Yanvarın 7-də atu-nun rektoru, millət vəkili, akademik Əhliman



Yüklə 249,94 Kb.
Pdf görüntüsü
səhifə1/3
tarix16.03.2017
ölçüsü249,94 Kb.
#11616
  1   2   3

Yanvarın  7-də  ATU-nun  rektoru,  millət  vəkili,  akademik  Əhliman 

Əmiraslanov qış imtahan sessiyasının gedişi ilə tanış olub. Rektor im-

tahanları    izləyib,    tələbələrin  imtahanların  gedişinə  münasibəti  ilə 

maraqlanıb.  Tələbələr  yaradılan  şəraitdən  və  imtahanların  gedişindən 

razı qaldıqlarını bildiriblər.

Məlumat üçün bildirək ki, imtahanlar ATU-nun Virtual Test Mərkəzində, 

test  üsulu  ilə  kompyuterlər  vasitəsilə  aparılır.  Hər  bir  tələbə  VTM-də 

şəxsi kodu ilə sistemə daxil olaraq müvafiq fəndən 1 saat ərzində 50 

sualı  cavablandıraraq  imtahanın  nəticəsini  bilmək  imkanına  malikdir.

İmtahanların gedişinə nəzarətçilər və zallarda quraşdırılmış kameralar  

vasitəsilə nəzarət olunur. İmtahanların bu üsulla aparılması tam obyek-

tivliyin təmin olunmasına xidmət edir.  Burada gün  ərzində 2300-2500  

tələbə imtahan verir. 

Qeyd  edək  ki,  ATU-da  qış  imtahan  sessiyasına  bir  həftə  əvvəldən 

start  verilib.  Bu  müddət  ərzində  rektor  ikinci  dəfədir  ki,  imtahanların 

gedişi ilə tanış olmaq məqsədilə imtahanların keçirildiyi VTM-də olur.



QIŞ 

İMTAHAN 

SESSİYASI 

DAVAM EDİR 

Rektor imtahanların 

gedişini izlədi

Qanlı Yanvar 

milli-azadliq 

tariximizin 

qürur 

səhifəsidir

 

 



 

 

 



           Ãÿçåò 1933 - úö èëäÿí ÷ûõûð.          

№ 01 (1598) 15 yanvar 2015 - úi èë                         Ãèéìÿòè 40 ãÿïèê



BU  SAYIMIZDA 

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə dövlət səfəri

Oynaqlarınız ağrıyırsa...

mütəxəssis sözü

6

A

zərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Ankaranın 



“Esenboğa”  hava  limanında  Prezident  İlham  Əliyevin  şərəfinə  fəxri 

qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi qardaş ölkənin yüksək vəzifəli dövlət və hökumət 

nümayəndələri qarşılayıblar.

* * *

AzərTAc  xəbər  verir  ki,  yanvarın  14-də  Azərbaycan  Respublikasının 



Prezidenti  İlham  Əliyev  Türkiyə  Respublikasının  Baş  naziri  Əhməd 

Davudoğlu ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin müxtəlif 

sahələrdə, o cümlədən iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə uğurlu 

inkişafından məmnunluq ifadə olunub. Ölkələrimizin birgə həyata keçirdiyi 

layihələrin əhəmiyyətinə toxunulub, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin 

önəmi  vurğulanıb.  Azərbaycan-Türkiyə  əlaqələrinin  regional  əməkdaşlığın 

gücləndirilməsinə töhfə verdiyi qeyd edilib.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin 

ədalətli şəkildə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının 

zəruriliyi bildirilib. Ölkələrimiz arasındakı dostluq əlaqələrinin bundan sonra 

da genişlənəcəyinə əminlik ifadə olunub.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Əhməd 

Davudoğlu birgə nahar ediblər.



Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  yanvarın  14-də 

Türkiyə Respublikasına dövlət səfərinə gəlib

2

http://www.amu.edu.az

15 yanvar 2015-ъi ил

2

Bu hüznün, faciə nin içərisin-

də 

bir 


məğlubedil məzlik, 

qəhrəmanlıq 

yaşamaqda-

dır.  Müasirlərimizin,  gə ləcək 

nəsillərin  təpədən-dırnağadək 

silahlanmış  qan içən  ordunun 

üzərinə  əliyalın  yeriyən  insan-

ların  şahanə  ölümlərini  unut-

maması  üçün  o  tarixi  günə 

dönə-dönə qayıtmalıyıq.

1990-cı  il  yanvarın  19-dan 

20-nə  keçən  gecə  Bakıya 

eyni vaxtda müxtəlif istiqamət-

lərdən  qoşun  hissələri  yeridil-

di.  Dinc  əhali  atəşə  tutulurdu, 

tanklar,  zirehli  maşınlar  insan-

ları  əzib  keçirdi.  Xalqımız  nə 

qədər  faciəli  gün  yaşasa  da, 

öz  qanı  ilə  tariximizin  şərəfli 

səhifələrini yazdı.

Azərbaycanın  azadlığı  və 

ərazi 


bütövlüyü 

uğrunda 


mübarizə tarixinə qəhrəmanlıq 

səhifəsi kimi daxil olmuş 1990-

cı  ilin  20  Yanvarında  ölkəmizə 

qarşı  ərazi  iddiaları  irəli  sürən 

Ermənistanın 

təcavüzkar 

hərəkətlərindən  və  keçmiş 

SSRİ  rəhbərliyinin  onlara  ha-

vadarlığından 

hiddətlənən 

azadlıq 

fədailəri 

Bakının 

küçələrinə  və  meydanlarına 

çıxaraq Kremlin siyasətinə  öz 

qəti  etirazlarını  bildirirdilər. 

Öz  haqqını  tələb  edən    geniş 

xalq  kütlələrinə  qarşı  sovet 

ordusunun  döyüş  hissələrinin 

yeridilməsi 

Azərbaycanda 

misli 


görünməmiş 

faciəyə 


gətirib  çıxarmışdı.    Böyük 

itkilərlə,  günahsız  insanların 

qətli  ilə  nəticələnən  20  Yan-

var  faciəsi    cinayətkar  imperi-

ya  rəhbərliyinin  Azərbaycana 

qarşı  xəyanətkar  siyasətinə 

dözməyən, 

öz 


azadlığına, 

müstəqilliyinə  can  atan  xalqı-

mızın  həm  də  mübarizliyini, 

əyilməzliyini, 

məğrurluğunu 

nümayiş  etdirdi.  Məhz  bu-

nun  nəticəsində  uzun  illərdən 

bəri  arzusunda  olduğumuz 

müstəqilliyə 

qovuşduq 

və 

ölkəmiz suverenlik əldə etdi.



Bu 

hadisələr 

mahiyyət 

etibarilə  Azərbaycan  xalqının 

milli-azadlıq tarixinin qürur du-

yulası  bir  səhifəsidir,  çünki  bir 

tərəfdə azadlıq üçün mübarizə 

aparan  xalq,  digər  tərəfdə 

isə  həmin  azadlığın  qəsdinə 

durmuş  sovet  imperiyası  da-

yanırdı.  20  yanvar  hadisələri 

iradənin  silaha,  inamın  ölümə 

qalib  gəldiyi  məqam  idi.  Ba-

kının  küçələri,  evləri,  yoldan 

keçən maşınları atəşə tutuldu. 

Həmin  vaxt  qoşunun  gəldiyi 

yerlərdə bu gəlişə etiraz olaraq 

müqavimət  sipərləri  quran  in-

sanlar arasında cəmi 43 nəfər 

həlak  olmuşdu,  qalan  insanlar 

evində,  həyətində,  mənzilində 

qətlə yetirilmişdi.

Sovet  imperiyasının  Bakı-

ya 50 min nəfərə yaxın qoşun 

kontingenti  yeritməsinə  bax-

mayaraq,  bu  ordu  insanları 

yalnız qətl edə bildi, onları diz 

çökdürə bilmədi və bu mənada 

Azərbaycan  xalqı  şəhidlər 

verməsinə,  minlərlə  yaralıları 

olmasına,  yüzlərələ  insanların 

həbslərə  düşməsinə  baxma-

yaraq,  sınmadı,  mübarizəni 

davam  etdirərək  milli  istiqlalını 

qazandı.

Dünya hələ də 1990-cı il yan-

varın 19-dan 20-nə keçən gecə 

Azərbaycanda,  onun  paytaxtı 

Bakıda nələrin baş verdiyindən 

xeyli dərəcədə səthi informasi-

yaya malikdir. 

...Həmin  gün  Azərbaycanın 

o  vaxtkı  rəhbərliyinin  istəyi 

və  SSRİ  rəhbərliyinin  əmri  ilə 

Azərbaycanda kommunist reji-

mini saxlamaq və milli azadlıq 

hərəkatını  boğmaq  məqsədilə 

Bakıya  böyük  bir  ordu  yeridil-

mişdi.  SSRİ  Müdafiə  Nazirli-

yi,  DİN  və  DTK-nın  hazırlayıb 

həyata  keçirdiyi  «Udar»  adlı 

əməliyyatda  əsas  rolu  xüsu-

si  təyinatlı  «ALFA»  və  SSRİ 

DTK-nın  «A»  təxribat  qrupları 

oynayırdı.  Sovet  qoşunlarının 

təcavüzü  nəticəsində  Bakıda 

135  mülki  vətəndaş  öldürül-

müş, 600-dən çox adam yara-

lanmışdı.  Öldürülənlər  arasın-

da beş millətin nümayəndələri, 

20-dən çox qadın, uşaq var idi.  

Hərbi  qulluqçular  tərəfindən 

200  ev  və  mənzil,  80  avtoma-

şın,  külli  miqdarda  dövlət  və 

şəxsi əmlak məhv edildi.

 20 Yanvar hadisəsi həm də 

Azərbaycan  genetikası    üçün 

də  faciə  yaradıb.    Yanvarın 

19-23-ü  arası  dünyaya  gələn 

403  nəfər  uşağın  96  nəfəri 

cəmi  2  gün  yaşayıb.  68  nəfər 

isə  doğuş  zamanı  tələf  olub. 

19 ana öz körpəsi ilə dünyası-

nı  dəyişib.  Təkcə    Bakıda  281 

nəfər  stres  vəziyyətində  olub. 

Onların  619 nəfəri bu günədək 

ayrı-ayrı poliklinikalarda qeydə 

alınıb. 193 nəfəri Türkiyədə, 92 

nəfəri isə İranda müalicə alıb. 

1990-1992-ci  illər  arasında 

Bakıda şəkər xəstəliyi 7,5 dəfə, 

ürək  -  damar  xəstəlikləri  4,8 

dəfə,  əsəb  xəstəlikləri  8  dəfə 

artıb,  57  nəfərin  gözləri  kor 

olub.

20  Yanvar  faciəsinə  tam  si-



yasi-hüquqi  qiymətin  verilməsi 

ulu  öndər  Heydər  Əliyevin 

yenidən hakimiyyətə qayıdışın-

dan sonra mümükün oldu. 

1994-cü  il  martın  29-da 

“1990-cı il yanvarın 20-də Ba-

kıda törədilmiş faciəli hadisələr 

haqqında”  adlı  xüsusi  qərar 

qəbul  edildi.  Beləliklə,  Heydər 

Əliyevin  təkidi  və  rəhbərliyi 

sayəsində  xalqımıza  qarşı 

törədilən bu qanlı və qəddar ak-

siyaya siyasi-hüquqi qiymət ve-

rildi. Ümummilli liderin 2000-ci 

ildə 20 Yanvar faciəsinin 10-cu 

ildönümü  haqqında  imzaladığı 

fərmanda  deyilirdi  ki,  XX  əsr 

tarixində totalitarizmin törətdiyi 

ən  qanlı  terror  aktlarından 

biri  olan  20  Yanvar  faciəsində 

Azərbaycan 

xalqına 


qarşı 

işlədilmiş  cinayət,  əslində, 

bəşəriyyətə,  humanizmə,  in-

sanlığa qarşı həyata keçirilmiş 

dəhşətli bir əməldir.

Bu gün 20 Yanvar iştirakçıları 

və  şəhid  ailələri  dövlətin  daim 

diqqət  mərkəzindədir.  Prezi-

dent  İlham  Əliyev  şəhidlərin 

adının uca tutulmasına, onların 

ailələrinin  sosial  məsələlərinin 

yoluna  qoyulmasına  xüsusi 

qayğı göstərir.

Həmin  qanlı  hadisələrdən 

illər  keçməsinə  baxmayaraq, 

xalqımız o müdhiş gecəni daim 

xatırlayır,    faciəni  törədənlərə 

öz  dərin  nifrətini  bildirir.  Xalqı-

mızın  qan  yaddaşında  əbədi 

yaşayacaq 20 Yanvar faciəsini 

respublikamız  hər  il  Ümum-

xalq  Hüzn  Günü  kimi  geniş 

qeyd  edir.  Bu  cinayət  hadisəsi 

bütün dünyaya tarixi faktlar və 

həqiqətlər  əsasında çatdırılır.

Azərbaycan  xalqı  bu  ötən 

25  il  ərzində  Şəhidlər  Xiyaba-

nında  dəfn  edilən  20  Yanvar 

şəhidlərinə  və  eləcə  də  Qa-

rabağ  müharibəsi  şəhidlərinə 

hörmət və ehtiramını bildirmək 

üçün 


Şəhidlər 

xiyabanına 

gələrək  onların  müqəddəs 

qəbirlərini ziyarət edir.

Bu  gün    planetin    istənilən 

nöqtəsində  yaşayan  soydaş-

larımız  və  eləcə  də  müttə-

fiqlərimiz  dünya  xəritəsindəki 

qüdrətli  Azər baycan  dövlətinin 

uğurlarına sevinir, xalqımızın öz  

müstəqilliyini  əbə diləşdirmək 

üçün atdığı qətiyyətli addımları 

ilə fəxr edirlər.

MƏNSUR

Q A N   Y A D D A Ş I M I Z



1990-cı ilin 20 yanvar faciəsinin növbəti ildönümü tamam 



olur. Həmin hadisələr ilbəil uzaqlaşdıqca bu hadisələrin mahiyyəti, 

əzəməti və zərurəti özünü daha dolğun göstərir.

...1990-cı il yanvarın 20-də İttifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edilmişdir. Heç bir əsas olmadan

xəbər vermədən, dövlət qanunlarını kobudcasına pozaraq, Bakı şəhərinə müasir silahlı sovet ordusunun qoşun hissələri yeridilmiş

onlar vəhşilik, qəddarlıq etmiş, nəticədə nahaq qan tökülmüş, yüzlərlə adam həlak olmuş, xəsarət almış, itkin düşmüşdür.

Ulu öndər Heydər Əliyevin

1991-ci il martın 7-də

Azərbaycan Respublikası Ali Sovetinin sessiyasındakı  çıxışından

Qanlı Yanvar milli-azadlıq tariximizin qürur səhifəsidir

15 yanvar 2015-ъi ил

http://www.amu.edu.az

3

AzərTAc  İzmit  bələdiyyəsinin 

saytına  istinadla  xəbər  verir  ki, 

bələdiyyənin  layihəsi  əsasında 

inşa ediləcək abidənin açılışı fevra-

lın 26-na planlaşdırılır. Hündürlüyü 

3,30 metr olacaq “Xocalı şəhidləri” 

abidəsi şəhərin Yenişəhər Məhəllə 

meydanında  qoyulacaq.  Dizayn-

dakı  Azərbaycan  və  Türkiyə  bay-

raqları  ölkələrimizin  qardaşlığının, 

səmaya  doğru  yüksələn  sütun-

lar  isə  şəhidliyin  rəmzlərini  ifadə 

edəcək.


Abidənin ucaldılması ermənilərin 

azərbaycanlılara  qarşı  Xocalıda 

törətdiyi  dəhşətli  soyqırımın  daim 

xatırlanması  və  gələcək  nəsillərə 

çatdırılması məqsədi daşıyır.



Azərbaycan 



Respublikası  Pre-

zidenti  Administ-

rasiyası  rəhbərinin 

Sərəncamı  ilə  “20 

Yanvar 

faciəsinin 

iyirmi 

beşin-

ci 

ildönümünün 

keçirilməsi ilə bağ-

lı  tədbirlər  planı” 

təsdiq edilib.

Sənəddə 


res-

publikanın 

şəhər 

və 


rayonlarında, 

o  cümlədən  idarə 

və  təşkilatlarda  20 

Yanvar 


hadisələri 

ilə  bağlı  toplan-

tı, 

konfrans 



və 

mühazirələrin 

təşkili, 

mədəniyyət 

ocaqlarında  faciəyə  həsr  olunmuş 

tamaşaların  göstərilməsi,  bədii  və 

sənədli  filmlərin  nümayiş  etdirilməsi, 

bu  tədbirlərin  kütləvi  informasiya 

vasitələrində  geniş  işıqlandırılması, 

dünya  ictimaiyyətinin  diqqətini  faciəyə 

yönəltmək  məqsədi  ilə  Azərbaycanın 

xarici  ölkələrdəki  səfirlikləri,  diploma-

tik  nümayəndəlikləri  və  diaspor  qu-

rumları  tərəfindən  müvafiq  tədbirlərin 

keçirilməsi,  dünyanın  aparıcı  kütləvi 

informasiya  vasitələrində,  eləcə  də 

televiziya  kanallarında  və  internet 

şəbəkələrində 20 Yanvar faciəsi barədə 

materialların verilməsi nəzərdə tutulub.

Tədbirlər  planına  əsasən,  20  Yan-

var  hadisələri  zamanı  şəhid  olanların 

ailələrinə  humanitar  yardım  veriləcək, 

Şəhidlər  xiyabanı  ərazisində  lazımi 

işlər  aparılacaq,  Azərbaycanda  təmsil 

olunan  əsas  dini  konfessiya  və  qu-

rumlar  tərəfindən  faciə  qurbanları-

nın  xatirəsinə  dini  mərasimlər  təşkil 

ediləcək.

Bundan 

başqa, 


sənəddə 

pay-


taxt  ictimaiyyətinin  yanvarın  20-də 

Şəhidlər  xiyabanına  ziyarətinin  təşkili, 

saat  12.00-da  bütün  ölkə  ərazisində 

şəhidlərin  xatirəsinin  bir  dəqiqəlik  sü-

kutla yad edilməsi, gəmilər, avtomobillər 

və  qatarlar  vasitəsilə  səs  siqnalları-

nın  verilməsi,  gün  ərzində  Şəhidlər 

xiyabanında 

matəm 

musiqisinin 



səsləndirilməsi, respublikanın şəhər və 

rayonlarında,  kənd  və  qəsəbələrində 

hüzn  əlaməti  olaraq  dövlət  bayraq-

larının  endirilməsi  və  digər  tədbirlər 

nəzərdə tutulub.



ABŞ Azərbaycanlıları 



Şəbəkəsi  Amerika  ic-

timaiy yətinin 

1990-

cı  ilin  Qanlı  Yanvar 

ha disələri 

barədə 

məlumatlandırılması üz-

rə hər il keçirilən yazılı 

kampaniyaya  başlayıb. 

Şəbəkənin 

hazırladı-

ğı  müraciətdə  “Human 

Right  Watch”  hüquq 

müdafiə 

təşkilatının 

“Azər baycanda 

Qanlı 

Yanvar”  adlı  hesabatın-

dan  faktlar  göstərilir, 

habelə 

sovet 

ordu-

su  tərəfindən  qətlə 

yetirilmiş  dinc  Bakı 

sakinləri  barədə  statis-

tik məlumatlar verilir. 

Müraciətdə  deyilir  ki, 

1990-cı il yanvarın 20-də 26 min nəfərlik sovet qoşunları kontingenti Bakını işğal edərək 

şəhərin dinc əhalisini qırıb və nəticədə 147 nəfər həlak olub, xeyli adam itkin düşüb. Qeyd 

edilir ki, sovet qoşunlarının Azərbaycandakı günahsız vətəndaşlara qarşı hücumu 1986-

cı ildə Qazaxıstanda, 1989-cu ildə Gürcüstanda dinc əhali arasında törədilmiş qırğının 

davamı idi. Qanlı Yanvardan sonra 1991-ci ildə Litvada qırğın davam etdirildi.

ABŞ  Azərbaycanlıları  Şəbəkəsinin  Amerika  ictimaiyyətinə,  mətbuatına  və  bu  ölkənin 

qanunvericilərinə müraciətində o da bildirilir ki, 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycanda 

sovet hakimiyyətinə son qoydu. Müraciətdə deyilir: “20 Yanvar hadisələri Azərbaycan xal-

qının  yaddaşında  matəm  səhifəsi  kimi  qaldı,  lakin  bu  hadisələr  həm  də  1991-ci  ildə  res-

publikamızın müstəqilliyinin bərpa edilməsinə gətirib çıxardı. İyirmi beş ildən sonra da 20 

Yanvar  öz  mahiyyətini  itirməyib.  Milyonlarla  azərbaycanlı  və  Azərbaycanın  dostları  hər  il 

Bakı şəhərindəki Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi uğrunda həlak olan insanların 

xatirəsini yad edir”.

Yazılı kampaniya vasitəsilə ABŞ-ın Azərbaycan icmasının üzvləri Amerika ictimaiyyətinə 20 

Yanvar hadisələri barədə məlumat verir, ölkənin qanunvericilərini bu amansız aksiyanı rəsmi 

şəkildə pisləyən qətnamələr qəbul etməyə çağırırlar.



ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar hadisələri 

barədə məlumatlandırma kampaniyası keçirir

“20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün 

keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilib

Ümumrusiya 

Azərbaycan 

Konq resinin 

Murmansk 

vila-


yəti  şöbəsinin  və  Rusiyanın 

Azərbaycanlı 

Gənclər 

Birliyi 


(RAGB)  yerli  nümayəndəliyinin 

mətbuat  katibi  Əlihüseyn  Şükü-

rov  AzərTAc-a  bildirib  ki,  tədbirlər 

çərçivəsində  şəhidlərin  xatirəsi 

anılacaq,  sərgilər  təşkil  ediləcək, 

filmlər nümayiş olunacaq.

ÜAK-ın  təşəbbüsü  ilə  yanvarın 

20-də  faciəyə  həsr  edilən  elmi-

praktik  konfrans  keçiriləcək,  Bakı-

dan  yayımlanan  televiziya  proqra-

mına baxılacaq, şəhidlərin xatirəsi 

anılacaq,  ruhlarına  dualar  oxuna-

caq.

20  yanvar  faciəsinin  25  illiyinə 



həsr  edilən  tədbirlər  çərçivəsində 

filmlər və fotomateriallar da nüma-

yiş etdiriləcək.

Qeyd 


etmək 

lazımdır 

ki, 

tədbirlərdə  bələdiyyə  və  hökumət 



orqanlarının 

təmsilçiləri, 

Mur-

mansk Vilayəti İctimai Palatasının, 



kütləvi  informasiya  vasitələrinin, 

Murmanskda fəaliyyət göstərən di-

aspor təşkilatlarının nümayəndələri 

iştirak edəcəklər.



          

Azərbaycan Respublikasının Pre-

zidenti Administrasiyası rəhbərinin 

sərəncamı  ilə  təsdiq  olunmuş  “20 

Yanvar  faciəsinin  iyirmi  beşinci  il-

dönümünün  keçirilməsi  ilə  bağlı 

tədbirlər planı”na əsasən, yanvarın 

16-da  Azərbaycan  İstiqlal  Muze-

yinin  ekspozisiyasında  20  Yanvar 

faciəsinin  ildönümünə  həsr  olun-

muş  “Həyatın  və  ölümün  dərsləri” 

adlı tədbir-sərgi keçiriləcək.

Muzeydən  AzərTAc-a  bildiriblər 

ki,  sərgidə  muzeyin  fonduna  da-

xil  olunmuş  yeni  eksponatlar  -  20 

Yanvar faciəsinin şəhidlərinin şəxsi 

əşyaları nümayiş olunacaq.

Tədbirdə  Azərbaycan  Mədə-

niyyət və İncəsənət Universitetinin 

tələbələri bu ali məktəbin dosenti, 

əməkdar  artist  Mahirə  Yaqubova-

nın  rejissorluğu  ilə  hazırladıqları 

20  Yanvar  faciəsinə  həsr  olunan 

kompozisiyanı  təqdim  edəcəklər. 

Həmçinin  əməkdar  artistlər  Ağa-

lar  Bayramov  və  Teyyub  Asla-

nın  ifalarında  şeir  və  muğamlar 

səslənəcək.



Şəhidlərin xatirəsi 

Murmanskda yad ediləcək

Türkiyənin İzmit şəhərində 

“Xocalı şəhidləri” abidəsi 

ucaldılacaq

Muzeydə “Həyatın və 

ölümün dərsləri”  adlı 

tədbir-sərgi keçiriləcək

m    Murmanskda  azərbaycanlı  tələbələr,  Ümumrusi-



ya  Azərbaycanlılar  Konqresinin  (ÜAK)  regional  fəalları 

və  Rusiyanın  Azərbaycanlı  Gənclər  Birliyi  (RAGB)  yerli 

nümayəndəliyinin  təşkilatçılığı  ilə  Ümumrespublika  Hüzn 

Günü – 20 yanvar faciəsi ilə əlaqədar tədbirlər keçiriləcək.



Türkiyənin İzmit şəhərində Xocalı soyqırımı 



qurbanlarının xatirəsinə abidə ucaldılacaq.

http://www.amu.edu.az

15 yanvar 2015-ъi ил

4

İmtahanı  verən  tələbələrlə 

maraqlanırıq. 

Onların 


əksəriyyəti  imtahanın  şəffaf 

keçdiyini,  imtahan  vermək 

üçün rahat şərait yaradıldığı-

nı  qüyd  etdi.  Xüsusilə  kənar 

müdaxilənin  olmadığını  vur-

ğuladılar. 

Tibbi-profilaktika  fakültə-

si nin  4-cü  kurs  tələbəsi 

Aynur  Cəlilova  imtahanı 

mü vəffəqiyyətlə 

verdiyi-

ni,    50  bal  topladığını    bil-

dirdi:    “Əgər  imtahanlara 

yaxşı 


hazırlaşmısansa, 

müvəffəqiyyət  də  qazana-

caqsan. Ona görə də çalış-

maq və oxumaq lazımdır”. 

Stomatologiya fakültəsinin 

3-cü kurs tələbəsi  Laləzar 

Məmmədova  isə  48  bal 

toplayıb.    O,  imtahanların 

gedişinə  kənar  təsirlərin 

və müdaxilənin olmadığını, 

bunun  ümumiyyətlə  müm-

künsüz olduğunu  bildirdi.  

Sosial-gigiyena fənnindən 

imtahan  verən  tibbi-pro-

filak tika  fakültəsinin  4-cü 

kurs  tələbəsi  Aslan  Əmirli 

də  imtahanın  gedişindən 

razılıq  edir:  “Bu  sistemin 

üstünlükləri  çoxdur.  Rahat 

imtahan  vermək,  anında-

ca  nəticəni  öyrənmək  və 

s.  44  bal  topladım  və  he-

sab edirəm ki, oxuyan, ça-

lışan  tələbələrin  əziyyəti 

bəhrəsini verir”.   

M ü a l i c ə - p r o f i l a k t i k a 

fa   kültə sinin 

4-cü 


kurs  tələbələri    İlahə 

Mehrəliyeva, 

Reyhan 

Ağazadə  və  başqaları  da 



imtahanın  gedişindən  ra-

zılıq  etdilər.  Belə  bir  şərait 

yaratdığına 

görə 


uni-

ver sitetin 

rəhbərliyinə, 

o  cümlədən  rektor  Əhli-

man  Əmiraslanova  təşək-

kürlərini bildirdilər. 

Gözləmə 

zalında 


isə 

imtahan 


vermək 

üçün 


tələbələr  gözləyirdi.  Onla-

rın həyəcanlarını kənardan 

asanlıqla sezmək mümkün 

idi.  Yaxınlaşıb,  imtahanla-

ra  hazır  olub-olmamala-

rını  soruşuram.  “Hazırıq. 

Müvəffəqiyyət 

qazana 


biləcəyik”-deyirlər.  

Stomatologiya    fakültəsinin 

1-ci  kurs  tələbəsi  Hu-

may  Cavadova  da  im-

tahan  ve rə cək  tələbələr 

sırasında  idi.  Həyəcanlı 

oldu ğunu  da  gizlətmədi. 

Anatomiya  fənnindən  im-

tahan  verəcəyini,  fənni 

yaxşı  mənimsədiyini  və 

bu  səbəbdən  də  özünə 

güvəndiyini bildirdi.  

Biz  zalda  gözləyən  tələ-

bələrə  uğurlar  arzulayaraq 

imtahan gedən otağa daxil 

oluruq.  Nəzarətçi  Namiq 

Xəlilov  imtahanın  normal 

keçdiyini, heç bir problemlə 

üzləşmədiklərini  və  hər 

hansı  bir  hadisənin  qeydə 

alınmadığını bildirdi. 

Virtual  Test  Mərkəzinin 

rəhbəri Şahin Bayramovun 

imtahanın  gedişi  ilə  bağlı 

fikirlərini dinlədik: 

-  Builki  imtahan  sessi-

yamız  ötən  ilin  dekabrın 

29-dan  başlayıb.  Yanva-

rın 1-2-sini çıxmaq şərti ilə 

istirahət  günləri  də  daxil 

olmaqla  tələbələr  hər  gün 

imtahan  verir.  Yayda  ilk 

Avropa  Oyunlarının  Bakı-

da  keçirilməsi  sessiyanın 

müddətinin    qısaldılması-

na  səbəb  oldu.  İstirahət 

günlərində  işləsək  də,  bu, 

bizim  üçün  elə  bir  çətinlik 

yaratmır. Çünki bu sahədə 

kifayət  qədər  təcrübəmiz 

var. İşi yaxşı təşkil edə bil-

mişik. 


Dekabrın 

29-dan 


bu 

günədək  (yanvarın  7-dək)   

11  min  imtahan  keçirilib. 

İmtahan  zallarında  dünən 

ən  azı  2055  nəfər  imta-

han verib.  Amma hər gün 

2300-2500 arasında tələbə 

imtahan verir. 

Bu  gün tələbələr 12  fən-

dən im tahan verir.  Burada 

nə zarətçilərdən başqa heç 

kəs imtahan zalında iştirak 

etmir.  Kompyuter  texnolo-

giyaları nöqteyi-nəzərindən 

də  problemimiz  yoxdur. 

ilk  gündən  burada  elektrik 

və  digər  məsələlərlə  bağlı 

çox  etibarlı  bir  sistem  qu-

rulub.  İmtahanın  gedişini 

kameralarla  izləmək  müm-

kündür. Hətta hörmətli rek-

tor  Əhliman  Əmiraslanov 

da  kompyuter  vasitəsi  ilə 

prosesi  izləyə  bilir.  Səsləri 

belə  dinləmək  mümkün-

dür.  Ona  görə  şəffaflıq 

tam  şəkildə  təmin  olunub. 

Hər  kəs  özünə  məxsus 

kodu  kompyuterə  daxil 

edərək,  sərbəst  şəkildə 

1  saat  ərzində  onlara 

düşən  50  suala  cavab  ve-

rir.  Sevindirici  haldır  ki, 

yerli  tələbələrlə  yanaşı, 

əcnəbi  tələbələr  də  imta-

hanları  yüksək  səviyyədə 

verirlər. Kəsiri olanlar azlıq 

təşkil  edirlər.  Əvvəllər  isə 

əcnəbilər  arasında  bu  cür  

göstəricilər  qeydə  alınmır-

dı.  İndi  tələbələr  bir  şeyi 

dərk  eməyə  başlayıblar  ki, 

müxtəlif  vasitələrlə  qiymət 

almaq mümkün deyil. Oxu-

mağın, çalışmağın  vacibli-

yinin fərqindədirlər. 

Bir  məsələni  diqqətinizə 

çatdırım    ki,    tələbələr 

əsa sən  imtahanlar  içə-

risində  bu  gün  veriləcək 



anatomiya-1,  anatomiya-3, 

farmakologiya-1 

fənlə-


rin dən 

ehtiyat 


ediblər. 

Amma  bu  fənlərdən  im-

tahan  verənlər  arasın-

da  hələlik  kəsri  olanlara 

rast  gəlməmişəm.  Bu  isə 

o  deməkdir  ki,  tələbələr 

hazırlaşır,  oxuyurlar.  Ar-

tıq  hər  hansı  vasitə  ilə 

qiymət  almağın  mümkün-

süzlüyün  bilirlər.  Yəni  bir 

sözlə,  tələbələr  özlərində 

məsuliyyət hiss edirlər.  Bu 

isə onu deməyə əsas verir 

ki,  imtahanların  gedişi  bir-

başa rektorun nəzarət altın-

da və diqqət mərkəzindədir. 

Bir  o  qalır  ki,  tələbələr 

yaxşı hazırlaşıb imtahanla-

rı versinlər.


Yüklə 249,94 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin