Dəqiqlik ömrü
uzatmaq üçün ən
yaxşı vasitədir
u
Bir çox insanlar qışı, soyuq havanı, qarı
xoşlayır. Lakin digərlərinə soyuq hava
heç bir sevinc gətirmir.
Söhbət soyuğa qarşı allergiyası olan insanlardan ge-
dir. Bu insanların bir çox hissəsi öz vəziyyətlərində
olan dəyişiklikləri allergiya ilə əlaqələndirmir və bu
dəyişiklikləri digər pozulmalarla izah edir. Nəticədə onlar
uzun müddət ərzində həkimləri «gəzir», lazım olmayan
müalicələr alırlar.
Soyuq tibbi elmində yalnız bu yaxınlarda allergen kimi
qəbul olunmağa başladı. Soyuğa qarşı olan allergiyanı
həkimlər daha tez-tez hallarda allergiya yox, «psevdo-
allergiya» adlandırırlar. Adətən «allergen» dedikdə biz
müxtəlif maddələri (toz, yun, heyvanların tükü, bitkilərin
tozcuqları, bəzi qidalar və s.) nəzərdə tuturuq. Lakin
soyuq «maddə» deyil. Onda niyə soyuq allergik reaksi-
yalara səbəb olur? Həkimlərin fikirinə görə, soyuq insan
orqanizmində müəyyən prosesləri «qoşur» ki, nəticədə
allergiyaya bənzər reaksiya inkişaf edir.
Soyuğa qarşı allergiyası olan insanlarda zökəm, burunun
tutulması, asqırma baş verir. Lakin isti yerdə bu simptom-
lar birdən itir və insan sanki «sağalır». Əgər Siz özünüzdə
bu kimi simptomları müşahidə etmisinizsə, bu soyuğa
qarşı allergiya ola bilər.
Bu allergiya növünün digər simptomu insanın dərisində
inkişaf edən müxtəlif pozulmalardır — dəri səpir, qaşı-
nır, quruyur, qabıq verir, onun üzərində açıq və ya tünd
qırmızı ləkələr, çatlar əmələ gəlir. Ağır vəziyətlərdə dəri
ödemləşə bilər. Bu adətən dərinin açıq hissələrində (əllər,
üz, qulaqlar) baş verir. Bəzən isə dizlərin və budların iç
hissəsinin dərisi də zədələnir. Bu soyuğun təsirindən inki-
şaf edən dermatitdir.
Belə dermatit kompleks şəkildə müalicə olunmalıdır.
Müalicə zamanı periferik qan dövranını yaxşılaşdıran
preparatlar, vitamınlər, antihistamin preparatlar və s.
istifadə olunur. Agır vəziyyətlərdə həkim müəyyən hormon
preparatları təyin edə bilər.
Qış aylarında çölə çıxdıqdan əvvəl dərinin açıq
hissələrinə xüsusi kriokremlər (apteklərdə satılır) çəkmək,
havaya uyğun
geyinmək lazım-
dır.
Bəzi insanlar-
da soyuq havada
dodaqların dərisi
qızarır, dodaqlar
çatlayır, qabıq
verir, dodaqla-
rın qıraqlarında
yaralar əmələ gəlir.
Bu da soyuğa
qarşı allergiyanın
əlamətidir. Əgər Sizdə belə simptomlar inkişaf edirsə, pro-
filaktik olaraq evdən çıxdıqdan əvvəl dodaqlara gigiyenik
dodaq boyasını və ya kriokrem çəkin. Vəziyyət ağırlaş-
dıqda həkimə müraciət edin. Lazım olduqda həkim xüsusi
müalicə təyin edə bilər — vitamin preparatları, antihista-
min preparatlar və s.
Nadir hallarda olsa da soyuq hətta ən ağır allergik
reaksiyası sayılan anafilaktik şokun səbəbi ola bilər. Bu
güclü soyuqlama nəticəsində baş verə bilər. İnsanın arterial
təzyigi kəskin düşür, nəfəsalma çətinləşir, bayılma ola
bilər. Bu halda lazım olan tibbi yardım göstərilməzsə,
insan məhv ola bilər.
Soyuğa qarşı allergiyası olan insanlara kriosaunadan
(arıqlamaq və digər müalicəvi məqsədlərlə istifadə olunan
prosedura) istifadə etmək olmaz. Əks halda insanda hətta
anafilaktik şok inkişaf edə bilər.
Bütün digər allergiya növləri kimi soyuğa qarşı allergiya
insanlarda daha tez-tez hallarda immunitetin zəifləməsi
zamanı inkişaf edir. Bu səbəbdən profilaktik məqsədilə
daim immunitetinizi möhkəmləndirin. Bunun üçün
düzgün qidalanın, kifayət qədər yatın və dincəlin, stres
vəziyyətlərindən uzaq, idmanla məşğul olun, tez-tez hava-
da olun, orqanizminizdə olan xroniki infeksiya ocaqlarını
(karies, haymorit və s.) vaxtında və düzgün müalicə edin.
saglamolun.az
u
Silahlı Qüvvələrin Baş
Klinik Hospitalına ağır
miokard infarktı diaq-
nozu ilə daxil olan xəstə Vasif
Xanışova hospitalın ürək-damar
mərkəzində təxirəsalınmaz yar-
dım göstərilib. Xəstə hərbi tibb
müəssisəsinə təxliyə edildikdən
sonra onun üzərində təcili anjioq-
rafik müayinə və aorta koronar
şuntlama əməliyyatı icra olunub.
Xəstənin həyati təhlükəsi ara-
dan qaldırılaraq müalicəsi uğurla
davam etdirilib və hospitaldan bu
gün kafi vəziyyətdə evinə bura-
xılıb.
Müdafiə Nazirliyinin mətbuat
xidmətindən AzərTAc-a bildiriblər
ki, digər bir xəstə Elman Muradzadə
isə “hər iki ağciyər arteriyasının
ağır (massiv) tomboemboliyası və
sol aşağı ətrafın bütün venalarının
tamamən trombozu” diaqnozu ilə
ağır vəziyyətdə hospitalın ürək-
damar mərkəzinə təxliyə olunub.
Xəstəyə ağciyər tromboemboli-
yasında dünyada ən müasir müalicə
üsulu olan gücləndirilmiş ultrasəs
dalğaları və selektiv trombolizis pro-
seduru həyata keçirilərək (EKOS)
ağciyərdəki və aşağı ətrafdakı
tromblar 18 saat ərzində əridilərək
uğurlu nəticə əldə edilib.
Müalicəsi uğurla başa çatdırılan
E.Muradzadə də kafi vəziyyətdə
evinə yazılıb.
Soyuğa qarşı allergiya
Silahlı Qüvvələrin Baş
Klinik Hospitalında uğurlu
cərrahiyə əməliyyatları
həyata keçirilib
u
Bu tərəvəz nadir xüsusiyyətlərinə malikdir.
Fitonsidlərlə zəngin olan ağ turp immuniteti
möhkəmləndirir, orqanizmin virus və mikroblara qarşı
davamlılığını artırır.
Bu səbəb-
dən qış ay-
larında
ağ
turpu öz qi-
dalanmanıza
daha tez-tez
daxil
edin.
Turpdan çox
sadə və eyni
z a m a n d a
dadlı və fay-
dalı salatlar düzəltmək olar.
Bunun üçün sürtgəcdən keçirilmiş turp, kök və
xırda doğranmış cəfəri qarışdırılır. Salata duz
və istiot (zövqə görə) vurulur və yaxşı qarışdırı-
lır. Daha sonra zeytun yağı əlavə olunur və salat
yenə də yaxşı qarışdırılır. Fantaziyanıza görə digər
ingrediyentlərdən də istifadə edə bilərsiniz (xiyar,
kələm, göbələk, alma və s.), həmçinin salata xama
da əlavə etmək olar.
Ağ turp həmçinin müxtəlif vitaminlər (B qrupu,
C, E, PP), mikroelementlər (kalium, kalsium, maq-
nezium, fosfor, kükürd, yod və s.), aminturşular,
fermentlər və s. faydalı maddələrlə zəngindir.
Öskürək və bronxit xəstəlyi zamanı ağ turpun
şirəsi çox yaxşı müalicəvi effekt verir. Axşam-
dan turpun içini oyun və oyuğa bal tökün. Səhər
isə alınmış şirəni qəbul edin. Bu şirə çox effektli
bəlğəmgətirici və iltihab əleyhinə təsir edir. Əgər
sizdə bala allergiya varsa, şəkər tozundan istifadə
edin.
Ağ turp həzm proseslərini sürətləndirir, iştaha-
nı artırır, qəbizliklə mübarizə edir. Lakin mədə-
bağırsaq sistemi ciddi pozulmaları zamanı (xüsusilə
kəskinləşmə dövründə) turpu qəbul etmək tövsiyə
edilmir. Turp həmçinin köpə səbəb ola bilər. Bu
səbəbdən köpə meyilli olan insanlar bu tərəvəzdən
süi-istifadə etməməlidir.
Turp ödqovucu və sidikqovucu təsirlərinə malikdir.
Turp mübadilə prosesləri yaxşılaşdırır, qalxanvari
vəzinin fəaliyyətinə müsbət təsir edir.
Ağ turp həmçinin kosmetologiyada da istifadə
oluna bilər. Ağ turpun əsasında olan maskalar
üz dərisini ağardır, çillər və piqment ləkələri ilə
mübarizə edir, dərini cavanlaşdırır, daha elastik
edir. Belə maskaların bir variantı: ağ turpun bir
tikəsi sürtgəcin kiçik gözündən keçirilir, üzərinə
1 xörək qaşığı xama əlavə olunur, qarışdırırlır və
təmiz üz dərisinə çəkilir. 15 dəqiqədən sonra mas-
kanı ilıq su ilə yumaq lazımdır. (İstifadə etdikdən
əvvəl maskanı üz dərisinin kiçik hissəsinə çəkin
— qızarma, qaşınma və s. olmazsa, istifadə edə
bilərsiniz.)
Saçların tökülməsi ilə mübarizədə ağ turpun
şirəsindən istifadə etmək olar. Ağ turpun şirəsi saç
follikullarını möhkəmləndirir, saçların uzanmasını
stimullaşdırır.
İspanaq çox
yeyilən tərəvəzlər
sırasında yer alır.
Bəs ispanağın fay-
daları nələrdir?
Dəmir, maqnezi-
um, fosfor, yod mi-
neralları və protein
baxımından zəngin
olan ispanaq həm
də A, C, E və B qrup vitaminlərinə sahibdir.
Bədənə qüvvət verir, dözümlülüyü artırır.
Qansızlığa faydası var.
Şəkər xəstəliyinə yaxşı təsir edir.
Boğaz və sinə xəstəliklərinə qarşı faydalıdır.
Görmə pozğunluğuna yaxşı təsir edir.
Sinir sisteminə faydalı olub sakitləşdirici təsiri vardır.
Xolesterolu aşağı salır.
Həzmi asanlaşdırır, sidik qovucudur.
Ağ turp
Tərəvəzlərin faydaları
İspanaq
Xalq təbabəti
http://www.amu.edu.az
15 yanvar 2015-ъi ил
Cəfərova Əsmər Vidadi qızına Azərbaycan Tibb Universiteti tərəfindən 2010
–cu ildə cərrahiyə ixtisası üzrə verilmiş internatura vəsiqəsi itdiyi üçün etibar-
sız sayılır.
Pediatriya fakültəsinin V kurs, 568
a
qrup tələbəsi Motuxova Nərmin Ma-
hama qızının adına verilmiş internatura vəsiqəsi itdiyi üçün etibarsız sayılır.
Bayramova Aysel Zabil qızına Azərbaycan Tibb Universiteti tərəfindən
2007 –ci ildə verilmiş diplom və nevropatoloq ixtisası üzrə internatura vəsiqəsi
itdiyi üçün etibarsız sayılır.
Áàø ðåäàêòîð
ÅËÄÀÐ ÈÑÌÀÉÛË
Ìüÿëëèôëÿðëÿ ðåäàêñèéàíûí
ìþâãåéè üñò-üñòÿ äüøìÿéÿ áèëÿð.
ßëéàçìàëàð ýåðè ãàéòàðûëìûð.
Qəzet “Òÿáèá” ãÿze òè íèí
êîìïyuòåð ìÿð êÿ zèíäÿ éûğûëûð,
ñÿùè ôÿ ëÿíèð, “Áÿõòèéàð-4” ÈÊØ-äÿ
÷àï îëóíóð
.
Ц Н В А Н Ы М Ы З:
Мярданов гардашлары - 100
2-ъи мяртябя,
тел.: 595-24-97
tabibqazeti@gmail.com
Ëèñåíçèéà Н - 022633
Èíäåêñ -0269
Ñàéû 4000
Ñèôàðèø: 205
Hər yerdən hər şeydən
Fransanın “Soleyla
Domes” şirkəti fırlanan
UNO-evlərin (Uçan
naməlum obyekt)
layihəsini verib.
Layihənin müəllifi olan
arxitektor Patrik Orijinin
evi doğrudan da uçan
obyektləri xatırladır.
Evin əsasında dam-
da quraşdırılmış günəş
panellərinin enerjisi hesabına fırlanan kiçik mexaniki qurğu
dayanır.
UNO-evlər sferik formada olmaqla taxtadan düzəldilib,
oda davamlıdır və ekoloji cəhətdən təmizdir.
Evlər həmçinin 5 ballıq küləyə və 8 ballıq zəlzələyə də
dözür.
Sakinlərin istəklərinə uyğun olaraq evlərini gündən və ya
kölgədən gizlədə bilmək üçün fırlanan qurğunu hərəkətə
gətirmələri kifayətdir.
Mütəxəssislər bu layihəni gələcəyin evi adlandırırlar.
Mədəaltı vəzi xərçənginin müalicəsində, çox güman,
mühüm kəşf edilib: Fransa Milli Sağlamlıq və Tibbi
Araşdırmalar İnstitutunun (INSERM) bir qrup alimi
xərçəng hüceyrələrini məhv etmək üçün xüsusi
dəyişdirilən virusu laboratoriyada və təbii şəraitdə
sınaqdan keçiriblər. Ekspertlər hesab edirlər ki, nəticələr
yetərincə inandırıcı olub.
Mədəaltı vəzi xərçənginin müalicəsində, çox güman,
mühüm kəşf edilib: Fransa Milli Sağlamlıq və Tibbi Araş-
dırmalar İnstitutunun (INSERM) bir qrup alimi xərçəng
hüceyrələrini məhv etmək üçün xüsusi dəyişdirilən virusu
laboratoriyada və təbii şəraitdə sınaqdan keçiriblər.
Ekspertlər hesab edirlər ki, nəticələr yetərincə inandırıcı
olub.
“Ginnesin Rekordlar Kitabı”nın müəllifləri 2014-cü
ilin əsas altı nailiyyətini
açıqlayıblar.
Bu barədə xarici kütləvi
informasiya vasitələri nəşrin
rəsmi saytına istinadla xəbər
verirlər. Siyahıya Rusiya,
Portuqaliya, Fransa, ABŞ
və Yaponiya sakinlərinin
rekordları daxil edilib.
Əsas rekordçular sıra-
sında butulka qapaqlarından çəllək formasında nəhəng
mozaika düzəldən Rusiya və Fransa vətəndaşlarının
komandaları yer alıb. Kompozisiya 150 kvadratmetr sahəni
əhatə edir. Onun hazırlanması üçün 285 min qapaq və
270 kiloqram yapışqan lazım olub. “Nəhəng çəllək” adlı
mozaikada qədim yunan allahları, Sankt-Peterburq və
Bordo şəhərlərinin görüntüləri əks edilib. Bu iş 2014-cü ilin
yayında Fransanın sahil şəhərində nümayiş olunub.
Rekordçuların sırasına ümumilikdə 41 gündə 7 mara-
fon etmiş Portuqaliya sakini Mariya Konseykao və iplə
23,78 saniyəyə 100 dəfə tullanmış amerikalı Piter Nestler
də daxildir. Bundan başqa, “Ginnesin Rekordlar Kitabı”
Dallas stadionunda Filippinin tiniklinq ayin rəqslərini birgə
oynayan 344 nəfəri də qeyd edib. Siyahıya Yaponiyadan
iki nailiyyət – dağların təsvir edildiyi və lobyalardan ibarət
nəhəng mozaikanın olduğu taxta stend - fotoçəkiliş üçün
dünyada ən böyük fon daxil edilib.
Bu nailiyyətlərin siyahısı “Ginnesin Rekordlar Kitabı”nın
saytında səsvermənin nəticələrinə əsasən hazırlanıb. Say-
tın ziyarətçiləri sadalanan altı rekordun müəllifləri sırasın-
dan birini qalib seçəcəklər.
Fırlanan UNO-evlər
gələcəyin layihəsidir
Fransız alimləri mədəaltı
vəzi xərçəngi əleyhinə
virus yaradıblar
“Ginnesin rekordlar
kitabı”: İlin əsas
nailiyyətləri
Bakı tufan içində,
Bakı al-qan içində.
Yanır divar, yanır daş,
Tüstü, duman içində.
Küçələri çığnayıb
Tanklar şığıyıb keçir.
Döngələrdə, səkidə
Avtomatlar qan içir.
Günahsız insan qanı
Axır asfalt üstündə.
Cəllad sifət əsgərlər
Qoca-cavan qəsdində.
Güllə ilə vurulan
Tankla tapdanır bir də.
Bu günahsız qadınlar
Güllələnir evində.
Qonşuya gedən yerdə.
Meyitlər döşənibdir
Küçə boyu yan-yana.
Axıb çay tək qarışır
Torpaq üstə qan-qana.
Qalxıb göyə yüksəlir
Fəryad səsi, ah səsi.
Dolu kimi tökülür
Qarbaçovun gülləsi!
Divarlar deşik-deşik,
Səkilər qazım-qazım.
Dərd üstündə əsirəm,
Bu dərdi necə yazım?
Ağlayır ata-ana,
Ağlayır oğul-uşaq.
Yaralılar, meyitlər
Üst-üstə, qalaq-qalaq,
Allah, bu nə zülümdü,
Zülüm özü ölümdü!
Belə zülüm görməmiş
Tarix özü heç zaman.
Vəhşi faşist ordusu
Vermir millətə aman.
Yaralını götürən
Həkimlər güllələnir.
Pəncərədən boylanan
Sakinlər güllələnir.
Şümşad boylu körpələr
Qızıl qana boyanır!
Üz tutaraq göylərə
Yana-yana deyirəm:
- Allah əli olmayan
Bu taxt-taca min lənət!
Milləti məlul qoyan
Bu hərraca min lənət!
BAKI AL-QAN
İÇİNDƏ
Eldar İSMAYIL
20 yanvar şəhidlərinə
Skandinaviya pəhrizinin əsasını balıq, giləmeyvələr, tərəvəzlər, süd
məhsulları və raps yağı təşkil edir.
AzərTAc Böyük Britaniyanın “The Daily Mail” qəzetinə istinadla xəbər
verir ki, Şərqi Finlandiya alimləri belə qida rasionunu artıq kiloqramlardan
əziyyət çəkənlərin hamısına məsləhət görürlər. Bu təbii və təzə məhsullar
orqanizmdə ümumi iltihabı aşağı salır, bütün orqanların və sistemin
fəaliyyətini yaxşılaşdırır.
Belə pəhriz ikinci tip diabetin inkişaf riskini, iltihab reaksiyalarını azaldır,
tərəvəz və meyvələr, təzə balıq arıqlamağa cavabdeh genləri aktivləşdirir
ki, bu da insult və infarkt ehtimalını azaldır.
Hazırkı tədqiqata metabolik sindromlu (arterial hipertenziya, diabet və
piylənmə) kişilər və qadınlar cəlb olunublar. Yuxarıda sadalanan patolo-
giyalardan ikisinin birləşmə halları araşdırılıb. Könüllülərin yarısına 18-24
gün ərzində Skandinaviya pəhrizini saxlamaq təklif olunub, qalanları isə
adi qaydada qidalanıblar.
Birinci halda alimlər yaxşı nəticə əldə ediblər. Adamların orqanizmində
iltihab göstəriciləri aşağı düşüb, lazımi piy toxumaları aktivləşib. Alimlər
əmindirlər ki, sadə qidalanma qaydaları uzunmüddətli perspektivdə
bədənin kütləsini azaltmalıdır.
Böyük Britaniya mütəxəssisləri ölkə sakinləri arasında sorğu apararaq,
onlar üçün həftənin ən ağır gününü müəyyən ediblər. Çərşənbə axşamı
həftənin ən ağır günü seçilib. Sorğuda 3 min adam iştirak edib.
AzərTAc xarici KİV-lərə istinadla xəbər verir ki, könüllülərin yarıdan
çoxu (53 faizi) çərşənbə axşamının ən ağır gün olduğunu bildirib. İnsan-
lar bazar ertəsi üçün özlərini işə kökləyirlər. Çərşənbə axşamı isə vəzifə
öhdəliklərinin yerinə yetirilməsi üçün yüksək fəallıq tələb olunur. Bun-
dan əlavə, bazar ertəsindən həll olunmayan işlər də qalır. Alimlər hesab
edirlər ki, çərşənbə axşamını yüngülləşdirmək çox asandır: bunun üçün iş
həftəsinə bazar ertəsi başlamaq və mürəkkəb işləri çərşənbə axşamına
saxlamamaq lazımdır.
Həkimlər təzyiqi normada
saxlamaq üçün bir sıra qaydalara
əməl etməyi məsləhət görürlər.
AzərTAc Rusiya KİV-lərinə
istinadən xəbər verir ki, tibb
alimləri ilk növbədə kolba-
sa və sosiska kimi ərzaq
məhsullarından imtina etməyi
vacib bilirlər. Bu ərzaq
məhsullarında gizli formada
doymuş yağ turşuları və artıq
duz vardır. Doymuş yağ qan
dövranına, artıq duz isə mayenin
bədəndən çıxmasına mane olur. Bu isə ürəkdə əlavə yük yaradaraq onun
normal fəaliyyətini pozur və təzyiqi qaldırır. Deməli, yarım kilo sosiskadan-
sa, 100 qram ət yaxşıdır. Qaynadılmış 100 qram toyuq və ya mal ətindən
20 qram təmiz zülal alınır ki, bu da ürəyin normal funksiyası və damar
tonu üçün bəs edir. Gün ərzində hər bir adama orta hesabla 60 qram zülal
lazımdır.
Şəkəri tünd şokoladla, duzlu və ədviyyatlı yeməkləri daha çox göyərti,
tərəvəz, sitrus meyvələri ilə əvəz etmək tövsiyə olunur. Ən azı həftədə iki
dəfə masada balıq xörəkləri olmalıdır. Bundan başqa, ayaqlar hər gün suya
qoyulmalıdır.
Dünyada ən faydalı
pəhriz
Alimlər həftənin ən ağır
gününü müəyyən ediblər
Kolbasa və sosiska kimi
ərzaq məhsulları təzyiqi
qaldırır