YAŞar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün



Yüklə 4,08 Kb.
Pdf görüntüsü
səhifə10/18
tarix16.03.2017
ölçüsü4,08 Kb.
#11676
1   ...   6   7   8   9   10   11   12   13   ...   18

Fəaliyyət
31 
– Növ nədir? 
– Növün meyarlarının ayrılması zəruriliyi nə ilə əlaqədardır? 
 
 
• 
coğrafi növəmələgəlmə 
• 
ekoloji növəmələgəlmə 
• 
mikrotəkamül 
A ç a r   s ö z lə r  

 
 
114 
 
Arealın hissələrə parçalanması. Bəzən bir növün arealı müxtəlif amillərin təsiri 
ilə hissələrə parçalanır. Meşə inciçiçəyində areal əvvəl tam olmuş və sonradan buz-
laqlar  nəticəsində  hissələrə  parçalanaraq  yeni  cavan  növlərin  yaranmasına  səbəb 
olmuşdur. 
 
 
 
z
 
Ekoloji növəmələgəlmə  zamanı  növün  populya-
siyaları  öz  arealında  qalır,  lakin  areal  daxilində  həyat 
şəraiti və populyasiyaların gen tərkibi dəyişir. Bu proses 
o  qədər  dərinləşir  ki,  nəticədə  bioloji  təcrid  yaranır; 
məsələn,  qidaya  ixtisaslaşma  ilə  arıquşunun  beş  növü 
yaranmışdır.  İri  arıquşu,  qara  arıquşu  və  abıca  kiçik 
həşəratlarla,  kəkilli  arıquşu  isə  iynəyarpaqlı  ağacların 
toxumları ilə qidalanır.  
Növəmələgəlmə prosesləri müasir dövrdə də davam 
edir.  Mikrotəkamülün  müxtəlif  vaxtlarında  növəmələ-
gəlmənin bir yolu digərini əvəz edə və ya birgə fəaliyyət 
göstərə  bilir.  Yeni  növün  əmələ  gəlməsi  ilə  mikrotə-
kamül başa çatır. 
  
 
 
 
 
 
 
 
 
1971-ci ildə İtaliyanın Pod Msaru adasına qonşu adadan 10 divar kər-
tənkələsi  gətirilir.  Bir  neçə  onillikdən  sonra  onları  ilkin  koloniyanın  nü-
mayəndələri ilə müqayisə edib görürlər ki, divar kərtənkələləri yeni mü-
hitə uyğunlaşaraq yaşıl bitkilərlə qidalanırlar.  
Sərt  yarpaqları  çeynədiklərinə  görə  onların  çənələri  daha  da  möh-
kəmlənmiş,  başları  isə  böyümüşdü.  Divar  kərtənkələlərinin  bağırsaq-
larını kameralara bölən əzələlər inkişaf etmişdi.  
Bunun  nəticəsində  qida  bağırsaqda  daha  yavaş 
hərəkət etdiyi üçün bakteriyaların qidaya təsir vaxtı da 
uzanmışdı.  
Ekoloji növəmələgəlmə 
Coğrafi növəmələgəlmə 
Arealın hissələrə 
parçalanması 

 
 
115 
 
•   IV  fəsil  •  
Populyasiya. Növ
• 

 
 
 
1.  Növəmələgəlmə prosesləri barədə biliklərinizə istinad edərək cədvəli tamamlayın: 
Növəmələgəlmənin yolları 
Prosesin mahiyyəti 
Misallar 
 
 
 
 
 
 
 
2.  Misallardan istifadə etməklə növəmələgəlmənin hansı yollarla baş verdiyini 
müəyyənləşdirin və nəticələri sxemdə qeyd edin: 
1)  Meşə inciçiçəyinin arealı əvvəl tam olmuş, sonradan buzlaqların təsiri nəticəsində yeni 
növlərə başlanğıc vermişdir. 
2)  Arealın genişlənməsi nəticəsində güləbətin bitkisi müxtəlif şəraitə düşmüş və nəticədə onun 
şərq və qərb formaları yaranmışdır. 
3)  Sibir qaraşamının Uraldan Baykala qədər öz arealını genişləndirməsi nəticəsində populyasiya 
daxilində irsi dəyişkənlik baş vermiş və Daur qaraşamı yaranmışdır. 
4)  Qidaya ixtisaslaşma ilə əlaqədar arıquşunun 5 növü – böyük arıquşu, abıca, kəkilli arıquşu, 
göy arıquşu, qara arıquşu növləri yaranmışdır. 
5)  Buzlaqlar Mərkəzi Asiya dağlıq yaylası ətrafında olan arıquşu arealını Avrasiya, Cənubi 
Asiya və Şərqi Asiya kimi yarımnövlərə parçalamışdır. 
6)  Tradeskansiya bitkisinin şəraitdən asılı olaraq güney və kölgəli yerlərdə bitən növləri 
yaranmışdır. 
 
 
 
3.  Düzgün cavabı müəyyən edin: 
1)  Mikrotəkamül nisbətən uzun/qısa tarixi dövr ərzində baş verir. 
2)  Mühit şəraiti dəyişdikdə/dəyişmədikdə  növ öz əcdadına nisbətən dəyişməz qalır.  
3)  Mikrotəkamül insan tərəfindən müşahidə edilə bilir/bilmir
4)  Həyat şəraitinin dəyişməsi nəticəsində populyasiya daxilində əlamətlərin 
ayrılması/yaxınlaşması prosesi divergensiya adlanır.  
5)  Mikrotəkamül cinsin/növün yaranması ilə başa çatır. 
 
 
 
 
Növəmələgəlmə
Coğrafi
?
№:
?
№:
?
№:
 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN

 
 
116 
 
 İ
NSANIN FORMALAŞMASINA SOSİAL AMİLLƏRİN TƏSİRİ 
 
 
 
 
 
İnsanın təkamülünü göstərən şəkillərə əsasən suallara cavab verin. 
 
– İnsanın quruluşunda tədricən hansı dəyişkənliklər baş vermişdir? 
– Bu dəyişkənliklər nə ilə əlaqədar idi? 
– Onlar hansı nəticələrə gətirib cıxardı?
 
 
Bir neçə minillik ərzində ilk insanlardan müasir insanlar formalaşmışdır. İnsanın 
formalaşmasında  bioloji  amillərlə  yanaşı,  sosial  amillər  də  böyük  rol  oynamışdır. 
Sosial amillərə əmək, ictimai həyat tərzi, nitq və təfəkkür aiddir.  
Əmək.  İnsanın  formalaşmasında  başlıca  rol  oynayan  əməkdir.  Əmək,  əmək 
alətlərinin yaradılması ilə başlayır. Meymunlardan fərqli olaraq yalnız insan əmək 
alətləri  yarada  bilir.  Əmək  alətlərini  təkmilləşdirməsi  nəticəsində  insanda  bir  çox 
dəyişikliklər meydana gəlmiş və onun təbiətə təsiri güclənmişdir. Əməyin təsiri  ilə 
insanlarda  morfofizioloji  dəyişikliklər  baş  vermişdir.  Belə  dəyişikliklər  antropo-
morfozlar (yun. “antropos” – insan) adlanır.  
Antropomorfozların bir çoxu dikyerimə sayəsində meydana gəlmişdir. Dikyeri-
mənin  meydana  çıxmasının  insanın  inkişafında  mühüm  əhəmiyyəti  olmuşdur. 
Fəaliyyət
32 
– İnsan bioloji və sosial fərd kimi hansı xüsusiyyətlərə malikdir? 
 
 

 
 
117 
 
•   IV  fəsil  •  
Populyasiya. Növ
• 

Dikyerimə  nəticəsində  insanda  ağırlıq  mərkəzi 
arxa  ətraf  üzərinə  keçərək  orqanların  nisbətini 
kəskin  surətdə  dəyişmişdir.  Bununla  əlaqədar 
döş qəfəsi yanlara doğru genişlənmiş, onurğa S-
varı  əyilmiş,  oma  sümüyü  möhkəmlənmişdir. 
Ön  ətrafların  yerimə  funksiyasından  azad  ol-
ması əllərin müxtəlif hərəkətlilik qazanmasına gətirib çıxarmış, əmək fəaliyyətinin 
artması sosial amillərin güclənməsi ilə nəticələnmişdir. 
İctimai həyat tərzi. Əmək fəaliyyəti nəticəsində insanların ictimai həyat tərzinə 
keçdiyi güman olunur. Belə ki, cəmiyyət halında yaşamaq onların düşməndən birgə 
qorunmasına və heyvanların asan ovlanmasına şərait yaradırdı. Onlar vulkan püs-
kürməsi zamanı meşə yanğınlarından od əldə edərək bişmiş qida ilə qidalanmağa 
başlamışlar. Odda bişirilmiş qida ilə qidalanma meymunabənzər əcdadlarda iri çey-
nəmə  əzələlərinin  bitişdiyi  əmgək  çıxıntısının  öz  bioloji  əhəmiyyətini  itirməsi  və 
çeynəmə  aparatının  yüngülləşməsi,  bitki  qidasından  qarışıq  qidaya  keçmək  isə 
bağırsağın qısalması ilə nəticələnmişdir. 
 
 
 
Nitqin yaranması. Cəmiyyət halında yaşamaq onun üzvlərinin birgə fəaliyyət, 
səs  vasitəsilə  ünsiyyət  zərurətini  doğurmuş,  nəticədə  nitq  yaranmışdır.  Getdikcə 
mürəkkəbləşən əmək prosesləri aydın nitqin və hiss orqanlarının inkişafına kömək 
edirdi. Nəticədə insan onu əhatə edən aləmdən siqnalları həm hiss orqanları (birinci 
siqnal sistemi), həm də nitq vasitəsilə (ikinci siqnal sistemi) almağa başladı. Nitqin 
yaranması ilə əlaqədar  qırtlaq və ağız aparatı dəyişərək nitq orqanına çevrildi. 
Təfəkkürün  yaranması.  Nitq  şüurun  daha  da  inkişaf  etməsinə  və  təfəkkürün 
yaranmasına  səbəb  oldu.  Əmək,  nitq  və  şüurun  qarşılıqlı  təsiri  cəmiyyəti  inkişaf 
etdirdi.  Əgər  birinci  siqnal  sistemi  obyektiv  təfəkkürün  yaranmasına  səbəb  ol-
muşdursa, ikinci siqnal sistemi mücərrəd təfəkkürün yaranması ilə nəticələndi. Mü-
cərrəd təfəkkürün olmasına görə insan digər heyvanlardan fərqlənir. İnsan mücərrəd 
təfəkkür sayəsində real olmayan şeylər barədə mühakimə yürüdə bilir.  
 
 
1843-cü ildə Hindistanda, canavar yuvasının yaxınlığında bir uşaq tapıldı. 
Uşağa insan kimi qida qəbul etməyi, danışmağı öyrətmək mümkün 
olmadı.   
O, həmişə insan cəmiyyətindən 
qaçmağa çalışırdı. Nəhayət, 
1851-ci ildə buna müvəffəq oldu. 
O, cəngəllikdə itərək bir daha 
insanların arasına qayıtmadı.
   
 
 
• 
antropomorfoz
• 
ictimai həyat tərzi 
• 
təfəkkür 
A ç a r   s ö z lə r  

 
 
118 
 
 
 
1. İnsan təkamülünün bioloji və sosial amillərini ayırın: 
 
1) ictimai həyat tərzi 
2) mutasiya 
3) nitq 
4) yaşamaq uğrunda mübarizə 
5) təcridlər 
6) əmək 
7) irsi dəyişkənlik 
8) şüur 
9) təfəkkür  
10) təbii seçmə 
 
 
2.
 
 
prinsipi əsasında verilən anlayışları və təyinləri cüt-cüt 
ayırın və səbəbini izah edin. 
 
 
  
3. Düzgün cavab variantını seçin: 
 Əməyin təsiri  ilə insanlarda yaranan morfofizioloji dəyişikliklər antropomor-
fozlar/mutasiyalar adlanır. 
 Aydın nitqin yaranmasının səbəbi irsi dəyişkənlik və təbii seçmədir/əməyin ictimai 
xarakteri və beyinin yüksək inkişaf səviyyəsidir. 
 İnsanın ictimai xüsusiyyətləri nəsillərə ötürülür/ötürülmür
 Odda bişirilmiş qida ilə qidalanma meymunabənzər əcdadlarda  əmgək çıxıntısının 
möhkəmlənməsinə/zəifləməsinə səbəb olmuşdur.  
 İnsan mücərrəd təfəkkür sayəsində real/qeyri-real şeylər barədə mühakimə yürüdə 
billir. 
 Birinci/İkinci siqnal sistemi mücərrəd təfəkkürün yaranmasına səbəb olmuşdur. 
 
 
 
 
 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
SƏBƏB 
NƏTİCƏ
onurğanın S-varı əyilməsi 
dikyerimə 
əmək fəaliyyəti 
çeynəmə aparatının yüngülləşməsi 
odda bişirilmiş qida ilə qidalanma 
bitki qidasından qarışıq qidaya keçmə 
bağırsağın qısalması 
nitq 
şüurun inkişaf etməsi 
hiss orqanlarının inkişafı 
mürəkkəbləşən əmək prosesləri 
ictimai həyat tərzi 
İnsanın təkamül amilləri 
 
 

 
 
119 
 
•   IV  fəsil  •  
Populyasiya. Növ
• 

 
 
 
 
 
 
1. 
Düzgün variantı müəyyən edin: 
1)  Əsasında fərdlərin həyat fəaliyyəti proseslərinin oxşarlığı olan növün kriterisi 
fizioloji/morfoloji adlanır. 
2)  Fərdlərin xarici əlamətlərinin cəmi növün çoğrafi/morfoloji kriterisinə aiddir. 
3)  Əkiz növlərin quruluşu  oxşar olduğuna görə onları yalnız növün 
genetik/fizioloji kriterisinə görə fərqləndirmək olar. 
4)  Şimal maralının yayıldığı ərazi ekoloji/fizioloji kriteriyə aiddir. 
5)  Bitkilərin çarpazlaşıb döllü nəsil vermək qabiliyyəti cinsin/növün əsas 
əlamətidir. 
  
2. 
 Verilən açar sözlərdən istifadə edərək ifadələri tamamlayın: 
a)  Növün  bir-birindən  tam  və  ya  qismən  təcrid  olunmuş  halda  yaşayan  fərd 
qruplarını __ adlandırırlar.  
b)  Hər bir populyasiyanın özünəməxsus  spesifik genotip yığımları, yəni __ olur.  
c)  Populyasiyaların bir-birinə qarışmamasının səbəbi onlar arasında müxtəlif __ 
olmasıdır.  
d)  Populyasiyalar növün __ daxilində müəyyən ərazini tuturlar.  
e)  __ prosesi populyasiyada genetik müxtəliflik yaradır. 
Açar sözlər: genofond, təcrid, populyasiya, mutasiya, areal  
 
3. 
Düzgün ifadələri seçin. 
1)  K.Linney öz təsnifat sistemində növü canlı təbiətin elementar vahidi kimi əsas 
götürmüşdü. 
2)  Linney  təbiətdə  növlərin  ilahi  qüvvə  tərəfindən  yarandığını  və  dəyişməz 
olduğunu göstərirdi. 
1. İnternet  resurslarından  istifadə  edərək  “Canlı  orqanizm  populyasiyalarının  sayına 
insan fəaliyyətinin müsbət və mənfi təsiri. Tarixi faktlar və müasir dövr” mövzusu ilə 
bağlı məlumat toplayın və məruzə hazırlayın.
 
 
2. Müvafiq ədəbiyyatdan və internet resurslarından istifadə edərək “Antik dünyada və 
orta əsrlərdə təkamül ideyalarının inkişaf tarixi” mövzusunda plan üzrə elektron təq-
dimat hazırlayın: 
 Alim 
 Yaşadığı dövr 
 Ölkə 
 Elmi ideyaları 
 
3. İnternet  resurslarından  istifadə  edərək    “Yer  üzərində  həyatın    yaranması  və  canlı 
orqanizmlərin  çoxşəkilliliyi  haqqında müasir elmi nəzəriyyələr” adlı referat yazın. 
Mövzu ilə bağlı debat təşkil edin. 
 
 
L a y i h ə
 
 
 
Ü m u m i l ə ş d i r i c i   t a p ş ı r ı q l a r
 

 
 
120 
 
3)  Ç.Darvinə  görə,  mühitə  uyğunlaşa  bilənlər  həyatda  salamat  qalaraq  nəslini 
davam etdirir, yəni  təbii seçmə baş verir. 
4)   K.Linney öz əsərində 
 
növlərin dəyişməsi barədə fərziyyə irəli sürdü. 
5)  J.-B.Lamarkın fikrincə, qradasiyanın əsas hərəkətverici qüvvəsi orqanizmlərdə 
əvvəlcədən qoyulmuş tərəqqiyə doğru olan “daxili meyil”dir. 
6)  İrsi dəyişkənlik canlıların müxtəlif mühit şəraitinə uyğunlaşmasını təmin edir.  
 
4. 
Sxemi dəftərinizə çəkin və tamamlayın: 
 
 
5. 
Düzgün cavabları müəyyən edin.  
  Hansı təkamül amilinin təsiri altında orqanizmlərdə faydalı əlamətlər 
saxlanılır? 
А) mutasiyaların 
B) növdaxili mübarizənin 
C) növlərarası mübarizənin  
D) təbii seçmənin 
 
  Növün mühit şəraitinə uyğunlaşması nəyin nəticəsidir? 
А) nəsil qayğısına qalmanın   
 
 
 
B) orqanların məşq edilməsinin  
C) təsadüfi irsi dəyişkənliklərin seçilməsinin 
 
D) populyasiyanın fərdlərinin çoxsaylı olmasının 
 
  Təbii seçmənin təsiri nəyə gətirib çıxarır? 
А) mutasiya dəyişkənliyinə   
 
B) insan üçün xeyirli əlamətlərin qorunmasına  
C) təsadüfi çarpazlaşmaya  
 
D) yeni növlərin yaranmasına 
 
6. 
Uyğunluğu müəyyən edin: 
 
Yaşamaq 
uğrunda                   
mübarizə
?
1. ...    
2. ...
?
1. Boz siçovulun qara siçovulu insanların yaşayış 
məskənlərindən sıxışdırıb çıxarması. 
2. ....
?
1... 
2...
a) Arealın genişlənməsi 
b) Arealın sabitliyi 
c) Arealın müxtəlif maneələrlə parçalanması 
d) Arealın daxilində növlərin dəyişkənliyinin 
çoxşəkilliliyi 
e) Dəyişməyən areal sərhədlərində yaşayış 
məskənlərinin  çoxluğu 
1. Coğrafi 
növəmələgəlmə 
2. Ekoloji 
növəmələgəlmə 

 
 
121 
 
•   V  fəsil  •  
Ali sinir fəaliyyəti 
• 

 
 
 
 
 
 
 
 A
Lİ SİNİR FƏALİYYƏTİ. ŞƏRTSİZ REFLEKSLƏR 
 
 
 
 
İşarələnmiş xanalarda XVII əsrdə elmə “refleks” anlayışını gətirən fransız aliminin 
adı verilmişdir. Krossvordda təqdim olunan digər anlayışların təyinini verin.  
 
 
• Refleks nədir və necə baş verir? 
  
 
Ali sinir fəaliyyəti. İnsan və ali heyvanların davranışının əsasını ali sinir fəaliy-
yəti təşkil edir. Ali sinir fəaliyyəti dedikdə orqanizmin sinir sisteminin xarici mühitlə 
qarşılıqlı münasibətini təmin edən fəaliyyəti nəzərdə tutulur. Bu fəaliyyət mərkəzi 
sinir sisteminin ali şöbələrinin – beyin qabığı və qabıqaltı nüvələrin  iştirakı ilə baş 
verən  sinir  proseslərinin  cəmidir.    Ali  sinir  fəaliyyətində    reflekslər  mühüm  rol 
oynayır.  
 Davranışın reflektor nəzəriyyəsi. İ.M.Seçenov özünün “Baş beyinin refleks-
ləri” əsərində insanın davranışını və psixi fəaliyyətini sinir sisteminin reflektor işi ilə 
izah etmişdir. M.Seçenova görə, baş beyin reflekslərinin 3 mərhələsi var: xarici tə-
sirlərdən  duyğu  orqanlarında  əmələ  gələn  oyanma,  mərkəzi  sinir  sistemində  baş 
 
Fəaliyyət
33 
– Fikrinizcə, belə 
reflekslərin əhə-
miyyəti nədir? 
İnsan çoxlu sayda anadangəlmə reflekslərlə doğulur; 
məsələn, güclü işıqda biz gözlərimizi qıyırıq, səs eşit-
dikdə  başımızı  həmin  istiqamətə  çeviririk,  əlimiz  isti 
cismə toxunan kimi onu çəkirik, gözümüzə yad cisim 
düşdükdə gözlərimizi qırpırıq və s. Bu reflekslər həm 
körpədə, həm də yetkin insanda mövcuddur.
 
V fəsil 
ALİ SİNİR 
FƏALİYYƏTİ 
5

 
 
122 
 
verən oyanma və tormozlanma nəticəsində hissiyyat, 
təsəvvür və qavrayışların meydana gəlməsi və onlara 
qarşı insanda yaranan davranış hərəkətləri. İ.M.Seçe-
novun işlərini İ.Pavlov davam etdirmiş, şərtsiz və şərti 
reflekslər təlimini yaratmışdır. 
Şərtsiz  reflekslər.  İrsən  nəslə  ötürülür  və  insanın  ömrü  boyu  qalır.  Bu  ref-
lekslərin mərkəzi onurğa beynində, beyin kötüyündə və baş beyinin ağ maddəsində 
olan  boz  maddədən  ibarət  düyünlərdə  yerləşir.  Şərtsiz  reflekslərə  qida, müdafiə, 
cinsiyyət  səmt refleksləri aiddir. 
Qida refleksinə ağız suyu, mədə və bağırsaq  şirəsi ifrazı, çeynəmə, udma, yeni 
doğulmuş  uşaqda  əmmə  kimi  reflekslər,  müdafiə  reflekslərinə  asqırma,  öskürmə, 
qusma, gözqırpma və s. aiddir. 
Çoxalma  proseslərinin  əsasını  cinsiyyət  refleksləri  təşkil  edir.  Şərtsiz  refleks-
lərdən işıq və səs qıcıqlarına qarşı yaranan səmt refleksləri xüsusi əhəmiyyət kəsb 
edir. Səmt refleksləri sayəsində insan başını qıcıqlara doğru döndərir, gözlərini qıyır, 
əşyanı diqqətlə nəzərdən keçirir və s. Şərtsiz reflekslər orqanizmin daxili mühitinin 
sabitliyini təmin edir. 
Anadangəlmə davranış reflekslərinin daha mürəkkəb forması instinktlər adlanır.  
Fasiləsiz dəyişən mühit  şəraitində  şərtsiz reflekslərlə yanaşı,  hər bir orqanizmdə 
fərdi təcrübəyə əsaslanan  reflekslər də olur. Bunlar şərti reflekslər adlanır. 
 
 
 
 
1. “Şərtsiz reflekslər”in xüsusiyyətləri cədvəlini tamamlayın. 
Şərtsiz refleks 
Qıcıq 
Cavab reaksiyası 
Qida 
 
 
Müdafiə 
 
 
Səmt 
 
 
 
2. Düzgün cavab variantını seçin: 
• Şərti və şərtsiz reflekslər haqqında təlimi yaradan İ.P.Pavlovdur/İ.M.Seçenovdur. 
• Pişiyin güclü səsə/sahibi tərəfindən çağırılmasına qarşı  cavab reaksiyası şərtsiz  
refleksə misaldır. 
• Şərtsiz reflekslərin mərkəzləri şərti reflekslərdən fərqli olaraq insanın beyin yarım-
kürələrinin qabığında/uzunsov beyində yerləşir. 
• İnsanda şərtsiz reflekslərin yaranması fərdi inkişaf dövründə/anadangəlmə meydana 
gəlir. 
• Müdafiə refleksi olan asqırma irsən nəslə keçir/nəslə keçmir. 
• İnsanın işıqforun yaşıl rənginə cavab reaksiyası şərtsiz/şərti refleksdir. 
• Ağız boşluğunda yerləşən reseptorların qida ilə qıcıqlandırılmasına qarşı mədə 
şirəsinin ifraz olunması şərti/şərtsiz refleksdir
 
 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
• 
şərti refleks
• 
şərtsiz refleks 
A ç a r   s ö z lə r  

 
 
123 
 
•   V  fəsil  •  
Ali sinir fəaliyyəti 
• 

 Ş
ƏRTİ REFLEKSLƏR.  REFLEKSLƏRİN TORMOZLANMASI 
 
 
 
 
Şərtsiz və şərti reflekslərin müəyyən edilməsi 
Cədvəli dəftərinizə çəkin. Təklif olunan ifadələri cədvəlin müvafiq sütunlarında 
yerləşdirin. 
Şərtsiz reflekslər 
Şərti reflekslər 
... 
... 
... 
... 
 
1. Anadangəlmə olur. 2. İnsanın ömrü boyunca dəyişə və itə bilər. 3. Orqanizmi mühitin 
dəyişməyən şəraitinə uyğunlaşdırır. 4. Refleks qövsü onurğa beynindən və ya beyin kötü-
yündən keçir. 5. İnsanın həyatı boyu dəyişmir  və itmir. 6. Bir növə aid olan bütün canlılarda 
eynidir.  7.  Hər  orqanizm  üçün  fərdidir.  8.  Həyatı  boyunca  yaranır.  9.  Orqanizmi  mühitin 
dəyişən şəraitinə uyğunlaşdırır. 10. Əli isti çaydandan çəkmək. 11. İnsanın öz adına cavab 
reaksiyası. 12. Yeni doğulmuş körpənin döş əmməsi. 13. 6 aylıq uşağın içərisində süd olan 
butulkaya cavab reaksiyası. 
• Fikrinizcə, şərti reflekslər necə yaranır?  
• Nə üçün onları “şərti” adlandırırlar? 
 
 
Şərti  reflekslər.  İrsən  nəslə  keçmir.  Bu  reflekslərin  yaranması  üçün  müəyyən 
şərtlər – yəni təsirsiz qıcıqlandırıcı şərtsiz qıcıqlandırıcı ilə möhkəmləndirilməlidir. 
Şərti reflekslərin mərkəzi beyin qabığında yerləşir. Bu reflekslərin öyrənilməsi üçün 
itlər üzərində təcrübələr aparılmışdır. İtə yemək verdikdə (şərtsiz qıcıqlandırıcı) on-
da  reflektor  olaraq  ağız  suyu  ifraz  edilir.  Lakin  yeməkdən  əvvəl  onun  qarşısında 
lampa  yandırdıqda  (təsirsiz  qıcıqlandırıcı)  onda  ağız  suyu  ifraz  olunmur.  Şərti 
refleks  yaratmaq  üçün yemək  verməzdən yarım  dəqiqə  əvvəl  lampanı yandırırlar. 
Proses bir neçə dəfə təkrar edildikdən sonra o, şərti qıcıqlandırıcıya çevrilir və itdə 
lampanın yanmasına qarşı ağız suyu ifraz olunur. Lampanın yanması ilə əlaqədar 
ağız  suyunun  ifrazına  səbəb  beyin  qabığında  görmə  mərkəzi  ilə  qida  mərkəzi 
arasında  “müvəqqəti əlaqə” deyilən əlaqənin yaranmasıdır.  
Şərti  reflekslər  təlim  nəticəsində  formalaşır  və  insanı  mühitin  dəyişən  şəraitinə 
uyğunlaşdırır. İnsanın həyatı boyu bir çox mürəkkəb şərti reflekslər yaranır. Bunun nə-
ticəsində insan yeni hərəki bacarıqlara yiyələnir və 
yeni davranış forması əldə edir. Belə hərəki şərti 
refleksləri vərdişlər və ya avtomatlaşmış fəaliyyət 
adlandırırlar. Beləliklə, bizim davranışımız daxili 
tələbatla,  konkret  xarici  şəraitlə,  şərtsiz  və  şərti 
reflekslərlə idarə olunur. 
 
Yüklə 4,08 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin