qan qrup-
ları
və bəzi
irsi xəstəliklər
– ətraf
mühitin təsiri ilə deyil, yalnız geno-
tiplə müəyyən olunur. Digər əlamət-
lərin təzahürü isə həm genotipdən,
həm də ətraf mühitin təsirindən
asılıdır. Məsələn, insanın boyunun
hündürlüyü genotipdən asılıdır. Eyni
zamanda bu həm də ətraf mühitdən
– böyümə dövründə qidalanmadan
da asılıdır.
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
G e n
F eno tip
G e no tip
Əlamət
Ə t raf mühi t amill əri
•
irsiyyət
•
dəyişkənlik
•
autosom
•
kariotip
•
genotip
•
fenotip
•
dominant
•
resessiv
A ç a r s ö z lə r
178
İ
NSAN İRSİYYƏTİNİN ÖYRƏNİLMƏSİ ÜSULLARI
Digər orqanizmlərdə rast gəlinən irsiyyət qanunauyğunluqları insan üçün də sə-
ciyyəvidir. Lakin bu orqanizmlərlə müqayisədə insanda irsiyyət və dəyişkənliyin
qanunauyğunluqlarının öyrənilməsi çətinlik törədir.
İlk növbədə, insan üzərində birbaşa təcrübələr aparmaq mümkün deyil. Bundan
başqa, insan gec çoxalır, az nəsil verir. Ona görə də insan irsiyyətini və onda baş
verən dəyişikliyin öyrənilməsi üçün xüsusi üsullar işlənib hazırlanmışdır.
Genealoji üsul nəsil ağacının (şəcərəsinin) öyrənilməsinə əsaslanır. Bu zaman
xüsusi simvollardan istifadə etməklə və qo-
humluq dərəcələrini göstərməklə öyrəniləcək
əlamət qrafik təsvir olunur. Bununla nəsil ağacı
tərtib edilir, öyrəniləcək əlamət qohum qruplar-
da azı 3 nəsildə izlənilir. Bununla əlamətin
dominant və ya resessiv keçməsi müəy-
yənləşdirilir.
Əkizlik üsulu. Genealoji üsulla əlamətin dominant və ya resessiv olduğu müəy-
yənləşdirilsə də, mühitin bu əlamətlərə necə təsir göstərdiyini öyrənmək mümkün
olmur. Mühitin genotipə təsirinin müəyyən edilməsi üçün əkizlik üsulundan istifadə
olunur. Bu təsirlər bir və ya müxtəlif yumurta əkizləri üzərində öyrənilir və sonra
nəticələr analiz edilir. Əkizlik üsulu ilə sifətdə çilliliyin, barmaq izlərinin keçməsi,
infeksion xəstəliklərə meyillilik və bu kimi əlamətlər öyrənilmişdir.
47
– İnsan hansı xromosom yığımına malikdir?
– Qadının və kişinin xromosom yığımı necə fərqlənir?
– Uşağın cinsiyyəti nə zaman və necə müəyyən olunur?
Fəaliyyət
Məsələni həll edin:
• Ailənin irsiyyətində saçın bir hissəsinin ağ rəngli olması (“ağ çəng”) dominant əlamətinə
rast gəlinir (sxemə bax). Valideynlərin hansında “ağ çəng” olur? Uşaqların neçə faizində
bu əlamətə rast gəlinir. Niyə 5 və 7-ci fərdlərdə “ağ çəng” əlaməti olmur?
Saçın “ağ çəng” xüsusiyyətinin irsən ötürülməsi
Kişi Qadın Öyrənilən əlamət Nikah
Uşaqlar
Nəsil ağacı tərtib edərkən
aşağıdakı qaydalara əməl edin:
a) nəsil ağacının tərtib edilməsi
öyrənilən insandan başlanılır;
b) qardaş və bacılar anadanolma
ardıcıllığı ilə soldan-sağa
doğru yerləşdirilir;
c) hər nəslin nümayəndələri bir
sırada yerləşdirilir.
!
179
• VII fəsil •
İnsan sağlamlığına ətraf mühitin
təsiri
•
7
Əkizlik üsulu
Sitogenetik üsul. Bu üsul xromosomların miqdarının, quruluşunun öyrənilmə-
sinə əsaslanır. İnsanın xromosom xəstəliklərinin əsas səbəbi xromosomda müəyyən
sahələrin itməsi, onun quruluşunda baş verən dəyişikliklər, xromosom yığımında ar-
tıq xromosomların olması və ya itməsidir. Xromosomlarda olan çatışmazlıqlar həm
autosom, həm də cinsiyyət xromosomlarında baş verə bilir. Autosom xromosom-
larda baş verən çatışmazlıqlara misal kimi Daun sindromunu göstərmək olar.
Sitogenetik üsul.
İnsanın normal kariotipi
Kişidə
Qadında
• Mayalanmada
əkizin sayından
asılı olmayaraq bir
yumurta-hüceyrə və
bir spermatozoid
iştirak edir.
Müxtəlif yumurta
əkizləri
Bir yumurta
əkizləri
• Əkizlər, adətən,
eyni ciftə malik
olurlar.
• Mayalanmada
doğulan uşaqların
sayından asılı
olaraq iki və daha
artıq yumurta-
hüceyrə və sper-
matozoid iştirak
edir.
• Əkizlərin hər
birinin öz cifti
olur.
180
Biokimyəvi üsul insan orqanizmində gedən maddələr mübadiləsində baş verən
çatışmazlıqların səbəblərini öyrənmək üçün tətbiq edilir. İnsanda baş verən çatış-
mazlıqlar bəzən maddələr mübadiləsində irsi amillərlə müəyyən edilən patoloji
pozuntularla əlaqədar ola bilir; məsələn, insandakı şəkərli diabet bu cür xəstəlik-
lərdəndir.
İnsanın genetik müxtəlifliyi. İnsanın xarici görünüşü, fiziki və əqli imkanları,
xarakteri, xəstəliklərə meyilliliyi və ya dözümlülüyü, ömrünün təbii uzunluğu və s.
valideynlərdən aldığı genlərdən asılıdır. Bu, genetik müxtəlifliyi yaradır.
Genetik müxtəliflik dedikdə növ daxilində baş verən müxtəlif dəyişikliklər başa
düşülür. Belə müxtəliflik sayəsində orqanizmdə xarici mühitin müxtəlif təsirlərinə
qarşı dözümlülük yaranır. Məsələn, bəzi insanlar ətraf
mühitin çirklənməsinə dözə bilsə də, digər gen yığımına
malik olanlarda buna qarşı bədən müqaviməti zəifləyir,
hətta ölüm halları baş verir. Bu səbəbdən insanın gene-
tikasını öyrənərkən bir çox əlamətlərin irsən keçməsi və
onlara ətraf mühitin təsiri ciddi tədqiq edilir.
1. Şərti işarələri müvafiq anlayışların qarşısında qeyd edin.
G – genealoji üsul
Ə – əkizlik üsulu
S – sitogenetik üsul
B – biokimyəvi üsul
Xromosomların miqdarı və quruluş xüsusiyyətlərinə əsaslanan
insan irsiyyətinin öyrənilməsi üsulu.
Uşağın inkişafına genotipin və mühitin təsirini öyrənən üsul.
İnsanlarda əlamətlərin irsən ötürülməsinin qanunauyğunluqlarını
öyrənən üsul.
Bu üsul vasitəsilə xromosomların artıq və ya əskik olması ilə
əlaqədar xəstəliklər öyrənilmişdir.
İnsanın irsiyyətinin öyrənilməsinə əsaslanan üsul.
Sağlam və xəstə adamların xromosom yığımını tədqiq edən üsul.
Maddələr mübadiləsindəki pozğunluqları öyrənən üsul.
Biokimyəvi üsul
Oraqşəkilli hüceyrə anemiyası
(qanazlığı)
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
•
genealoji üsul
•
əkizlik üsulu
•
sitogenetik üsul
•
biokimyəvi üsul
A ç a r s ö z lə r
181
• VII fəsil •
İnsan sağlamlığına ətraf mühitin
təsiri
•
7
2. Dərslikdəki mətndən və əlavə mənbələrdən istifadə edərək “İnsan irsiyyətinin və
onda baş verən dəyişkənliyin öyrənilməsi üçün istifadə olunan üsullar” cədvəlini
tamamlayın.
3. Yaponiyanın qanunlarına görə, ata ailə quran qızına torpaq sahəsi bağışlamalıdır.
Ailə torpaqlarının dağılmaması üçün çox zaman qızları üçün nişanlını qohum
ailələrdən seçirlər. Lakin belə ailələrdə irsi xəstəliklərin rastgəmə tezliyi yüksək olur.
Bunu necə izah edə bilərsiniz?
Üsullar
Üsulun mahiyyəti
İstifadə nümunələri
Genealoji
Əkizlik
Sitogenetik
Biokimyəvi
182
İ
RSİ XƏSTƏLİKLƏR
İnsanda normal əlamətlərlə yanaşı, müxtəlif patoloji əlamətlər də irsən keçə bilir.
Bu cür xəstəliklərin meydana çıxması, adətən, insanların genlərində və ya xromo-
somlarında baş verən dəyişikliklərlə əlaqədar olur.
Öyrənilən bir əlamətə görə
ailənin nəsil ağacının
sxemini araşdırın.
Həkimə müraciət edən ailə
üzvü (proband) ox ilə
işarələnmişdir.
Suallara cavab verin:
1. Sxemdə neçə nəsil göstərilmişdir?
2. Probandın ata tərəfdən nənəsinin və babasının neçə uşağı olmuşdur?
3. Probandın cinsi nədir?
4. Öyrənilən əlamət probandda varmı?
5. Probandda olan əlamət daha neçə ailə üzvündə var?
6. Öyrənilən əlamət dominant, yoxsa resessivdir?
Genlərdə baş verən dəyişilmələr. Belə dəyişilmələr müxtəlif gen xəstəlikləri-
nin yaranması ilə nəticələnir.
İnsanlarda bəzi genlərin iştirakı ilə müəyyən aminturşu bədənin rəngini təmin
edən melanin piqmentinə çevrilir. Bu genlərdə baş verən çatışmazlıqlar zamanı
insanda piqmentlər yaranmır və nəticədə albinizm meydana çıxır. Albinizmə malik
insanların saçında, gözlərində, kirpik və qaşlarında, həmçinin dərisində piqment
olmur (a). Genlərdə baş verən dəyişikliklərlə əlaqədar olan xəstəliklərə həmçinin
“toyuq korluğu”, bir çox maddələr mübadiləsi xəstəlikləri də aiddir. Hazırda, ümu-
miyyətlə, 4000-ə yaxın gen xəstəliyi müəyyən edilmişdir.
Xromosomlarla əlaqədar xəstəliklər. Belə xəstəliklər şüalanma, müxtəlif
dərman preparatlarının qəbulu, narkotik maddələrdən
istifadə və digər səbəblərdən xromosomların quru-
luşunda, miqdarında yaranan dəyişikliklərlə əlaqədar
olur. Xromosom xəstəlikləri zamanı insanlarda əqli çatış-
mazlıq, bədən qüsurları müşahidə edilir. Xromosom xəs-
təliyinə Daun sindromunu misal göstərmək olar (b). Bu
xəstəlik hüceyrənin bölünməsi zamanı autosom xromo-
somların 21-ci cütündə artıq xromosomun olması
Fəaliyyət
48
– İnsanda irsən ötürülən hansı xəstəlikləri tanıyırsınız?
– İnsanda genetik pozğunluqları hansı üsullarla öyrənmək olar?
(a)
183
• VII fəsil •
İnsan sağlamlığına ətraf mühitin
təsiri
•
7
nəticəsində baş verir. Yaşlı ananın uşaq dünyaya gətirməsi ilə əlaqədar bu xəstəliyin
meydana çıxması riski daha da artır.
Xromosomlarla əlaqədar xəstəliklər –
Daun sindromu
Talassemiya. İrsi qan xəstəliyi olan talassemiyaya Azərbaycanda geniş təsadüf
olunur. Xəstəlik resessiv olub autosom xromosomlardakı bir gendə baş verən
dəyişiklik zamanı meydana çıxır. Nəticədə qanda hemoqlobinin sintezi pozulur.
(b)
• Sifətə yayılmış burun,
yuxarıya doğru dartılmış
büküşlü qapaqlara malik
gözlər.
• Eyni büküşlü ovuclar
(“meymun ovcu”),
qısa görünüşlü
beşinci barmaq.
• Digər barmaqlardan
uzaqda yerləşən
baş barmaq və
dabanların inkişaf
etmiş büküşləri.
• İnsanlarda
araxnodaktiliya
(“hörümçək barmaqlar” – barmaqlar çox
nazik və uzun olur) adlanan irsi xəstəliyə rast gəlinir. Bu xəstəliyi
müəyyən edən gen birləşdirici toxumanın normal formalaşmasını pozur
və əl barmaqlarının quruluşu ilə yanaşı, gözdə büllurun quruluşuna təsir
edir, həmçinin ürək-damar sistemində anomaliyalara gətirib çıxarır.
Məşhur skripkaçı Nikolo Paqanini, ABŞ-ın mərhum prezidenti Avraam
Linkoln, Fransanın sabiq prezidenti Şarl de Qolda da bu xəstəlik olmuş-
dur.
Nüvə
Hüceyrə
Xromosomlar
• 21-ci cütdə artıq
xromosomun olması.
184
Talassemiya xəstəliyinin iki forması var.
Bunlardan birincisi talassemiya daşıyıcılığıdır.
Belə insanlar zahirən tamamilə sağlam olsalar
da, özlərində xəstə geni daşıyır və onları irsən öz
uşaqlarına ötürə bilirlər. Talassemiya genini
yalnız bir valideyndən alan uşaq talassemiyanın daşıyıcısına çevrilir. Belə uşaqlarda
yüngül formada qanazlığı olsa da, onlarda ciddi müalicə tələb olunmur və qanda
dəmirin miqdarı, adətən, normada olur.
Talassemiyanın ikinci ən ağır forması böyük talassemiya adlanır. Böyük talas-
semiyaya bu xəstəlik genini hər iki valideyndən alan uşaqda rast gəlinir. Bu, erkən
uşaqlıq dövründə inkişaf edən ağır irsi qan xəstəliyi hesab edilir. Talassemiya ilə
doğulmuş uşaqlarda xəstəlik müəyyən müddət ərzində gizli keçir və 4 aylığına kimi
onda heç bir xəstəlik halı müşahidə edilmir. Bu aylardan etibarən xəstə uşaqların
qanında hemoqlobinin miqdarı azalmağa başlayır. Nəticədə qanda oksigen çatış-
mazlığı səbəbindən onlar tez yorulur, rəngləri solur, iştahları və yuxuları pozulur.
İllər ötdükcə belə uşaqlar fiziki inkişafına görə həmyaşıdlarından geri qalırlar.
Onların qaraciyər, dalaq, ürək və s. daxili orqanlarında və sümüklərində dəyişikliklər
baş verir. Böyük talassemiya xəstəliyi olan uşaqları müalicə etmək üçün onlara
ömürboyu hər ay qan köçürmək lazımdır. Ancaq bu özü də sonda xəstə uşaqda digər
problemlərin yaranmasına gətirib çıxarır. Belə müalicə alan uşaqların orqanizmində
dəmirin miqdarı artır. Artıq dəmir xəstələrin daxili orqanlarında yığılır, bu isə, öz
növbəsində, daxili orqanların fəaliyyətini pozur. Bunun nəticəsində xəstələrdə ürək-
damar çatışmazlığı, qaraciyər xəstəliyi və endokrin pozğunluqlar meydana gəlir.
Buna görə də xəstələrin bədənində olan artıq dəmiri orqanizmdən xaric etmək üçün
xüsusi preparatlardan istifadə edilir.
Azərbaycanda talassemiya xəstəliyinin geniş yayılmasının başlıca səbəblərindən
biri qohum nikahlarıdır. Xəstəlik, əsasən, bu nikahlardan törənən övladlarda üzə çıxa
bilir.
1. Məntiqə əsasən sual işarəsinin yerinə uyğun olan anlayışı müəyyən edin:
Genlərdə baş verən çatışmazlıqlar – albinizm
? – Daun sindromu
Əlamətin dominant və ya resessiv olması – genealoji üsul
Mühitin genotipə təsirinin müəyyən edilməsi – ?
Daun xəstəliyi – ?
Hemofiliya (qanın laxtalanmaması) – cinsi xromosomlar
Biokimyəvi tədqiqat – şəkərli diabet
? – “Toyuq korluğu”
Sağlam insan – 46
Daun sindromu – ?
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
•
talassemiya
•
albinizm
A ç a r s ö z lə r
185
• VII fəsil •
İnsan sağlamlığına ətraf mühitin
təsiri
•
7
2. Sxemi dəftərinizdə çəkin. İrsi xəstəliklərin yaranması riskini artıran amillərin
nömrələrini sxemin müvafiq xanalarında yerləşdirin.
1. ionlaşdırıcı şüalanmanın müxtəlif formaları
2. çiçək virusu
3. bəzi dərman preparatları
4. alkoqol
5. qrip virusu
6. ultrabənövşəyi şüalanma
7. narkotiklər
8. vərəm çöpü
3. İki eyni yumurta əkizi (A və B) müxtəlif uşaq evlərində böyümüşlər. C və D eyni
yumurta əkizləri isə bir ailədə yaşamışlar. Bu əkizlərin müayinəsi nəticəsində növbəti
nəticələr alınmışdır:
Göstəriciləri analiz və müqayisə edərək nəticə çıxarın:
– Fikrinizcə, hansı əlamətlər irsidir və genotipdən asılıdır?
4. Talassemiya resessiv olsa da, nəsildə irsən özünü fenotipcə büruzə verə bilir. Bunun
səbəbini genetik nöqteyi-nəzərdən izah etməyə çalışın.
Amillər
Fiziki amillər: ...
Kimyəvi amillər: ...
Bioloji amillər: ...
ƏLAMƏTLƏR
ƏKİZLƏR
Müxtəlif şəraitdə tərbiyə
almışlar
Eyni şəraitdə tərbiyə almışlar
A
B
C
D
1. Boy (sm)
150
152
160
161,6
2. Çəki
50
51
54
56
3. Əyripəncəlilik
+
–
–
–
4. Oxumağa meyillilik
–
+
+
+
5. Riyazi təfəkkür
–
+
+
+
6. Əqli inkişaf
orta
yüksək
orta
orta
186
C
İNSİYYƏTİN XROMOSOM TƏYİNİ. CİNSİYYƏTLƏ İLİŞİKLİ İRSİYYƏT
Heyvanların əksəriyyətində iki cinsə mənsub – dişi və erkək fərdlər olur. Fərdlə-
rin müəyyən cinsə mənsub olması onların əsas fenotip xüsusiyyətləridir.
Sxemi nəzərdən keçirin. Cədvəli dəftərinizə çəkərək sual işarəsinin yerinə müvafiq
termin və anlayışları qoymaqla onu tamamlayın.
–Tamamlanmış cədvəl əsasında hansı nəticələri çıxarmaq mümkündür?
44
?..
22
?..
x
?..
y
?..
44 + xy
?..
44 + xx
?..
?..
?..
?..
Cinsiyyətin xromosom təyini. Uşağın cinsiyyəti qadın və kişinin qametlərinin
birləşməsi zamanı müəyyən olunur. Xromosomlara görə orqanizmin cinsiyyətinin
təyin edilməsi cinsiyyətin xromosom təyini adlanır.
İnsanda qadının yumurta hüceyrəsində 22-si autosom, biri X xromosomu olmaqla
23 xromosom olur. Deməli, istənilən yumurta-hüceyrə müvafiq olaraq bir X xro-
mosomu daşıyır. Kişidə isə hər birində 22 autosom xromosom olmaqla X və ya Y-ə
malik 2 tip spermatozoid yaranır. Y xromosomu uşağın kişi cinsinə mənsub olma-
sına cavabdehdir.
Beləliklə, əgər qadının X xromosomuna malik qameti kişinin X xromosomlu qa-
meti ilə birləşərsə, qız, Y xromosomuna malik
qametlə birləşərsə, oğlan doğulur.
Cinsiyyətlə ilişikli irsiyyət. Əgər hər hansı bir
əlamətə cavabdeh olan gen autosom xromosomda
yerləşərsə, onda irsən keçmə ata və yaxud ana
Fəaliyyət
49
–
Orqanizmin bu və ya digər cinsə mənsub olduğunu genetik
cəhətdən necə müəyyən etmək mümkündür?
•
cinsiyyətlə ilişikli irsiyyət
•
hemofiliya
•
rəng korluğu
A ç a r s ö z lə r
187
• VII fəsil •
İnsan sağlamlığına ətraf mühitin
təsiri
•
7
kimi istənilən gen daşıyıcısından asılı olmayaraq oğlan və ya qızlara keçir (məsələn,
gözün rəngi). Buna səbəb qadın və kişi hüceyrələrində autosom xromosomların
oxşar olmasıdır.
Əlamətin X və ya Y xromosomlarında yerləşən genlərin iştirakı ilə irsən nəslə keç-
məsi cinsiyyətlə ilişikli irsiyyət, həmin genlər isə cinsiyyətlə ilişikli genlər adlanır.
Cinsiyyətlə ilişikli keçmə zamanı əlamət ya qızlarda, ya da oğlanlarda üzə çıxır.
İnsanlarda müşahidə edilən hemofiliya, rəng korluğu kimi xəstəliklərin yaran-
masına səbəb olan genlər X xromosomunda yerləşir.
Qulaqda tüklülük, dərinin balıq dərisi kimi pulcuqlu olması əlamətlərini tən-
zimləyən genlər isə Y xromosomunda olur.
Cinsiyyətlə ilişikli keçən xəstəliklərdən hemofiliyanın irsən keçməsini nəzərdən
keçirək. İnsanın X xromosomunda dominant H geni qanın normal laxtalanmasını
təmin edir. Resessiv h geni isə qanın laxtalanmasının azalmasına və hemofiliya
xəstəliyinin yaranmasına səbəb olur.
•
İnsanda rəngli görmənin pozulmasını müayinə edərkən polixromatik
(yun. “
polys”
– çox, “
chroma”
– rəng) cədvəl, xüsusi testlər və xüsusi
aparatlardan istifadə edilir.
Polixromatik test
parlaqlığına görə eyni, lakin rənginə görə fərqlənən
nöqtə və dairələrdən ibarət şəkillərin köməyi ilə tərtib edilir.
Rəng korluğu olan
adamlar bu dairələr
içərisində şəkilləri
seçə bilmir.
Onlar yalnız nöqtə
və dairələrlə dolu
olan sahə görürlər.
Qanın normal laxtalanması geni –
H
Hemofiliya geni –
h
Norma
Rəng korluğu
Qismən
rəng korluğu
188
Hemofiliyada h geni resessiv olsa da, Y xromosomunda bu genə allel olmadığın-
dan qanın laxtalanmaması əlaməti yalnız kişilərdə müşahidə edilir. Genotipində
hemofiliya genini daşıyan qadınlar, adətən, fenotipcə sağlam olurlar.
Hemofiliya insanda uşaq yaşlarından meydana çıxır. Hətta yüngül zədələnmələr
dərialtı, əzələdaxili kəskin qanaxmalara səbəb olur. Kəsiklər, dişlərin çəkdirilməsi
həyat üçün təhlükəli qanaxmalarla və hətta ölümlə nəticələnir.
Xəstəliklərə qarşı irsi meyillilik. Xəstəliklərə qarşı irsi meyillilik bəzən xarici
mühitin təsirindən baş verə bilir. Məsələn, ağciyər xərçənginə meyilli insanlarda bu
xəstəliyin inkişafına siqaret çəkmək səbəb olur.
Əgər insan zərərli vərdişlərindən əl çəkərsə, xəstəliklərə qarşı irsi meyilliliyi
zəifləyə və hətta itə bilər. İnsanlarda habelə diabet, hipertoniya, mədə yarası və s.
xəstəliklərə qarşı irsi meyillilik də müşahidə olunur.
Tibbi-genetik məsləhətlər. Dünyanın inkişaf etmiş bir çox ölkələrində tibbi-
genetik məsləhətxanalar fəaliyyət göstərir. Belə məsləhətxanalar gənc ailələrə irsi
xəstəliklərə malik uşaqların doğulması riskinin azaldılması məqsədi daşıyır. Bu
məqsədlə nəsil ağacının tərtibi, xromosom yığımının öyrənilməsi, biokimyəvi və s.
tədqiqatlardan istifadə etməklə müəyyən məsləhətlər verilir. Belə məsləhətlərə
qohumlarında oxşar xəstəliklər (məsələn, ürək qüsurları, əqli və fiziki cəhətdən
geriqalma) olan gənc ailələr daha çox ehtiyac duyur.
Dostları ilə paylaş: |