İstənilən əməliyyat sistemində əməliyyat sistemi nüvəsinin xidmətlərinə
müraciət etməkdən
ötrü, istifadəçi proqramlarına imkan verən mexanizm dəstəklənir. Ən məşhur keçmiş SSRİ
hesablama maşını olan BESM-6-da nüvə ilə “ünsiyyətin” uyğun vasitələri ekstrakodlar adlanırdılar,
İBM əməliyyat sistemlərində isə onlar sistem əmrləri adlanırdılar və s. Unix əməliyyat sistemində
bu cür vasitələr sistem çağrışları adlanırlar.
Sistem çağrışları (
system calls) – bu, əməliyyat sistemi ilə istifadəçi proqramı arasında
interfeysdir. Onlar, ən başlıcası proseslər və fayllar olan müxtəlif obyektləri yaradırlar, ləğv edirlər
və istifadə edirlər. İstifadəçi proqramı sistem çağrışını həyata keçirərək,
əməliyyat sistemindən
servisi sorğu edir. Müəyyən parametrli maşın registrlərini yükləyən prosedurlar kitabxanaları olurlar
ki, onlar prosessorun kəsilməsini həyata keçirirlər, bundan sonra idarə olunma əməliyyat sisteminin
nüvəsinə daxil olan həmin çağrışın emalçısına ötürülür. Bu cür kitabxanaların məqsədi - sistem
çağrışını altproqramın adi çağrışına oxşar etməkdir.
Əsas fərq ondan ibarət olur ki, sistem
çağrışında məsələ imtiyazlı rejimə və ya nüvə rejiminə (kernel mode) keçir. Buna görə də, çox vaxt
sadə kəsilmələr adlanan aparat
kəsilmələrindən fərqli olaraq, sistem çağrışlarını bəzən proqram
çağrışları da adlandırırlar.
Bu rejimdə əməliyyat sisteminin
nüvə kodu işləyir və o, ünvan fəzasında və onu çağıran
məsələ kontekstində icra olunur. Beləliklə, əməliyyat sisteminin nüvəsi istifadəçi proqra-mının
yaddaşına tam müraciətə malik olur və sistem çağrışında kifayət edər ki, çağırış parametrli bir və ya
bir neçə yaddaş sahələrinin ünvanı və çağırış nəticələri üçün isə bir və ya bir necə sahələr ünvanları
ötürülmüş olsun.
Əksər əməliyyat sistemlərində sistem çağrışı proqram kəsilmənin əmri (İNT)
ilə həyata
keçirilir. Proqram kəsilməsi – bu, sinxron hadisə olub, eyni bir proqram kodu yerinə yetirildikdə,
təkrar oluna bilər.
Dostları ilə paylaş: