AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ
SƏMAYƏ MƏMMƏD qızı MUSTAFAYEVA
AVROPA VƏ
AMERİKA ÖLKƏLƏRİNİN
ƏN YENİ TARİXİ
II HİSSƏ
1945-2007-ci illər
Ali məktəblərin tarix fakültələri üçün dərslik
Azərbaycan Respublikası Təhsil Nazirliyi EMŞ-
nın Tarix bölməsinin 15.03.2007-ci il tarixli iclasının
qərarı (pr № 4), Azərbaycan Respublikası Təhsil
Nazirinin 9 aprel 2007-ci il tarixli 293 saylı əmrinə
əsasən çap edilir
.
“Elm və təhsil”
Bakı – 2 0 21
2
Rəyçilər:
t.e.d., prof. V.H.Əliyev
dos.
B.M.Bəxtiyarov
dos.
R.İ.Əliyev
Səmayə Mustafayeva. Avropa və Amerika ölkələrinin ən
yeni tarixi. II hissə. (1945-2007).
Bakı, “Elm və təhsil” 2021, 512 səh.
4602000000
qrifli nəşr
N-98-2021
© "Elm və təhsil",
2021
3
MÜNDƏRİCAT
I. ABŞ....................................................................................5
II. SSRİ (1991-ci ildən sonra Rusiya Federasiyası .............. 43
III. Almaniya (1949-cu ildən 1990-cı ilədək AFR və ADR).92
IV Fransa.............................................................................. 131
V. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş krallığı. 170
VI. İtaliya ............................................................................. 201
VII. İspaniya......................................................................... 225
VIII. Kanada......................................................................... 242
IX. Latın Amerikası dövlətləri ............................................. 251
Çili........................................................................................ 256
Kuba ..................................................................................... 260
Meksika................................................................................ 265
Braziliya ............................................................................... 271
Argentina.............................................................................. 279
X. Mərkəzi, Şərqi və Cənubi-Şərqi Avropa ölkələri........... 286
Polşa ..................................................................................... 287
Çexoslovakiya...................................................................... 290
Macarıstan............................................................................ 293
Rumıniya.............................................................................. 296
Bolqarıstan ........................................................................... 299
Yuqoslaviya ......................................................................... 302
Albaniya ............................................................................... 307
Avstriya................................................................................ 310
XI. Şimali Avropa dövlətləri................................................ 320
Norveç.................................................................................. 320
İsveç ..................................................................................... 327
Finlandiya............................................................................. 335
Danimarka............................................................................ 340
XII. Cənubi Avropa dövlətləri ............................................. 348
Yunanıstan ........................................................................... 348
Nidarland.............................................................................. 358
İsveçrə .................................................................................. 368
4
Belçika ................................................................................. 375
Portuqaliya ........................................................................... 384
XIII. Avropa və Amerika ölkələrinin əsas inkişaf meylləri. 394
XIV. Beynəlxalq münasibətlər............................................. 407
XV. Lüğət............................................................................ 451
XVI. Böyük dövlətlərin inzibati-ərazi bölgüsü.................... 460
XVII. Xronoloji cədvəl ........................................................ 478
Məsləhət görülən ədəbiyyat ................................................. 498
5
I. AMERİKA BİRLƏŞMİŞ ŞTATLARI
İkinci dünya müharibəsinin ABŞ üçün nəticələri. ABŞ
İkinci dünya müharibəsində də ən çox qazandı və Yer
kürəsində özünün birinci super dövlət olduğunu bir daha təsdiq
etdi. Müharibədə iştirak edən digər ölkələrlə müqayisədə onun
əsas üstünlüyü ərazisinin (Havay adalarından başqa) hərbi
əməliyyat meydanına çevrilməməsi və heç bir dağıntıya məruz
qalmaması idi. ABŞ müharibə dövründə antihitler koalisiya-
sının əsas cəbhəxanasına çevrildi, ölkə inhisarçılarının gəliri 87
milyard dolları ötüb keçdi. Bu dövrdə ölkədə avtomobil
istehsalı dörd dəfə artdı. Onun silahlı qüvvələri döyüş
qabiliyyətinə və təchizatına görə müharibədən əvvəl 17-ci
yerdə idisə, müharibədən sonra dünyada birinci yeri tuturdu və
tərkibində 12 milyondan çox əsgər və zabit vardı. ABŞ-ın
müharibədə itkisi cəmi 300 min nəfər oldu ki, bu da SSRİ ilə
müqayisədə 70 dəfədən az idi. Müharibədən sonra o, dünya
sənaye məhsulunun 54,6%-nı istehsal edirdi. Dünya qızılının
isə 73%-i bu güclü dövlətin əlində mərkəzləşmişdi. ABŞ-ın
belə inkişafını həm daxili, həm də xarici amillər müəyyən
edirdi. Müharibə illərində Avropanın qabaqcıl dövlətlərindən
olan İngiltərə və Fransa indi ona borcu olan dövlətlərə,
Almaniya və Yaponiya isə müharibədə məğlub edilərək,
müvəqqəti də olsa, zəif və gücsüz rəqiblərə çevrilmişdi. Digər
tərəfdən isə ABŞ-ın özündə daxili bazarın geniş tutumu, sürətli
kapital yığımı və onun ixracı, həmçinin məhsuldar qüvvələrin
coşğun yüksəlişi imkan verirdi ki, o, super dövlət statusunu
qoruyub saxlas
ın.
Artıq 1945-ci ildə ölkədə 129 milyard dollar dəyərində
tez reallaşa bilən vəsait var idi.
ABŞ-ın bu dövrdə öz daxilində və dünyada 2367 hərbi
bazası var idi. Əgər 1940-cı ildə ölkədə silahlanmaya 3,5 mil-
6
yard dollar xərclənirdisə, 1948-ci ildə hərbi xərclər 13,4 mil-
yard dollar təşkil edirdi.
ABŞ H.Trumenin prezidentliyi dövründə (1945-1952-
ci illər). 1945-ci ilin aprelin 12-də ABŞ tarixində müstəsna rol
oynamış, real və çevik siyasətçi F.Ruzvetin ölümündən sonra
prezident kürsüsünə Harri Trumen əyləşdi. Şəxsiyyət etibarilə
Trumen bu vəzifəyə hazır olmadığını özü də etiraf edirdi.
Ruzvelt özü bir çox vacib məsələləri Trumenə etibar etmirdi.
Lakin Trumen bir cəhətdə – çeviklikdə Ruzvelt kimi idi.
Ruzveltin siyasətini davam etdirməyi qarşısına məqsəd qoyan
Trumen ilk növbədə «dollar imperiyası» yaratmaq planını
həyata keçirməyə başladı. Hazırda Ağ Evdə onun arxasında
oturduğu stolun üstündə bu sözlər yazılıb: «Dollar hər yerdə
ayaq açıb yerisə də, Ağ Evdə dayanır». Müharibədən sonra
dərhal iqtisadiyyat hərbi xətdən dinc xəttə keçirildi ki, bu
rekonversiya adlanırdı. Trumen ordudan tərxis edilən əsgərləri
işlə təmin etmək məsələsini ön plana çəkdi. O, 1945-ci ilin
sentyabrında «ədalətli xətt» proqramının irəli sürdü.
Bu proramda müxtəif nəzarət tədbirlərinin saxlanılması
şərtilə iqtisadiyyatın rekonversiyası nəzərə tutulurdu. 1944-
1946-cı illərdə o bir sıra qanunların konqress tərəfindən qəbul
olunmasına nail oldu ki, bunlardan biri «Hüquqlar haqqında
əsgər billi» idi. Həmin qanuna görə ordudan tərxis edilən
əsgərlərə kredit ayrılırdı ki, onlar mənzil ala, işlə təmin oluna,
bizneslə məşğul ola bilsinlər. Konqres 1946-cı ilin fevralında
əhalinin tam məşğullunu təmin etməyə yönəldilmiş iqitsadi
fəaliyyət proqramını həyata keçirməyə kömək edən
«Məşğulluq haqqında» xüsusi qanun qəbul etdi. 1946-cı ilin
may ayında iki il ərzində veteranlar üçün 2,7 milyon mənzil
tikilməsini nəzərdə tutan xüsusi fövqaladə qanun qəbul edildi.
1946-cı il dekabrın 31-d H.Trumen hərbi əməliyyatların başa
çatmasına dair bəyənnamə imzaladı. 1947-ci ilin sonu üçün
ABŞ konqresi əmək haqqı və qiymətlər üzərində qoyulmuş
nəzarət mexanizmini ləğv etdi. 1948-ci ildə isə minimum əmək
7
haqqı haqqında qanun verildi ki, həmin qanuna əsasən ABŞ-da
saathesabı əmək haqqı 40 sentdən 75 sentə qədər artırıldı.
Sosial müdafiə sistemi genişləndirildi, ucuz mənzillər tikilməsi
proqramı qəbul edildi. Müharibə illərində yaradılmış və
dövlətə məxsus olan sənaye müəssisələrinin taleyi məsələsi də
həll olundu. Trumen hökuməti 17 milyard dollar dəyərində
olan 2800-ə qədər dövlət müəssisəsinin yarı qiymətinə 250
korporasiyaya satılmasını təmin etdi. Ölkədə konqlomeratların,
yəni müxtəlif sənaye sahələrini əhatə edən iri şirkətlərin
fəaliyyəti üçün geniş imkanlar yaradıldı. Bununla bərabər,
Trumen inzibati idarəsi imkan verdi ki, xırda və orta
müəssisələr də öz fəaiyyətlərini genişləndirsinlər. ABŞ-da
«firavanlıq dövləti» yaranmış oldu.
Trumenin dövründə kommunizm təhlükəsinə qarşı
mübarizə dövlət siyasəti səviyyəsinə qaldırıldı. 1947-ci ilin
mart ayının 22-də Trumen dövlət qulluqçularının loyallığını
yoxlamaq haqqında xüsusi qanun qəbul edilməsinə nail oldu.
Həmin qanuna əsasən azacıq şübhə yaradan dövlət qulluqçuları
vəzifələrindən kənar edildilər. 90-a qədər demokratik təşkilat
fəaliyyətini dayandırmalı oldu. 1947-ci ilin iyun ayının 23-də
senator Taft və Xartli tərəfindən hazırlanmış və onların adı ilə
adlanan «Sənayedə əmək münasibətlərini nizama salmaq
haqqında» yeni qanun qəbul edildi. Həmin qanun 1935-ci ildə
qəbul edilmiş Vaqner qanununun həmkarlar ititfaqlarına
verdikləri geniş hüquqları məhdudlaşdırırdı. O zaman ABŞ-da
həmkarlar ititfaqının 15 milyona qədər üzvü vardı. Bunlardan 7
milyonu Amerika Əmək Federasiyasının, 6 milyonu isə 1936-
cı ildə təşkil edilmiş, ixtisassız fəhlələri əhatə edən
İstehsalçıların Həmkarlar İttifaqı konqresinin üzvləri idilər. Bu
qanuna görə həmkarlar ititfaqları öz üzvləri və maliyyə fondu
haqqında hökumətə qabaqcadan məlumat verməli idi.
Həmkarlar ittifaqları öz fondundan siyasi məqsədlər üçün pul
ayırmamalı idi. Həmkarlar ititfaqları keçiriləcək tətil barəsində
60 gün əvvəl məlumat verməli idi. Dövlət qulluqçuları
8
həmkarlar ittifaqının üzvü olmamalı və tətildə iştirak etməməli
idilər. Prezidentin səlahiyyəti çatırdı ki, tətilləri 80 günə qədər
təxirə salsın. Həmçinin məhkəməyə hüquq verilirdi ki, tətilləri
qadağan etsin. Bütün bunlar isə Vaqner qanununda nəzərdə
tutulanların əleyhinə idi. Əslində demokratik cəmiyyət
yaratmaq istəyən Harri Trumen bu qanunla antidemokratik
prezident olduğunu sübut etdirdi.
1946-cı ilin avqustunda atom üzərində nəzarəti həyata
keçirmək üçün xüsusi komissiya təşkil edildi. 1947-ci ilin
iyulunda iki mühüm təşkilat – Mərkəzi Kəşfiyyat İdarəsi
(MKİ) və Federal Təhqiqat bürosu (FTB) yaradıldı. 1947-ci
ilin iyulun 26-da prezident yanında əsasən məşvərətçi funksiya
daşıyan Milli təhlükəsizlik Şurası yaradıldı. Onun başlıca
vəzifəsi ABŞ-ın daxili və xarici siyasəti ilə bağlı müzakirələr
keçirmək və prezidentə təkliflər vermək idi. Trumen 1947-ci
ildə hidrogen bombasının istehsalı haqqında göstəriş verdi.
1950-ci ilin sentyabrında konqres tərəfindən «Daxili
təhlükəsizlik haqqında» Makkaren-Vud qanunu qəbul edildi.
Həmin qanuna əsasən demokratik təşkilatlar ədliyyə
nazirliyində təxribatçı təşkilatlar kimi qeydiyyatdan keçməli
idi. Qeydiyyatdan keçməyənlər 10 min ABŞ dolları dəyərində
cərimə olunmalı və 5 il həbs cəzasına məhkum edilməli idilər.
1952-ci ildə isə konqress xarici mənşəli amerikalıların
fəaliyyəti ilə əlaqədar Makkaren-Uolter qanunu adlı xüsusi
qanun qəbul etdi. Həmin qanuna əsasən 14-15 milyona qədər
xarici mənşəli Amerika vətəndaşı ölkədən qovuldu.
Zənci əhaliyə qarşı münasibətdə Harri Trumen loyal idi.
İkinci dünya müharibəsində ABŞ-dan bir milyona qədər zənci
vuruşmuş və onların çoxu xüsusi qəhrəmanlıq göstərmişdir.
Lakin buna baxmayaraq zəncilərin, xüsusilə cənubda
yaşayanların seçki hüququ yox idi. O zaman ABŞ-da isə
təxminən 25 milyondan artıq zənci yaşayırdı. Trumen belə
hesab edirdi ki, zəncilərə qarşı münasibətdə mülki bərabərlik
olmasa da, siyasi bərabərliyə razılaşmaq lazımdır. Ona görə də
9
onlara seçki hüququ verilməsi məsələsini ilk dəfə konqresdə
Harri Trumen qoydu.
Harri Trumenin dövründə hindulara da münasibətdə
dəyişiklik yarandı. 40-cı illərin II yarısında hinduların sürətlə
öz yaşayış yerlərindən məhrum edilib şəhərlərə qovulması
prosesi başladı. Bu proses çox böyük narazılığa səbəb oldu.
1950-cı ildə hindular bildirdilər ki, onlar öz yaşayış yerlərini
tərk etməyəcəklər. Dövlət onlara güzəştə getməli oldu.
Ruzervasiya siyasəti həyata keçirildi.
1951-ci ilin avqustunda ABŞ konstitusiyasına 22-ci əlavə
edildi. Həmin əlavəyə əsasən ABŞ-da hər prezident ancaq iki
dəfə - 8 il müddətinə seçilə bilərdi. Yalnız H.Trumen üçün bu
şamil edilmirdi.
Trumenin dövründə ABŞ-ın yeni xarici siyasət xətti
«atom diplomatiyası» adını aldı. 1946-cı ildə ABŞ-ın dövlət
departamentinin məmuru D.Kennon tərəfindən «Rusların
müdaxilə meylinin qarşısını almaq» konsepsiyası irəli sürüldü
ki, bu tezliklə ABŞ-ın rəsmi doktrinası oldu. Bunun əsasında
xarici siyasətdə «zor işlətmək», «müharibə həddində
müvazinət», «total qarşıdurma» doktrinaları irəli sürüldü.
Müharibə qurtardıqdan sonra dərhal antihitler koalisiyasının
üzvləri, xüsusilə SSRİ ilə ABŞ arasındakı ziddiyyətlər daha
qabarıq üzə çıxdı. Qütbləşmə gücləndi. 1946-cı ilin martında
Çörçillin Fultondakı çıxışında Trumen də iştirak edirdi. Bu
çıxış SSRİ-yə qarşı düşmənçilik mövqeyində idi və «soyuq
müharibə» siyasətinin başlanması demək idi. («Soyuq
müharibə» terminini ilk dəfə siyasi ədəbiyyata 1947-ci ildə
məşhur amerikan diplomatı Con Foster Dalles gətirmişdir).
ABŞ-la SSRİ arasındakı ixtilafları gücləndirən amillərdən biri
də 1948-ci ildə baş vermiş Berlin böhranı idi. ABŞ, İngiltərə və
Fransanın Almaniyanın qərb hissəsində seperat pul islahatı
kçirmələri. SSRİ-nin böyük narazılığına səbəb oldu. Çin
məsələsində də SSRİ ilə ABŞ arasında ixtilaf yarandı. ABŞ
tələb edirdi ki, Çinə Şanxay hökuməti rəhbərlik etsin. SSRİ isə
10
bunun əleyhinə idi. 1948-ci ildə ABŞ SSRİ-nin də iştirakı ilə
siyasi və hərbi təşkilat yaratmaq məsələsini irəli sürdü. Lakin
SSRİ buna razı olmadığına görə ABŞ-ın rəhbərliyi ilə 1949-cu
il aprelin 4-də Şimali Atlantika paktı (NATO) yaradıldı. Yenə
ABŞ-ın iştirakı ilə 1951-ci ildə yeni bir hərbi pakt olan
ANZYUS təşkil edildi.
1951-ci ilin sentyabr ayında San-Fransisko şəhərində 48
dövlətin iştirakı ilə Yaponiya ilə sülh müqaviləsi imzalandı.
Həmin müqaviləni Çin və Koreya məsələsində narazı qaldığına
görə SSRİ və onun təsiri altında olan Polşa və Çexoslovakiya
imzalamadılar.
ABŞ-ın xarici siyasətində Avropa da əsas yer tuturdu.
İkinci dünya müharibəsindən sonra ABŞ-ın Yunanıstan və
Türkiyəyə təsiri xeyli gücləndi. Bundan məqsəd SSRİ-yə qarşı
həmin ərazilərdən bir plasdarm (meydan) kimi istifadə etmək
idi. 1947-ci ildə İngiltərə hökumətinin maddi cəhətdən
vəziyyəti kifayət qədər yaxşı olmadığına görə o, bu ölkələrə
yardım etməkdən imtina etdi. Əlverişli imkandan istifadə edən
ABŞ bu missiyanı dərhal öz üzərinə götürdü. 1947-ci ilin
martın 12-də məşhur «Trumen doktrinası» elan edildi. Həmin
doktrinaya əsasən Yunanıstan və Türkiyəyə 400 milyon dollar
yardım göstərilməsi nəzərdə tutulurdu. Bu doktrina ABŞ-ın
xarici siyasətində dönüş mərhələsinin başlanması demək idi.
1947-ci il iyun ayının 5-də ABŞ-ın dövlət katibi
Marşallın çıxışında irəl sürülmüş xüsusi plan konqres
tərəfindən bəyənildi və tarixə «Marşall planı» adı ilə daxil
edildi. 1948-ci ilin aprelində konqres ərəfəsində qəbul edilmiş
həmin planda İkinci dünya müharibəsində zərər çəkmiş Avropa
ölkələrinə ABŞ-ın kömək etməsi nəzərdə tutulurdu. İkinci
dünya müharibəsi nəticəsində Avropada dağıdılmış təsərrüfatı
bərpa etməyə bu köməyi etməzdən əvvəl ABŞ-ın özünün
həmin ölkələrdəki daxili vəziyyəti öyrənməyi bir şərt kimi irəli
sürülürdü. SSRİ buna razı olmadı. 1948-1952-ci illərdə
Avropanın 16 ölkəsi 17 milyard dollar dəyərində olan
11
Marşall planına qoşuldu. Ancaq Finlandiya, İspaniya və
Avropanın «sovet modeli» əsasında qurulmuş sosialist ölkələri
bu plana qoşulmadılar.
ABŞ-ın xarici siyasətində bu dövrdə 3-A ölkələrinə, yəni
Asiyanın, Afrikanın və Latın Amerikasının inkişaf etməkdə
olan ölkələrinə «kömək etmək» məsələsi də mühüm yer
tuturdu. Belə ki, 1949-cu ilin yanvarın 20-də Trumen asılı
ölkələrə texniki-iqtisadi «kömək» təklifini irəli sürdü. Lakin
belə bir şərt irəli sürüldü ki, əgər onlar inqilabi mübarizədən əl
çəksələr və ABŞ-ın «demokratik» ənənələrinə əməl etsələr,
onlara bu «kömək» ediləcəkdir. Əslində bu kömək altında ABŞ
onları öz təsiri altına almağı planlaşdırırdı. 1947-ci ilin
sentyabrın 2-də ABŞ bu məqsədlə Latın Amerikası ölkələri ilə
«Qərb yarımkürəsinin müdafiəsi» paktı adlanan Rio de Janeyro
paktını imzaladı. 1948-ci ilin aprelində isə 29 dövlətin iştirakı
ilə Amerika dövlətləri təşkilati yaradıldı. Onu bəzən istehsza
ilə «Vaşinqton müstəmləkələri nazirliyi» də adladırırdılar.
ABŞ-ın 1950-ci ilin iyununda Koreyaya müdaxiləsi
Trumenin nüfuzunu zəiflətdi. Eyzenhaner öz memuarlarında
yazırdı ki, vətəndaş müharibəsi və iki dünya müharibəsindən
sonra bu ABŞ tarixində ən qanlı müharibə idi. Çünki bu
müharibədə ABŞ 54 min, onun müttəfiqləri isə 29 min adam
itirdilər.
ABŞ D.Eyzenhauerin prezidentliyi dövründə (1952-
1960-cı illər). 1952-ci ilin noyabrında keçirilən prezident
seçkilərində Koreyada aparılan müharibəyə son qoymağı seçki
qabağı platformasında elan etmiş, Avropada müharibə
dövründə ABŞ qoşunlarının baş komandanı olmuş, «Overlord»
əməliyyatına başçılıq etmiş, Almaniyanın dörd işğal
zonasından birinə rəhbərlik etmiş, həmçinin əvvəllər bir
idmançı kimi ABŞ-da tanınmış Duayt Eyzenhauer qələbə çaldı.
O, respublikaçılar partiyasından idi. Eyzenhauer ABŞ-ın
hakimiyyətə gəldikdə Amerika xalqı tərəfindən rəğbətlə
12
qarşılanan, hakimiyyətdən getdikdə də rəğbətlə yola salınan
prezidentlərindən olmuşdur.
Eyzenhauer hakimiyyətə gəlməmişdən qabaq
demokratların dövlətin iqtisadiyyata fəal müdaxiləsi prinsipini
tənqid etmiş və fərdiyyətçiliyə qayıtmağın əlverişli olduğunu
göstərmişdir. Lakin hakimiyyətə gəldikdən sonra o öz iqtisadi
siyasətini «dinamik mühafizəkarlıq» adlandıraraq bir növ
Ruzveltin siyasətini davam etdirdi. Siyasətdə realist olan
Eyzenhauer tezliklə başa düşdü ki, ABŞ kapitalizmi artıq
çoxdan korporativ kapitalizmə çevrilmişdir və dövlətin iqtisadi
və sosial sahədə rolunu nəinki ixtisar etmək, əksinə, artırmaq
lazımdır. 50-ci illərdə ABŞ-ın dövlət mülkiyyəti 276 milyard
dollar təşkil edirdi. Bu rəqəm 1960-cı ildə birlikdə
götürüldükdə Fransa, AFR, İtaliya, Belçika, Hollandiya və
Lüksemburqun dövlət mülkiyyətindən çox idi. Eyzenhauer
daxili siyasətində, xüsusilə sosial sahədə özündən əvvəl
hakimiyyətdə olmuş demokratların siyasətini bir neçə
əlavələrlə davam etdirməyə başladı. O, azad rəqabət və azad
ticarət prinsiplərini bərpa etmək tezislərindən əl çəkdi. Bununla
bərabər o, Trumen hökumətinin tətbiq etdiyi iqtisadiyyat
üzərində nəzarət tədbirlərini ləğv etdi. Məqsəd durğunluğu
aradan qaldırmaq, işsizliyi minimum həddə endirmək,
inflyasiyaya yol verməmək idi. Görülən tədbirlər nəticəsində
ABŞ iqtisadiyyatında irəliləyiş təmin olundu. Yüksək
məşğulluq səviyyəsi və qiymətlərin sabitliyi saxlandı. Bütün
ölkədə kütləvi istehslakın rəmzi olan ticarət mərkəzləri yarandı.
İri müəssisələr – konqlomeratlar meydana gəldi. 500 nəhəng
korporasiya ölkənin həyatı üzərində nəzarəti öz əlinə aldı.
Amerikalılar ilk dəfə olaraq «firavanlıq dövləti»nin bəhrəsini
gördülər. Təsadüfi deyildir ki, XX əsrin 50-ci illərindən 70-ci
illərinin sonuna qədər olan dövr ABŞ-ın «Qızıl əsri»,
«varlanma və çiçəklənmə əsri» adlandırılırdı. O, vergiləri
azaltdı, səmərəli kredit siyasəti yeritməyə başladı. Həmçinin
əhalinin həyat səviyyəsinin yüksəlməsinə nail oldu. Sosial
13
təminat sistemi genişləndirilərək daha 10 milyon adama şamil
edildi. Onun dövründə bir nəfərə 50 m
2
mənzil sahəsi düşürdü.
Bu dövrdə Leyvit evlərinin tikilməsinə başlandı. Leyvit xüsusi
mənzillər quraşdırırdı ki, onları hazır şəkildə istənilən yerdə
aparıb qurmaq mümkün idi. Əhalinin çoxunun xüsusi
mənzilləri oldu. Təsadüfi deyil ki, Eyzenhauerin dövründə
əhalinin yarıdan çoxu orta təbəqəyə çatdı. 50-ci illərdə ABŞ-da
güclü elmi-texniki inqilab baş verdi. Bu dövrdə ABŞ-ın üçüncü
böyük şəhəri olan Pensilvaniya ştatındakı Filadelfiyanın yerini
Koliforniya ştatındakı Los-Anceles tutdu. Bu zaman əhalinin
90%-nin evində artıq televizor var idi. Ölkədə bu dövrdə 7,5
min mil şosse yolu çəkildi. 50-ci illərdə ölkədə sənaye məhsulu
istehsalı 45%, kənd təsərrüfatı isə 17% artmışdı. 50-ci illərdə
ABŞ iqtisadiyyatı üçün səciyyəvi cəhət istehsalın
avtomatlaşdırılması oldu.
Elmi-texniki inqilab ABŞ fermer təsərrüfatının
dağılmasını sürətləndirdi. Bu dövrdə, kənd təsərrüfatı əha-
lisinin sayı 5 milyon azaldı. Hər il kənd əhalisində 5% ixtisar
getdi.
Eyzenhauerin dövründə ölkədə makkartizm tüğyan
etməyə başladı. Onun əsası hələ Trumenin dövründə senator
seçilmiş Cosef Makkarti tərəfindən qoyulmuşdur. Ölkədə
aparılan bu kampaniya «Şeytan ovu» adlandırılırdı. Bu
kampaniya güya SSRİ başda olmaqla dünya kommunizminin
ABŞ-a qəsd təşkil etməsi barədə vahimə yaradılması əsasında
aparılırdı. O, 1950-ci ilin fevralında bildirdi ki, ABŞ-ın dövlət
departamentində 205 nəfər kommunistin olduğunu müəyyən-
ləşdirmişdir. Əslində bu siyasət SSRİ-yə qarşı çevrilmiş,
antisovet, antikommunist mahiyyət daşıyırdı. Respublikaçıların
hakimiyyəti dövründə konqresin tərkibində Cosef Makkartinin
başçılığı altında xüsusi komissiya da yaradılmışdı. Onlar
göstərirdilər ki, Ruzvelt ölkədə sosializm qurmağa çalışırmış.
Ona görə də onun dövrü «satqınlıq dövrü»dür. Həmçinin bir
sıra mütərəqqi Amerika mədəniyyət xadimlərinə, o cümlədən,
14
Çarlz Çaplinə qarşı təqiblər başlandı. O, ölkəni tərk etməyə
məcbur oldu. Ölkədə bir sıra irticaçı təşkilatlar, o cümlədən
«Amerika legionu», «Ku-kluks-klan», «Kolumbiya cən-
gavərləri», «Xarici müharibənin veteranları» təşkilatları Mak-
kartinin fəaliyyətini müdafiə edirdilər. 1953-1954-cü illərdə
sağ qüvvələrin hərəkəti son həddinə çatdı. Külli miqdarda
dövlət vəsaiti bu işə sərf olundu. Bu kampaniya 1954-cü ildə
sona yetdi. Makkarti artıq ordunu da günahlandırdıqda və bu
televiziya ilə verildikdə Amerika xalqı dözmədi. Nüfuzdan
düşdüyünü görən konqres 1954-cü il dekabrın 2-də onu
müqəssir bildi.
Bu dövrdə hakim dairələrdə antikommunist əhval ruhiyyə
yenə də davam edirdi. Belə ki, 1954-cü ilin avqustunda
Eyzenhauer konqres tərəfindən «Kommunistlərin fəaliyyəti
üzərində nəzarət haqqında» qanun verilməsinə nail oldu.
Həmin qanunla Kommunist partiyasının fəaliyyəti qadağan
edildi.
1950-ci ildə zəncilər öz azadlığı uğrunda mübarizəni
gücləndirdi. 1954-cü ildə ABŞ Ali məhkəməsi məktəblərdə
seqreqasiyanı – irqi ayrı-seçkilik prinsipini Konstitusiya
əleyhinə olan akt kimi qiymətləndirdi. 1955-ci ildə Alabama
ştatında avtobusda irqi ayrı-seçkilik böyük həyəcana səbəb
oldu. 1960-ci ildə konqres, qara dərili əhalinin seçki hüququnu
müdafiə edən «»Vətəndaş hüquq və azadlıqları haqqında akt»
qəbul etsə də, ancaq 60-cı illərdə bu siyasət reallığa çevrildi.
Bu dövrdə ABŞ-ın xarici siyasətində də müəyyən
cəhətlər özünü göstərməyə başladı. İlk növbədə Eyzenhauer
verdiyi vədə əməl edərək 1953-cü ilin iyulun 27-də Koreyada
müharibənin qurtarmasına nail oldu. Hələ prezident Trumenin
dövründə Moskvada ABŞ-ın səfiri işləmiş Kennon tərəfindən
işlənib hazırlanmış «rusların hər hansı bir cəhdinin qarşısını
almaq siyasəti» yenə də öz aktuallığını saxlayırdı. ABŞ-ın
xarici siyasəti yenə də zor işlətməkdə öz əksini tapırdı.
Eyzenhauer silahların və bütün iqtisadiyyatın modern-
15
ləşdirilməsi xəttini yeritdi. Onun prezidentliyi dövründə hərbi
xərclər iki dəfə artdı, strateji yollar çəkildi. 1954-cü ildə
SEATO hərbi blokunun yaradılmasının təşkilatçılarından biri
də ABŞ oldu. Əgər Trumen hidrogen silahının istehsalı
haqqında sərəncam vermişdisə, Eyzenhauer hətta onu işlətməyi
mümkün hesab edirdi. Buna baxmayaraq Eyzenhauer dediyinə
əməl etməyi bacarmadı. 1954-cü ildə Vyetnama Fransa
tərəfindən müstəqillik verilməsini müdafiə etdi. 1955-ci ilin
iyulunda Cenevrə konfransında Eyzenhauer tərksilaha dair
«açıq səma» doktrinasını irəli sürdü. Bu doktrina SSRİ
tərəfindən rədd edilsə də, böyük dövlətlərin başçıları arasında
əlaqələrin başlanğıcını qoydu. Eyzenhauer 1956-cı ildə Suveyş
kanalı Misir tərəfindən milliləşdirirlərkən Fransa, İngiltərə və
İsraillə müharibədə Misiri müdafiə etdi. 1957-ci ilin
yanvarında Yaxın və Orta Şərqlə əlaqədar Eyzenhauer xüsusi
doktrina irəli sürdü ki, bu tarixə «Eyzenhauer doktrinası» adı
altında daxil oldu. O zaman bu regionda dünya neft
ehtiyatlarının 2/3 hissəsi yerləşirdi. Digər tərəfdən bu region
Avropa, Asiya və Afrika ölkələrinin əlaqələrini təmin edirdi.
Həmin doktrina Bağdad paktı üzvlərinə və İsrailə aid edilirdi.
Bu doktrinanın əsas istiqamətləri ərəb ölkələrinin iqitsadi
inkişafına ABŞ-ın kömək etməsindən, hərbi yardım və
əməkdaşlıq proqramları hazırlamağa təşəbbüs göstərməkdən,
Yaxın Şərq ölkələrinin suverenliyini qorumaq üçün lazım
gəldikdə ABŞ silahlı qüvvələrindən istifadə etməkdən ibarət
idi. Həmin doktrinaya əsasən ABŞ öz mövqeyini Yaxın və Orta
Şərqdə möhkəmləndirdi. Bu doktrina həmin dövrədək ABŞ
siyasətində hələ də mövcud olan bitərəfliyi rədd edərək
«boşluğu güclə doldurmaq» nəzəriyyəsinin əsasının qoydu. Bu
doktrina, ABŞ-ın Yaxın və Orta Şərq siyasətində yeni
mərhələnin başlanğıcını qoydu. 1958-ci ildə ABŞ Livana qoşun
göndərdi, Konqoda 1960-cı ilin sentyabrında P.Lumumba
hökumətinin devrilməsini təşkil etdi. Bunu bəzən siyasi
ədəbiyyatda «Konqo böhranı»da adlandırırlar.
16
Eyzenhauer dövründə silahlanmaya vəsait qoyuluşu
artırılsa da, lakin ABŞ raket texnikası sahəsində SSRİ-dən geri
qalırdı. 1957-ci ilə qədər ABŞ SSRİ ilə zor dili ilə danışmağa
daha çox üstünlük verirdi. 1957-ci ildə SSRİ-də Yerin süni
peyki buraxıldıqdan sonra ABŞ başa düşdü ki, SSRİ ilə
münasibətləri mülayimləşdirmək lazımdır. 1959-cu ildə ilk
dəfə vitse-prezident Riçard Niksonun rəhbərliyi ilə Moskvada
ABŞ mallarının sərgisi açıldı. Elə həmin ilin sentyabrında
SSRİ-nin dövlət başçısı Nikita Sergeyeviç Xruşşov ABŞ-a
səfər etdi. Lakin 1960-cı ildə ABŞ-la SSRİ arasında
münasibətlər yenidən pisləşdi. Buna səbəb Sverdlovsk üzərində
ABŞ-ın xüsusi kəşfiyyat təyyarəsinin (U-2) vurulması idi. Bu
hadisə ABŞ-ı inandırdı ki, SSRİ güclü döyüş hazırlığına
malikdir.
ABŞ 50-ci illərdə 39 dövlətlə ikitərəfli hərbi-müqavilələr
bağladı.
Eyzenhauer hökuməti öz xarici siyasətində Latın
Amerikası ölkələrinə xüsusi diqqət yetirirdi. ABŞ burada
fəallaşaraq mövqelərini möhkəmləndirdi. 1954-cü ilin
yanvarında ABŞ Qvatemalada inqilabi hərəkatın yatırılmasında
iştirak etdi. Eyzenhauerin 1959-60-cı illərdə Qərbi Avropa və
Latın Amerikası ölkələrinə səfərləri də qarşılıqlı münasibətlərin
xeyli inkişaf etməsinə səbəb oldu.
ABŞ Con Kennedinin prezidentliyi dövründə (1960-
1963-cü illər). 1960-cı ilin noyabrında keçirilən prezident
seçiklərində demokratlar yenə də üstünlüyü ələ aldılar.
Massaçusets ştatından namizədliyi irəli sürülmüş. Con Kennedi
bu seçkilərdə qalib gəldi. Seçkilər zamanı ilk dəfə namizədlər
arasında teledebat keçirildi. O, ABŞ tarixində 43 yaşlı ən gənc
prezident idi. O həm də XX əsrdə ABŞ-ın yeganə və ilk katolik
prezidenti idi. Kennadi seçki kampaniyası zamanı
platformasında belə bir müddəaya əsaslanırdı ki, «Dünyanın
hansı bir yerinə getsən, sərhəd ABŞ-dan başlanır» və belə bir
şüarla çıxış edirdi ki, «Cəsarət və təşəbbüslə irəli yerimək,
17
üfüqlərə doğru getmək» lazımdır. Kennedi seçki qabağı
platformasında iqtisadi artımın dövlət tərəfindən
stimullaşdırılmasının zəruriliyi tezisini irəli sürdü. Prezident
seçildikdən sonra o, konqres qarşısında ilk çıxışını aşağıdakı
sözlərlə bitirdi: «Hər bir Amerika vətəndaşı özünə belə bir sual
verməməlidir ki, vətən onun üçün nə edə bilər? Belə bir sual
verməlidir ki, o vətən üçün nə etməlidir». V. Vilson və
F.Ruzveltin ənənələrini davam etdirərək C.Kennedi «Yeni
üfüqlər» adını almış islahatlar proqramını irəli sürdü. Özünün
siyasi dünyagörüşünə görə o, F.Ruzveltə yaxın idi. Ölkə
daxilində və beynəlxalq aləmdəki vəziyyətə realist və
praqmatik baxışı ilə fərqlənirdi. Kennedi yaxşı dərk edirdi ki,
əhalinin geniş təbəqələrinin vəziyyətini yaxşılaşdırmaq
sahəsində dövlətin siyasətini və siyasi demokratiyanı daim
təkmilləşdirmək zəruridir. O göstərirdi ki, əhalinin həyat tərzi
bazar iqtisadiyyatını üstələməlidir. Onun dövründə sahibkarlara
həvəsləndirici güzəştlər təqdim edildi. İstehsal gücünü artırmaq
üçün vergi kreditlərindən istifadə edildi. Əhalinin yüksək
gəlirli təbəqələri üçün vergi azaldıldı. Hökumət il ərzində əmək
haqqının 3,2 % artımını ən yüksək hədd hesab etdi. Kennedi –
iqtisadiyyatın sabitləşdirilməsi və sosial yardımla bağlı proqra-
mı genişləndirmək sahəsində bir sıra tədbirlər həyata keçirdi.
Onun sosial-iqtisadi siyasətinin əsasını keynsçi ideya təşkil
edirdi. Bu ideya büdcə kəsirindən iqtisadi artım sürətini sabit
saxlamaq üçün bir vasitə kimi istifadə etməyi nəzərdə tuturdu.
O, elektrotexnika və poladtökmə sənayesində qiymətlərin qal-
dırılmasını qadağan etdi. Yoxsul regionlara kömək proqramı
hazırlandı. Yeni sənətlər üzrə fəhlələrin ixtisaslaşması həyata
keçirildi. Ölkə tarixində ilk dəfə konqres 1962-ci ildə bu barədə
qanun qəbul etdi. Kennedi inzibati idarəsinin ən böyük
nailiyyəti ağlarla qaralar arasındakı hər cür ayrı-seçkiliyi
aradan qaldırmaq üçün qəbul edilmiş aktların öz reallığını
tapması oldu. O, konqresə ağlarla dərisi rəngli adamların
18
ictimai yerlərdə və işə götürülərkən bərabərliyi haqqında qanun
layihəsinin təqdim edilməsinə nail oldu.
1961-68-ci illərdə ABŞ-da sənaye istehsalı 52% artdı.
Kennedi hakimiyyətə gəldikdən sonra dövlət mexanizmini
tənzimləməyi əsas götürdü. O, Eyzenhauerdən fərqli olaraq
sosial siyasətə xüsusi üstünlük verdi. Çünki Eyzenhauer
insandan danışarkən liberal olsa da, puldan danışanda mühafi-
zəkar idi. Con Kennedi üçün isə sosial sahə xüsusi əhəmiyyət
kəsb edirdi. Ona görə o vergiləri azaltdı, sosial xərcləri
çoxaltdı. 1961-ci ilin martında işsizliyə görə verilən
müavinatən miqdarı daha üç ay uzadıldı. Saat hesabı minimum
əmək haqqı 1 dollardan 1,25 dollara qaldırıldı. ETİ şəraitində
ölkədə təhsil sistemi təkmilləşdirildi. Universitetlər bağlı
mədəniyyət alaçıqları vəziyyətindən silahların və iqtisadiyyatın
inkişafını yeniləşdirən nəhəng laboratoriyalara çevrildilər. XX
əsrin 50-60-cı illərində ABŞ hökuməti elmin inkişafına bütün
tarixi boyu olmadığı bir miqdarda, 6 dəfə dotasiyanı artırdı.
«Tələbələrin demokratik cəmiyyəti» təşkilatı yaradıldı.
Qadınlara da diqqət artırıldı. 1963-cü ildə qadınlarla kişilərin
bərabər əmək haqqı alması haqqında qanun verildi. Əvvəllər
onlar kişilərdən 40% az əmək haqqı alırdılar.
ABŞ-da raket texnikasına xüsusi diqqət yetirilməsinə nail
oldu. Büdcədən 12 milyard dollar ancaq raket texnikası üzrə işə
sərf olundu. Kennedinin «Appolon» adlı proqramında
kosmosu tədqiq etməyə xüsusi diqqət yetirilməsi nəzərdə
tutulurdu. Onun «Appolon» proqramı ancaq ölümündən sonra
- 1969-cu ildə ilk dəfə ABŞ vətəndaşının - Hil Armstronqun
Aya uçuşunun təşkilində özünü göstərdi.
Kennedinin dövründə ölkədə irticaçı təşkilatların
fəaliyyəti gücləndi. Xüsusilə «Con Barça cəmiyyəti» faşist
təşkilatının fəaliyyəti canlandı. Bu təşkilat 1958-ci ildə
yaranmışdı. 1960-cı ildə irticaçı hərbiçilər «Minitmenlər»
təşkilatını təşkil etdilər. «Milli partiya» və digər irticaçı
təşkilatların da fəaliyyəti genişləndi. 1961-ci ilin sonunda
19
irticaçı təşkilatların nümayəndələrinin Çikaqoda qurultayı
keçirildi.
Dünyada baş verən qlobal dəyişikliklər, Asiya, Afrika və
Latın Amerikası ölkələrində güclənən milli-azadlıq hərəkatı
ABŞ-ın xarici siyasətinə də ciddi təsir etdi. ABŞ-ın xarici
siyasətində dövlətin xarici ölkələrdə iqtisadi maraqlarının
etibarlı mühafizə edilməsi aktuallaşdı. Çünki, İkinci dünya
müharibəsindən sonra ABŞ-ın xarici ölkələrə birbaşa kapital
qoyuluşu 4 dəfədən çox artaraq 1946-cı ildəki 7,2 milyard
dollardan 1960-cı ildə 31,9 milyard dollara çatmışdı. Con
Kennedinin ən məşhur doktrinalarından biri də «Məhvedici
təsir etmə» doktrinası idi. Bu doktrinaya görə ABŞ dünyanın
istənilən yerində gedən müharibəyə müdaxilə edə bilərdi. Bu
ABŞ-da atom və digər silahların geniş istehsalına şərait
yaradırdı. Latın Amerikası üçün Kennedi «Tərəqqi naminə
ittifaq» siyasətini irəli surdu ki, bundan da məqsəd bu
ölkələrdəki xalq inqilablarının inkişafına mane olmaq və Latın
Amerikası burjuaziyasını ABŞ-ın tərəfinə çəkmək idi. Bu
məqsədlə 4,5 milyard vəsait ayrılırdı. Onun dövründə «Sülh
korpusları» adlanan qruplar yaradıldı ki, bu qruplar geridə
qalmış ölkələrdə iqtisadiyyat, təhsil, səhiyyə sahəsində
fəaliyyət göstərməli idilər. Bundan məqsəd əslində həmin
ölkələrdə ABŞ-ın mövqeyini gücləndirmək idi. Kennedi
xarakter etibarilə ziddiyyətli adam idi. O, bir tərəfdən ölkə
əhalisinin vəziyyətinin qayğısına qalsa da, digər tərəfdən onun
dövründə 1962-ci ilin oktyabrında Karib böhranı baş verdi və
«soyuq müharibə» özünün ən yüksək zirvəsinə çatdı. ABŞ
Karib böhranı ərəfəsində Türkiyənin İzmir şəhərində özünün
15 ədəd «Yupiter» adlı raketlərini yerləşdirmişdi. Karıb
böhranından sonra böyük dövlətlər arasında nüvə tərksilahı
problemi daha da aktuallaşdı. Kennedi hökuməti 1963-cü ilin
avqustunda Moskvada İngiltərə və SSRİ ilə birlikdə nüvə
silahlarının sınaqdan keçirilməməsi haqqında sazişi imzaladı.
Kennedi göstərirdi ki, müharibə iradələrin mübarizəsinin
20
nəticəsidir. Düz yolla gedənlər heç vaxt toqquşmurlar.
Kennedinin 1962-ci ilin yanvarında konqresə təqdim etdiyi
xarici siyasət proqramında ABŞ-ın AİB və NATO ölkələri ilə
əlaqələrinin yaxşılaşdırılması nəzədə tutulurdu. Onun xarici
siyasətdə başlıca məqsədi beynəlxalq aləmdə ABŞ-ın nüfuzunu
daha da gücləndirmək idi.
Qloballaşma amillərini nəzərə alan C.Kennedi xarici
siyasətdə “Yeni üfüqlər” doktrinasının müddəalarını əsas
götürürdü. O, 1960-cı ildə general M.Teylor tərəfindən irəli
sürülmüş «Çevik münasibət» doktrinasını bəyəndi.
1963-cü ilin payızında ABŞ-da vəziyyət kəskinləşdi.
Ultrasağ qüvvələr hökumətdən daxili və xarici siyasətdə kəskin
dönüş tələb edirdilər. Prezident seçkiləri ilə əlaqədar olaraq
mübarizə daha da gücləndi.
ABŞ L.Consonun prezidentliyi dövründə (1963-1968-
ci illər). 1963-cü il noyabrın 22-də C.Kennedi növbəti
prezident seçkiləri kampaniyası ilə əlaqədar ölkəni gəzərkən
Texas ştatının Dallas şəhərində öldürüldü. Onun ölümü «Əsrin
faciəsi» hesab edildi. Bu məsələ indiyə qədər müəmmalı bir
şəkildə qalır. Con Kennedinin ölümündən sonra vitse-prezident
Lindon Conson prezident kürsüsünə əyləşdi. Qərarlarını həyata
keçirmək üçün hər cür üsuldan, hətta yalvarmaqdan belə
çəkinməyən Lindon Conson yaxşı dərk edirdi ki, Con
Kennedidən sonra nüfuz qazanmaq üçün ən yaxşı vasitə onun
başladığı işi davam etdirməkdir. Onun konqresə təklif etdiyi
proqramda federal büdcə kəsirini ləğv etmək, vergi işini
nizama salmaq, mülki məsələyə dair qanunvericilik aktı qəbul
etmək, yoxsulluğa qarşı müharibə elan etmək və digər
məsələlər öz əksini tapmışdı. 1964-cü ilin fevralında Lindon
Conson vergi islahatı haqqında qanunu konqresdə keçirməyi
bacardı. Həmin qanuna görə gəlir vergisini ildə 15-20%
qədərində azaltmaq nəzərdə tutulurdu.
1964-cü ilin martında yoxsulluğa qarşı müharibə,
iyulunda isə mülki hüquq haqqında qanun qəbul olundu. Mülki
21
hüquq haqqında qanuna əsasən işə götürülmədə, ictimai
yerlərdə ağlarla qaralara eyni hüquq verilirdi. 1965-ci ildə seçki
hüququ haqqında qanununun qüvvəyə minməsi ilə zənci
əhalinin seçkilərdə iştirakı təmin edilmiş oldu. Minimum saat-
hesabı əmək haqqı 1961-ci ildəki 1,25 dollardan 1968-ci ildə
1,70 dollara çatdırıldı. 1967-ci ildə hər həftəlik orta əmək haqqı
102 dollar təşkil edirdi, iş həftəsi isə 38,2 saat oldu. Fermerlərə
subsidiyalar və kreditlər artırıldı. 1964-cü ildə verilmiş
«Vətəndaşların bərabər hüquqları haqqında» qanunda irqi
əlamətlərə görə ayrı-seçkilik qadağan edildi. Bütün bunlar
Consona və demokratlar partiyasına rəğbət yaratdı. 1964-cü
ilin prezident seçkilərində o respublikaçılar partiyasından
namizədliyi irəli sürülmüş Harri Qolduoterə qarşı səslərin
61%-nı toplayaraq qalib gəldi. O, prezident kürsüsünə yenidən
əyləşdikdən sonra 1965-ci ildə konqresdə «Böyük cəmiyyət
qurmaq» proqramı ilə çıxış etdi. Bu proqram 80-ə qədər təklifi
əhatə edirdi. Lindon Consonun «böyük cəmiyyət qurmaq»
arzusu əslində kağız üzərində qaldı. Onun sosializmin
alternativi olan bir cəmiyyət yaratmaq istəyi reallığa
çevrilmədi. Onun yoxsulluqla mübarizə planı da tam həyata
keçirilmədi. «Böyük cəmiyyət» qurmaq məqsədi ilə büdcədən
ayrılmış 99,7 milyar dollardan, demək olar ki, ancaq 3,2
milyard dolları «böyük cəmiyyət qurmaq» işinə, 50 milyard
dollardan çoxu isə silahlanmaya xərcləndi. Kennedinin döv-
ründə raket texnikasının inkişafı üçün 12 milyard dollar
ayrılmışdısa, Lindon Consonun prezidentliyi dövründə bu
rəqəm daha da artdı.
1965-ci ildə 1924-cü ildə qəbul edilmiş «Mühacirat
haqqında» qanunun təxirə salınması ABŞ-a mühacir axınını
genişləndirdi.
1967-ci ilin yayında ABŞ-ın 100 şəhərində «irqi»
müharibə oldu. 1968-ci ildə zənci hərəkatının görkəmli
xadimlərindən olan Marten Lüfer Kinqin başçılığı altında
Vaşinqtona yürüşə hazırlıq başlandı. Lakin 1968-ci ilin aprelin
22
4-də Memfisdə onu öldürdülər. L.Consonun inzibati idarəsi
nüfuzdan düşməmək üçün zəncilərin ağlarla hüquq
bərabərliyini dövlət səviyyəsində təmin etməyə məcbur oldu.
60-cı illərdə ABŞ-da «yeni sol hərəkat» adlanan sosial etiraz
hərəkatının yeni dalğası başlandı. Bu mübarizənin əsas
istiqamətlərindən biri cəmiyyətin nöqsanlarına qarşı mübarizə
aparan radikal gənclər hərəkatı idi. 60-cı illərdə ABŞ fəhlə
hərəkatında isə böhran təmayülləri gücləndi.
1966-cı ildə qadınların milli təşkilatı yaradıldı. 60-cı
illlərin əvvəllərində ölkədəki qadınların yalnız 36%-i işləyirdi.
Lindon Conson xarici siyasətdə sərt mövqe
tutdu.Consonun prezidentliyi illərində «Quruculuq», «Körpülər
salma» doktrinası meydana çıxdı. Bundan məqsəd ABŞ başda
olmaqla qərb dövlətləri və bəzi sosialist ölkələri arasında
hərtərəfli münasibətləri inkişaf etdirməklə bu ölkələrdə
millətçilik əhval-ruhiyyəsinin artmasına, onların bir-birindən,
xüsusilə, Sovet İttifaqından təcrid olunmasına nail olmaq idi.
Conson Latın Amerikasında «böyük dəyənək» siyasətinə
qayıtdı. 1964-cü ilin əvvəllərində Panama ilə ABŞ arasında
münaqişə yarandı, 1965-ci ilin aprelində Dominikan
Respublikasına hərbi qüvvələr göndərildi. Yaxın Şərq
münaqişəsində İsraili müdafiə etdi. Tankin körfəzində Amerika
gəmilərinə Vyetnam gəmilərinin güya hücumu haqqında
bəhanədən istifadə edərək 1964-cü ilin aprelində Vyetnam
səmasını bombalamağa başlamaq haqqında əmr verdi. Əslində
bundan məqsəd Sakit Okean və Uzaq Şərqdə ABŞ-ın
mövqeyini daha da gücləndirmək idi. Məhz bu məqsədlə ABŞ
Vyetnamda 1966-cı ildə isə 375 minə qədər 1968-ci ildə isə
500 min qoşun kontingenti yerləşdirdi. Müharibə ölkə
daxilində real əmək haqqının aşağı düşməsinə səbəb oldu.
Ölkədə Vyetnamdakı müharibə əlyehinə hərəkat gücləndi.
1965-ci ildə ABŞ-ın 100-ə qədər şəhərində Vyetnam günləri
keçirildi. Artıq 1968-ci ilin payızı üçün Veytnamda ABŞ
hərbçilərindən 30 min nəfər ölmüş, 180 min nəfər yaralanmış
23
və itkin düşmüşdü. 1966-cı il iyulun 12-də Conson «Asiya
doktrinası»nı irəli sürdü. Bu, doktrinaya əsasən ABŞ Asiyada
sülhsevərlik missiyasını öz üzərinə götürdü.
Lindon Consonun daxili və xarici siyasəti onu nüfuzdan
saldı.
ABŞ Riçard Niksonun (1968-1974-cü illər) və Cerald
Fordun (1974-1976-cı illər) prezidentliyi dövründə. 1968-ci
ilin noyabrında keçirilən prezident seçkilərində respublikaçılar
yenidən təşəbbüsü öz əllərinə aldılar. Riçard Nikson
respublikaçılar partiyasından ABŞ-ın prezidenti seçildi.
Həmişə düşünərək qərar qəbul etməyi sevən Riçard Nikson
1974-cü ilin avqustuna qədər ABŞ-ın prezidenti oldu. O,
hakimiyyətə gəldiyi dövrdə ölkədə iqtisadiyyatın inkişaf tempi
xeyli aşağı düşmüşdü. Əgər 1961-1967-ci illərdə ABŞ-da
sənaye məhsulu istehsalı 1950-ci illərlə müqayisədə 52%
artmış və bu dövrdə Elmi Texniki İnqilab (ETİ) istehsalda öz
geniş tətdiqini tapmışdısa, 1967-ci ildən bu temp xeyli
yavaşıdı. Ölkədə bu dövrdə inflyasiya 24% yüksəlmiş, məhsul
istehsalı 12% aşağı düşmüşdü. İşsizlərin sayı 8,5 milyon nəfər
idi. 1969-1971-ci illərdə ölkə iqtisadi böhran vəziyyətində idi.
Riçard Nikson 1971-ci ilin avqustun 15-də «yeni iqtisadi
siyasət» adlı proqram irəli sürdü ki, bundan da məqsəd ölkə
iqitsadiyyatını sağlamlaşdırmaq idi. 1972-ci ildə dolların
məzənnəsi bərpa edildi. O, «yeni iqtisadi siyasəti» 4 fazada
həyata keçirməyi məsləhət gördü. 1971-ci ilin avqust-sentyabr
aylarını əhatə edən birinci mərhələdə o, qiymətlərin və əmək
haqlarının sabit vəziyyətdə saxlanmasına çalışdı, 1971-ci ilin
noyabrından 1973-cü ilin yavarına qədər olan ikinci mərhələdə
onların üzərində dövlət nəzarətini artırdı. 1973-cü ilin yanvar-
iyun aylarını əhatə edən üçüncü mərhələdə qiymət və əmək
haqqı üzərindəki nəzarət proqramı təxirə salındı, çünki o,
gözlənilən nəticəni vermədi.
1970-ci ildə artıq ABŞ-da kütləvi kompüter istehsalına
başlanıldı. (İlk dəfə kompüter 1937-ci ildə ABŞ-da yaranmış,
24
İkinci dünya müharibəsində ondan hərbi məqsədlər üçün
istifadə edilirdi.) Artıq XX əsrin 70-ci illərinin sonunda ABŞ
ailələrinin əksəriyyətində kompüter məişətə daxil olmuşdu.
1972-ci ildə təhsil shəsində kişilərlə qadınlar arasında olan
qeyri-bərabərlik qanunla ləğv edildi.
Yeni iqtisadi siyasət 1974-cü ilin aprelinədək davam etdi.
Bu dövrdə ölkədə enerji probleminin həlli sahəsində addımlar
atıldı. Bu dövrdə sosial sahədə də bir sıra tədbirlər həyata
keçirildi. Qocalığa görə verilən pensiya bir neçə dəfə artırıldı.
Dövlətdən yardım alanlara verilən ödənişlər 45% artırıldı.
Yardım alanların sayı 30 mln. nəfərə çatdırıldı. 1972-ci ildə
işsizliyə görə sığortada da mühüm dəyişikliklər edən qanun
qüvvəyə mindi. Nikson minimum əmək haqqının artırılması
qayğısına qalaraq ehtiyac olan ailələrə yardım planını irəli
sürdü. 70-ci illərin əvvəllərində ölkədə ərzaq talonları sistemi
tətbiq olundu. Bu talonlardan istifadə edənlərin sayı 1974-cü
ildə 13,6 milyon nəfər oldu. 1973-cü ildə konqress əmək
haqqının minimum məbləğinin artırılması haqqında qanun
qəbul etdi. 1974-cü ilin iyulun 1-də bir saatlıq iş üçün
minimum əmək haqqı 1,70 dollardan 2,20 dollara qaldırıldı.
Artıq 60-cı illərin sonunda ABŞ 70 beynəlxalq
təşkilatda iştirak edirdi. Dünyanın 2171 məntəqəsində ABŞ
əsgəri var idi. Xarici ölkələrdə ABŞ-ın 400 hərbi bazası
yerləşirdi. 60-cı illərin sonu – 70-ci illərin əvvəllərində ABŞ-ın
xarici siyasətində siyasi realizm xətti üstünlük təşkil etdi.
Nikson 1969-cu ilin iyul ayında. Quam adasındakı mətbuat
konfransında «Quam doktrinası» adı ilə tarixə daxil olan Asiya
qitəsində ABŞ-ın siyasətinə aid olan doktrinanı bəyan etdi.
Onun məzmununu ABŞ-ın Asiya ölkələri ilə bağladığı əvvəlki
müqavilələrə əməl edəcəyini, əgər bu ölkələr üçün təhlükə
yaranardısa, ABŞ-ın müvafiq tədbirlər görəcəyini və bu
ölkələrə hərbi və iqtisadi yardımlar edəcəyini bildirmək təşkil
edirdi. 1970-ci ilin fevral ayında Nikson konqresə göndərdiyi
məktubda ABŞ-ın xarici siyasət proqramının əsas
25
istiqamətlərinin müttəfiqlərlə münaisbətdə tərəfdaşlıq,
«potensial rəqiblər»lə münasibətdə isə hərbi qüvvə və
danışıqlar tətbiq etmək olduğunu göstərdi. ABŞ Kubaya
münasibətində də müsbətə doğru dəyişikliklər etdi. Kubanın
iqtisadi blokadası aradan qaldırılırdı. Ağ Evin Yaxın Şərq
siyasətinin təməlini neft və hərbi-strateji mənafelər təşkil
edirdi. 70-ci illərin əvvəllərində ABŞ Avropa siyasətində elan
etdiyi atlantizm xəttini qitə dövlətlərinin birliyini nəzərdə tutan
avropaizmə qarşı qoydu. ABŞ həm də xarici siyasətində
NATO-nun rolunun artırılmasına xüsusi diqqət yetirməyə
başladı.
1970-1971-ci illərdə Hind-Çində müharibə daha da
qızışdı. ABŞ Boliviya, Çili, Peru, Panama dövlətlərinə qarşı
pozuculuq işi aparır, Pakistanda irticaçı qüvvələri müdafiə
edirdi. Banqladeşdə azadlıq mübarizəsinə qarşı çıxırdı. Ərəb-
İsrail müharibəsində İsraili müdafiə edirdi. Bütün bunlarla
bərabər, 1971-ci ildə Riçard Nikson öz xarici siyasətində
müəyyən dəyişikliklər etdi. O, göstərirdi ki, 1968-ci il
Çexoslovakiya hadisələrindən sonra beynəlxalq vəziyyətin
gərgin qalması heç bir dövlətin xeyrinə deyildir. Ona görə
qarşıdurma erasından danışıqlar erasına keçməyin artıq
vaxtıdır. 1972-ci ilin mayında o, SSRİ-yə rəsmi səfər etdi. Bu
ABŞ prezidentinin Moskvaya ilk səfəri idi. Bu səfər zamanı
ABŞ-la SSRİ arasında Strateji Silahları məhdudlaşdırmaq
haqqında (SSM-1) sazişi bağlandı. Bu saziş tezliklə hər iki
ölkənin qanunverici orqanları tərəfindən ratifikasiya edildi.
Nikson prezident seçilərkən Vyetnamda müharibəni
qurtaracağına söz vermişdi. Bu məqsədlə o, Vyetnamda
qoşunların sayını 100 min nəfərə qədər ixtisar etdi. Bu
Niksonun ən böyük nailiyyətlərindən biri idi. Niksonun
yeritdiyi uğurlu daxili və xarici siyasət 1972-ci il seçkilərində
ona yenidən qələbə qazandırdı. 1973-cü ilin yanvarında Parisdə
Vyetnamda müharibənin qurtarması haqqında saziş imzalandı.
26
«Uotergeyt hadisəsi» Niksona uğur gətirmədi. Belə ki,
1972-ci ilin prezident seçkiləri zamanı demokratların
iqamətgahı olan Uotergeyt mehmanxanasında respublikaçıların
radioqəbuledici qoyduqları açıldıqda məlum oldu ki, yollar Ağ
evə gedib çıxır. Prezidentin impiçmenti məsələsi (vəzifədə
qalıb qalmaması) gündəliyə çıxdı. Ehtiyyatlı adam olan Nikson
1974-cü il avqustun 9-da istefa verdi. Bu ABŞ prezidentləri
içərisində vaxtından əvvəl yeganə istefa verən şəxs idi. Onun
yerini vitse-prezident Gerald Ford tutdu.
1973-cü ildə ABŞ-da növbəti iqtisadi böhran başlandı və
1975-ci ilə qədər davam etdi. 1975-ci ilin yazına yaxın sənaye
istehsalı 1973-cü illə müqayisədə 13,5% aşağı endi. Böhran
güclü inflyasiya ilə müşaiyət olunurdu. Qiymətlər qalxdı,
Əmək haqqı aşağı düşdü, işsizlik artdı. 1975-ci ildə ölkədə 13
milyon tam və qismən işsiz var idi. Bir çox tədqiqatçılar belə
hesab edirdilər ki, bu böhran ABŞ-da 1929-1933-cü illər
böhranından sonra ən güclüsü idi. Hakim dairələr daxilində
siyasi mübarizə kəskinləşdi. Respublikaçılar partiyasından olan
ABŞ-ın yeni prezidenti Cerald Ford iqtisadi geriliyi və
inflyasiyanı aradan qaldırmaq proqramı ilə çıxış etdi. 1974-cü
ilin əvvəllərində Ağ ev inflyasiyanı təcili ləğv etmək
siyasətindən əl çəkib iqtisadiyatın aşağı düşməsi, işsizlik və
enerji böhranı ilə mübarizəni ön plana keçirdi. 1975-ci ilin
əvvəllərində işsizlərə fövqəladə yardımlar edilməsinə dair iki
qanun qəbul edildi. İşsizliyə görə yardım alan şəxslərin
kateqoriyası genişləndirildi. 1975-ci ildə qüvvəyə minən yeni
qanunvericilik aktına görə ərzaq məhsulları bahalaşdıqca
qocağığa görə verilən pensiyalar və digər müavinatlar da
artırılmalı idi. 1976-cı ilin seçkiqabağı kampaniyası
yaxınlaşdıqca Ford öz rəsmi çıxışlarında daha çox
fərdiyyətçilik, xüsusi mülkiyyətçilik prinsipləri irəli sürməyə
və sağlam xüsusi bölməni inkişaf etdirməyin zruriliyini qeyd
etməyə başladı. 1975-ci ilin yazında işsizlik əleyhinə mübarizə
üçün proqram qəbul edildi.
27
Ford hökuməti 1974-cü ilin sentyabr ayında Niksonu əfv
etdi.
Ford hökumətinin daxili siyasətində irqi ayrı-seçkiliyə
qarşı mübarizə və qadınların hüquq bərabərliyi mühüm
yerlərdən birini tuturdu. 70-ci illərin ortalarında ABŞ-da qadın
təşkilatlarının fəaliyyətinin başlıca məqsədi hələ 1972-ci ildə
konqress tərəfindən qəbul edilmiş və qadınlara hüquq
bərabərliyi verən konstitusiyaya 27-ci düzəlişin qəbul edilməsi
idi. 1977-ci ilin əvvəllərində 35 ştatın qanunverici məclisi 27-ci
düzəlişi qəbul etdi. Lakin düzəlişin qüvvəyə minməsi üçün onu
38 ştat qəbul etməli idi.
1974-cü ildə ilk dəfə prezident seçkilərinin dövlət
tərəfindən maliyyələşdirilməsi sistemi hazırlandı. 1976-cı ildə
ABŞ-ın təşkilinin 200 illiyi təntənə ilə qeyd edildi. Bu dövrdə
MKİ və FTB-nin qeyri-qanuni hərəkətləri haqqında xalq xəbər
tutdu.
C.Ford hökumətinin xarici siyasətinin mühüm
istiqamətlərindən biri Hind-Çindən 1975-ci ilin yazından ABŞ
qoşunun tamamilə çıxarılıb qurarması oldu. ABŞ bu
mühabirəyə 150 milyard dollar xərcləmişdi. Müharibədə ABŞ
56 min insan itirmişdi.
Ford hökuməti Yaxın Şərq ölkələri ilə münasibətdə yenə
də İsraili müdafiə edirdi. Ford hökumətinin xarici siyasətində
LAtın Amerikası ölkələri xüsusi yer tuturdu. 1974-cü ilin
dekabr ayında qəbul edilən yeni ticarət qanununa əsasən Latın
Amerikasından ABŞ-a gətirilən bir sıra mallar üzərinə
məhdudiyyətlər qoyuldu. Bu hal Latın Amerikası ölkələrinin
xarici ticarətinə mənfi təsir göstərdi 1975-ci ilin may ayında
ABŞ bu qanunun bir sıra maddələrini ləğv edərək onu bir qədər
yumşaltdı.
ABŞ hökuməti NATO ölkələri ilə əməkdaşlığa, Avropa
siyasətində Atlantika həmrəyliyinə üstünlük verirdi.
Ford hökumətinin xarici siyasətinin istiqamətlərindən biri
Asiya və Sakit okean regionu dövlətləri ilə münaisbətlər idi.
28
1975-ci ilin dekabrında bəzən «Sakt okean doktrinası» adlanan
Ford doktrinası elan edildi. Bu doktrinada Asiyada ABŞ-ın
hökmranlığı, strateji baxımdan Yaponiyaya xüsusi diqqət
yetirilməsi, Çinlə münaisbətlərin normallaşdırılması, Cənub-
Şərqi Asiyada sabitliyin qorunması, bölgədə bütün siyasi
münaqişələrin, ilk növbədə Koreya məsələsinin nizamlanması,
Asiya ölkələri ilə iqtisadi əməkdaşlıq öz əksini tapmışdı. Bu
doktrina ABŞ-ın siyasətinin regionda yeni dövrə qədəm
qoyduğunu göstərirdi. Cerald Ford hökumətinin xarici siyasəti
ziddiyyətli xarakter daşıyırdı. ABŞ Seul rejimini müdafiə edir,
İsrailin təcavüzünə haqq qazandırırdı, Latın Amerikası və ərəb
ölkələrinin daxili işlərinə müdaxilə edirdi. Xalqların sülh
uğrunda mübarizəsinin artdığı şəraitdə güzəştə getməyə
məcbur olaraq 1974-cü ilin noyabrında Vladivostokda Cerald
Fordla SSRİ rəhbərliyi arasında danışıqlarda Strateji Silahları
məhdudlaşdırmaq haqqında ikinci saziş bağlamaq qərara alındı.
1975-ci ildə ABŞ və SSRİ-nin birlikdə kosmosa «Soyuz-
Apollon» gəmilərini göndərməsi və bu sahədə əməkdaşlıq
etmələri hər iki ölkə xalqları arasında dostluq münasibətlərinin
yaranmasında mühüm addım oldu. 1975-ci ilin iyul-avqustunda
çağrılmış Helsinski müşavirəsində ABŞ da iştirak etdi və
Müşavirənin Yekun aktını imzaladı.
Bütün bunlarla bərabər iqtisadi böhran, «Uotergeyt işi»,
Mərkəzi Kəşfiyyat İdarəsi və Federal Təhqiqat bürosunun
fəaliyyətinin siyasi ifşası və başqa hadisələr seçicilərin
əksəriyyətinin respublikaçılardan üz döndərməsinə gətirib
çıxartdı.
ABŞ Ceyms Karterin prezidentliyi dövründə (1976-
1980-ci illər). 70-ci illərdə respublikaçıların siyasətindəki
spirallıq demokratlara yenidən imkan verdi ki, prezident
seçkilərində qələbə qazansın. 1976-cı ilin noyabrında keçirilən
prezident seçkilərində demokratlar partiyasından olan, siyasi
cəhətdən tamamilə hazırlıqsız, texnokrat Ceyms Karter
prezident seçildi. Əslində onun prezident seçilməsi təsadüfi bir
29
hal idi. C.Karterin bu vəzifəyə seçilməsində ABŞ-ın Cənub-
Şərq və Cənub ştatlarının inhisarçı dairələrinin böyük rolu
olmuşdur.
Karter prezident seçildikdən sonra həyata keçirdiyi bir
sıra tədbirlərlə ABŞ tarixində müəyyən iz buraxmış oldu.
1973-1974-cü illər enerji böhranı ABŞ-rəhbərliyini düşünməyə
vadar etdi. Bu böhrana səbəb 1973-cü ildə İsrail-Ərəb
müharibəsində ABŞ və digər böyük dövlətlərin İsraili müdafiə
etməsi idi. Belə ki, bu müharibə ərəb dövlətlərini məcbur
edirdi ki, neftin qiymətini qaldırsınlar və bu yolla böyük
dövlətlərə təzyiq göstərsinlər. Ona görə də Karter əlavə enerji
mənbələri yaratmaq məsələsini ABŞ dövlətinin qarşısında
mühüm vəzifə olduğunu göstərdi. O, ölkənin iqtisadi
vəziyyətini yaxşılaşdırmaq xətti yeritməyə başladı. Şəxsi
gəlirdən və korporasiyaların gəlirindən alınan vergiləri azaltdı.
Yeni iş yerlərinin açılması üçün vəsait ayrıldı, elektrik
enerjisinə qənaət prinsipi irəli sürüldü. C.Karter 1977-ci ilin
aprelində neft və neft məhsullarının ehtiyatlarının artırılması,
kömürçıxarılmasının, atom enerjisinin inkişafı, günəş
enerjisindən istifadə etmək proqramı hazırladı. İnflyasiya ilə
mübarizə genişləndi. 1978-ci ilin oktyabrında və 1980-cı ilin
martında C.Karter konqresə antinflyasiya proqramını təqdim
etdi. O, inflyasiyanın qarşısını almaq üçün ilk növbədə dolların
sabitliyini təmin etməyi düşündü. Ölkə daxilində benzin və
digər neft məhsullarının qiymətləri artırıldı.
70-ci illərin sonunda istehsalın yenidən qurulması üzrə
proqramlar qəbul edildi ki, onlardan məqsəd keyfiyyətcə daha
yüksək əmək məhsuldarlığına, nadir xammal növlərində
qənaətə nail olmaq, yanacaq-energetika balansını əsaslı sürətdə
yaxşılaşdırmaq idi. 30 miyard dollar dəyərində xarici valyuta
fondu yaradıldı ki, qızılın hər aylıq satışı artırılsın. Lakin bütün
bunlar istənilən nəticəni vermədi.
Karter hökuməti öz fəaliyyətinin ilk illərində sosial
sahədə bir sıra mühüm tədbirlər həyata keçirdi. 1977ci ilin
30
noyabr ayında konqres dörd il ərzində 1 saatlıq minimum əmək
haqqının 2,20 dollardan 3,35 dollara çatdırılması haqqında
qanun qəbul etdi. İşçi qüvvəsinin yenidən ixtisaslaşmasına
diqqət artırıldı. 70-ci illərin sonu üçün sosial sığorta sistemi ilə
əhatə olunanların sayı 35 milyon nəfərə çatdı. Hökumət yeni
liberalizm xəttinə sadiq qalaraq sosial sahəyə çəkilən xərcləri
artırdı. İşsizliyin aşağı salınması ön plana çəkildi. Əmək
haqqının 1980-ci ildən başlayaraq 9,5% artırılmasına icazə
verildi.
1978-ci ilin oktyabr ayında əmək qabiliyyətli əhalinin
işlə təmin edilməsini nəzərdə tutan Hemfri-Hokins qanunu
verildi. Həmin qanuna görə, işsizlik əmək qabiliyyətli əhalinin
4%-indən çoxunu təşkil etməməli, inflyasiya 3%-i ötməməli
idi. 1978-ci ildə sosial təminat xərclərindən ötrü 100 milyard
dollara qədər vəsait ayrıldı. 1977-ci ilin avqust ayında
Energetika Nazirliyi yaradıldı. Konqres energetika haqqında
qanun qəbul etdi.
Karter hökuməti hərbi xərcləri 1977-ci ildəki 100,1
milyard dollardan 1980-ci ildə 130 milyard dollara çatdırdı.
Onun xarici siyasəti əvvəlkilərdən çox da fərqlənmirdi.
Lakin qeyri ardıcıl idi. Ümumiyyətlə, ABŞ-da prezidentlər
dəyişsə də, dövlətin siyasəti heç vaxt dəyişmir. Ceyms Karter
1977-ci ildə ABŞ konqresində belə bir qanunun qəbul
edilməsinə nail oldu ki, dünyanın hər hansı bir yerində
pozulan insan haqlarını ABŞ müdafiə etməlidir. 1979-cu ilin
yanvarın 1-də ABŞ-la Çin arasında diplomatik münasibətlər
yarandı. Xarici siyasətdə birinci dərəcəli yer Qərbi Avropa
ölkələri və Yaponiya ilə əməkdaşlığa verilirdi və bu birliyi
möhkəmləndirmək xətti götürüldü. 1980-ci ildə məşhur
«Karter doktrinası» irəli sürüldü. Həmin doktrinaya görə ABŞ-
a icazə verilirdi ki, müəyyən ərazilərdə lazım gəldikdə nüvə
müharibəsi aparsın. «ABŞ-ın həyat sahəsi» adlanan dünyanın
hər yerində ABŞ-ın zonaları meydana gəldi. 1978-ci ilin
sentyabrında özünün Vaşinqtondakı Kemp-Devid
31
iqamətgahında C.Karter İsrail ilə Misir arasında vasitəçilik
edərək Yaxın Şərqdə sülhün çərçivəsilə əlaqədar İsraillə Misir
arasında iki saziş, 1979-cu ilin martında isə onların arasında
müqavilə imzalanmasına nail oldu. 1979-cu ilin iyunun 18-də
SSRİ ilə ABŞ rəhbərliyi Vyanada görüşdü. SSM-2 sazişi
bağlandı. SSRİ-nin Əfqanıstana 1979-cu ilin dekabrında
müdaxiləsinə görə bu sazişin ABŞ konqresi tərəfindən təsdiq
edilməməsi iki dövlət arasında gərginliyi yenidən artırdı. ABŞ
SSRİ-yə qarşı «xaç yürüşünə» başladı. 1980-cı ildə Moskvada
keçirilən Olimpiya oyunlarını baykot etmək taktikasını irəli
sürdü. C.Karterin dövründə neytron bombası və qanadlı
raketlər istehsalı gücləndirildi. «MX» raketləri və «Traydent»
adlı sualtı qayıqlar meydana gəldi. 1978-ci ildə ABŞ-ın təkidi
ilə NATO-nun hərbi xərclərinin hər il 3% artırılması haqqında
qərar qəbul edildi, 1979-cu ildə ABŞ Qərbi Avropada nüvə
raketlərini yerləşdirməyə razılıq aldı.
ABŞ geniş miqyasda həm Səudiyyə Ərəbistanına, həm də
İrana silah göndərirdi. 1978-1979-cu illərdə ABŞ İran
körfəzində və Hind okeanında öz hərbi-dəniz bazalarını
genişləndirdi. Hind okeanı zonasına ABŞ-ın xüsusi diqqət
yetirməsi ilk növbədə bu regionun hərbi-strateji mövqeyi, onun
38 növ mal dünya bazarına çıxarması, sərfəli ticarət yolları,
burada, 1,4 milyard əhalinin yaşadığı 44 dövlətin olması ilə
bağlı idi. 1979-cu ildə Tehranda ABŞ səfirliyinin işçilərinin
girov götürülməsindən istifadə edərək ABŞ-da şovinist təbliğat
gücləndirildi, 1980-cı ilin aprelində İrana qarşı sərt aksiya
tərtib edildi. Şah öldükdən sonra ABŞ İranın dondurulmuş
aktivlərini qaytardı. İran isə girovları azad etdi. Bütün bunlar
Karterin nüfuzunu daha da sarsıtdı.
ABŞ Ronald Reyqanın prezidentliyi dövründə (1980-
1988-ci illər). 1980-ci ildə ABŞ-ı yenidən iqtisadi böhran
bürüdü. Ölkə daxilində sağ neomühafizəkar qüvvələr
fəallaşdılar. Karter komandasına etiabar azaldı. 1979-cu ildə
32
prezidentin təcrid olunması prosesi daha da gücləndi. İnzibati
dairənin bir çox nüfuzlu xadimləri istefaya getdilər.
1980-cı ilin noyabrında keçirilən prezident seçkiləri
demokratlar partiyasına uğur gətirmədi. Təşəbbüs
respublikaçıların əlinə keçdi. Ölkədə sağa doğru dönüş baş
verdi. Sağ respublikaçılar dairəsinə mənsub olan, məşhur
aktyor, gözəl natiq, hələ 1964-cü ildə Qolduoteri müdafiə
etdiyi zaman çıxışları ilə yadda qalan, ABŞ tarixində ən
populyar prezident kimi tanınan Ronald Reyqan bu vəzifəyə
seçildi. Reyqanın fəaliyyətində özünəməxsus cəhətlərdən biri
onun bütün məsələlərə dövrə uyğun şəkildə yanaşmağı
bacarması idi. Reyqanın dövründə ABŞ-da universal dövlət
yaradılmış oldu. Bütün bunlara görə o tarixə böyük
kommunikator kimi daxil oldu.Xalq onu «böyük ünsiyyət
ustası» adlandırırdı.
Yeni iqtisadi böhran 1982-ci ilə qədər davam etdi.
Sənaye məhsulu istehsalı 1979-cu illə müqayisədə 1980-ci ildə
3,6% aşağı düşdü. 1982-ci ildə isə bu rəqəm 8,2% oldu.
Böhrandan avtomobilqayırma, qara metallurgiya, sənayenin
digər qabaqcıl sahələri zərər çəkdilər. Böhran kənd
təsərrüfatına və qeyri-istehsal sahələrinə də toxundu. Ölkədə 12
milyon işsiz var idi. ABŞ ancaq 1983-cü ildə iqtisadi
böhrandan çıxmağa başladı. Həmin ilin payızında sənayedə
artım 6,6% oldu. Reyqan fəaliyyətində «mühafizəkar inqilab»
xəttini götürdü. Reyqan inzibati idarəsi daxili siyasət sahəsində
bütün diqqətini ölkəni iqtisadi böhrandan çıxarmağa verdi. Bu
sahədə ilk addım 1981-ci ilin avqustunda konqres tərəfindən
bəyənilmiş vergi islahatı idi. Reyqanın dövründə şəxsi vergilər
5%-dən 20%-ə qədər azaldıldı.1980-1982-ci illərdəki
energetika böhranından sonra Reyqan xaricdən gətirilən neft
üzərində hökümət nəzarətini aradan götürdü. Neft və neft
məhsullarının qiyməti 20 % qalxdı. Bu isə ölkədə neftin sərbəst
satışını təmin etməyə imkan verdi. Bir sözlə, Reyqan istehsalın
texnoloji struktur baxımdan yenidən qurulmasını təmin etdi.
33
Sosial xərclər 54%-dən təxminən 48%-ə endirildi. Milli gəlirin
iri kapitalın və əhalinin varlı təbəqələrinin xeyrinə sonradan
yenidən bölgüsü və fəhlə sinfinin payının azalması siyasəti
yeridildi. Onun dövründə ölkədə trans- milli korporasiyaların
mövqeyi gücləndi. ABŞ-da bu illərdə ümumi məhsul istehsalı
xeyli artdı. (Ümumi məhsul dedikdə ölkənin həm daxilində,
həm də həmin ölkənin başqa ölkələrdəki müəssisələrində
istehsal edilən məhsul nəzərdə tutulur). Reyqanın dövründə
inflyasiyanın qarşısını almaq üçün ciddi tədbirlər həyata
keçirildi. Onun prezident olduğu 8 il ərzində inflyasiya 2%-ə
endi. 13 milyon iş yeri açıldı. Məşğulluq problemi həll edilmiş
oldu Reyqanın gördüyü bu tədbirlər «Reyqanomika», yəni
Reyqan iqtisadiyyatı kimi tarixə düşdü. 1984-cü ildə o, yenidən
prezident seçildi. Xalq artıq onu «tefton prezident»
adlandırırdı.
Reyqanın dövründə senatda təhlükəsizlik və terrorizmə
qarşı mübarizə aparmaq üçün xüsusi komissiya yaradıldı. Bu
dövrdə xüsusi diqqət yetirilən sahələrdən biri də xidmət
sahəsinin inkişafı idi. Məşğulluğun artmasının əsas
mənbələrindən biri bu, digəri isə hərbiləşdirmənin sürətlən-
dirilməsi idi. 80-ci illərdə ABŞ transmilli korporasiyalarının
xarici ölkələrdəki müəssisələri AFR, Fransa və ya İngiltərənin
istehsal etdiyi məhsuldan daha çox məhsul buraxırdı. ABŞ
dövlət-inhisarçı kapitalizminin bu dövrdə ən mühüm əlamətləri
kredit, borc vermək və digər kapital ixracı formalırı idi. 80-ci
illərdə ölkəyə mühacirət edənlərin sayı xeyli artdı. ABŞ-a
Asiya və Latın Amerikasından axın gücləndi. 80-cı ildə təkcə
Vyetnamdan buraya 800 minə qədər adam gəldi.
Muzdlu işçilərin 75%-i qeyri-maddi istehsal sahələrində
çalışırdı və bu işçilər içərisində 44%-ini qadınlar təşkil edirdi.
Cəmiyyətin «avara» adamları hesab edilən aktyorların, jur-
nalistlərin vəziyyəti yaxşılaşdı. Onlar cəmiyyətdə öz yerlərini
tutdular. ABŞ-da artıq kompüterlərin kütləvi istehsalı
sürətləndi. Onların sayı 20 milyonu ötüb keçdi. Bu zaman ABŞ
34
cəmiyyətini varlılar, orta sinfin üç təbəqəsi, yoxsullar,
dilənçilər, evsizlər kimi sosial qruplara bölmək olardı.
Bu qruplar arasında gəlirlərin və yığılmış sərvətlərin
səviyyəsinə görə böyük fərq var idi. 80-cı illərdə yüksək
təminatlıların sayı artdı. Ailələrin böyük əksəriyyəti orta rifaha
malik qrupa aid edildi. Bir çox amerikalılar müxtəlif
kompaniyaların səhmlərini əllərində cəmləşdirərək əmək
haqlarından başqa, kollektiv mülkiyyətdən də hər il gəlir əldə
edirdilər.
Reyqan dünya siyasətində özünəməxsus məktəb açmış
bir prezident kimi qaldı. O, siyasətin özündə bir incəsənət
yaratdı. Reyqanın dövründə silahlanma ən yüksək mərhələsinə
qalxdı. Belə ki, onun dövründə hərbi büdcə ölkənin federal
büdcəsinin 23%-indən 27%-nə qalxdı. Hərbi sənaye kompleks-
lərinin (bu komplekslərə hərbiçilərin yüksək dairəsi, dövlətin
müəyyən quluqçuları, Silah istehsal edən korporasiyalar və
hərbiləşdirilmiş elm daxildir) fəaliyyəti gücləndi. Onlardan on
ikisi ABŞ-ın Müdafiə nazirliyi olan Pentaqonun sifarişlərini
həyata keçirirdi. ABŞ-da ən çox inkişaf edən və böhranlı və-
ziyyət keçirməyən sahə hərbi sahə idi. Çünki bu sahə höku-
mətin nəzarəti altında idi. Hərbi xərclər 1979-1980-cı illərdəki
134 milyard dollardan 1988-ci ildə 291 milyard dollara qalxdı.
«Ulduzlar müharibəsi»ni nəzərdə tutan «Strateji müdafiə
təşəbbüsü» proqramı işlənib hazırlandı. Kosmosda silahlanma
gücləndirildi. Onun həyata keçirilməsinə milyardlarla dollar
ayrıldı.
Reyqanın xarici siyasəti C.Karterin siyasətinin, demək
olar ki, davamı idi. Bu siyasətin ideya-nəzəri əsasını
neoqlobalizm təşkil edən yeni mühafizəkarlıq təşkil edirdi.
Neoqlobalizm ABŞ xerici siyasətinin qlobal problemlərini
regional səviyyədə həll etməyi nəzərdə tuturdu. Bu surətlə
silahlanma, SSRİ və digər sosialist ölkələrini iqitsadi cəhətdən
xeyli geridə qoymaq, üçüncü dünya ölkələrində vəziyyəti
düzgün qiymətləndirmək və s. fundamental prinsiplərə
35
əsaslanırdı. Reyqan da C.Karter kimi NATO-nun hərbi
xərclərinin 3% artırılması və Qərbi Avropada orta mənzilli
raketlərin yerləşdirilməsi işini bəyəndi və davam etdirdi. 1983-
cü ildə ABŞ Qərbi Avropanın beş ölkəsində 600-ə yaxın orta
mənzilli raketlərini yerləşdirməyə başladı. O da Əfqanıstan
məsələsi ilə əlaqədar SSRİ ilə münasibətləri gərgin şəkildə
saxladı. ABŞ Latın Amerikası ölkələrinə qarşı yenidən «Böyük
dəyənək» siyasətinə qayıtdı. ABŞ, bu regionda «Beynəlxalq
terrorizmə qarşı «mübarizə» tezisini irəli sürdü. Reyqan
hökuməti Latın Amerikası ölkələrinə münasibətdə pan-
amerikan həmrəyliyi prinsipini irəli sürdü. Karib höfzəsində öz
mövqelərini möhkəmləndirdi. Reyqan hökuməti 1982-ci ildə
«Karib təşəbbüsü» deyilən təşəbbüslə çıxış etdi. Bu təşəbbüs
quraqlıqdan zərərçəkən region ölkələrinə yardım etməyi
nəzərdə tuturdu. Nikaraquaya qarşı elan edilməmiş müharibə
apardı, Salvadorun mühafizəkar dairələrinə hər cür kömək
göstərdi. 1982-ci ildə Malvin (Folklend) adaları üstündə
İngiltərənin Argentina ilə müharibəsində İngiltərəni müdafiə
etdi. Reyqan hökuməti regional münaqişələrin nizama
salınması konsepsiyasını irəli sürdü. İsrail-Ərəb münaqişələ-
rində İsrailin dayağına çevrildi. 1982-ci ildə Yaxın Şərqin əzab
çəkmiş xalqları üçün «Amerika sülh təşəbbüsləri»ni irəli sürdü.
Kubanın Qrenadada hərbi baza tikməsi ilə əlaqədar olaraq
1983-cü ildə cəmisi 100 min əhalisi olan Qrenadaya qoşun
çıxartdı. Reyqan hökuməti xarici siyasətində Asiya və Sakit
okean regionuna xüsusi diqqət yetirirdi. 1986-cı ilin sonunda
ABŞ bu regiona 35,7 milyard dollar sərmayə ayırdı.
Reyqanın dövründə «İran kontras» baş verdi. Məsələnin
məğzi bu idi ki, Ağ ev İrana silah göndərilməsinə görə, alınan
vəsaitin bir hissəsini gizli surətdə, konqresin sanksiyası
olmadan, Nikaraqua xalqına qarşı elan edilməmiş müharibə
aparan əksinqilabçılara hərbi yardım kimi verirdi.
1983-cü ildə «Demokratiya və kütləvi diplomatiya
proqramı» qəbul edildi ki, bundan da məqsəd sosialist
36
ölkələrinə qarşı fəaliyyətin istiqamətləri və metodlarını
müəyyən etmək idi.
1985-ci ilə qədər Reyqan SSRİ-ni «Şər imperiyası» elan
edərək onu iqtisadi cəhətdən zəiflətməyi ABŞ-ın əsas məqsədi
olduğunu bildirirdi. 1985-ci ildə SSRİ-də hakimiyyətə Mixail
Sergeyeviç Qorbaçov gəldikdən sonra ABŞ-la SSRİ arasındakı
münasibətlərdə mülayimləşmə baş verdi. Reyqan sosializmi
«zibilliyə» atmaq planını həyaia keçirməyə başladı. Qorba-
çovla Reyqan 1985-ci ildə Çenevrədə, 1986-cı ilin oktyabrında
isə İslandiyanın paytaxtı Rekyavikdə görüşdülər. 1987-ci ilin
dekabrın 7-8-də M.S.Qorbaçov Vaşinqotonda oldu. Vaşinq-
tonda «Qısa mənzilli raketlərin məhv edilməsi haqqında» iki
dövlət arasında saziş bağlandı. Bu tarixdə nüvə silahlarının
ləğv edilməsini nəzərdə tutan ilk saziş idi. Reyqan bu sazişi
bağlayarkən etdiyi çıxışlarında göstərdi ki, biz SSRİ ilə saziş
bağlayarkən rusların çox sevdiyi bir atalar sözünü işlətmək
istəyirəm: «İnan, lakin yoxla». 1988-ci ilin mayında Reyqan
Moskvaya gəldi. Danışıqlar mehribanlıq şəraitində keçdi.
Reyqan Moskvadan qayıdarkən bildirdi ki, onun sosializm
cəmiyyəti haqqında təsəvvürlərində yanlışlıqlar var və
sosializmdən də çox şey öyrənmək olar.
ABŞ, Liviyanı terrorizmi himayə etməkdə təqsirləndirdi,
1981-ci ildə onun 6-cı donanması Liviya sularını keçdi. 1986-
cı ilə qədər bu müharibə davam etdi.
Reyqan hökuməti 1985-ci ildə inkişaf etməkdə olan
ölkələrlə münasibətdə ABŞ-ın siyasətini hüququ cəhətdən
əsaslandıran «Reyqan doktrinası»nı irəli sürdü.
ABŞ Corc Buşun prezidntliyi dövründə (1988-1992-ci
illər). 1988-ci ilin prezident seçkilərində Amerika xalqı öz
sevimli prezidenti olan Ronald Reyqanla vidalaşmalı oldu.
Onun dövründə vitse-prezident olan Corc Buş prezident seçildi.
O, prezident olan kimi «Yeni küləklər əsir» tezisini irəli sürdü.
Bu dövrdə ölkə bir sıra maliyyə problemləri ilə qarşılaşdı.
C.Buş inzibati idarəsi bir sıra əmanət müəssisələrini ləğv etdi
37
və 1989-cu ildə maliyyə institutlarının islahatı haqqında qanun
verdi. Lakin bu islahat uğursuzluqla nəticələndi. 1991-ci ildə
iqtisadi inkişafın aşağı düşməsi C.Buşu məcbur etdi ki,
Reyqanın mühafizəkar maliyyə proqramını davam etdirmək
xəttindən əl çəksin. Böyük C.Buşun inzibati idarəsi tezliklə
vergiləri artırdı, sosial və nisbətən də hərbi xərcləri azaltdı.
Eyni zamanda kiçik sahibkarları müdafiə və azad ticarəti təmin
edən proqram işlənib hazırlandı. Lakin o, bu proqramı həyata
keçirə bilmədi.
Corc Buş ABŞ-ın İkinci dünya müharibəsində iştirak
etmiş sonuncu prezidenti idi. Xarici siyasətdə o, SSRİ ilə danı-
şıqları davam etdirdi. 1989-cu ilin dekabrında Malta adasındakı
görüş SSRİ-nin dağılması, Almaniyanın birləşdirilməsi,
Avropadakı sosialist dövlətlərin əvvəlki quruluşa qayıtması və
dünya xəritəsində yeni geosiyasi dəyişikliklərin əmələ gəlməsi
üçün bir sıqnal rolunu oynadı. 1991-ci ilin fevralında Corc Buş
30-a qədər dövlətin birgə iştirakı ilə «Səhrada tufan əmə-
liyyatı» adı altında İraqa hücum təşkil etdi. Buna səbəb o idi
ki, 1913-cü ilə qədər İraqın tərkibində olan Küveyti 1990-cı
ilin avqustunda İraq yenidən tutmuşdu. Buna bəhanə o oldu ki,
güya Kuveyt sərhədyanı yataqlardan İraq neftini
mənimsəmişdir. İraq Küveytdən 2,5 milyard dollar
kompensasiya istədikdə Kuveyt bu tələbi rədd etdi. ABŞ təkid
edirdi ki, İraq Küveytin müstəqilliyini yenidən tanısın. Lakin
əvvəlcədən şəxsiyyəti müəyyən edilməyən bir lider olan
Səddam Hüseyn bu tələblə razılaşmadı. Belə olduqda BMT-nin
Təhlükəsizlik şurasının 4 üzvü-İngiltərə, Fransa, ABŞ, SSRİ
İraqa hücumun lehinə, Çin isə bitərəf qaldığını bildirdi. Lakin
bir ay keçməmiş İraq Küveyti azad etməyi və ona olan borcunu
verməyi öhdəsinə götürdü.
Corc Buşun dövrü həm də onunla xarakterik idi ki, hələ
İkinci dünya müharibəsinin sonlarında başlamış olan «soyuq
müharibə» SSRİ-nin dağılması ilə başa çatdı. O, «Yeni
beynəlxalq qaydalar» doktrinasını irəli sürdü. Böyük Corc Buşun
38
dövründə ABŞ-ın dünyanın yeganə lideri kimi tanınması və
dünyanın «amerikasayağı» idarə olunması üçün imkan yaradılmış
oldu. Qloballaşma, həqiqətdə isə «amerikanlaşma» prosesi
surətləndi və tezliklə bütün dünyanı öz qucağına aldı. Dünya
təsərrüfatı dolların musiqisi altında rəqs etməyə başladı.
ABŞ Bill Klintonun prezidentliyi dövründə (1992-2000-
ci illər). 1992-ci ildə keçirilən prezident seçkilərində demokratlar
təşəbbüsü ələ aldılar. 1946-cı ildə anadan olmuş, «Amerikaya
yeni dəyişikliklər lazımdır» şüarı altında prezident seçkilərinə
qoşulan Arkanzas ştatının qubernatoru Bill Klinton bu vəzifəyə
seçildi. Bill Klinton hakimiyyətə gəldikdən sonra bildirdi ki, o nə
respublikaçıların, nə də demokratların yeritdiyi siyasəti müdafiə
etməyəcəkdir. O, ikisinin də müsbət cəhətlərini götürüb «üçüncü
yol» siyasətini həyata keçirəcəyini bildirdi. Bill Klinton
hakimiyyətə gələndə ABŞ-da 300 milyard dollar büdcə kəsiri var
idi. Əhalinin 10%-i işsiz idi. O hakimiyyətə gəldikdən sonra
dərhal sosial xərclərin artırılmasını təmin etdi. O göstərirdi ki,
sosial sahəyə diqqət dövlətin əsas funksiyalarından biridir, o,
kəsirsiz maliyyələşmə yolu ilə həyata keçirilməlidir. Klintonun
ən başlıca məqsədlərindən biri beynəlxalq aləmdə ABŞ-ın liderlik
mövqeyini salmaq üçün ABŞ iqtisadiyyatının çiçəklənməsini və
daxili sabitliyi təmin etmək idi. Bunun üçün o, sərbəst rəqabətin
olmasını başlıca vasitə hesab edirdi. Klinton inzibati idarəsi əvvəl
iqtisadiyyatı sabitləşdirmək, sonra isə onun inkişafını təmin
etməyə müvəffəq oldu. Bütün bunlar B.Klintona imkan verdi ki,
1996-cı il prezident seçkilərində də qalib gəlsin. Öz prezidentliyi
dövründə o, sosial təmintat sahəsində islahatlar keçirmək xəttini
götürdü. Onun dövründə ABŞ əhalisinin həyat səviyyəsi yüksəldi.
Hərbi xərclər xeyli ixtisar edildi. 1998-ci ildə büdcənin ancaq
16%-i hərbi xərclər üçün ayrılmışdı. Nəticədə sosial xərclər hərbi
xərcləri üç dəfə üstələmiş oldu. Hökümət proqramında təhsilin
müdafiəsinə xüsusi diqqət yetirildi, Elmi Texniki İnqilabın
fasiləsiz iqtisadiyyatda öz əksini tapması şəraitində fəhlə
qüvvəsinin ixtisas səviyyəsi artırılması əsas vəzifə kimi irəli
39
sürüldü. Klintonun dövründə federal büdcənin 1/3 hissəsi elmin
inkişafına ayrılmışdı. Onun yarıdan çoxu isə fundamental
tədqiqatlara sərf olunurdu. Ölkədə 20 milyon nəfərlik iş yeri
açıldı. 1999-cu ildə isə ABŞ tarixində ilk dəfə olaraq kəsirsiz
büdcəyə nail olundu.
Bill Klinton öz xarici siyasətində liberal mövqe tutdu.
Klinton inzibati idarəsinin xarici siyasət strategiyası ABŞ üçün
«dünya lideri» rolunu saxlamağa yönəldilmişdi. 1992-ci ildə
Şimali Amerika azad ticarət zonasının təşkili haqqında saziş
qüvvəyə mindi. 1994-cü ildə ABŞ-ın təşəbbüsü ilə «Amerika
azad ticarət zonasının təşkili » haqqında qərar qəbul edildi. ABŞ-
ın Asiya-Sakit okean regionu ölkələri ilə iqtisadi əməkdaşlıqda
fəal iştirakı təmin edildi. Yeni «Avroatlantik bazarı»nın təşkili
haqqında plan işə başladı. NATO-nun Şərqə doğru genişlənməsi
məsələsində ABŞ Rusiyaya güzəştə getməli oldu. 1997-ci ildə
ABŞ-Rusiya danışıqlarında ABŞ öhdəsinə götürdü ki, Polşa,
Çexiya, Macarıstan NATO-ya qəbul olunsa da, həmin dövlətlərin
ərazisində ABŞ-ın hərbi bazaları yaradılmayacaqdır. Bill Klinton
Yuqoslaviya ilə əlaqədar 1995-ci ildə münasibətlərin sahmana
salınmasına və Deyton müqaviləsinin (1995-ci il dekabr)
bağlanılmasına nail oldu. Yaxın və Orta Şərq məsələsində 1994-
cü ildə Vaşinqtonda, 1995-ci ildə Qahirədə, 1996-cı ildə Osloda
İsrail ilə Fələstin arasında münasibətlərin nizama salınmasına
cəhd göstərdi. 1996-cı ildə Oslo müqaviləsi əsasında Fələstinə
muxtariyyat verildi. ABŞ 1990-cı ildə SSRİ-dən ayrılmış
Pribaltika respublikalarında öz nüfuzunu gücləndirməyə xüsusi
səy göstərdi. 1997-ci ildən ABŞ ATƏT-in Qarabağ məsələsini
nizama salmaq üçün hələ 1992-ci ildə təşkil etdiyi Minsk
qrupunun həmsədrlərindən biri oldu. Amerika-Azərbaycan
münasibətləri haqqında birgə bəyanat adlanan sənədi B.Klintonla
Azərbaycan prezidenti H.Əliyev bu dövrdə imzaladılar. Bu sənəd
iki ölkə arasındakı münasibətlərin prinsip və gələcək
istiqamətlərini göstərirdi.
40
1998-ci ildə ABŞ yenidən İraqa qarşı möqeyində sərtləşdi.
Belə ki, ABŞ İraqı kimyəvi silahlar istehsalında günahlandırmağa
başladı. Lakin Bill Klinton vəziyyəti müharibə həddinə gətirmədi.
Atlantika həmrəyliyi gücləndirildi. 1998-1999-cu illərdə
Kosovada münaqişənin nizama salınması zamanı NATO-nun
silahlı qüvvələrindən istifadə edildi. 1999-cu ilin payızında
ATƏT-in İstanbul sammitində ABŞ Bakı-Tbilisi-Ceyhan neft
ixrac boru kəmərinin çəkilməsi haqqında sazişi bəyəndi.
Klintonun dövründə ABŞ-ın demokratiya və azad bazar
iqtisadiyyatı konsepsiyası bütün dünyada qəbul edildi, iqtisadi
amirlik metodllarından əl çəkildi, informasiya mübadiləsi artdı,
azad bazarla demokratiyanın yanaşı addımladığı yeni şərait
yaranmış oldu. Bill Klinton İkinci cahan müharibəsindən sonrakı
dövrdə ABŞ-ın ən ağıllı prezidenti kimi tarixə düşdü.
ABŞ, Corc Buşun (kiçik) prezidentliyi dövründə (2000-
ci ildən 2008-ci ilə qədər). ABŞ konstitusiyasına əsasən Bill
Klinton 2000-ci il prezident seçkilərində iştirak etmədi.
Demokratlar partiyasından olan Albert Qor respublikaçı Corc
Buşdan 542 min çox səs toplasa da, lakin seçki kollegiyası
respublikaçıların xeyrinə məsələni həll etdi. Səslər hesablanarkən
ABŞ seçki sisteminin xüsusiyyətləri nəzərə alınmalı oldu. Qoru
20 ştat və Kolumbiya federal dairəsi, Buşu isə 30 ştat müdafiə
edirdi. Əhalisi yarım milyondan çox olan şəhərlərin 1/3-i A.Qoru,
60%-isə Buşu müdafiə edirdi. A.Qor ölkənin sahilətrafı, C.Buş isə
daxili əyalətlərində qələbə çalmışdı. Həmçinin respublikaçılar
demokratlar üçün əhəmiyyət kəsb edəcək bülletenlərin yenidən
hesablanmasına imkan vermədi və Florida məhkəməsi Buşu
qalib hesab etdi. Nəticədə ABŞ Ali məhkəməsi ölkənin 43-cü
prezidentinin Corc Buş (kiçik) olması haqqında qərar qəbul etdi.
Corc Buş hakimiyyətə gəldikdən sonra respublikaçıların
siyasətini davam edirməyə başladı. 2001-ci ildə konqresin qəbul
etdiyi yeni vergi islahatı haqqında qanunda vergilərin 10 il ərzində
1,35 trilyon dollar ixtisar edilməsi nəzərdə tutulurdu. Kiçik Corc
Buşun dövründə əmək məhsuldarlığı 4 il ərzində 2.5 dəfə artdı.
41
Amerika xalqının həyat səviyyəsi yüksəlməkdə davam etdi. O,
2004-cü ildə yenidən prezident kürsüsünü tutdu.
C.Buş xarici siyasətdə yenidən Yaxın və Orta Şərq
ölkələrinə müdaxiləni əsas götürdü. 2001-ci ilin sentyabrın 11-də
Nyu-Yorkda baş vermiş terror aktından sonra elə həmin ilin
sonunda ABŞ Əfqanıstana müdaxilə etdi. Əfqanıstanda taliban
rejimini devirdi. 2003-cü ilin martın 21-də İraqın bakteroloji
silahlara sahib olduğunu bəhanə edərək İraqa hücum təşkil etdi.
Səddam Hüseyn rejimi devrilsə də, İraqda sabitlik yaranmadı.
2001-ci il 11 sentyabr hadisələrindən sonra hərbi büdcə 393
milyard dollara çatdırıldı.
ABŞ-ın 2002-ci ilin may ayında Rusiya Federasiyası ilə
strateji silahların məhdudlaşdırılması haqqında bağladığı
müqaviləyə əsasən tərəflərdən hər biri ancaq 1700-2000
həcmində nüvə başlığı saxlaya bilərdi. Buş hökumətinin xarici
siyasətinin sərtləşdiyini göstərən əlamətlərdən biri 2002-ci ilin
iyun ayında onun raketdən müdafiə sistemlərinin
məhdudlaşdırılması haqqında müqavilədən imtina etdiyini
bildirməsi idi.
2006-cı ilin noyabrın 7-də keçirilən parlament seçkilərində
demokratlar partiyası qələbə çaldı. Bu qələbə ilk növbədə İraq
amili, Cənubda baş verən qasırğa zamanı ayrılmış pulun xeyli
hissəsinin mənimsənilməsi, ölkədəki korrupsiya, yeni terror
qorxusu, bir sözlə, Buşun siyasətindən narazılıq ilə əlaqədar idi.
ABŞ-da 2008-ci ildə keçiriləcək prezident seçkilərinə
demokratlar və respublikaçılar partiyaları tərəfindən ciddi hazırlıq
gedirdi. Respublikaçılar Con Makkeynin, demokratlar isə
qaradərili Barak Obamanın prezidetliyə namizədliyini irəli
sürdülər. 2008-ci ilin noyabrın 4-də keçirilən prezident
seçkilərində demokratlar partiyasının namizədi Barak Obama
qalib gəldi və ABŞ-ın 44-cü prezidenti seçildi.
2008-ci ilin ikinci yarısında ABŞ-ı yeni maliyyə böhranı
bürüdü. Buna səbəb bankların çoxlu kreditlər verməsi və onların
bunun hesabına iflasa uğraması idi. Böhran tezliklə digər ölkələrə
42
öz təsirini göstərdi, dünya maliyyə və iqtisadi böhranına çevrildi.
Dünya bazarında neftin qiyməti surətlə aşağı düşdü. Dünya ərzaq
məhsullarının surətli bahalaşması ilə qarşılaşdı.
Barak Obama prezident seçilərkən büdcə kəsiri xeyli çox
idi. Bunun qarşısını almaq üçün o, yüksək gəlirdən alınan
vergiləri artırmaq, İraqdakı hərbi xərcləri azaltmaq, yeni iş yerləri
açmaq haqqında təklif irəli sürdü.
Prezident Barak Obamanın 2009-cu ilin fevralın 11-də
«İqtisadiyyata yardım planı» senatda 37 səsə qarşı 61 səslə qəbul
edildi. Planda iqitsadiyyatı böhrandan çıxarmaq üçün 238 milyard
dollar pul ayırmaq nəzərdə tutulurdu. Həmçinin planda 4 milyon
yeni iş yerinin açılması məsələsi də öz əksini tapmışdı.
B.Obama hökuməti 2009-cu ilin dekabrında 2010-cu ilin
yanvarında Əfqanıstana taliban rejimi ilə mübarizə üçün daha 30
min qoşun göndərmək haqqında qərar qəbul etdi.
B.Obama hökuməti İraqdakı ABŞ qoşunlarının sayının
azaldılması və onların tədricən çıxarılması barədə də qərar qəbul
etdi.
Ölkədə keçmişdə olduğu kimi Şimal-Şərq (Nyu-York) və
Orta-Qərb (Çikaqo) maliyyə kapitalı qruplaşmaları nüfuzlu
mövqe tuturlar. Bununla bərabər Texas və Kaliforniya maliyyə
qruplarının da xüsusi çəkisi artır. Hazırda ABŞ-da 15 min bank
fəaliyyət göstərir. 100 başlıca korporasiyanın payına bütün
istehsalın 1/3-i, sənaye aktivliyinin isə 1/2-i düşür. Bütün bank
əməliyyatlarının 1/3-i onların əlindədir. ABŞ dünyanın əsas güc
mərkəzlərindən biridir. Dünya ticarətində, demək olar ki,
generator rolunu oynayırdı. Müasir silahların yarıdan çoxu onun
paıyna düşür. Dünyada yeganə və güclü hərbi və siyasi təşkilat
olan NATO-da rəhbər rol oynayır. ABŞ ETİ-nin bütün
nailiyyətlərini özündə cəmləşdirən inkişaf etmiş sənaye və kənd
təsərrüfatına malikdir. O, dünyanın inkişaf etmiş ölkələrinin təşkil
etdiyi «Səkkizlər qrupunun» üzvüdür.
Güclü potensiala malik olması XXI əsrin əvvəllərində də
ABŞ iqtisadiyyatının səciyyəvi cəhətidir
43
II. SSRİ (1991-ci ildən Rusiya Federasiyası)
SSRİ üçün İkinci dünya müharibəsinin nəticələri
1945-ci ilin mayın 9-11-də Avropada, sentyabrın 2-də isə
Sakit okean və Uzaq Şərqdə müharibənin qurtarması ilə İkinci
dünya müharibəsi başa çatdı. Altı il davam edən bu müharibə
öz nəticələrinə görə SSRİ üçün daha ağır idi. Müharibədə SSRİ
27 milyon nəfər adam itirdi ki, bu İkinci dünya müharibəsində
ölənlərin təxminən 40%-nə bərabər idi. SSRİ-nin itkisi ABŞ-ın
itkisindən təxminən 70 dəfə çox idi. Yalnız Berlin ətrafında
SSRİ-dən 300 min nəfərə qədər insan həlak oldu ki, bu da
ABŞ-ın bütün müharibə boyu itkisinə bərabər idi.
Müharibə SSRİ-yə həm də çox böyük maddi zərər vurdu.
Müharibə nəticəsində SSRİ-də 1710 şəhər, 70 min kənd, 65
min km.dəmiryolu xətti, 32 min sənaye müəssisəsi, 98 min
kolxoz, 1876 sovxoz, 2890 Maşın-traktor stansiyası dağıdıldı.
Kənd təsərrüfatında əkin sahələri 36,8 milyon hektar əksildi.
Əhalinin kişi qisminin sayı azaldı. Müharibənin sonunda 1923-
cü ildə anadan olmuş, yəni 1941-ci ildə 18 yaşı olan kişilərdən
sağ qalanlar 3%-dən çox deyildi. Müharibə əslində kişilərin
bütöv bir nəslini məhv etdi. Bu, ölkədə demoqrafik vəziyyətə
uzun illər öz təsirini göstərdi. Əkin sahələri yararsız hala
düşdü. Ölkə öz milli sərvətinin 1/3 hissəsini itirdi.
İkinci dünya müharibəsi nəticəsində SSRİ-də 11 min
adam Sovet İttifaqı qəhrəmanı adı ilə (Azərbaycandan 121
nəfər) 7 milyon adam isə müxtəlif orden və medallarla təltif
edildi. Yeganə G.K.Jukov dörd dəfə Sovet İttifaqı qəhrəmanı
adına layiq görüldü. Ümumiyyətlə, İkinci dünya müharibəsində
SSRİ-yə dəymiş maddi və hərbi zərər 2 trilyon 169 milyard
rubl (1941-ci il qiymətləri), ancaq hərbi zərər isə 600 milyard
rubldan artıq idi. Xarici mütəxssislərin fikrincə, SSRİ-yə
dəymiş zərəri ödəmək üçün 25 il vaxt lazım idi.
44
İkinci dünya müharibəsindən sonra SSRİ dünyanın ikinci
böyük–super dövlətinə çevrildi. Artıq dünya hadisələrinin heç
biri onun iştirakı olmadan həll edilə bilməzdi. Müharibə həm
də SSRİ-yə imkan verdi ki, azad edilməsində iştirak etdiyi
Avropa ölkələrində «sovet modeli»ni tətbiq etsin. Müharibənin
sonunda SSRİ Silahlı qüvvələrində 11 365 min nəfər adam var
idi ki, bu da ABŞ ordusundan sonra ikinci yerdə dururdu.
İkinci Dünya müharibəsi nəticəsində SSRİ-nin ərazisində
də dəyişikliklər oldu. Belə ki, Postdam və Paris konfrans-
larının qərarları əsasında Köniqsberq (Kalininqrad), həmçinin
Pribaltika respublikaları, Zakatpat Ukraynası, Bukovina və
Bessarabiya SSRİ-yə verildi.
1944-cü ilin oktyabrında Tuva Xuralı SSRİ hökümətinə
Tuva respublikasının SSRİ tərkibinə daxil olması xahişi ilə
müraciət etdi. Tuva RSFSR-in muxtar vilayəti oldu. SSRİ ilə
Polşa arasında qarşılıqlı ərazi mübadiləsi haqqında müqavilə
bağlandı. SSRİ mərkəzi Belostok olan rayonu Polşaya verdi.
Polşa da öz növbəsində mərkəzi Vladimir-Volınski şəhərində
olan rayonu SSRİ-yə verdi.
1947-cı ilin fevralın 10-da Finlandiya ilə bağlanmış Paris
sülhünə əsasən Petsamo vilayəti Finlandiyadan alınaraq,
yenidən SSRİ-yə verildi. Xanko yarımadası da SSRİ-nin 1954-
cü ilə qədər ixtiyarında qaldı. Yaponiya İkinci dünya mü-
haribəsində məğlub olduğuna görə 1904-1905-ci illərdə olmuş
rus-yapon müharibəsi nəticəsində Rusiyadan alınmış Kuril
adaları və Saxalinin cənub hissəsi də yenidən SSRİ-yə
qaytarıldı. Port-Arturda SSRİ 1954-cü ilə qədər öz hərbi
bazalarını yerləşdirmək imkanı qazandı.
1946-cı ildə SSRİ Əfqanıstanla iki ölkə arasında sərhədin
Amudərya çayı axarı üzrə müəyyən edilməsi haqqında saziş
bağladı.
Ümumiyyətlə, İkinci dünya müharibəsi SSRİ-yə maddi
və hərbi zərər vursa da, digər tərəfdən onun ərazi və siyasi
nüfuz cəhətdən uğurlar qazanmasına gətirib çıxartdı.
45
SSRİ İkinci dünya müharibəsindən sonrakı ilk dövrdə
(1945-1952-ci illər). SSRİ hələ İkinci dünya müharibəsinin
gedişində xalq təsərrüfatının bərpasına başladı. 1943-cü ilin av-
qustunda SSRİ Xalq Komissarlar Soveti «Alman işğalından
azad edilmiş rayonlarda təsərrüfatın bərpası haqqında» xüsusi
qərar qəbul etdi. Müharibə dövründə almanların işğal etdikləri
ərazilərdən şərqə 10 milyon adam, 1360 sənaye müəssisəsi
köçürülmüşdü. Bu rayonların mal-qaralarının əksəriyyəti Orta
Asiya və Cənubi Qafqaza gətirilmişdi Sovet torpaqları azad
edildikcə, onların geri qaytarılması başlandı. Ölkə iqtisadiyyatı
1945-1946-cı illərdə hərbi xətdən dinc xəttə keçirilməyə
başladı. Ölkə qarşısında iqtisadi inkişaf yolunu seçmək vəzifəsi
dururdu. 1946-cı ilin fevral-martında Stalin müharibədən
qabaq irəli sürülmüş şüara: sosializm quruculuğunun başa
çatdırılması və kommunizmə keçmək şüarına qayıtdı. Stalin
güman edirdi ki, kommunizmin maddi-texniki bazasının
qurulması üçün polad və neft istehsalını - 60 milyon tona,
çuqun istehsalını - 50 milyon tona, kömür çıxarılmasını 500
milyon tona çatdırmaq kifayətdir. 60-cı illərin əvvəlində ölkə
bu göstəricilərə çatmışdı, lakin kommunizmin maddi bazası qu-
rulmadı.
1946-cı ilin martında SSRİ XKS SSRİ Nazirlər Soveti
adlandırıldı. 1946-cı ilin mayında SSRİ Ali Sovetinin
sessiyasında 1946-1950-ci illəri əhatə edən dördüncü beşillik
plan haqqında qanun qəbul edildi. Dördüncü beşilliyin əsas
vəzifəsi müharibə nəticəsində bərbad hala düşmüş xalq
təsərrüfatını, ilk növbədə isə sənaye və nəqliyyatı bərpa etmək,
onu müharibədən əvvəlki səviyyəyə çatdırmaq və ötüb keçmək
idi. Planın yerinə yetirilməsi üçün təxminən 250 milyard rubl
ayrılmışdı.
1946-cı ildə ölkədə vəziyyət son dərəcə ağır idi. Əhalinin
2/3 hissəsi kənddə yaşayırdı. 1946-cı ildə ölkədə baş verən
quraqlıq və aclıq nəticəsində 1 milyon adam tələf oldu. Kənd
təsərrüfatı məhsullarına tələbatın ödənilməsi səviyyəsi çox
46
aşağı idi. 1948-ci ildə kolxozların ancaq 44.2%-i taxıl tədarükü
planını ödəyirdi. Sənaye və kənd təsərrüfatında əmək
ehtiyatları çatışmırdı.
1940-cı illə müqayisədə sənayedə 12%, kənd
təsərrüfatında isə 32% işçi qüvvəsi az idi. Ona görə sənaye və
kənd təsərrüfatında məhbuslar, sürgün olunanlar və əsirlərdən
geniş istifadə edilməyə başlandı. Bu dövrdə sənaye və kənd tə-
sərrüfatında 2.5 milyondan çox məhbus, 2.3 milyon sürgün
olunan və 100 minlərlə əsir çalışırdı.
Müharibədən sonra dövlət bütün qüvvələri səfərbərliyə
alaraq xalq təsərrüfatının bərpası işinə başladı. Səkkiz saatlıq
iş günü bərpa olundu. İş vaxtından əlavə məcburi işləmək ləğv
olundu. Ölkədə səmərələşdiricilər hərəkatı geniş yayıldı.
1948-ci ildə «Təbiəti dəyişdirməyin Stalin planı»
meydana gəldi. Planda meşə qoruyucu tədbirlər görmək,
suvarma sistemlərini inkişaf etdirmək, gölcüklər, su anbarları
yaratmaq nəzərdə tutulurdu. Sonradan bu plana hökümətin iri
kanallar tikilməsi haqqında qərarları da əlavə edildi.
30-cu illərdən tətbiq olunan «Paketlər» praktikası adlanan
praktika, yəni heç bir siyahidən keçməyən xeyli pul ödəmələri
praktikası da fəaliyyət göstərməkdə davam edirdi.
SSRİ-də xalq təsərrüfatının sürətli bərpasında
Almaniyadan təzminat əvəzində gətirilən avadanlıqlar da
mühüm rol oynadı. 1947-ci ildə SSRİ-də pul islahatı keçirildi.
Pulun dəyəri birə on qat yüksəldi. 1947-ci ildə ölkədə talon
sistemi ləğv edildi. 1947-1950-ci illərdə çox işlənən zəruri
tələbat mallarının dövlət qiyməti beş dəfə azaldıldı.
Talon sistemi ləğv edildikdən sonra ərzağın qiyməti
bahalaşdı. Hər il könüllü-məcburi qaydada keçirilən istiqraz
yazılışı zəhmətkeşlərin büdcəsinə ağır bir yük kimi düşürdü.
Aylıq maaşdan az olmayan məbləğdə istiqraza yazılmaq lazım
gəlirdi. Bu isə o demək idi ki, zəhmətkeşlərin əksəriyyəti tam
dəyərli əmək haqqı ilə yaşamırdı. Yalnız yüksək əmək haqqı
alan elm, mədəniyyət xadimlərinin, istehsalatın böyük
47
rəhbərlərinin olduqca məhdud təbəqəsinə həyatın çətinlikləri,
demək olar ki, toxunmurdu. SSRİ-də yaşayan xalqların gərgin
əməyi nəticəsində 1948-ci ildə sənayedə plan yerinə yetirildi və
sənaye məhsulu istehsalı müharibədən əvvəlki səviyyəyə çatdı.
Sonrakı illərdə isə hətta onu ötüb keçdi. Bu dövrdə 6200
sənaye müəssisəsi bərpa edildi və tikildi. O cümlədən,
Azərbaycanda Daşkəsən, Mingəçevir, Sumqayıt kimi yeni
sənaye şəhərləri yarandı.
Kənddə vəziyyət yenə də yaxşı deyildi. 1950-ci ildə hər
beşinci kolxozda kəndlilər işlədikləri əmək günlərinin
müqavilində bir qəpik də haqq almırdılar. 50-ci illərin
əvvəllərində orta hesabla bir kolxozçu ayda 16,4 manat alırdı
ki, bu da fəhlə və ziyalıların əməyinin ödənilməsindən, demək
olar ki, 4 dəfə az idi. Kənd təsərrüfatı məhsulunun təhvili
planlaşdırılarkən kəndin imkanlarına deyil, dövlətin tələbatına
əsaslanırdılar.
Kənd təsərrüfatının texniki təchizatı aşağı olaraq qalırdı.
50-ci illərin əvvəlində Rusiyanın bir çox kəndlərində kəndlilər
yeri inəklərlə şumlayırdılar. Ət istehsalı 1916-cı ildəkindən
aşağı idi. Kəndə xeyli əsaslı vəsait qoyuluşu tələb olunurdu,
lakin bunun üçün dövlətin vəsaiti yox idi. Kolxozçunun öz
həyət-bacasında saxladığı hər şeyə qoyulan vergi o qədər
böyük idi ki, mal-qara saxlamaq, meyvə ağacları yetişdirmək
sadəcə olaraq əlverişli deyildi. Kəndlilər vergi yükündən xilas
olmaq üçün bağlarını qırırdılar. Kolxoz və sovxoz məhsulunun
satınalma qiymətləri o qədər aşağı idi ki, bəzən kolxozçuların
əmək haqqını ödəmək olmurdu. Kolxozçuların yerdəyişmə
azadlığını müharibədən əvvəl məhdudlaşdıran normalar
saxlanılırdı. Onlar əslində pasport almaq imkanından məhrum
idilər. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə
müavinat, pensiya təminatı onlara aid edilmirdi.
Kənd əhalisinin tikintilərə və zavodlara qəbulunun təşkili
kəndlilərin şəhərə axınını güclənirirdi. SSRİ kənd
təsərrüfatında müharibədən əvvəlki səviyyəyə 1950-ci ildə
48
çatdı. Müharibə ərəfəsində SSRİ-yə birləşdirilmiş Pribaltika
respublikaları, Qərbi Ukrayna, Qərbi Belarusiya, Şimali
Bukovina və Bessarabiyada kollektivləşmə həyata keçirildi. Bu
dövrdə iri kolxozların yaranması prosesi sürətləndirildi. 254
min kolxoz 93 min iri kolxozda birləşdirildi.
Sosial sahədə də müəyyən işlər görüldü. Şəhərlərdə 100
milyon m
2
mənzil sahəsi istifadəyə verildi.
1952-ci ildə partiyanın XIX qurultayında dördüncü
beşilliyə yekun vuruldu.
Müharibədən sonra siyasi strukturda da müəyyən
dəyişiklikliklər oldu. Yerli sovetlər, respublikaların Ali
Sovetləri və SSRİ Ali Sovetinə seçkilər keçirildi. Sovetlərin
fəaliyyətində kollegiallıq artdı. İlk dəfə olaraq məhkəmələrin
və iclasların müstəqil və qapalı seçkiləri aparıldı. Bütün
bunlarla bərabər dövlət tərəfindən totalitar rejm daha da
gücləndirildi.
Dövlət islah əmək düşərgələri sistemi (DİƏDS) özünün
ən yüksək zirvəsinə çatdı. Müharibə nəticəsində ölkədə
baxımsızlıq kəskin surətdə artdı. Cinayətkarlıq ciddi problemə
çevrildi. Çünki əllərdə xeyli silah var idi. Müharibə qur-
tardıqdan sonra dərhal ordudan tərxisolunma başlandı. Keçmiş
döyüşçülər öz ailələrinə, dinc əməyə qayıdırdılar. Yerlərdə
onları işə düzəltmək üçün xüsusi komissiyalar yaradılmışdı.
Milyonlarla sovet vətəndaşı, yüz minlərlə azad edilmiş hərbi
əsir vətənə qayıdırdı. Lakin onlar öz vətənlərində təhqirlə qar-
şılanırdılar. Onların hamısı Stalinin şübhə, inamsızlıq, anlaşıl-
mazlıq maşınından keçməli olurdu. Bu, hərbi əsirlərə xüsusilə
aid idi. Müharibənin lap əvvəlində hələ 1941-ci il avqustun 16-
da imzalanmış əmrdə deyilirdi ki, əsir düşən komandirlər və
siyasi işçilər fərari hesab olunur və onların ailələri həbs edil-
məlidir. Əsir düşmüş əsgərlərin ailələri dövlət yardımından və
müavinat almaqdan məhrum edilirdilər. Hitlerçilər hərbi
əsirləri dilə tutarkən bu əmrdən geniş istifadə edirdilər.
Müharibə qurtardıqdan sonra əsirlikdən azad olunanların küt-
49
ləvi yoxlanışı başlandı. Vətəndə onları məhkəmədənxaric or-
qanların hökmləri ilə düşərgələrə salınmaqla başa çatan istin-
taqlar gözləyirdi. Anketlərə daxil edilmiş xüsusi qrafada bütün
sovet vətəndaşları onların, yaxud qohumlarının əsirlikdə və iş-
ğal olunmuş ərazilərdə olub-olmadığını göstərməli idilər. Mü-
haribədən sonra həbs düşərgələrindəki insanların sayı 12
milyona çatdı.
1948-1953-cü illərdə həmin düşərgələrin bir çoxunda
siyasi şüarlar altında üsyanlar baş vermişdi.
Müharibədən sonra Stalin hərbçilərin nüfuzunun
güclənməsindən ehtiyat edirdi və deyirdi ki, «hərbçilər
quyruqlarını həddindən çox qaldırmışlar». Bir sıra yüksək
rütbəli hərbçilər, o cümlədən aviasiya marşalı A.R.Novikov,
generallardan R.N.Ponedelin, N.K.Kirillov mühakimə edildilər.
Stalin Jukovun xalq arasında olan nüfuzundan qorxaraq onu
cəzalandırmadı. Halbuki Beriya dəfələrlə Stalini inandırmağa
çalışırdı ki, Jukov Sovet hökumətinin düşmənidir. Stalin buna
inanmadığını bildirməklə bərabər, onu Moskvadan
uzaqlaşdırmış, Ural hərbi dairəsinin komandanı təyin etmişdir.
Müharibədən sonra kütləvi təqiblərin yeni dalğası
başlandı. 1948-ci ildə təşkil olunan «Leninqrad işi» üzrə 2
minə qədər adam həbs edildi. Onlardan 200 nəfəri, o cümlədən
RSFSR Nazirlər Sovetinin sədri M.Radionov, ÜİK(b) P MK
Siyasi Bürosunun üzvü, SSRİ Dövlət Plan Komitəsinin sədri
N.Voznesenski, ÜİK(b) P MK katibi A.Kuznetsov
güllələndilər. Onlar Leninqradda ticarət yarmarkası açmaqda
və ayrıca RSFSR KP yaratmaq istəməkdə günahlandırıldılar.
«Həkimlər işi» deyilən proses hazırlandı. Yəhudi
həkimlərə qarşı təqib gücləndi. Ümumiyyətlə, 1948-1953-cü
illərdə 6,5 milyona qədər adam kütləvi siyasi təqibə məruz
qaldı.
Milli siyasət sahəsində də ciddi nöqsanlara yol verildi.
Velikorus şovinizmi tuğyan etməyə başladı. Sovetləşmə və
kollektikləşmə əleyhinə olduğuna görə 300 minə qədər qərbi
50
ukraynalı, 400 min litvalı, 150 min latış, 50 min eston
deportasiya edildi.
1951-ci ildə türk xalqlarının milli eposları, o cümlədən
«Dədə Qorqud» və «Manas» dastanları «irticaçı və xalqa zidd»
eposlar kimi qələmə verildi. Milli muxtariyyat tələb edən
Yəhudi Antifaşist komitəsinə amansızcasına divan tutuldu.
Müharibə insanların dünyagörüşündə də böyük
dəyişikliklər yaratdı. Müharibəyə qədər SSRİ xarici aləm üçün
qapalı vəziyyətdə idi. Müttəfiqlərlə birlikdə faşizmə qarşı
aparılan müharibə 30-cu illərdə SSRİ-də yaradılmış sərt
ictimai-siyasi şəraiti yumşaltmaq ümidləri yaratmışdı.
Müharibə dövründə sovet adamlarının Avropada olması,
Avropa həyat tərzi ilə tanışlığı onların dünyagörüşündə kəskin
zəiddiyyətlər yaranmasına səbəb oldu. Onlar Avropadakı
demokratiyanı öz ölkələrində görmədiklərini artıq başa
düşməyə başladılar. Bütün bunlar xalqda demokratik əhval-
ruhiyyə yaratmış, ziyalılarda diktaturanı zəiflətmək,
kəndlilərdə kolxozlardan imtina etmək, müttəfiq
respublikaların əhalisində milli siyasəti dəyişdirmək istəyi
doğurmuşdu. Hətta bir sıra yerlərdə, Moskva, Voronej, o
cümlədən, Bakıda müharibədən sonra antisovet təşkilatlar da
yaranmışdı. Lakin onlar fəaliyyət göstərə bilmədilər. Əlbəttə,
bütün bunlar sovet rəhbərliyinin diqqətindən yayına bilməzdi.
Ona görə kosmopolitizmə qarşı mübarizə pərdəsi altında SSRİ
yenidən xarici aləm üçün qapanmağa başladı.
SSRİ vətəndaşlarının xarici ölkələrin vətəndaşları ilə
nigaha girməsinin qadağan edilməsi haqqında 1947-ci ildə
qanun qəbul edildi. Bu dövrdə partiyanın rəhbər rolu
artırılmağa başladı. 1946-cı ildə «Partiynaja jizn» adlı jurnal
çap edilməyə başladı. Jurnalın səhifələrində partiyanın təbliği
gücləndirildi.
Ölkədə elm, mədəniyyət xadimləriə qarşı hücumlar
gücləndi. Bu dövrdə ÜİK(b)P MK-nın qəbul etdiyi bir sıra
qərarlar bunun parlaq təzahürləri idi. «Dram teatrların
51
repertuarlarını yaxşılaşdırmaq haqqında», «Leninqrad» və
«Zvezda» jurnalları haqqında, «Böyük həyat» kino-filmi
haqqında qəbul edilən qərarlardan məqsəd burjua həyat tərzinin
sovet mədəniyyətinə, sovet incəsənətinə təsir etməsinin
qarşısını almaq idi. Bu dövrdə bir sıra görkəmli elm
xadimlərinə qarşı da təqiblər güclənirdi. Məşhur sovet alimləri
Keldiş, Vavilova qarşı təqiblər xüsusi şəkil aldı. Belə ki, gene-
tikanın rolunu inkar edən Lısenko bu alimlərə ləkə yaxaraq öz
yaltaqlığı ilə Stalinin gözündə yüksəldi. Bu dövrdə məşhur
yazıçı Pasternak İtaliyaya çıxıb getməli oldu. O, «Doktor
Jivaqo» əsərinə görə Nobel mükafatı aldı. Bu dövrdə fəlsəfə,
biologiya, dilçilik elmləri ilə əlaqədar diskusiyalar keçirilirdi.
İqtisadi elmlərdə hər şey Stalinin 1952-ci ildə çap edilmiş
«SSRİ-də sosializmin iqtisadi problemləri» əsərinin təbliğinə
həsr olunmuşdu. Bu əsərdə Stalin özünün iqtisadi «qanunu»nu
göstərmişdi. Bu qanunda deyilirdi ki, sosializmdə əhalinin art-
maqda olan tələbatı həmişə istehsalın imkanlarını ötəcəkdir. Bu
«qanun» əslində qıtlığı olan iqtisadiyyatın hökmranlığına haqq
qazandırırdı.
SSRİ-nin bu dövrdə xarici siyasətində SSRİ-ABŞ
münasibətləri mühüm yer tuturdu. 1949-cu ilə qədər ABŞ atom
üzərində dünyada yeganə inhisara malik olan dövlət idi. ABŞ-
da 1949-cu ildə SSRİ-nin 10 şəhərinə 300 bomba atmaq
planlaşdırılmışdı. XX əsrin 80-cı illərində Harri Trumenin
arxivində 10 gün ərzində yerinə yetirilmək üçün SSRİ-yə
verilməsi nəzərdə tutulmuş ultimatumun layihəsi tapılmışdır.
Ona SSRİ-nin ultimatumu yerinə yetirə bilməyəcəyi təqdirdə
məhv ediləcək şəhərlərin siyahısı də əlavə edilmişdi.
SSRİ-də akademik Frolov hələ 1942-ci ildə atomla
maraqlanmağa başladı. 1943-cü ildən Vannikovun başçılığı
altında xüsusi labaratoriya bu işlə məşğul olurdu. Lakin
deyidiyinə görə atomun sirrini SSRİ-yə verən məşhur alman
alimi Klaus Fuks olmuşdur. Atom silahının hazırlanmasında
52
sovet alimlərindən Kurçatovun, Korolyovun böyük xidmətləri
olmuşdur.
1947-ci ildə Korolyov ilk dəfə raket ixtira etdi. 1948-ci
ildə SSRİ-də zəncirvari nüvə reaksiyası alındı. 1949-cu ildə isə
SSRİ atom silahını əldə etməklə ABŞ-ın atom üzərində
inhisarına son qoymuş oldu. 50-ci illərin əvvəllərində SSRİ-də
məşhur alimlər Saxarov, Bert tərəfindən istilik nüvə silahı kəşf
olundu.
Hələ İkinci dünya müharibəsinin son dövründə
müttəfiqlər arasında Polşa, Almaniya, Şərqi Avropa
məsələsində baş verən ixtilaflar dünyanın qərb və şərq
qütblərinə bölünməsinə, onların arasında ziddiyyətlərin
kəskinləşməsinə, «soyuq müharibə»nin başlanmasına və SSRİ-
nin onun başlıca ifaçılarından biri olmasına gətirib çıxardı.
SSRİ 1945-ci ildə BMT təşkil edilərkən alman
faşizmindən zərər çəkmiş respublikalar kimi Ukrayna və
Belarusiyanın da onun tam hüquqlu üzvü olmasına nail oldu.
SSRİ İkinci dünya müharibəsindən sonra ilk növbədə
sosializm düşərgəsini genişləndirmək və öz mövqeyini bu
düşərgədə möhkəmləndirmək prinsipini əsas götürdü.
Avropanın «sovet modeli»ni qəbul etmiş ölkələrində SSRİ öz
qoşunlarını saxlamaqla bərabər, «kömək» pərdəsi altında,
onların daxili həyatına müdaxiləni də gücləndirdi. Təkcə
Yuqoslaviya SSRİ-nin siyasətini tənqid etdi.
1947-ci ilə SSRİ sosialist ölkələrinin Məlumat bürosunu
təşkil etdi ki, sosialist ölkələrindən birində baş verən hadisələr
digər sosialist ölkələrinə də çatdırılsın.
1949-cu ilin yanvarında SSRİ-nin başçılığı altında
Marşall planına cavab olaraq sosialist ölkələrini birləşdirən
Qarşılıqlı İqtisadi Yardım Şurası (QİYŞ) yaradıldı. SSRİ
Almaniyanın birləşdirilməsi məsələsində razılığa gəlməyərək
1949-cu ildə özünə düşən Şərq işğal zonasında Almaniya
Demokratik respublikasını yaratdı.
53
SSRİ İngiltərənin mandat sistemi ilə İkinci dünya
müharibəsinə qədər idarə etdiyi Fələstin ərazisində müstəqil
Ərəb və yəhudi dövlətləri yaranması haqqında 1947-ci il
noyabrın 29-da BMT-nin qətnamə qəbul etməsində yaxından
iştirak etdi.
1948-1949-cu illərdə İsrail-Ərəb müharibələri zamanı
SSRİ Ərəb dövlətlərini müdafiə etdi. SSRİ-nin fəal köməyi ilə
1949-cu ilin oktyabrında Çin Xalq Respublikası təşkil edildi.
Monqolustan, Vyetnam və Şimali Koreyada sosializm
quruluşuna keçid başlandı.
1950-1953-cu illərdə olmuş Cənubi və Şimali Koreya
arasındakı müharibədə SSRİ Şimali Koreyanın tərəfində
yaxından iştirak etdi və Koreyanın indiyə qədər parçalanmış
halda qalmasının səbəbkarlarından biri oldu. Yaponiya ilə sülh
müqaviləsini imzalamaqdan imtina etdi.
N.S.Xruşşovun Sov. İKP MK-nin Birinci katibi
olduğu dövrdə SSRİ-nin daxili vəziyyəti (1953-1964-cü
illər). 1952-ci ilin oktyabrında olmuş partiyanın XIX
qurultayında Stalin xəstəliyi ilə əlaqədar ancaq nitq söyləməklə
kifayətləndi. Mərkəzi Komitənin hesabat məruzəsini isə
G.M.Malenkov etdi. Həmin qurultayda partiyanın adı
dəyişdirilərək Sovet İttifaqı Kommunist partiyası (Sov. İKP)
adını aldı. Mərkəzi Komitənin «Baş katibi» sözü isə «Birinci
katib» sözü ilə, «Siyasi büro» sözü isə «Rəyasət heyəti» sözü
ilə əvəz edildi. Bu qurultayda ilk dəfə olaraq Rəyasət heyəti
seçilmədi. Ancaq «Beşlik» adlanan 5 nəfərdən ibarət büro
seçildi ki, onlar ölkənin bütün daxili və xarici siyasətinə
rəhbərlik etməli idilər. Bu beşlik Stalin, Beriya, Bulqanin,
Malenkov və Xruşşovdan ibarət idi.
1953-cü ilin yanvarında Stalinin səhhətini müayinə edən
həkim Vinoqradov bildirdi ki, o artıq dövlət işləri ilə məşğul
ola bilməz. Bu Stalinin qəti etirazına səbəb oldu. «Həkimlərin
işi» adlı yeni bir məhkəmə prosesinin başlanğıcı qoyuldu.
Professor Vinoqradov və bir sıra digər görkəmli tibb
54
mütəxəssisləri tezliklə həbs olunub, beynəlxalq sionist
təşkilatının agentləri elan edildilər. Bu prosesdə antisemitizm,
yəni yəhudilərə qarşı təqiblər mühüm yer tuturdu.
1953-cü ilin martın 5-də Stalin vəfat etdi. Stalinin ölümü
ilə, cəza orqanlarına arxalanan, siyasət, iqtisadiyyatın
məsamələrinə daxil olmuş bir sistemin dövrü başa çatdı. Bu
hadisədən sonra Nazirlər Sovetinin sədri Malenkov oldu. SSRİ-
də əslində hakimiyyət üç nəfərin - Xruşşov, Maleknov və
Beryanın əlində cəmləşdi. Bu şəxsiyyətlərdən hər biri xalqın
nüfuzunu qazanaraq hakimiyyətə gəlməyə can atırdı.
Daxili işlər nazirliyi və Dövlət Təhlükəsizlik Komitəsini
öz əlində cəmləşdirən Beriya belə hesab edirdi ki, daxildə və
beynəlxalq aləmdə nüfuz qazanmaq üçün həbsdə olanların
çoxunu buraxmaq, kolxozları ləğv etmək, Şərqi Avropadan
qoşunları çıxartmaq və Almaniyanın birləşməsinə razı olmaq
lazımdır. Lakin o zamankı şərait üçün bunların hamısı vaxt
etibarilə yetişməmişdi.
Malenkov belə hesab edirdi ki, nüfuz qazanmaq üçün hər
şeydən əvvəl SSRİ-də həmişə geridə qalan aqrar münasibətləri
nizama salmaq lazımdır. Lakin onlar Xruşşovun daha hiyləgər
və bacarıqlı olduğunu kifayət qədər dərk edə bilməmişdilər.
Dostları ilə paylaş: |