi ki, əvvəlki dövlət quruluşu 
saxlanılır və «ADR alman millətinin sosialist dövlətidir». 


119
1968-ci il Çexoslovakiya hadisələrini ADR rəhbərliyi müdafiə 
etdi və bu əməliyyatda iştirak etdi. 
1971-ci ildə V.Ulbrixt öz xahişi ilə partiyanın fəxri sədri 
qalmaqla, AVSP MK-nın birinci katibi vəzifəsindən azad 
edildi. Onu Erix Honnekker əvəz etdi. Güclü ideoloji nəzarət 
altında fəal iqtisadi və sosial siyasət yeritmək qərara alındı. 
Dövlət təhlükəsizliyi xidmətinin səlahiyyətləri genişləndirildi. 
Honnekker əhalinin həyat səviyyəsini yüksəltmək yolu ilə 
cəmiyyətdə sosial sakitliyə nail olmağa çalışırdı. Ona görə də 
70-ci illərdə fasiləsiz olaraq ADR-də qiymətlərin sabit 
saxlanması şəraitində əmək haqları və pensiyalar artırıldı, 
mənzil tikintisi genişləndirildi. Dünyada iqtisadi konyuktura 
70-ci illərdə xoşagələn olmasa da, ADR-də bu dövrdə, yəni 70-
ci illərin birinci yarısında milli gəlir 30% artdı. Honnekker 
rejimi ümumialman probleminə münasibətdə dəyişiklik yaratdı. 
O «Təcrid olunma» xəttini götürdü. «Sosialist alman milləti» 
konsepsiyası rəsmi olaraq tanındı. ADR-in 1974-c il 
konstitusiyasında göstərildi ki, dövlətin siyasəti vahid 
Almaniyanın bərpasıdır. İki alman dövlətinin əhalisinin əlaqəsi 
məhdudlaşdırıldı. Bu proses 1989-cu ilə qədər davam etdi. 
Almaniyanın birləşməsi. Helmut Kol öz xarici 
siyasətində ilk növbədə 80-ci illərin axırlarında yaranmış 
əlverişli beynəlxalq vəziyyətdən istifadə edərək Almaniyanın 
birləşməsi xəttini götürdü. 
1981-ci ildə Honnekker və Şmidtin görüşündə birinci 
dəfə olaraq AFR və ADR Avropa kontinentində təhlü-
kəsizliklərinin təmin edliməsi barədə «ümumi məsuliyyət» 
daşıdıqlarını rəsmən elan etdilər. «Şərqi Almaniya» rəhbər-
liyinin yeni xətti Bonnda başa düşüldü. Kol hökuməti ADR-ə 
iqtisadi cəhətdən kömək etmək sahəsində addımlar atdı.
Hər iki hökumətin razılılığı ilə hər iki ölkənin 
universitetləri, şəhər icmaları, yaradıcı ziyalıları arasında 
əlaqələr yaradıldı. 1987-ci ildə ilk dəfə olaraq ADR-in lideri 
Bonna səfər etdi. SSRİ-də «yenidənqurma» başlandıqdan sonra 


120
ADR rəhbərliyi Qorbaçovun islahatlarını qəbul etməkdən 
imtina etdi. Bu dövrdə ADR-də iqtisadi vəziyyət çətin idi. 
Dövlət borcları artmışdı. Əgər 1971-ci ildə ADR-in Qərb 
ölkələrinə borcu 3,5 milyard marka idisə, 1989-cu ildə bu 
rəqəm 10 dəfə artdı. ADR əhalisi içərisində ruh düşkünlüyü 
yaranmışdı. Əhali arasında Qərbi Almaniya ilə birləşmək meyli 
getdikcə güclənirdi. Ölkədaxili siyasi böhran Honnekker 
hökumətini demoqoqiya və terror yolunu tutmağa məcbur etdi. 
Dövlət Təhlükəsizlik komitəsində işləyənlərin sayı 8,4 mindən 
100 min nəfərə çatdı. 1989-cu ilin payızında Çexoslovakiya ilə 
sərhəd açıldıqdan sonra Avstriya və AFR-ə ADR-dən gedən 
qaçqınların sayı artdı. 1989-cu ilin oktyabrın 7-8-də ADR-in 
təşkilinin qırx illiyi ilə əlaqədar keçirilən tədbirdə polislə əhali 
arasında toqquşmada dövlət rəhbərləri günahlandırıldı. 1989-cu 
ilin oktyabrın 18-də AVSP-nin IX Plenumunda E.Honnekker 
tutduğu vəzifədən azad edildi. Onu Eron Krents əvəz etdi. 
Lakin yeni rəhbərlik ölkə üzərində nəzarət etməyi bacarmadı. 
Ölkədə kütləvi mitinqlər və nümayişlər keçirilməyə başlandı.
1989-cu il noyabrın 7-də ADR Nazirlər Sovetinin bütün tərkibi 
başda Villi Ştof olmaqla istefaya getdi. 1989-cu ilin noyabrın 
9-da iki dövlət arasına qəti sədd çəkən «Berliun hasarı» 
dağıldıldı. Onların hər ikisi arasında sərbəst gediş yarandı. 
ADR-də inqilab baş verdi. Noyabrın 13-də Xalq palatası 
Nazirlər Sovetinin yeni sədri vəzifəsinə məşhur müxalifətçi 
Xansa Modrolu seçdi. O, AFR ilə «ümumi danışıqlara» 
başlamaq qərarına gəldi. Bu qərar Helmut Kol tərəfindən də 
bəyənildi. 1989-cu ilin dekabrın 1-də ADR konstitusiyasından 
Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin