1. Mücərrəd təfəkkür həmişə nə ilə
bağlı olur?
А. Görmə duyğusu ilə
В. Eşitmə duyğusu ilə
C. Qoxu duyğusu ilə
D. Nitqlə
E. Analizatorların iştirakı ilə
2. Nitq aiddir:
A. Birinci siqnal sisteminə
B. İkinci siqnal sisteminə
C. Ağılın xüsusiyyətlərinə
3. Uşağın hansı dildə danışması nədən
asılıdır?
A. Milliyyətindən
B. İrsiyyətdən
C. Onu əhatə edən mühitdə hansı dildə
danışmaqdan
4. Rəqs hərəkətlərini öyrənən zaman
yaddaşın hansı forması fəaliyyət
göstərir?
А. Hərəkət yaddaşı
В. Obrazlı yaddaş
C. Emosional yaddaş
D. Qısamüddətli yaddaş
5. Uzunmüddətli yaddaşa aiddir:
А. Bloknota baxaraq telefon nömrəsinin
yığılması
В. Şagirdin dərsdə dinlədiyi məlumat
С. Yuxarı sinif şagirdinin yaddaşında qalan
vurma cədvəli
III
bölmə
EKOLOJİ
SİSTEMLƏR.
İNSAN VƏ ƏTRAF
MÜHİT
VI fəsil
•
Canlılar və ətraf mühit
•
VII fəsil
•
İnsan sağlamlığına ətraf mühitin təsiri
•
145
• VI fəsil •
Canlılar və ətraf mühit
•
6
O
RQANİZMİN YAŞAYIŞ MÜHİTİ. EKOLOJİ AMİLLƏR
Orqanizmlərin yaşayış mühiti və ekoloji amillər. Canlı orqanizmləri əhatə
edən hər bir şey yaşayış mühiti adlanır. Hər bir canlı orqanizm yaşayış mühiti ilə sıx
bağlıdır. Yaşayış mühitində orqanizmlər müəyyən mühit amillərinin təsirinə məruz
qalırlar. Mühitin orqanizmə təsir edən ayrı-ayrı elementləri ekoloji amillər adlanır.
Canlı orqanizmə göstərdiyi təsirinə görə ekoloji amillər 3 böyük qrupa bölünür:
abiotik, biotik və antropogen amillər.
Abiotik amillər (yun. “a” – inkar , “bios” – həyat) cansız təbiət amilləridir. Bun-
lara işıq, rütubət, atmosfer təzyiqi, havanın temperaturu, torpaqda mineral duzların
miqdarı, torpağın nəmişliyi və aerasiya (yun. “aer” – hava) kimi amillər aiddir.
Biotik amillər. Canlı orqanizmlərin bir-birinə təsiridir. Məsələn, bitkilərin həşərat-
larla tozlanması, orqanizmlər arasında rəqabət, yırtıcılıq, simbioz və s. biotik amillərdir.
Antropogen amillər (yun. “anthropos”– insan, “genisisum” – doğulma, mənşə)
canlı orqanizmlərin həyat şəraitini dəyişməsi ilə müşayiət olunan insan fəaliyyətidir.
Belə ki, insanın təsərrüfat fəaliyyəti nəticəsində Yer səthinin relyefi, kimyəvi tərkibi,
atmosferi və canlılar aləmi dəyişir.
Cədvəldə verilən göstəricilərə əsaslanaraq qurbağanın tənəffüs hərəkətləri tezliyinin
suyun temperaturundan asılılıq qrafikini qurun.
– Hansı temperaturda maksimum tənəffüs hərəkətləri müşahidə edilir?
– Hansı temperaturda minimum tənəffüs hərəkətləri müşahidə edilir?
– Aşağı temperaturda nə müşahidə edilir? Bu nəyi göstərir?
– Yuxarı temperaturda nə baş verir?
– Ətraf mühitin temperaturunun aşağı düşməsi (və ya yuxarı qalxması) nəyə gətirib çıxara
bilər?
Suyun temperaturu, °С
+5
+10
+15
+25
+30
+40
+45
Tənəffüs hərəkətlərinin
tezliyi
3
40
75
110
120
32
15
Fəaliyyət
40
– Ekoloji faktorlar necə qruplaşdırılır?
– Bitkilərə və heyvanlara ekoloji amillərin təsirinin nəticəsi nədir?
VI fəsil
CANLILAR VƏ
ƏTRAF MÜHİT
146
Ekoloji amillərin orqanizmə təsir intensivliyi. Hər bir ekoloji amil – orqanizmə
müəyyən intensivlikdə təsir edir. Məsələn, otağın cənuba baxan pəncərədə yerləşdi-
rilmiş otaq bitkisinin yarpağının işıqlanma intensivliyi şimal hissədəki ilə müqayi-
sədə daha yüksək olacaq.
Amilin həyat üçün əlverişli intensivliyi optimal intensivlik və ya optimum adlanır.
Məsələn, baş kələmin optimal inkişaf temperaturu 15–18°C-dir. Amilin təsiri
optimuma nə qədər yaxın olarsa, orqanizmdə həyat prosesləri bir o qədər əlverişli
baş verər. Əksinə, optimumdan uzaqlaşdıqca orqanizm zəifləyir.
Hər bir amilin təsirinin maksimal və minimal kritik həddi mövcuddur. Amilin
orqanizm üçün yaşama sərhədi dözümlülük həddi adlanır. Amilin kritik həddə yaxın
olan təsir sahəsi orqanizmin normal həyat fəaliyyətinə mane olur və onu məh-
dudlaşdırır. Bu, məhdudlaşdırıcı amil adlanır.
Mühitin abiotik amilləri. Quru orqanizmləri üçün işıq, temperatur və rütubət
kimi abiotik amillər mühüm əhəmiyyət kəsb edir.
İşıq. Yer üzərində əsas işıq mənbəyi Günəşdir. Gün ərzində, ilin müxtəlif fəsil-
lərində işığın spektral tərkibi, dalğa uzunluğu, intensivliyi dəyişir. İşıq şüaları ultra-
bənövşəyi, görünən və infraqırmızı şüalara bölünür.
Ultrabənövşəyi şüalar qısa və uzundalğalı olur. Bu şüalar yüksək kimyəvi fəallığa
malikdir. Onlar böyük dozalarda canlılara məhvedici təsir göstərsə də, az miqdarı
orqanizm üçün zəruri olub D vitamininin əmələ gəlməsində iştirak edir.
Orqanizmin həyat fəaliyyətinin ekoloji
amilin intensivliyindən asılılığı
147
• VI fəsil •
Canlılar və ətraf mühit
•
6
İşıq spektrinin görünən şüaları atmosfer tərəfindən, demək olar ki, tutulmur.
Görünən şüalar fotosintez üçün böyük əhəmiyyətə malikdir. Heyvanların əksəriyyəti
bu işığı görür.
İnfraqırmızı şüalar insan gözü tərəfindən qəbul edilmir. Onlar istilik mənbəyidir.
Mühitin abiotik amilləri
Temperatur. Əksər orqanizmlər üçün temperaturun yuxarı həddi +40–45°C olur.
İstiqanlı heyvanlardan başqa, əksər canlıların 0°C temperaturda isə həyat fəaliy-
yətləri zəifləyir. Bədən temperaturu sabit olmayan orqanizmlər üçün mühitin tempe-
raturunun müəyyən həddə qədər yüksəlməsi onlarda maddələr mübadiləsinin,
böyümə və inkişafın sürətlənməsinə səbəb olur.
Rütubət. Orqanizmlərin rütubətə tələbatı ilin fəsil-
lərindən və yaşayış yerindən asılıdır. Onlarda təka-
mülcə bədəndə suyun miqdarının sabit səviyyədə sax-
lanılması üçün fizioloji uyğunlaşmalar yaranmışdır.
Rütubətin çatışmaması onların həyat fəaliyyətini və
coğrafi yayılmasını məhdudlaşdırır.
1. Açar sözlərdən istifadə edərək cümlələri tamamlayın:
ekoloji amil, biotik amil, abiotik amil, antropogen amil, məhdudlaşdırıcı amil, optimum,
dözümlülük həddi
1. Orqanizmə və yaşadığı mühitə təsir edən cansız təbiətin fiziki və kimyəvi
amillərinin cəmi ... adlanır.
2. Amilin həyat üçün əlverişli intensivliyi ... adlanır.
3. ... amilin kritik həddə yaxın olan təsir sahəsi orqanizmin normal həyat fəaliyyətinə
mane olur.
4. Təbii mühitin orqanizmin, populyasiyaların, təbii birliklərin vəziyyətinə təsir edən
bütün komponentlərini ... adlandırırlar.
5. Bitkilərin həşəratlarla tozlanması ... aiddir.
6. Amilin orqanizm üçün yaşama sərhədi ... adlanır.
7. Torpağın radioaktiv çirkləndirilməsi ... aiddir.
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
•
ekoloji amillər
•
optimal intensivlik
•
dözümlülük həddi
•
məhdudlaşdırıcı amil
A ç a r s ö z lə r
148
2. Uyğunluğu müəyyən edin:
3. Сədvəli tamamlayın.
İşıq şüaları
Xüsusiyyətləri
Əhəmiyyəti
ultrabənövşəyi
görünən
infraqırmızı
4. Bitki və heyvanlarda rütubətin çatışmazlığına olan uyğunlaşmalara misal göstərin
(4–5 misaldan az olmamaq şərti ilə).
1) torpağa üzvi gübrələrin verilməsi
2) su hövzələrində dərinə getdikcə işıqlanmanın azalması
3) yağıntıların düşməsi
4) vulkanik fəaliyyətin dayanması
5) pomidor şitillərinin seyrəkləşdirilməsi
6) meşələrin qırılması nəticəsində çayların dayazlaşması
7) havanın temperaturunun aşağı düşməsi
8) paxlalı bitkilərin yumrucuq bakteriyaları ilə simbiozu
9) moruğun ayılar tərəfindən yeyilməsi
10) insanın vəba vibrionu ilə yoluxması
11) zərərli maddələrin atmosferə buraxılması.
A. Abiotik amil
B. Biotik amil
C. Antropogen amil
149
• VI fəsil •
Canlılar və ətraf mühit
•
6
T
ƏBİİ BİRLİKLƏR VƏ EKOLOJİ SİSTEMLƏR
Təbiətdə ayrı-ayrı növlərə aid olan fərdlər tək-tək deyil, qruplar şəklində yaşa-
yırlar. Uzun müddət ərzində müəyyən ərazidə birgə yaşayan belə qruplar təbii
birliklər və ya biosenozlar adlanır. Biosenozlara – bataqlıq, çəmənlik, enliyarpaqlı
meşə və bu kimi təbii birlikləri misal göstərmək olar.
Biosenozun strukturu. Birgə yaşayış sayəsində biosenozu təşkil edən ayrı-ayrı
növlərə məxsus populyasiyalar arasında müəyyən münasibətlər (rəqabət, yırtıcı–
şikar, parazit – sahib, simbioz və s.) formalaşır.
Bir çox təbii birliklərin əsasını bitkilər təşkil edir. Bitkilər bəzən mərtəbələrlə,
yəni yaruslarla yerləşir. Məsələn, meşədə olan ağac, kol və otlar fəzada müxtəlif
sahə tutur. Belə ki, üst yarusu ağaclar, orta yarusu kollar, aşağı yarusları isə otlar
tutur. Bunlarla sıx bağlı olan heyvanlar da yaruslar üzrə paylanırlar. Yuxarı yarusda
sincab, quşlar, aşağı yarusda dovşanlar, kirpilər, tülkülər, qarışqalar və digər buğum-
ayaqlılar yaşayırlar.
41
– Ekoloji amil nədir?
– Hansı ekoloji amillər var?
– Təbiətin canlı və cansız amilləri arasında hansı qarşılıqlı əlaqələr
mövcuddur?
I yarus
Meşə biosenozunda yaruslar
II yarus
III yarus
IV yarus
V yarus
150
Təbii birliklərin üzvləri özləri müəyyən mühit yarada bilir; məsələn, meşədə iri
bitkilər küləyin gücünü zəiflədir, meşə döşənəyinin əmələ gəlməsində iştirak edir,
mikroiqlimi dəyişir, kölgə və nəmişlik yaradır. Nəticədə xüsusi mühit formalaş-
dıraraq digər orqanizmlərin burada birlikdə yaşamasını təmin edir. Bunun nə-
ticəsində növ populyasiyalarının yaşaması üçün şərait əlverişli istiqamətdə dəyişir.
Akvariumun növ müxtəlifliyinin və qida zəncirlərinin öyrənilməsi.
Təchizat: içərisində canlı sakinləri olan akvarium.
İşin gedişi:
1. Akvariumda hansı su bitkiləri yaşayır?
2. Onurğasızların hansı nümayəndələrini gördünüz (molyusklar,
xərçəngkimilər)?
3. Akvariumda hansı balıqlar yaşayır? Müşahidələrinizə əsasən
cədvəli doldurun:
Bitkilər
Heyvanlar
Yosunlar
Örtülütoxumlular
Molyusklar
Xərçəngkimilər
Balıqlar
4. Akvariumda mümkün olan bütün qida zəncirlərini qurun.
Fəaliyyət
Praktik iş
Təbii birliklər
– Akvariumdan
molyuskları
çıxarsaq, nə
baş verər?
151
• VI fəsil •
Canlılar və ətraf mühit
•
6
Ekoloji sistem. Yaşayış mühiti ilə birgə götürül-
müş canlıların istənilən təbii birlikləri (biosenozları)
ekoloji sistemləri (biogeosenozları) əmələ gətirir. Eko-
loji sistemlərdə maddələr və enerji dövranı baş verir.
Maddələr dövranı zamanı qeyri-üzvi maddələr – su,
karbon qazı, azot birləşmələri canlılar tərəfindən tutu-
laraq istifadə edilir və onlar öləndən sonra isə yenidən
torpağa qaytarılır.
İstənilən ekosistemə daim enerji daxil olmalıdır.
Yer üzərində əsas enerji mənbəyi günəşdir. Lakin gü-
nəş enerjisini yalnız avtotroflar istifadə edə bilir. Avtotroflara fotosintezedici bit-
kilər, sianobakteriyalar aiddir ki, bunlar da produsentlər adlanır. Digər orqanizmlər
hazır üzvi maddələrlə qidalanan heterotroflara aid edilirlər. Heterotroflar pro-
dusentlər tərəfindən sintez olunmuş üzvi birləşmələri mənimsəyir, digər maddələrə
çevirir və minerallaşdırır. Heterotrof orqanizmlər üzvi maddələrin istehlakçıları olan
konsumentlərə və üzvi maddələri minerallaşdıran redusentlərə bölünürlər. Kon-
sumentlərə bir çox heyvanlar və həmçinin bəzi göbələklər aiddir.
Produsent və konsumentlər məhv olduqdan sonra onların üzvi maddələri redu-
sentlərin (əsasən, bakteriyalar və göbələklər) iştirakı ilə qeyri-üzvi maddələrə qədər
parçalanması nəticəsində maddələr təbiətə qaytarılaraq bitkilər tərəfindən yenidən
istifadə olunur, yəni maddələr dövranı baş verir.
Qida zənciri. Ekoloji sistemdə orqanizmlərdən biri digərinin qidasını təşkil edir
və nəticədə qidada olan enerji bir orqanizmdən digərinə ötürülür. Beləliklə, qida
zənciri yaranır. Qida zəncirinə daxil olan ilkin həlqə produsentlərdən ibarət olur.
Produsentlər birincidərəcəli konsumentlərin, bunlar isə, öz növbəsində, ikincidərə-
cəli konsumentlərin və s.-nin qidasını təşkil edir. Qida zəncirinin hər bir sonrakı
həlqəsində qidada olan enerjinin 80–95%-i istilik şəklində ətraf mühitə yayılır. Bu-
nun nəticəsində enerji itkisi baş verdiyindən qida zənciri 4–5 həlqədən çox olmur.
Ekoloji sistemdə
qida zənciri
•
təbii birlik
•
biosenoz
•
biogeosenoz
•
yarus
•
ekoloji sistem
•
produsent
•
konsument
•
redusent
•
biosfer
A ç a r s ö z lə r
152
Süni biogeosenozlar. Biogeosenozlar insanlar tərəfindən də süni surətdə yaradıla
bilir. Süni biogeosenozlara tarlalar, bağlar, bostanlar və s. aiddir. Süni biogeo-
senozlar insanların qayğısı olmadan yaşaya bilmir. Təbii biogeosenozlar isə davamlı
olub bir çox illər ərzində, demək olar ki, dəyişmir.
İnsan tərəfindən yaradılan süni biogeosenozlar
Bağça
Park
Biosfer. Bütün təbii ekosistemlər bir-biri ilə qarşılıqlı əlaqədədir və onların ha-
mısı birlikdə Yerin canlı təbəqəsini əmələ gətirir. Bu səbəbdən Yer üzərində yaşayan
canlı aləmə daha iri ekosistem kimi baxmaq olar ki, bu da biosfer adlandırılır.
1. Düzgün ifadələri müəyyən edin:
A. Bitkilərin yaruslarda yerləşməsi onlara ətraf mühitin imkanlarından (resurslarından)
daha çox istifadə etməyə imkan verir.
B. Sürüdə canavarların qarşılıqlı münasibətləri növlərarası rəqabətə misaldır .
C. Yırtıcıların fəaliyyəti, adətən, şikarların populyasiyası üçün faydalı olur.
D. Parazitləri redusentlərə aid edirlər.
E. Meşə ekosistemlərində biokütlənin əsas hissəsini ağaclar əmələ gətirir.
F. Əksər ekoloji sistemlərdə produsentlər olur.
G. İstənilən biosenoz ekosistemdir.
H. Bitkilərin əksəriyyəti produsentdir.
2. Akvariumu təbii su hövzəsi ilə müqayisə edin.
Bu ekosistemlər arasında ümumi və fərqli cəhətləri Venn diaqramında qeyd edin.
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
Təbii su hövzəsi
Akvarium
153
• VI fəsil •
Canlılar və ətraf mühit
•
6
3. Qida zəncirinə diqqətlə baxın. Cədvəldə verilən hansı sıralar:
A – ot bitkisinə; B – dovşana; C – canavara aid edilə bilər?
№
Avtotrof
Heterotrof
Produsent
Birincidərəcəli
konsument
İkincidərəcəli
konsument
1
Yox
Bəli
Yox
Bəli
Yox
2
Bəli
Yox
Bəli
Yox
Bəli
3
Yox
Bəli
Yox
Yox
Bəli
4
Bəli
Yox
Bəli
Yox
Yox
154
B
İOLOJİ RİTMLƏR
Müxtəlif tədqiqatların nəticələrini əks etdirən qrafikləri nəzərdən keçirin. Hər birini
şifahi şərh edin.
Qrafikləri hansı ümumi xüsusiyyət birləşdirir?
Qrafiklərdən hansı nəticə çıxarmaq olar?
Alınan nəticələrdən harada və necə istifadə etmək olar?
Bioloji proseslərin intensivliyinin dövri olaraq dəyişməsi bioloji ritmlər adlanır.
Bioloji ritmlər. Yer üzündə yaşayan bütün canlılar bioloji ritmə uyğunlaşmışlar.
Bioloji ritmlər Yerin öz oxu və Günəş ətrafında fırlanmasından asılı olaraq işıqlanma
və temperaturun dəyişməsi nəticəsində yaranmışdır. Bu amillər sutka, il ərzində
dövri olaraq dəyişir. Bu səbəbdən canlı orqanizmlərdə sutkalıq, fəsil, illik və bu kimi
a)
Qum siçanının
müxtəlif aylarda
sutkalıq fəallığı
c)
Məktəblilərin həftə ərzində
zehni iş qabiliyyəti
Fəaliyyət
42
Abiotik amillər nədir?
Onlar canlı orqanizmlərə necə təsir göstərir?
b) İnsanın sutka ərzində zehni iş qabiliyyəti
155
• VI fəsil •
Canlılar və ətraf mühit
•
6
ritmlər meydana gəlmişdir. Bioloji ritmlər
orqanizmin “bioloji saat” adlanan xüsusi daxili
mexanizmləri ilə saxlanılır. “Bioloji saat” or-
qanizmlərin günün vaxtlarını hiss etmək qabiliy-
yətidir. Əksər orqanizmlərdə sutkalıq və fəsil
ritmləri aydın nəzərə çarpır.
Sutkalıq ritmlər. Yerin öz oxu ətrafında fır-
lanması nəticəsində gecə və gündüz növbələş-
məsi baş verir. Bitkilərdə gün ərzində işıqlan-
manın dəyişməsi fotosintez, transpirasiya, çi-
çəklərin açılıb-yumulması kimi dövri olaraq
təkrarlanan proses yaradır. Temperatur sutka
ərzində dəyişir. Bu, bitkilərin inkişafı üçün va-
cib amillərdən biridir; məsələn, pomidor bitkisi
gündüz orta temperatur +26°C, gecə isə təxmi-
nən +18°C olduqda yaxşı inkişaf edir.
Heyvanlarda gün ərzində fəallıq və dinclik
fazaları bir-birini əvəz edir. Gündüz həyat tərzi
keçirən heyvanlar (məsələn: sərçəkimilər, qarış-
qalar və s.) sutkanın işıqlı şəraitində fəal olurlar.
Yarasalar isə əksinə, gecə fəal olduqlarından
laboratoriyada hətta işıqlanma şəraitində saxlan-
dıqda belə gecə sığınacaq yerlərini tərk edirlər.
Fəsil ritmləri. Yerin Günəş ətrafında fırlan-
ması ilə əlaqədar baş verir. Bu və ya digər fəslin
yaxınlaşması üçün siqnal rolunu temperaturun
illik gedişi ilə müşayiət olunan günün uzunlu-
ğunun dəyişməsi oynayır. Orqanizmin günün
uzunluğuna qarşı verdiyi cavab reaksiyası foto-
periodizm adlanır. Günün uzanmasına orqa-
nizmlər həyat aktivliyinin artması ilə cavab ve-
rirlər.
Yaz fəslində günün uzanması ilə əlaqədar
təbiət tamamilə oyanır. Yayın ikinci yarısında
gövdələrə, kök və digər qışlayan orqanlara güclü
qida maddələrinin axını baş verir, meyvə və
toxumlar yetişir. Günün uzunluğunun qısalması
qışa hazırlığa siqnal olur. Bu zaman bəzi hey-
vanlarda tüləmə başlayır və köçəri quşlar uçub
gedirlər.
İnsan orqanizmində bioloji saatla
idarə olunan 300-dən çox
funksiya və proses olduğu
müəyyən edilmişdir. Məsələn,
sutka ərzində insanın nəbz
vurğusu artıb-azala bilər:
səhər saat 9–10-da normaya
çatır;
saat 13–14-də azalır;
saat 16–18 arası tezləşir;
saat 22–23-də isə yavaşıyır.
İnsanın qan təzyiqi saat 12–13
arası və 18-də maksimum olur.
Ən aşağı göstəricilər isə səhər
tezdən və saat 23–24-də olur.
Qanda qlükozanın miqdarı sutka
ərzində dəyişir. Maksimal miqdar
saat 2, 9, 14, 18 və 22-də olur.
Bədənimizin temperaturu da
sutkalıq ritmdən asılıdır. Səhər
minimum, günün ikinci yarısında
isə (saat 18-də) maksimal olur.
İnsanın bioritmi
•
bioloji ritmlər
•
bioloji saat
•
fotoperiodizm
A ç a r s ö z lə r
!
156
1. Aşağıda sadalanan hadisələri əks etdirən bioloji
(sutkalıq, illik) ritmləri müəyyən edin:
1. Quşların cənub rayonlarına uçub getməsi
2. Qonur ayıların qış yuxusuna getməsi
3. Çiçəklərin subhdən açılması
4. Məməlilərdə tüləmə
5. Bitkilərin yazda oyanması
6. İnsanda yuxu və ayıqlıq
7. İnsanda avitaminozlar
8. Payızda xəzan hadisəsi
9. Kirpilərin gecə fəallaşması
10. Quşların yuva qurması
11. İnsanın tənəffüs ritmi
12. Bitkilərdə tumurcuqların şişməsi
13. Novruzgülünün çiçək açması
14. Bitkilərdə meyvə və toxumların əmələ gəlməsi
15. Həşəratlarda inkişaf mərhələlərinin bir-birini əvəz
etməsi (yumurta – sürfə – pup – yetkin həşərat)
Dostları ilə paylaş: |