Microsoft Word s?may?kitab?sas doc


partiyası 6,7% səs aldı. 5%-li baryeri Demokratik sosializm



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə10/76
tarix19.05.2023
ölçüsü1,29 Mb.
#116780
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   76
avropa-v-amerika-lklrinin-n-yeni-tarixi-mustafayeva-smay-mmmd-qz-2023-05-16


partiyası 6,7% səs aldı. 5%-li baryeri Demokratik sosializm 
partiyası da keçərək 5,1% səs aldı. «İttifaq 90/ Yaşlılar» 
partiyası ilə koalisiyada sosial demokratlar 16 ildən sonra, 
yaşıllar isə birinci dəfə hökumət təşkil etdilər. Onu «qırmızı-
yaşıl koalisiya» adlandırdılar. AFR tarixində birinci dəfə olaraq 
seçkilər nəticəsində hakim koalisiya tam əvəz olundu. 1999-cu 
ilin aprelində bundestaq birinci dəfə olaraq Berlində reyxstaqın 


123
yeni binasında iclas keçirdi. Bu dövrdən yaddaşlara «Bonn 
respublikası» yerinə «Berlin respublikası» sözləri həkk edildi.
Almaniyanın yeni kansleri ASDP-nin lideri Herhard 
Şröder oldu. Xarici İşlər Naziri «Yaşılar» partiyasından olan 
Yoşka Fişer oldu. 1999-cu ilin mayında keçirilən prezident 
seçkilərində yenə də sosial-demokratlar qələbə çaldılar. 
Yoxanes Rau prezident seçildi. 
1998-ci ilin dekabrında “məşğulluq məsələsi” ilə 
əlaqədar hökumətin iştirakı ilə işçi qrupları təşkil edildi. Bu 
zaman ölkədə 4 milyon işsiz var idi. H.Şröder öz siyasətini 
«yeni mərkəz» adlandırdı. Şəxsi təşəbbüs və sahibkarlar üçün 
əlverişli şərait yaradılması məsələsi qarşıya qoyuldu. H.Şröder 
hökuməti xırda və orta biznesi müdafiə etdiyini bildirdi. 2000-
ci ildə bu məqədlə vergi islahatının keçirilməsi təsdiqləndi. Bu 
islahat 2001-2005-ci illərdə üç mərhələdə keçirildi. Minimum 
vergi dərəcəsi 2005-ci ilə qədər 15%-ə, hüquqi şəxslərdən isə 
25%-ə qədər ixtisar edildi. Bununla bərabər dövlət xərcləri də 
azaldıldı. 
Bundestaqın 1999-cu ildə qəbul etdiyi qanuna əsasən 
pensiya islahatının 2030-cu ilə qədər mərhələ-mərhələ 
keçirilməsi nəzərdə tutulurdu. 2030-cu ildə pensiyalar xalis 
gəlirin 67%-ni təşkil etməli idi. 
Şröder hökumətinin fəaliyyətinin ilk illərində «ikili 
vətəndaşlıq» üstündə mübahisə başlandı. 1999-cu ilin mayında 
qəbul edilmiş qanun hələ 1913-cü ildə qəbul edilmiş qanuna 
əsaslanırdı. AFR vətəndaşlığı statusunu ancaq 8 il ölkədə 
yaşayanlar ala bilərdi. Həmin vətəndaşların Almaniyada 
doğulmuş uşaqları isə dərhal vətəndaşlıq hüququ alırdılar. 
«İkili vətəndaşlıq»da saxlanılırdı. 
Şröder hökuməti ölkənin iqitsadi inkişafında ciddi 
çətinliklərlə qarşılaşmalı oldu. 2001-ci ildə iqitsadi artım cəmi 
0,5% oldu. Halbuki 1998-ci ildə bu artım 2,5% idi. Artımın 
azalması ilk növbədə neftin qiymətinin artması ilə əlaqədar idi. 
«İnək quduzluğu» ilə əlaqədar digər problem də ortaya çıxdı. 


124
Səhiyyə və kənd təsərrüfatı naziri bu məsələ ilə əlaqədar 
istefaya getdilər. Malların qiyməti artdı, işsizlərin sayı 5 
milyona çatdı. Dövlət borcu ÜDM (ümumi daxili məhsulun) 60 
%-nə çatdı. 
Daxili siyasətdə Şröder hökuməti E.Bleer və L.Yospenin 
təcrübəsindən istifadə edərək kompaniyaların vergisini azaltdı, 
əmək bazarının təmin edilməsini, əmək haqqının 
ödənilməsindəki boşluğun aradan qaldarılmasını, iqtisadiyyatın 
ümumi bölməsinin modernizasiya edilməsini təşkil etdi. Lakin 
sosialist bazar təsərrüfatı siyasətindən tam yan keçilmədi. 
Görülən tədbirlər kifayət qədər səmərə verdi. 1999-cu ildə 
hökumət elan etdi ki, o geniş miqyasda təhsil islahatına 
başlayır. Şröder hökumətinin 3 minə qədər günü uzadılmış 
məktəb tikdirməsi, şərq torpaqlarda istehsalın 8% armtasına 
nail olması, kasıb ailələrə dotasiyanın 20 mlrd. avroya 
çatdırması, İraqda müharibə olacağı təqdirdə onda iştirak 
etməmək haqqında qərarı, ölkənin su basan ərazilərinə yardımı, 
gəlir vergisini aşağı salması və s. tədbirləri Srederin real 
siyasətçi olduğunu bir daha təsdiq etdi və 2002-ci ildə 
seçkilərində onun partiyasına uğur gətirdi. 
Yenə də «qırmızı-yaşıl koalisiya»lı hökumət təşkil edildi. 
2003-cü ilin mart ayının 14-də Şröder «Günün xəbəri - 2010» 
adlı hökumət bəyənatı ilə çıxış etdi. Orada iqitsadi artıma nail 
olmaqdan, sosial sığortanın əlverişli təşkil edilməsindən, 
Almaniyanın iqitsadi marağının yüksəlməsindən söhbət 
gedirdi. Bu sənəddə iqtisadiyyatı inkişaf etdirmək, ixtisas 
hazırlığı, əmək bazarı, səhiyyə, vergi, təhsil, pensiya, ailəyə 
yardım, ümumiyyətlə, 30 konkret tədbiri həyata keçirmək 
planlaşdırıldı. 
2005-ci ilin yanvarın 1-nə qədər «Gündəlik» çərçivəsində 
12 qanun qüvvəyə mindi. Onlardan 3-ü əmək bazarı haqqında 
idi. Bu qanun sahibkarların marağını artırdı. Lakin alman 
dövlətinin iqitsadi ideologiyasına zərbə vurdu, çünki o, əmək 


125
bazarının liberallaşdırılmasını və sosial proqramı ixtisar etdi. 
Bu tədbir ölkədə narazılığı artırdı. 
2004-cü ilin mayın 25-də keçirilən prezident seçkilərində 
Xorst Keller qalib gəldi və AFR-in prezidenti oldu. AFR 
praktkiasında ilk dəfə dövlətin başçısı parlament müxalifətinin 
nümayəndəsi oldu. O, malliyyəçi olduğuna görə ölkənin 
kökündən yeniləşdirilməsinə ehtiyac olduğunu dərk edirdi. 
Sevr, Reyn-Vestfaliya landtaqlarında keçirilən seçkilərdə 
də hakim koalisiya uğur qazanmadı. 2005-ci ilin iyununda 
Şröder hökuməti istefaya getdi. Parlament buraxıldı. 2005-ci 
ilin sentyabrında yeni parlament seçikləri keçirildi. 
Şröder hökumətinin xarici siyasəti əslində AFR-in 
əvvəlki siyasətinin davamı idi. Avropada inteqarsiya və 
birləşdirici prsosesdə, NATO-nun inkişafında iştirak, Şərqi 
Avropada islahatların sabitliyini dəstəkləmək, inkişaf etməkdə 
olan ölkələrlə əməkdaşlıq onun xarici siyasətinin əsas 
istiqamətləri idi. Əsas məqsəd isə AFR-in mövqeyini 
beynəlxalq aləmdə möhkəmləndirmək idi. 
AFR ABŞ-ın Balkanlardakı siyasətini prinsipcə müdafiə 
etdi. Serbiyaya qarşı hava müharibəsində iştriak etdi (1999-cu 
il). AFR Kosovaya 8 min sülhməramlı kontingent göndərdi. 
2001-ci ilin sentyabrın 11-də Nyu-Yorkda terror hadisələrindən 
sonra Əfqanıstanda taliban rejiminin ləğvində iştirak etdi və 
ora 3900 əsgər göndərdi. Lakin İraqdakı müharibədə Şröder 
hökuməti ölkəsinin iştirak etməsinə yol vermədi və bu ölkə 
əhalisinin 75%-i tərəfindən dəstəkləndi. Şröder İraqın mü-
haribədən sonrakı quruluşu ilə əlaqədar 4 maddədən ibarət plan 
tərtib etdi. Planda İraqın ərazi bütövlüyünü, müstəqilliyini 
təmin etmək, iraqlılara öz gələcəyini müəyyən etməklə 
sərbəstlik, neft və başqa təbii sərvətlər üzərində tam nəzarət 
hüququ vermək, milli azlıqların hüquqlarını qorumaq, bütöv-
lükdə Yaxın Şərqdə siyasi sabitlik prosesini fəallaşdırmaq nə-
zərdə tutulurdu. 


126
AFR Rusiya ilə münasibətlərə xüsusi əhəmiyyət verirdli. 
Almaniya Rusiya ilə borc məsələsində 1999-cu ilin yayında 
razılığa gəldi. 2004-cü ildə Rusiya Almaniyanın bütün 
borclarını ödədi. Şröderlə Putinin şəxsi dostluğu rus-alman əla-
qələrini möhkəmləndirdi. Şröder Rusiyanı hüquqi dövlət hesab 
edirdi və onun Beynəlxalq Ticarət Təşkilatına (BTT) qəbulunu 
müdafiə etdi. Almaniyanın Rusiyanın bazarına və rus 
xammalına tələbatı bu dövrdə artdı. AFR-də istifadə olunan 
qazın 40%-i, neftin isə 30%-i RF-dən gətirilirdi. 2004-cü ilin 
yayında Şröderin Moskvaya səfəri zamanı Şimali Avropa qaz 
kəmərinin (layihənin dəyəri 21,5 milyard avro qiymət-
ləndirilirdi) çəkilişini nəzərdə tutan birgə memorandum im-
zalandı. 
2005-ci ilin sentyabrında iki dövlət arasında bağlanan 
müqaviləyə əsasən, qaz artıq Ukrayna və Polşa vasitəsi ilə 
deyil, Rusiyadan Vıborq altından birbaşa Almaniyaya (Tray-
sfald rayonu) göndərilməli idi. «Şimal axını» 2011-ci ildən 
başlamalı idi. 
Rəsmi Berlin Azərbaycan Respublikasının ərazi 
bütövlüyünü və Dağlıq Qarabağ məsələsinin dinc yolla nizama 
salınmasını dəstəkləyirdi. 2004-cü ilin avqustunda Azərbaycan 
Respubilkasının Prezidenti İ.Əliyevin Berlinə rəsmi səfərində 
ikitərəfli əməkdaşlıq, Azərbaycanın Arvopa strukturlarına 
inteqarsiyası, Azərbaycan iqitsadiyyatına Almaniyanın sər-
mayə qoyması məsələləri müzakirə edilmişdi. 
1999-cu ilin fevralında «Xolokost» qurbalarına kömək 
fondu yaradıldığı elan edilmişdi. Sonra faşist düşərgəsində 
olanlar və qul kimi işləyənlər üçün kompensasiya ödəmək 
haqqında da qərar qəbul edildi. 
2000-ci ilin avqustun 10-da «Yaddaş, məsuliyyət və 
gələcək» haqqında fondun təşkili haqqında qanun qüvvəyə 
mindi. Onun kapitalı 10 mlrd. marka idi. 


127
2003-2004-cü illərdə AFR BMT Təhlükəsizlik Şurasının 
müvəqqəti üzvlərindən BMT-nin büdcəsinə miqdarına görə 
üçüncü üzvlük haqqı ödəyən dövlət idi.
A.Merkel hökumətinin daxili siyasəti. 2005-ci ilin 
sentyabrın 18-də AFR-də növbədənkənar parlament seçkiləri 
keçirildi. Seçkilərə üç ay qalmış Demokratik sosializm 
Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin