Şək.3.3. Proseslərin p
2
, p
1
, p
0
qaydasında yerinə yetirilməsi
Gördüyümüz kimi, gözlənilmənin orta vaxtı və yerinə yetirilmənin orta vaxtı
bu alqoritm
üçün proseslərin növbədəki yerləşmə qaydasından əhəmiyyətli dərəcədə asılı olur. Əgər bizdə CPU
burst müddətli proses varsa, o zaman “hazır olma” vəziyyətinə keçən qısa proseslər uzun müddətli
prosesdən son-ra yerinə yetilmənin başlanmasını uzun müddət gözləməli olacaqdır. Buna gorə də,
FCFS
alqoritmi praktiki olaraq, vaxt bölünmə sistemləri üçün tətbiq oluna bilməzlər – interaktiv
proseslərdə cavabın orta vaxtı həddindən artıq böyük olur.
Round Robin (RR)
FCFS alqoritminin
təkmilləşməsi olan alqoritm Round Robin (
Round Robin – bu, ABŞ-da
uşaq karuselinin növüdür) adını almışdır və qısaldılmış variantda
RR kimi işarə olunur. Mahiyyət
etibarilə, bu elə həmin köhnə alqoritmdir, yalnız planlaşdırmanın sıxılıb çıxarılma rejimində həyata
keçiril-mişdir. Hazır proseslərin bütün çoxluğunu tsiklli təşkil olunmasını təsvir etmək olar –
proseslər karuseldə yerləşmişlər. Karusel elə fırlanır ki, prosessorun yanında çox da böyük olmayan
qeyd olunmuş vaxt kvantı, adətən, 10-100 millisaniyə, yerləşir (şək.3.4).
Nə qədər ki, proses
prosessorun yanındadırsa, o, prosessoru öz sərəncamına götürür və icra olunur.
Şək.3.4. Karuseldə proseslər
Bu cür alqoritm əvvəlkində olduğu kimi, “hazır olma” vəziyyətində olan proseslərin təşkil
olunma
köməkliyi ilə, FİFO növbəsinə salınmaqla, həyata keçirilir. Planlaşdırıcı növbəti icra
olunmaq üçün növbənin başlanğıcında yerləşəni seçir və müəyyən kvant vaxtının
bitməsi üzrə
kəsilmənin generasiya olunması üçün taymeri quraşdırır. Prosesin yerinə yetirilməsində iki variant
mümkün ola bilər:
-Prosesə lazım olan, prosessordan fasiləsiz istifadə olunma vaxtı (cari CPU burt-ın qalığı) kvant
vaxtı müddətindən azdır və ya ona bərbərdir. Onda proses öz iradəsi ilə kvant vaxtı bitməmişdən
əvvəl,
prosessoru azad edir, icra üçün növbənin əvvəllindən yeni proses daxil olur və taymer
yenidən kvant hesablanmasına başlayır;
-Cari CPU burst qalığın müddəti kvant vaxtından böyükdür.
Onda bu kvant qurtardıqda,
proses taymer tərəfindən kəsilir və icra olunmaq üçün hazır olan
proseslər növbəsinin sonuna
yerləşdirilir, prosessor isə onun başlanğıcında olan prosesin istifadəsi üçün ayrılır.
Əvvəlki misalı p
0
, p
1
, p
2
qaydası üçün nəzərdən keçirək və qiyməti 4-ə bərabər olan kvant
vaxtını götürək. Bu proseslərin yerinə yetirilməsi cədvəl 3.2 ilə nümayiş etdirilmişdir.
Cədvəl 3.2
Dostları ilə paylaş: