Microsoft Word s?may?kitab?sas doc


partiyadan kansler, yəni baş nazir seçilirdi. Kansler



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə6/76
tarix19.05.2023
ölçüsü1,29 Mb.
#116780
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   76
avropa-v-amerika-lklrinin-n-yeni-tarixi-mustafayeva-smay-mmmd-qz-2023-05-16


partiyadan kansler, yəni baş nazir seçilirdi. Kansler 
Almaniyanın daxili və xarici siyasətində mühüm rol oynayırdı. 
Kansler ancaq parlament qarşısında cavabdeh idi. Kanslerin 
təqdimatı əsasında prezident nazirləri təyin edir və işdən 
çıxarırdı. Konstitusiya həmçinin bir sıra demokratik azadlıqları 
özündə təsbit etdi. Parlamentə seçkilər dörd ildən bir 
keçirilirdi. Konstitusiyaya görə Almaniyaya əvvəl 9 torpaq 
(land) daxil edildi. Baden, Vürtemberq-Baden və Vürtemberq-
Hohensolern torpaqları birləşdi və yeganə Baden-Vürtemburq 
torpağı təşkil edirdi. 1957-ci ildə Saar torpağı da ona 
birləşdikdən sonra torpaqların sayı on oldu. Qərbi Berlin 
muxtariyyətini saxlasa da, lakin ona aid məsələlərə Qərbi 
Almaniya parlamentində baxılırdı. Konstitusiya xüsusi 
mülkiyyət hüququna təminat verirdi. 1949-cu ilin avqustun 14-
də ilk dəfə qərb zonasında bundestaqa seçkilər keçirildi. 


98
Nəticədə Xristian demokrat və xristian-sosialistlər ittifaqı 
(XDİ-XSİ) bloku 48% səs toplayaraq Azad demokratlar 
partiyasının köməyi ilə hakimiyyətə gəldilər. İki+ «yarım» 
partiyalı sistem Almaniyada gələcək üçün də forma sayılmış 
oldu. 1876-cı ildə anadan olmuş, siyasi uzun ömürlülüyü ilə 
Çörçillə bənzəyən, Almaniyada demokratik institutların 
yaradılmasında və Almaniyanın qüdrətli dövlətə çevrilməsində 
böyük rolu olan 73 yaşlı Adenauer kansler oldu. O, 1963-cü 
ilə qədər bu vəzifədə qaldı. Prezident isə Azad demokratlar 
partiyasının lideri F.Xeys seçildi. Hökumət əsasən XDİ və 
XSİ-nin nümayəndələrindən təşkil olundu. Hökumətin 
tərkibinə müstəqil demokratlar və digər burjua partiyalarının 
nümayəndələrindən də daxil edildi. Hökumətin üzvlərindən 13-
ü bankir, qalanları isə sənayeçi və mülkədar nümayən-
dələrindən ibarət idi. 1949-cu ilin sentyabrın 21-də isə Alma-
niya Federativ Respublikasının (AFR) yaradıldığı elan edildi.
Sovet işğal zonasında da Şərqi Almaniya dövlətinin 
yaradılması prosesi başlandı. Hələ 1947-ci ildə burada Alman 
Xalq Konqresi təşkil edildi. O təklif irəli sürdü ki, vahid 
Almaniya dövlətinin yaradılması üçün bütün alman xalqı ara-
sında referendum keçirilsin. Qərbi Almaniyada hakimiyyət təd-
birlər keçirilməsini və ümumalman xalq konqresinin müdafi-
əsini qadağan etdi. Bununla eyni vaxtda Alman Xalq Şurası 
təşkil edildi və ona səlahiyyət verilidi ki, Şərqi alman döv-
lətinin konstitusiyasını hazırlasın. 1946-cı ildə təşkil edilmiş 
Almaniya Vahid Sosialist partiyasının nümayəndələri tərəfin-
dən konstitusiyanın layihəsi hazırlandı. 1949-cu ilin may ayının 
30-da Almaniya Demokratik respublikasının konstitusiyası 
təsdiq edildi. 
1949-cu ilin oktyabr ayının 7-də müvəqqəti Xalq palatası 
təşkil edildiyi üçün həmin gün rəsmi ADR-in yaranması günü 
oldu. Almaniyanın bölünməsi rəsmiləşdirilmiş oldu. Almaniya 
məsələsi İkinci dünya müharibəsindən sonrakı dövrün ən 
mürəkkəb beynəlxalq problemlərindən birinə çevrildi. 


99
AFR XDİ – XSİ blokunun hakimiyyəti dövründə. 
«İqtisadi möcüzə» (1949-1969-cu illər). AFR yarandıqdan 
sonra ilk növbədə ölkənin iqtisadi inkişafına diqqət artırıldı. 
Müharibədən sonrakı ilk illərdə zəhmətkeşlərin vəziyyəti ağır 
idi. Zəhmətkeşlərin real əmək haqqı 1948-ci ildə 1938-ci 
ildəkinin cəmi 67%-ni təşkil edirdi. İşsizlərin sayı 1949-cu ildə 
1,6 miylon nəfər idi ki, bu da fəhlələrin 11%-i demək idi. 
İşsizlik tətillərin də artmasına gətirib çıxartdı. 
Honnover, Köln, Rur tətilçilərinin tələblərini hökumət 
ödəməyə məcbur oldu. 1949-cu il noyabrın 12-də Bizoniyada 9 
milyondan çox fəhlə və qulluqçu tətil etdi. Həmin tətillərin 
nəticəsi olaraq bir sıra torpaqların (Hessen, Vürtemberq-Baden, 
Şimali-Reyn-Vestfaliya) konstitusiyalarına antiinhisar maddə-
lər daxil edildi.
1946-1947-ci illərdə ölkədə keçirilməyə başlayan aqrar 
islahat AFR-təşkil edildikdən sonra təxirə salındı. İri torpaq 
sahibləri ölkə əhalisinin 0,7%-ni təşkil etsə də, bütün 
torpaqların 29,7%-i onlara mənsub idi. AFR-də «iqtisadi 
möcüzə»nin atası hesab edilən Lüdviq Erxardın başçılığı 
altında «sosialist bazar iqtisadiyyatı» siyasəti yeridilməyə 
başlandı. Bu xətt XX əsrin 30-cu illərində görkəmli iqtisadçı 
Oyken tərəfindən irəli sürülmüşdü. Bunu neoliberal iqtisadçılar 
qrupu müdafiə edirdi. Onlar dövlət aparatında əsas iqtisadi 
postlarda əyləşmişdi. Bu siyasətdən məqsəd alman markasının 
rəqabət qabiliyyətinin artırılması, onun sabitliyinin təmin 
edilməsi, beynəlxalq bazarda rəqabətə tab gətirən məhsul 
istehsal etmək və valyuta ehtiyatı yaratmaq idi. Bütün bunların 
nəticəsi idi ki, 1950-64-cü illərdə Almaniyada «iqtisadi mö-
cüzə» baş verdi. 1951-1952-ci illərdə iqtisadi artım 9-10%, 
1953-1956-cı 10-15% oldu. Alman markası Avropada ən güclü 
valyuta oldu.
1950-ci ildə Almaniya iqtisadi inkişaf cəhətdən 
müharibələrdən əvvəlki səviyyəyə çatdı. Sonrakı illərdə yüksək 
sürət müşahidə edilməyə başladı. Belə ki, ölkədə iqtisadiyyatın 


100
illik inkişaf sürəti 9,6% oldu. İşsizlik ləğv edildi. 1964-cü ilə 
qədər Almaniyada sənaye məhsullarının istehsalı və əhalinin 
real gəliri müharibədən əvvəlkindən 3 dəfə çox artdı. Təkcə 
AFR müharibədən əvvəlki bütün Almaniyanın istehsal etdiyi 
qədər məhsul istehsal edirdi. Almaniya sənaye məhsulu 
istehsalına və qızıl ehtiyatlarına görə kapitalist dövlətləri 
içərisində ikinci yerə çıxdı. Plastik kütlə, sintetik lif, elektron 
cihazları sənayesi də sürətlə inkişaf edirdi. Almaniya qüdrətli 
sənaye dövlətinə çevrildi. İnteqrasiya prosesinə qoşuldu. 1957-
ci ildə Avropa İqtisadi Birliyini (AİB) təşkil edən əsas 
dövlətlərdən biri oldu. AFR-də dövlət-inhisarçı kapitalizmi 
sürətlə inkişaf etməyə başladı. İstehsal gücünün 20%-i dövlət 
inhisarçı bölməyə mənsub idi.
Ölkənin təsərrüfatı, demək olar ki, 100 ailənin əlində 
cəmlənmişdi. Onların təsiri altında biznesmenləri və 
maliyyəçiləri birləşdirən təşkilatlar yarandı. Alman Sənaye 
Federasiyası İttifaqı onların içərisində başlıca rol oynayırdı. 
Bundan başqa Alman iş adamları ittifaqının federal birliyi
Alman Sənaye sahibləri və ticarətçilərinin konqresi təşkilatları 
da yaradıldı. Adenauer böyük biznesin maraqlarını nəzərə 
alaraq siyasət yeridirdi. Bu siyasətin əsas məqsədi iri 
maliyyəçiləri qorumaq idi. 1953-1954-cü illərdə gəlir vergisi 
azadıldı. İxrac artırıldı, xarici dövlətlərlə iqtisadi əməkdaşlıq 
edən firmalara kredit verilməyə başlandı. Sosial təminat və 
işsizlər üçün sığorta fondundan iqtisadi inkişaf üçün istifadə 
edilməyə başlandı. Almaniyada o dövrdə 2600 korporasiya var 
idi və bu korporasiyaların 17-si Almaniyanın bütün 
səhmlərinin 83,3%-nə sahib idi. Almaniyada istehsal edilən 
poladın 86,6%-ni 9 (doqquz) iri kampaniya verirdi. 
Almaniyada buraxılan avtomobilin 80%-ni 4 (dörd) iri firma 
verirdi. Almaniyanın bütün maliyyə əməliyyatlarına 3 iri bank 
– Alman, Drezden, Kommersiya bankı nəzarət edirdi. Məşhur 
kimya tresti olan «İq Farbenindustri» dünyanın üçüncü kimya 
firması idi. 1957-ci ildə Kruppun zavodları özünə qaytarıldı. 


101
Bu zavodlar AFR-də istehsal edilən poladın 14%-ni (13,5 
milyon ton) verirdi. Mannesmanın konserni bütün boruların 
1/3-ni verirdi.
Almaniyada «İqtisadi möcüzə»nin baş verməsində 
aşağıdakı amillər – sənayenin yeni avadanlıqla təchiz 
edilməsində ABŞ, İngiltərə və Fransanın köməyi, Qərb zona-
sının təbii sərvətlərlə zəngin olması, onun sənaye potensialına 
müttəfiqlərin toxunmaması, bu zonanın ixtisaslı kardlarla 
zənginliyi, burada ucuz işçi qüvvəsinin çoxluğu, elmi 
nailiyyətlərin dərhal istehsala tətbiq edilməsi, çoxişlənən zəruri 
tələbat mallarına həm daxildə, həm də xaricdə böyük tələbatın 
olması, Marşall planı əsasında Almaniyaya 3,6 milyard dollar
vəsait verilməsi (Bu vəsait Marşall planı əsasında Böyük 
Britaniya və Fransanın birlikdə almış olduğu vəsaitə bərabər 
idi, İtaliyanın Marşall planı əsasında aldığı puldan isə, demək 
olar ki, 3,5 dəfə çox idi) 50-ci illərin ortalarına qədər ölkədə 
hərbi xərclərin olmaması, dövlətin iqtisadiyyata rəhbərliyi və 
kompaniyalara xüsusi kredit buraxması, Almaniyanın «Ümumi 
bazar»da iştirakı və s. mühüm rol oynamışdır. Bu daxili 
amillərlə bərabər İkinci dünya müharibəsindən sonra dünyada 
baş verən proseslərin də iqtisadi inkişafa təsiri böyük idi. Belə 
ki, Yaxın və Orta Şərqin neftinin Avropaya axını da bu 
məsələdə nəzərə çarpacaq əhəmiyyətə malik idi. Həmçinin 
İkinci dünya müharibəsindən sonra xarici iqtisadi əlaqələrin 
genişlənməsi də Qərbi Avropa dövlətlərinin o cümlədən, 
Almaniyanın inkişafına mühüm təkan verdi. 
1960-cı illərin ortalarında AFR xarici ticarət və əhalinin
həyat səviyyəsinə görə ABŞ-la rəqabətə girə bildi. Ümumi 
məhsul istehsalına və əmək məhsuldarlığına görə ABŞ və 
Yaponiyadan sonra üçüncü yeri tutdu. 
XX əsrin 60-cı illərində AFR-də iqtisadi yüksəliş sürəti 
aşağı düşməyə başladı. Əgər 1951-1955-ci illərdə bu yüksəliş 
sürəti 12,3% təşkil edirdisə, 1961-1965-ci illərdə isə 5,4% 
təşkil edirdi. Bu ilk növbədə Qərbi Almaniya iqtisadiyyatının 


102
bərpasının başa çatması ilə əlaqədar idi. Kapitalizm dünyasında 
onun payı 1961-ci ildəki 9,9%-dən 1970-ci ildə 12,5%-ə 
qalxdı. Həmçinin bu dövrdə AFR iqtisadiyyatı üçün xarakterik 
olan cəhətlərdən biri iqtisadiyyatın ayrı-ayrı sahələrinin qeyri-
bərabər inkişafı idi. Kapitalın mərkəzləşməsi və təmərküz-
ləşməsi prosesi nəticəsində səhmdar cəmiyyətləri ölkənin səhm 
kapitalının 1/3-ni öz əlində cəmləşdirmişdi. İstehsal 
vasitələrinin 70%-i əhalinin 1,7%-nin əlində idi. Bu dövrdə 
kənd təsərrüfatında da mərkəzləşmə gücləndi. AFR-in xarici 
ölkələrə kapital qoyuluşu 1970-ci ildə 21 milyard marka idi. Öz 
növbəsində təkcə ABŞ-ın AFR-ə kapital qoyuluşu bu dövrdə 
21,6 milyard dollar təşkil edirdi. 
XX əsrin 60-cı illərinin ortalarında ölkədə iqtisadi enmə 
başlandı. 1966-1967-ci illərdə sənaye indeksi 3% aşağı düşdü. 
Lakin xarici iqtisadi əlaqələr sənaye indeksinin daha çox aşağı 
düşməsinin qarşısını aldı. İşsiz fəhlələrin sayı bir milyonu ötüb 
köçdü. O cümlədən, 300 mindən çox xarici vətəndaş da işsiz 
idi. Əmək haqqı xeyli aşağı düşdü. Böhran hökuməti 
neoliberalizm siyasətindən əl çəkməyə məcbur etdi. Keyns 
konsepsiyasından istifadə edilməyə başladı. İqtisadiyyat naziri 
Şiller (1966-1969-cu illərdə) «böyük koalisiya» siyasətini irəli 
sürdü. Bu siyasətdə «qlobal nizamasalma» əsas yer tuturdu. 
Bu dövrdə siyasi sabitlik də pozuldu. Əhali içərisində 
narazılıq artdı. 60-cı illərdə tətillər gücləndi. 60-cı illərin 
ortalarında gənclər, tələbələr, qadınlar, ziyalılar da fəallıqlarını 
artırdılar. Ölkədə neofaşizm gücləndi. 1964-cü ildə antikom-
munist və antisosialist əhvali-ruhiyyədə olan Milli Demokrat 
Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin