97
Münxendəki qurultayda o, Alman Həmkarlar İttifaqı
Birliyi
adlandı.
1948-ci ilin Berlin hadisələrindən sonra müttəfiqlər
Almaniyanın qərb zonasında Almaniya dövlətini yaratmağa
tələsdilər. Landtaq Müəssislər məclisinə çevrildi və 1948-ci ilin
sentyabrın 1-də Bonda açıldı. Məclis komissiya tərəfindən
hazırlanmış Konstitusiya layihəsini nəzərdən keçirdi.
Sosial-
demokratlar bütövlükdə konstitusiya layihəsini müdafiə etdilər.
1949-cu il mayın 23-də yeni alman dövlətinin konstitusiyası
hesab edilən «İşğal zonasının statusu haqqında» qanun
qüvvəyə mindi. Qanun dövlət quruluşunun əsas prinsiplərini
müəyyən edirdi. Konstitusiyaya görə Almaniyanın dövlət
quruluşu parlamentli federativ respublika olmalı idi.
Prezident
əvvəlki dövrdən fərqli olaraq məhdud səlahiyyətlərə malik idi.
O hər iki palatanın – aşağı palata olan və ölkə əhalisinin sayına
görə seçilən bundestaqın və yuxarı palata olan və tərkibi
torpaqların qanunverici məclisləri tərəfindən təyin edilmiş
üzvlərdən ibarət olan bundestratın birgə iclasında 5 il
müddətində seçilirdi. Bundestaqda əksəriyyətə malik olan
Dostları ilə paylaş: