• II fəsil •
Hüceyrə canlının quruluş və inkişaf vahididir
•
1. DNT molekulunun bir zəncirindəki ardıcıllığa əsasən digər zənciri qurun.
DNT-nin 1-ci zənciri : ...
DNT-nin 2-ci zənciri : ААА – АSS – АQS – АТТ – АТQ – ААQ.
2. DNT və RNT-nin monomeridir:
a) azot əsası
b) dezoksiriboza və ya riboza
c) azot əsası və ortofosfat turşusu qalığı
е) nukleotidlər
3. DNT-ni RNT-dən fərqləndirən cəhətlər hansı cavabda düzgün verilmişdir?
a) birzəncirlidir, tərkibində dezoksiriboza var, irsi məlumatı saxlayır.
b) ikizəncirlidir, tərkibində riboza var, irsi məlumatı ötürür.
c) birzəncirlidir, tərkibində riboza var, irsi məlumatı ötürür.
d) ikizəncirlidir, tərkibində dezoksiriboza var, irsi məlumatı saxlayır.
4. Məsələləri həll edin:
İnsulin zülalının 51 aminturşudan ibarət olduğunu nəzərə alaraq, onu kodlaşdıran genin
tərkibində neçə nukleotid olduğunu hesablayın.
DNT molekulunda 80 000 A nukleotidi var. Bu, bütün nukleotidlərin 16%-ni təşkil
edir. Qalan nukleotidlərin sayını və DNT molekulunun uzunluğunu müəyyən edin.
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
DNT molekulunun 1-ci zəncirinə,
müvafiq m-RNT-ni qurun.
54
Z
ÜLALLARIN BİOSİNTEZİ
Hüceyrələrdə daim yeni maddələr əmələ gəlir. Bu proses biosintez (yun. “bios” –
həyat, “synthesis” – birləşmə) adlanır. Biosintez prosesində zülallar, yağlar, karbo-
hidratlar və digər üzvi maddələr sintez edilir.
Zülalların biosintezi. Hər bir hüceyrənin özünəməxsus zülalları olur. Onların
ilkin quruluşu barədə məlumatlar DNT-də nukleotidlər ardıcıllığı şəklində kod-
laşmışdır. Zülal molekulunun sintezi zamanı DNT-də olan məlumat m-RNT-si şək-
lində ribosomlara çatdırılır.
14
– Zülallar və nuklein turşuları hansı komponentlərdən ibarətdir?
–
Hüceyrədə zülalların strukturu nuklein turşularının quruluşundan necə
asılıdır?
Şəkilə baxıb suallara cavab verin:
1. DNT molekulu harada yerləşmişdir?
2. m-RNT harada və necə sintez olunur?
3. Zülalın quruluşu haqqında məlumat nüvədən sitoplazmaya necə ötürülür?
4. m-RNT sitoplazmada hara yönəlir?
5. n-RNT harada yerləşir?
6. n-RNT özünə nəyi birləşdirir?
7. Ribosomda nə sintez olunur?
Fəaliyyət
Eukariot hüceyrəsində zülalın sintezinin sxemi
ı
55
• II fəsil •
Hüceyrə canlının quruluş və inkişaf vahididir
•
Bu proses iki mərhələdə baş verir: transkripsiya və translyasiya.
Transkripsiya. Zülalın sintezinə hazırlıq zamanı aminturşular ardıcıllığı haqqın-
da kodlaşdırılmış məlumat DNT molekulunun bir zəncirindən komplementarlıq
prinsipinə əsasən m-RNT-yə köçürülür. Bu proses transkripsiya (lat. “transkriptio”
– üzünün köçürülməsi), yəni məlumatın üzünün köçürülməsi adlanır.
Yaranan m-RNT-si nüvədən hüceyrənin sito-
plazmasına keçir.
Translyasiya. Zülalların biosintezinin ikinci
mərhələsi translyasiya (lat. “translatio” – ötü-
rülmə) adlanır. Translyasiya zamanı zülalın qu-
ruluşu barədə mRNT-sində nukleotidlər ardıcıllığı şəklində yazılan məlumat bu koda
uyğun olaraq ribosomlarda sintez edilən aminturşular ardıcıllığına çevrilir və sonda
polipeptid zənciri yaranır. Translyasiya prosesi ribosomlarda həyata keçirilir.
Translyasiya
Sintez qurtardıqdan sonra polipeptid zəncir mRNT-sindən ayrılır. Sonra spiral
halında bükülərək əvvəl ikincili və daha sonra həmin zülala xas olan üçüncülü
quruluş alır. Zülalların yaranması prosesi yalnız canlı hüceyrədə baş verir.
Qeyri-zülal molekulunun hüceyrədə sintezi zamanı isə əvvəl spesifik zülal-fer-
ment yaranır, sonra bu molekulun iştirakı ilə müvafiq karbohidrat və ya lipid sintez
olunur.
• 1954-cü ildə ilk dəfə zülalın ilkin quruluşu müəyyən olundu. Bu, qanda qlükozanın
miqdarını tənzimləyən insulin zülalı idi. Bu tədqiqat 10 il davam etmişdi. İnsulin
zülalı 2 polipeptid zəncirdən təşkil olunub. Zəncirlərin biri 21, digəri isə 30 amin-
turşudan təşkil olunmuşdur.
• Hazırda insulin zülalının süni surətdə sintezi mümkündür. Süni yolla alınan bir
zəncirin sintezi üçün 89, digəri üçün isə 138 kimyəvi reaksiya tələb olunmuşdur.
Canlı orqanizmlərdə isə zülal sintezi çox sürətlə gedir.
!
•
transkripsiya
•
translyasiya
A ç a r s ö z lə r
56
1. Düzgün cavabı seçin:
Hansı orqanoid-
lərdə zülalın
sintezi baş verir?
А. Holci aparatında
B. Ribosomlarda
C. Lizosomlarda
Nukleotid ardıcıllığı haqqında
məlumatın DNT-dən m-RNT-
yə köçürülməsi prosesi necə
adlanır?
А. Komplementarlıq
B. Transkripsiya
C. Translyasiya
Zülalların tərkibinə
neçə növ amin-
turşusu qalıqları
daxildir?
А. 20
B. 25
C. 40
2. Hüceyrədə zülalın biosintezi prosesinin ardıcıllığını müəyyən edin.
А) m-RNT-nin sintezi
В) aminturşuların n-RNT-si vasitəsilə ribosoma çatdırılması
C) m-RNT-nin nüvədən sitoplazmaya keçməsi
D) ribosomda polipeptid zəncirin sintez olunması
E) ribosomun m-RNT molekulu ilə birləşməsi
3. Transkripsiya və translyasiya proseslərini müqayisə edin və onların əhəmiyyətini
izah edin.
4. Cədvəli tamamlayın.
Molekullar
Biosintezdə rolu
m-RNT
…
n-RNT
…
Fermentlər …
ATF
…
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
ı
57
• II fəsil •
Hüceyrə canlının quruluş və inkişaf vahididir
•
A
VTOTROF ORQANİZMLƏRDƏ MADDƏLƏR
VƏ ENERJİ MÜBADİLƏSİ
Avtotrof orqanizmlər özləri üçün zəruri olan üzvi birləşmələri müstəqil sintez edə
bilirlər. Onların bir qrupu üzvi maddə sintez etmək üçün günəş enerjisindən istifadə
edir. Belə orqanizmləri fototrof adlandırırlar. Fototroflara fotosintezedici orqanizm-
ləri misal göstərmək olar.
Fotosintez. Bitkilər fotosintez (yun. “photos” – işıq, “synthesis” – birləşmə) za-
manı günəş enerjisinin iştirakı ilə qeyri-üzvi maddələrdən üzvi maddələr sintez edir.
Bu proses yaşıl bitkilərin və xlorofilə malik bəzi bakteriyaların hüceyrələrində gedir,
nəticədə hüceyrədə ilkin məhsul kimi monosaxarid (qlükoza) yaranır. Sonra bu
məhsuldan müxtəlif polisaxaridlərin, mürəkkəb quruluşlu zülalların, yağların, nuk-
lein turşularının və digər üzvi birləşmələrin biosintezində istifadə olunur.
Xloroplastlar. Bitkinin mürəkkəb quruluşlu orqanoidi olub sitoplazmadan ikiqat
membranla ayrılır. Daxili hissəsi stroma (yun. “stroma” – döşənək, xalça) adlanan
rəngsiz maye ilə doludur. Xloroplastın daxili membranı stromanın içərisinə doğru
15
– Hansı orqanizmlər avtotrof sayılır?
– Fotosintez ali bitkilərin hansı orqanlarında gedir?
– Fotosintez nəticəsində nə baş verir?
Təsvir olunmuş qrafikə əsasən suallara cavab verin:
– Fotosintez prosesinə hansı amillər təsir edir?
– Bu amillərin dəyişməsi fotosintezin sürətinə necə təsir göstərir?
Fəaliyyət
Fotosintezin
intensivliyinə
müxtəlif
amillərin təsiri
58
inkişaf edərək yastılaşmış struktur – qranlar əmələ gətirir. Qranlarda xlorofil və
başqa köməkçi piqmentlər yerləşir. Xlorofil piqmentinin sayəsində xloroplastlar
yaşıl rəngli olur.
Xloroplastın quruluşu
Fotosintezin fazaları. Fotosintezi işıq və qaranlıq fazası adlanan iki mərhələyə
ayırırlar.
Fotosintezin işıq fazası. Yarpağa düşən günəş işığının təsirindən qranlarda olan
xlorofilin elektronları həyəcanlanır. Fermentlər tərəfindən tutulmuş elektronların bir
hissəsi ADF-ə bir fosfat turşusu birləşdirməklə ATF əmələ gətirir:
ADF +F ATF
Elektronların digər hissələri suyun molekulyar oksigenə, hidrogen ionuna və
elektronlara parçalanmasında iştirak edir. Suyun parçalanması prosesi fotoliz (yun.
“fotos” – işıq, “lizis” – parçalanma) adlanır:
2H
2
O 4e + 4H
+
+ O
2
Fotosintezin ümumi sxemi
Su Elektron-
lar
Hidrogen
ionu
Oksigen
ı
59
• II fəsil •
Hüceyrə canlının quruluş və inkişaf vahididir
•
Parçalanmadan yaranan hidrogen ionu sonrakı mərhələdə istifadə olunur və
kimyəvi birləşmə əmələ gətirir. Belə kimyəvi birləşmədə enerji ehtiyat halında
saxlanılır və fotosintezin birinci fazası başa çatır. Bu fazada işığın olması vacib şərt
hesab edildiyi üçün mərhələni işıq fazası adlandırırlar. İşıq fazasının əsas məhsulu
ATF sayılır.
Birinci mərhələdə suyun parçalanmasından
yaranan oksigen kənar məhsul kimi xaricə çıxa-
rılır və ya hüceyrənin tənəffüsü zamanı istifadə
olunur.
Qaranlıq fazasının getməsi üçün işığın olması
vacib deyil. Bu mərhələ işığın iştirakı olmadan
gedə bildiyindən onu qaranlıq fazası adlandı-
rırlar. Qaranlıq fazasında havadan udulan karbon
qazının mənimsənilməsi və sadə karbohidratların yaranması baş verir. Bu zaman işıq
fazasının məhsullarından istifadə edilir. C
6
H
12
O
6
molekulları yaranır. Qaranlıq mər-
hələsində yaranan sadə karbohidratlardan (qlükozadan) daha sonra müxtəlif poli-
saxarıdlər – nişasta, sellüloza və həmçinin digər üzvi birləşmələr yaranır.
Fotosintezin əhəmiyyəti. Fotosintez prosesində az enerjili maddələr olan karbon
qazı və sudan yüksək enerjili maddə – qlükoza yaranır. Bu zaman günəş enerjisi
(bitki yarpağı üzərinə düşən enerjinin 1%-dən istifadə edir) bu maddədə kimyəvi
rabitələr şəklində toplanır. Bundan başqa, fotosintez prosesində atmosferə oksigen
xaric olur ki, bu da orqanizmlərin tənəffüsü zamanı istifadə edilir. Fotosintezin ümu-
mi tənliyi belədir:
2
6
12
6
2
2
6O
O
6H
6CO
O
H
C
qlükoza
Heterotrof orqanizmlər fotosintez məhsullarından istifadə edərək karbohidratları
parçalamaqla ATF əldə edirlər.
Xemosintez. Bakteriyaların bəziləri də qeyri-üzvi maddələrdən üzvi maddələr
sintez edə bilirlər. Lakin bu zaman onlar enerji mənbəyi kimi günəş enerjisindən
deyil, kimyəvi reaksiyalar enerjisindən istifadə edirlər. Bu proses xemosintez adlanır.
•
Dəniz ilbizi
– yosunların xromatoforla-
rından aldığı qlükozanın hesabına ya-
şayır. İlbiz bu prosesdə xarici mühitdən
aldığı maddələri öz daxilində mənimsə-
yir. Bundan sonra fotosintez prosesi
başlayır – ilbiz genlərin köməyi ilə bu
prosesdə xromatoforlara lazım olan zü-
lalları kodlaşdırır, əvəzində isə sintez
olunmuş qlükozanı alır.
•
fototrof
•
fotoliz
•
qran
•
stroma
•
xemosintez
A ç a r s ö z lə r
60
1. Cədvəli tamamlayın.
Xüsusiyyətləri
İşıq fazası
Qaranlıq fazası
Fotosintezin getdiyi yer
Hansı proses gedir
Alınan məhsul
2. Düzgün cavabları seçin:
Xlorofil molekulu bilavasitə stromada / qranlarda yerləşir.
Fotosintezdə alınan ilkin məhsul su və oksigendir / karbon qazıdır.
Fotoliz – qlükozanın fermentativ parçalanmasıdır / xloroplastlarda işığın təsiri
altında su molekullarının parçalanmasıdır.
Fotosintezin qaranlıq mərhələsində suyun parçalanması / karbohidratların sintezi baş
verir.
Sərbəst oksigen fotosintezin qaranlıq / işıq mərhələsində əmələ gəlir.
Plastidlər hüceyrənin birmembranlı / ikimembranlı orqanoidlərinə aiddir.
Yaşıl yosunlar / Kükürd bakteriyaları xemotrofdurlar.
Fotosintez zamanı sərbəst oksigen ATF-in / suyun parçalanmasından alınır.
3. Fotosintezin ümumi tənliyində 1 və 2 rəqəmləri ilə işarələnmiş xanalarda nə
olmalıdır?
6CO
1 C H O
2
4. Suallara cavab verin:
Məlumdur ki, işıqlanmanın intensivliyi yüksək olduqda xlorofil dağılmağa başlayır,
fotosintez prosesi zəifləyir. Bitkilər intensiv günəş şüalarından necə qorunur?
Nə üçün bitkilər qaranlıqda uzanır?
Mülayim iqlim qurşağında fotosintez üçün optimal temperatur +25°С-dir.
Temperatur +35°С-dən yuxarı olduqda fotosintez prosesi zəifləyir. Bunun səbəbi
nədir?
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
ı
61
• II fəsil •
Hüceyrə canlının quruluş və inkişaf vahididir
•
H
ETEROTROF YOLLA QİDALANAN ORQANİZMLƏRDƏ
MADDƏLƏR VƏ ENERJİ MÜBADİLƏSİ
Hüceyrədə enerji üzvi maddələrin parçalanmasından yaranır. Fermentlərin kömə-
yi ilə üzvi maddə molekullarının parçalanması reaksiyalarının cəmi enerji mübadi-
ləsi adlanır. Orqanizmlər əsas enerji materialı kimi hər şeydən əvvəl karbohidrat və
yağlardan istifadə edir. Zülallar hüceyrə üçün çox qiymətli materialdır. Onlar hü-
ceyrədə nadir hallarda – digər üzvi
maddələr çatışmadıqda enerji
mənbəyi kimi istifadə edilir.
Mitoxondri. İkimembranlı qu-
ruluşa malikdir. Daxili membranı
qırışlıdır. Qırışlar kristlər (lat.
“krista” – pipik, çıxıntı) əmələ gə-
tirir. Mitoxondrinin daxili maye
mühiti matriks adlanır. Üzvi mad-
dələrin parçalanması prosesi mat-
riksdə gedir.
Energetik mübadilənin mərhələləri. Parçalanma reaksiyalarının gedişində
enerji ayrılır, üzvi maddələrin qeyri-üzvi maddələrə parçalanması zamanı ayrılan
enerjinin bir hissəsi ATF şəklində ehtiyat halında toplanır. Enerji mübadiləsi bir neçə
mərhələdə gedir.
16
– Maddələr mübadiləsini hansı proseslər təşkil edir?
– Maddələr mübadiləsinin hansı prosesi zamanı enerji sərf olunur?
– Hüceyrədə enerji hansı maddənin molekullarında ehtiyat halında
toplanır?
Cədvəli dəftərinizə çəkib tamamlayın. Xanalara orqanoidlərə uyğun cümlələrin
nömrələrini daxil edin:
Mitoxondrilər
Xloroplastlar
Ribosomlar
Fəaliyyət
1 – eyni ölçüdə olmayan iki hissəcikdən ibarətdir; 2 – daxili membranı kristlər əmələ gətirir;
3 – daxili membran qranlar əmələ gətirir; 4 – endoplazmatik şəbəkənin membranlarında
yerləşir; 5 – əsasən bitki hüceyrəsində rast gəlinir; 6 – bütün hüceyrələrdə rast gəlinir; 7 –
əsas funksiyası ATF-in sintezidir; 8 – zülal sintezində bilavasitə iştirak edir; 9 – fotosintezi
həyata keçirir.
– Xloroplast və mitoxondrilərin hansı oxşar və fərqli cəhətləri var?
Mitoxondrinin
quruluşu
62
Birinci mərhələ – hazırlıq mərhələsi adlanır.
Bu mərhələdə mürəkkəb üzvi birləşmələr sadə
birləşmələrə qədər parçalanırlar. Əmələ gələn ki-
çik molekullar toxuma hüceyrələrinə daxil olur.
İlkin mərhələdə yaranan enerji istilik şəklində
ətrafa yayılır.
Enerji mübadiləsinin ikinci mərhələsi hücey-
rənin sitoplazmasında gedir. Oksigen iştirak etmədiyi üçün bu mərhələ oksigensiz
mərhələ də adlandırılır. Bu mərhələdə qlükoza parçalandığı üçün buna qlikoliz (yun.
“glycys” – şirin, “lysis” – parçalanma) də deyilir. Proses fermentlərin aktiv iştirakı
ilə gedir. Qlikoliz prosesində bir molekul qlükozanın parçalanmasından iki molekul
üçkarbonlu birləşmə – piroüzüm turşusu (C
3
H
4
O
3
) və 2 molekul ATF alınır.
Enerji mübadiləsinin üçüncü mərhələsi – oksigenli mərhələdir. Oksigenli mər-
hələ mitoxondridə gedir və burada mütləq oksigen iştirak edir. Bu mərhələdə piro-
üzüm turşusu molekulyar oksigenin iştirakı ilə karbon qazı və suya qədər oksidləşir.
Hər bir oksidləşən qlükoza molekulundan oksigenli mərhələ zamanı 36 molekul
ATF yaranır. Bu mərhələ həm də hüceyrə tənəffüsü adlanır. Hüceyrə tənəffüsü mito-
xondrilərin kristlərində yerləşən üzvi maddələrin oksidləşməsi reaksiyalarını aktiv-
ləşdirən fermentlərin iştirakı ilə həyata keçirilir.
Enerji mübadiləsinin mərhələləri
Beləliklə, hüceyrədə bir molekul qlükozanın tam parçalanması zamanı qlikoliz
mərhələsində 2, oksigenli mərhələdə isə 36 molekul alınmaqla cəmi 38 molekul ATF
yaranır. Bu enerji sonra yeni maddələrin sintezi zamanı sərf olunur.
ATF-də olan makroerqik rabitələrdə saxlanılan enerjilər sonra digər enerji növ-
lərinə çevrilə bilir. Məsələn, sinir hüceyrələrində sinir impulslarının ötürülməsində
•
qlikoliz
•
oksigenli mərhələ
•
krist
•
matriks
A ç a r s ö z lə r
ı
63
• II fəsil •
Hüceyrə canlının quruluş və inkişaf vahididir
•
bu enerji – elektrik, ibtidailərdə qamçıların hərəkətində və digər heyvanların
əzələlərinin yığılmasında isə mexaniki və s. enerjiyə çevrilə bilir.
1. Uyğunluğu müəyyən edin:
2. Düzgün cavab variantını qeyd edin:
Energetik mübadilə sayəsində hüceyrə zülallarla/ karbohidratlarla/ ATF-lə təmin
olunur.
Hüceyrədə üzvi maddələrin parçalanması enerjinin ayrılması/günəş enerjisindən
istifadə/ biopolimerlərin yaranması ilə müşayiət olunur.
Biopolimerlərin monomerlərə qədər parçalanması prosesi zamanı yalnız istilik for-
masında az miqdarda enerjinin ayrılması energetik mübadilənin hazırlıq mərhələsi/
oksigensiz mərhələsi/ oksigenli mərhələsi üçün səciyyəvidir.
Qlükozanın oksidləşməsi prosesinin əhəmiyyəti hüceyrənin fermentlərlə/vitamin-
lərlə/enerji ilə təmin olunmasından ibarətdir.
Hüceyrədə ən çox enerji zülalların/ polisaxaridlərin/lipidlərin parçalanmasından
ayrılır.
3. Plastik və energetik mübadilənin qarşılıqlı əlaqəsinə aid misal göstərin.
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
1. Kimyəvi reaksiyalar oksigenin iştirakı
olmadan gedir.
2. Qlikoliz baş verir.
3. Su əmələ gəlir.
4. 2 molekul ATF əmələ gəlir.
5. 36 molekul ATF əmələ gəlir.
6. Kimyəvi reaksiyalar oksigenin iştirakı ilə
gedir.
7. Proseslər mitoxondridə gedir.
8. Proseslər sitoplazmada gedir.
9. Qlükoza piroüzüm turşusuna qədər
parçalanır.
A) Enerji mübadiləsinin
II mərhələsi
B) Enerji mübadiləsinin
III mərhələsi
64
H
ÜCEYRƏNİN HƏYAT DÖVRİYYƏSİ. XROMOSOMLAR
Yaranandan ölənə qədər olan dövr ərzində hüceyrədə böyümə, inkişaf və ço-
xalma kimi həyat prosesləri baş verir. Bu, hüceyrənin həyat dövriyyəsi və ya hüceyrə
tsikli adlanır. Hüceyrələrdə həyat tsiklinin müddəti müxtəlif olur. Hətta eyni bir orqa-
nizmin müxtəlif hüceyrələrində belə bir-birindən fərqlənir. Məsələn, insanın epiteli
toxumasının hüceyrələrində bu tsikl 10–15 saata, qaraciyər hüceyrələrində isə bəzən
1 ilə qədər davam edir. Hüceyrə tsikli iki mərhələdən – interfazadan və hüceyrənin
bölünməsindən ibarətdir.
İnterfaza. Hüceyrənin iki bölünməsi arasında olan mərhələdir. İnterfazada (lat.
“inter” – arasında, yun. “phazis” – meydana gəlmə) hüceyrə aktiv fəaliyyət göstərir.
Bu dövrdə hüceyrənin həyat fəaliyyəti ilə əlaqədar assimilyasiya və dissimilyasiya
prosesləri baş verir. Hüceyrə sürətlə böyüyür – hüceyrə orqanoidlərinin miqdarı artır.
İnterfazanın əsas hadisəsi DNT-nin ikiləşməsidir. Bu dövrdə çoxlu miqdarda ATF
sintezi nəticəsində enerji ehtiyat halında saxlanılır. İnterfazanın davametmə müddəti
hüceyrənin tipindən asılıdır. İnterfazanın sonunda hüceyrə bölünməyə hazırlaşır.
17
– Xromosom nədir?
– DNT molekulu hansı quruluş xüsusiyyətlərinə malikdir?
Hüceyrə tsiklinin davametmə müddəti hüceyrənin növündən asılıdır. Bəzi
hüceyrələrin, məsələn, sinir hüceyrələrinin həyat tsikli embrional dövr
bitdikdən sonra orqanizmin bütün ömrü boyu əvəz olunmur və onunla
birlikdə də məhv olurlar. Hüceyrələrin həyat tsikli bəzən on illərlə davam
edə bilər. Buna baxmayaraq dərinin və bağırsağın epiteli hüceyrələri 2–3
gündən 2–3 həftəyə qədər yaşayır, sonra isə yeniləri ilə əvəz olunur.
DNT-nin ikiləşməsinin sxemi
– Sxemdə rəqəmlərlə (1 – 4) işarələnən
hissələrdə hansı nukleotidlər olmalıdır?
– DNT-də nukleotidləri arasındakı hidrogen
rabitələrinin qırılması nəticəsində açılan
zəncirə ətraf mühitdə olan sərbəst
nukleotidlər birləşir, əvvəlki zəncirə müvafiq
yeni zəncir yaranır. Bu hansı prinsip
əsasında baş verir?
Fəaliyyət
ı
65
• II fəsil •
Hüceyrə canlının quruluş və inkişaf vahididir
•
Xromosomlar. Hüceyrə tsiklində əsas rolu
xromosomlar (yun. “chroma” – rəng, “soma”
– bədən) oynayır. Onlar hüceyrədə mübadilə
proseslərini tənzimləməklə yanaşı, həm də irsi
məlumatların bir nəsildən digərinə ötürülmə-
sində iştirak edir. DNT-nin ikiləşməsindən
sonra hər bir xromosom iki DNT molekulun-
dan ibarət olur.
Hər iki DNT molekulu ayrı-ayrılıqda xromatidlər (yun. “chroma” – rəng, “eidos”
– görünüş, növ) adlanır. Xromatidlər bir-biri ilə sentromer (lat. “centrum” – mərkəz,
“meros” – hissə) adlanan hissə ilə birləşir. Xromosomların formasını, ölçüsünü və
hüceyrədə sayını yalnız bölünmə dövründə maksimal spirallaşması və sıxlaşması
dövründə müəyyən etmək mümkündür. Bu zaman o, işıq mikroskopunda aydın
görünür.
Hüceyrənin xromosom yığımı. Hər bir orqanizmin hüceyrəsi müəyyən xromo-
som yığımına malik olur ki, bu da kariotip (yun. “karyon” – nüvə, “typos” – ölçü,
nümunə) adlanır. Orqanizmlərin öz fərdi xromosom yığımı olur; məsələn, insanın
kariotipində 46, drozofildə isə 8 xromosom olur. Müxtəlif orqanizmlərin hüceyrələ-
rində xromosom yığımının birqat (haploid) və ya ikiqat (diploid) olduğu müəyyən
edilmişdir. Birqat xromosom yığımı latın hərfi olan n, ikiqat yığım isə 2n-lə işarə
olunur.
Homoloji xromosomlar. İkiqat (diploid) xromosom yığımına malik orqanizm-
lərdə ölçüsünə, formasına və irsi məlumatların xarakterinə görə bir-birindən fərqlən-
məyən cüt xromosomlar olur. Belə cüt xromosomları homoloji (yun. “homos” –
eyni) xromosomlar adlandırırlar. Homoloji xromosom cütləri zahirən bir-birinə
oxşardır: onların sentromeri eyni yerdə olur və genlər eyni ardıcıllıqla düzülür.
Belə ki, insanın bədən hüceyrələrində 46 xromosom 23 homoloji cüt yaradır.
Onlardan 22 cütü qadın və kişilərdə eynidir və autosom adlanır. Bir cüt xromosom
isə fərqlidir. Qadınlarda bu xromosom cütü latın hərfləri XX, kişilərdə isə XY ilə
işarə olunur və cinsiyyət xromosomları adlanır.
Orqanizmlərin cinsiyyət hüceyrələrində haploid (n) xromosom yığımı olur. Belə
ki, insanın cinsiyyət hüceyrələrində 23 xromosom var.
İnsanın
xromosom
yığımı
Xromosomun
quruluşu
Xromatidlər
Sentromer
•
interfaza
•
hüceyrə tsikli
•
kariotip
•
autosom
•
homoloji xromosomlar
A ç a r s ö z lə r
66
1. Düzgün cavabları müəyyənləşdirin:
İki qız xromosomun (xromatidlərin) bir-biri ilə birləşən hissəsi sentriol / sen-
tromer adlanır.
İnterfaza / profaza – hüceyrənin iki bölünməsi arasında olan mərhələdir.
Cinsiyyət hüceyrələrinin xromosom yığımı haploid / diploid olur
Ölçüsünə, formasına və irsi məlumatların xarakterinə görə bir-birindən fərqlən-
məyən cüt xromosomları analoji / homoloji xromosomlar adlandırırlar.
İnsanın kariotipində 23 cüt / 46 cüt xromosom olur.
Kişilərdə cinsiyyət xromosom cütü latın hərfləri XX / XY ilə işarə olunur.
2. Şəkildə nə təsvir edilib? rəqəmlərlə onun hansı hissələri işarə olunub?
3. İnterfaza üçün səciyyəvi olan prosesləri seçin:
A. Hüceyrə sürətlə böyüyür.
B. Hüceyrə orqanoidlərinin miqdarı
azalır.
C. Hüceyrənin həyat fəaliyyəti ilə
əlaqədar assimilyasiya və
dissimilyasiya prosesləri baş verir.
D. ATF sintezi artır.
E. Hüceyrənin böyüməsi zəifləyir.
F. Hüceyrə orqanoidlərinin miqdarı
artır.
G. Hüceyrədə biosintez prosesləri
dayanır.
H. DNT ikiləşir.
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
ı
67
• II fəsil •
Hüceyrə canlının quruluş və inkişaf vahididir
•
H
ÜCEYRƏNİN BÖLÜNMƏSİ. MİTOZ
Hüceyrənin bölünməsi onun əsas xassələrindən biridir. Hüceyrənin daha geniş
rast gəlinən bölünmə üsulu mitozdur (yun. “mitos” – sap, tel).
Mitoz bölünmə. Mitoz bölünmə zamanı ana hüceyrə oxşar irsi xüsusiyyətlərə
malik iki qız hüceyrəyə bölünür. Hüceyrələrin mi-
toz yolla bölünməsi nəticəsində orqanizmdə böyü-
mə prosesləri, regenerasiya, köhnə hüceyrələrin
yeniləri ilə əvəz olunması baş verir.
Mitozun mərhələləri. İnterfaza mərhələsindən
sonra mitoz bölünmə başlayır. Bu bölünmə 4 ardıcıl
fazadan ibarətdir: profaza, metafaza, anafaza,
telofaza.
Profaza. Bu fazada DNT sapları spirallaşır, yoğunlaşır və işıq mikroskopu ilə
yaxşı görünən xromosomlara çevrilir. İkiləşmiş sentriollar profazada qütblərə çəkilir
və bölünmə vətərləri yaranmağa başlayır. Profazanın sonunda nüvə pərdəsi və
nüvəcik itir. Xromosomlar sərbəst halda sitoplazmada olur.
Metafaza. Bu fazada bölünmə vətərləri tam formalaşır və xromosomların sentro-
merinə birləşir.
Xromosomlar hüceyrənin mərkəzinə (ekvatoruna) düzülərək metafaza lövhəsini
əmələ gətirir. Metafaza dövründə xromosomlar aydın göründüyü üçün onların
18
– Hüceyrənin bölünməsinin orqanizmin həyatında nə kimi əhəmiyyəti var?
– Hüceyrənin hansı bölünmə üsulları mövcuddur?
•
mitoz
•
profaza
•
metafaza
•
anafaza
•
telofaza
A ç a r s ö z lə r
68
formasını, ölçüsünü müəyyənləşdirmək olur. Xromosomlarda xromatidlər bir-biri ilə
yalnız sentromer olan hissədən birləşirlər.
Anafaza. Xromosomları təşkil edən xromatidlər bir-birindən ayrılaraq bölünmə
vətərləri tərəfindən hüceyrənin qütblərinə çəkilir. Bu dövrdən başlayaraq xromatid-
lər sərbəst xromosomlar hesab olunur. Xromatidlərin ayrılması nəticəsində yaranan
qız xromosomlar hesabına anafazada xromosomların miqdarı iki dəfə artır.
Telofaza. Mitozun son fazasıdır. Qütblərə çəkilən xromosomların spiralları açılır
və onlar nazik sap şəklini alaraq görünməz olur. Telofazada nüvə pərdəsi və nüvəcik
yaranır, bölünmə vətərləri itir.
Nüvə bölünməsindən sonra sitoplazma da bölünür və nəticədə bir ana hüceyrədən
iki qız hüceyrə yaranır. Mitoz bölünmə orqanizmdən və hüceyrənin tipindən asılı
olaraq bir neçə dəqiqədən bir neçə saata qədər davam edə bilir. Mitoz bölünmənin
davametmə müddəti, adətən, interfazadan bir neçə dəfə az olur.
Mitozun bioloji əhəmiyyəti. Mitozun əsas bioloji əhəmiyyəti irsi materialın qız
hüceyrələr arasında bərabər bölünməsidir. Belə bölünmə nəticəsində diploid xromo-
som yığımına malik bir ana hüceyrədən onun tam oxşarı olan iki diploid qız hüceyrə
yaranır.
Mitozun müşahidə edilməsi.
İşin məqsədi: bölünən bitki hüceyrələrinin hazır mikropreparatlarında mitozun öyrənilməsi.
Təchizat: mikroskop, soğan və kök hüceyrələrindən hazırlanmış mikropreparatlar.
İşin gedişi:
1. Hazır mikropreparatlara əvvəlcə kiçik, sonra isə böyük böyütmə dərəcəsində baxın.
2. Mikropreparatda bölünən hüceyrələri tapın. Mikropreparatda hansı bölünmə fazalarının
göründüyünü müəyyən edin.
3. Mitozun fazalarını hansı əlamətlərə görə təyin etdiniz?
4. Dəftərinizdə mitozun fazalarını sxematik olaraq təsvir edin.
Fəaliyyət
Laboratoriya işi
ı
69
• II fəsil •
Hüceyrə canlının quruluş və inkişaf vahididir
•
1. “Mitoz bölünmənin müxtəlif mərhələləri” şəklini nəzərdən keçirin.
a) Verilən mərhələlərin işarə edilmiş hərflərini mitozun mərhələlərinə uyğun olaraq
sxemdə yerləşdirin:
b) Şəkildə 1–4 rəqəmləri ilə nə işarə olunmuşdur?
c) Xromosomların ikixromatidli olması hansı mərhələlərdə müşahidə edilir?
2. Uyğunluğu müəyyən edin:
3. Məsələni həll edin:
• Hər birinin tərkibində 12 cüt xromosom olan 100 hüceyrə mitoz yolla bölünmüşdür.
Bölünmədən sonra hansı xromosom yığımına malik və neçə hüceyrə əmələ gələr?
4. Ətraf mühit şəraiti mitoz prosesinə təsir edə bilərmi? Bu, orqanizm üçün nə ilə
nəticələnə bilər?
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
A
B
C
D
E
F
G
H
a) Bölünmə vətərləri itir.
b) DNT yüksək dərəcədə spirallaşır.
c) Xromosomlar hüceyrənin ekvatoruna düzülür.
d) Xromatidlərin ayrılması nəticəsində xromosomların miqdarı iki
dəfə artır.
e) Nüvə pərdəsi və nüvəcik itir.
f) Bölünmə vətərləri yaranmağa başlayır.
g) Bölünmə vətərləri xromosomların sentromerinə birləşir.
h) Bir ana hüceyrədən iki qız hüceyrə yaranır.
i)
Bölünmə vətərləri tərəfindən xromosomları təşkil edən
xromatidlər hüceyrənin qütblərinə çəkilir.
j)
Qütblərə çəkilən xromosomların spiralları açılır.
k) Hüceyrə mərkəzinin ikiləşmiş sentriolları qütblərə çəkilir.
l)
Bu dövrdən başlayaraq xromatidlər sərbəst xromosomlar hesab
olunur.
m) Nüvə pərdəsi və nüvəcik yaranır.
I. Profaza
II. Metafaza
III. Anafaza
IV. Telofaza
70
H
ÜCEYRƏNİN BÖLÜNMƏSİ. MEYOZ
Əksər orqanizmlərin bədən hüceyrələri, adətən, mitoz bölünmə yolu ilə meydana
gəlir. Belə hüceyrələrin nüvələrində ikiqat (diploid 2n) xromosom yığımı olur. Lakin
cinsiyyət hüceyrələrinin yaranması çox vaxt meyoz bölünmə yolu ilə gedir. Bu yolla
yaranan hüceyrələrin nüvələrində xromosom yığımı, adətən, birqat (haploid n) olur.
Meyoz bölünmə bir-birini əvəz edən iki mərhələdən ibarətdir. Hər bir mərhələ
mitozdakı kimi 4 fazadan – profaza, metafaza, anafaza və telofazadan ibarətdir.
Meyoz bölünmədə də hüceyrə əvvəl interfaza mərhələsini keçirir. İnterfazada
hüceyrənin ölçüləri böyüyür, xromosomların DNT-si ikiləşir.
I profaza. İlkin bölünmə (I meyoz) I profaza ilə başlayır. Bu fazada ikixromatidli
xromosomlar spirallaşaraq yoğunlaşır və işıq mikroskopunda aydın görünür. Homo-
loji xromosomlar bir-birinə yaxınlaşaraq uzunluqları boyu sıx söykənir. Buna kon-
yuqasiya deyilir. Onlar müəyyən hissələrində bir-birinə birləşən cütlər əmələ gətirir.
Belə cütlər əmələ gətirən homoloji xromosomların bir-birinə yapışmış müəyyən his-
sələrinin DNT sapları arasında sahə mübadiləsi gedir. Nəticədə homoloji xromosom
cütlərinin hər birində yeni gen kombinasiyaları yaranır.
Bu proses xromosom çarpazlaşması və ya krossinqover (ing. “crossinq-over” –
çarpazlaşma) adlanır. Bunun nəticəsində valideyn xromosomlarında olmayan kom-
binativ əlamətlər meydana gəlir. Mitozda olduğu kimi, burada da ikiləşmiş sentriol-
lar qütblərə çəkilir və bölünmə vətərləri əmələ gəlir. Profazanın sonunda nüvə pər-
dəsi və nüvəcik itir və xromosomlar sərbəst halda sitoplazmada yerləşir.
19
– Heyvanların cinsiyyət hüceyrələri hansı quruluşa malikdir?
– Niyə uşaqlar valideynlərinə bənzəsələr də, onların dəqiq surəti
olmurlar?
Meyoz bölünmə
Profaza I
İnterfaza
Metafaza I
Anafaza I
Telofaza I
Profaza II
Metafaza II
Anafaza II
Telofaza II
ı
71
• II fəsil •
Hüceyrə canlının quruluş və inkişaf vahididir
•
I metafazada xromosom cütləri hüceyrənin mərkəzində – ekvatorunda yerləşir.
Sonra I anafazada bölünmə vətərlərinin köməyi ilə hüceyrənin homoloji xro-
mosomları bir-birindən ayrılaraq tam şəkildə hüceyrənin əks qütblərinə çəkilir.
I telofazada meyozun ilkin bölünmə mərhələsi sona çatır və nəticədə haploid
xromosom yığımlı iki hüceyrə yaranır. Burada hər bir xromosom ikixromatidli olur.
Xromosom yığımı ikiqat azaldığı üçün bu bölünmə reduksion bölünmə də adlanır.
I bölünmə mərhələsindən sonra yenə interfaza baş verir. Bu mərhələ çox qısa olur
və burada xromosomların DNT-si ikiləşmir.
Meyoz bölünmənin ikinci mərhələsi II profaza ilə başlayır. I telofazada yaranan
qız hüceyrələr mitozun profazasındakı kimi dəyişilmələrə məruz qalır. Onlarda da
profazanın sonunda nüvə pərdəsi ilə nüvəcik itir və bölünmə vətərləri yaranmağa
başlayır. II metafazada da xromosomlar hüceyrənin ekvatoru boyunca düzülür. II
anafazada mitozdakı kimi hər iki qız hüceyrənin qütblərinə xromatidlər çəkilir. Bu
səbəbdən II anafazada xromosom yığımı artır. II telofazada qütblərə çəkilən xro-
mosomların spiralları açılır və onlar nüvə pərdəsi ilə əhatə olunur. Nüvəcik əmələ
gəlir. Sonra hüceyrələrin sitoplazmaları bölünür
və nəticədə xromosom yığımı haploid olan 4
ədəd qız hüceyrə yaranır ki, bunlardan da cin-
siyyət hüceyrələri formalaşır. Beləliklə, meyoz
bölünmə zamanı bir diploid hüceyrədən 4 hap-
loid hüceyrə yaranır.
Mitoz və meyoz proseslərini müqayisə edin.
Göstəricilər
Mitoz
Meyoz
1. Prosesin baş verdiyi yer
2. Bölünmələrin sayı
3. Hansı hüceyrələr əmələ gəlir
4. Əmələ gələn hüceyrələrin sayı
5. Krossinqoverin baş verməsi
6. Qız hüceyrələrdə xromosomların sayı
– Haploid cinsiyyət hüceyrələrinin yaranmasının nə əhəmiyyəti var?
Meyozun bioloji əhəmiyyəti. Meyoz prosesində xromosomların miqdarı ikiqat
azaldığı üçün qametlərin birləşməsi zamanı bu miqdar sonrakı nəsillərdə sabit qalır.
Bundan başqa, ata və ana xromosomlarının ziqotda birləşməsi zamanı xromosomla-
rın yeni kombinasiyaları meydana gəlir ki, bu da yeni əlamətlərin yaranması ilə nəti-
cələnir.
Fəaliyyət
•
konyuqasiya
•
krossinqover
•
reduksion bölünmə
A ç a r s ö z lə r
72
1. Şəklə diqqətlə baxın. Şəkillərin hansının mitoza və hansının meyoza aid olduğunu
müəyyənləşdirin. Onları hansı əlamətlərinə görə fərqləndirdiyinizi izah edin.
Rəqəmləri prosesin baş verdiyi ardıcıllıqla cədvəldə qeyd edin.
2. Düzgün cavabları seçin:
Meyoz nəticəsində bir diploid hüceyrədən dörd diploid/haploid xromosom yığımlı
hüceyrə əmələ gəlir.
Heyvan hüceyrələrində krossinqover mitoz/meyoz prosesində baş verir.
Xromosom çarpazlaşması meyoz/transkripsiya prosesində baş verir.
Meyoz nəticəsində nüvədə xromosomların sayı iki dəfə çoxalır/azalır.
Meyoz nəticəsində heyvan orqanizmində əzələ/cinsiyyət hüceyrələri yaranır.
Meyoz bölünmədə krossinqoverin mahiyyəti homoloji sahələrlə
mübadilədir/xromosomların sərbəst ayrılmasıdır.
Meyoz bölünmənin birinci metafazasında hər xromosomun tərkibinə bir/iki xromatid daxil olur.
Hüceyrənin bölünməyə hazırlıq mərhələsi anafaza/interfaza adlanır.
3. Meyoz bölünmə zamanı hər fazaya uyğun prosesləri müəyyən edin.
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
Mitoz Meyoz
1
2
3
4
5
6
7
8
9
10
11
12
MEYOZUN FAZALARI
А) I profaza
B) I anafaza
C) I telofaza
D) II metafaza
E) II anafaza
PROSESLƏR
1) Xromatidlərin ayrılması və qütblərə çəkilməsi.
2) Homoloji xromosomlar arasında konyuqasiya prosesinin baş
verməsi.
3) Homoloji xromosomların əks qütblərə çəkilməsi.
4) Haploid yığımlı ikiləşmiş xromosomları olan hüceyrələrin
yaranması.
5) Hüceyrədə xromosomların ekvatorda yerləşməsi.
ı
73
• II fəsil •
Hüceyrə canlının quruluş və inkişaf vahididir
•
1. İnternet resurslarından istifadə edərək “Hüceyrənin kəşfi tarixi. Hüceyrə nəzəriyyəsi”
mövzusunda məlumat toplayın. Məlumatları kartoteka formasında cədvəllər şəklində
təqdim edin.
Kəşfin tarixi
Alim
Kəşfin mahiyyəti
2. İnternet resurslarından istifadə edərək Publisher, yaxud WORD proqramında (A4
ölçülü kağızlarda) “QİÇS: yoluxma yolları və profilaktikası” yaxud “Hepatit virusu:
yoluxma yolları və profilaktikası” mövzularında yaddaş kitabçası tərtib edin.
3. Populyar ədəbiyyat, yaxud internet resurslarından istifadə edərək qədim və müasir
mikroskoplar haqqında məlumat tapın. Məlumatı aşağıdakı plan əsasında elektron
təqdimat formasında tərtib edin:
Mikroskopun şəkli, texniki imkanları
Yaranma tarixi
Müəllif
Mikroskopun köməyi ilə edilən kəşflər
4. İnternet resurslarından istifadə edərək “Fotosintezin kəşfi tarixi” mövzusunda məlu-
mat toplayın. Məlumatları kartoteka formasında cədvəllər şəklində təqdim edin.
Kəşflərin tarixi
Alim
Elmə verdiyi töhfə
5. Dərslikdən və http://festival.1september.ru/articles/515676/ ünvanında yerləşən
məlumatlardan istifadə edərək “Mitoz” model-aplikasiyasını hazırlayın.
L a y i h ə
74
1. Düzgün variantları müəyyən edin:
1) Birhüceyrəli orqanizmləri ilk dəfə mikroskop altında müşahidə edən
A.Levenhuk/T.Şvann olmuşdur.
2) Qeyri-hüceyrəvi quruluşa malik olan canlılar bakteriyalardır/viruslardır.
3) İnsanın immun sisteminin işini pozan poliomielit/QİÇS virusudur.
4) Məməlilərin yumurtahüceyrəsini öyrənən K.Ber/R.Virxov olmuşdur.
5) Nüvənin əsas komponenti ribosomlardır/xromosomlardır.
6) Hüceyrə ilə ətraf mühit arasında maddələr mübadiləsi plazmatik membran/sitoplazma
ilə tənzimlənir.
2. Əvvəlcə heyvan və bitki hüceyrələrini, sonra isə onlarda fərqlənən orqanoidləri
qeyd edin.
3. Dəftərinizdə cümlələrin qarşısına müvafiq strukturun nömrəsini qeyd edin.
a) Maddələrin hüceyrə daxilində daşınmasını təmin edir __
b) Hüceyrədə yaranan maddələri toplayır __
c) Hüceyrədaxili həzmdə iştirak edir __
d) Yaranan enerjini ATF enerjisi şəklində ehtiyat halında saxlayır __
e) Günəş enerjisini udmaq qabiliyyətinə malikdir __
f) Funksiyası zülal sintez etməkdir __
1) Holci kompleksi
2) lizosom
3) ribosom
4) endoplazmatik şəbəkə
5) plastid
6) mitoxondri
Ü m u m i l ə ş d i r i c i t a p ş ı r ı q l a r
1 ___________________
2 ___________________
3 ___________________
4 ___________________
____
hüceyrəsi
____
hüceyrəsi
ı
75
• II fəsil •
Hüceyrə canlının quruluş və inkişaf vahididir
•
4. Fotosintez zamanı mərhələlərin ardıcıllığını müəyyən edin. Cədvəli dəftərinizə kö-
çürün və tamamlayın.
a) Suyun fotolizi
b) Xlorofil molekulu tərəfindən işıq enerjisinin tutulması
c) Sərbəst oksigenin xaric edilməsi
d) Karbon qazının hidrogen protonları ilə birləşməsi
e) Qlükozanın əmələ gəlməsi
f) Xlorofil molekulunun elektron itirməsi
5.Uyğunluğu müəyyən edin:
6. Translyasiya prosesində 45 molekul n-RNT iştirak etmişdir. Sintez olunan zülalın
tərkibinə daxil olan aminturşuların, gendə olan tripletlərin və nukleotidlərin sayını
müəyyən edin:
Aminturşular: ...
Tripletlər: ...
Nukleotidlər: ...
7. Mitozun mərhələlərinin düzgün ardıcıllığını müəyyən edin. Sxemi dəftərinizə çəkin
və tamamlayın.
a) Xromatidlərin hüceyrənin əks qütblərinə çəkilməsi
b) Xromosomların spirallaşması
c) Qız nüvələrin yaranması
d) Xromosomların hüceyrənin ekvatorunda yerləşməsi
e) Xromosomların bölünmə vətərinin tellərinə birləşməsi
f) Nüvə pərdəsinin dağılması
1
2
3
4
5
6
a) m-RNT-nin sintezi
b) n-RNT-nin aminturşuları ribosoma daşıması
c) Ribosomda məlumatın m-RNT-dən oxunması
d) m-RNT-nin ribosoma çatdırılması
e) m-RNT-də nukleotid ardıcıllığının aminturşular ardıcıllığına
çevrilməsi
1. Transkripsiya
2. Translyasiya
76
O
RQANİZMLƏRİN ÇOXŞƏKİLLİLİYİ
Orqanizm tam bir vahid kimi fəaliyyət göstərən bioloji sistem hesab olunur. Yer
üzərində quruluşuna və qidalanma tipinə görə bir-birindən fərqlənən çoxlu orqa-
nizmlər yaşayır. Onlardan ən sadə quruluşlu olanlar birhüceyrəlilərdir.
20
– Orqanizmlər hansı aləmlərə bölünür?
Fəaliyyət
Bu və ya digər aləmə mənsub olmasından asılı olaraq sadalanan orqanizmləri
qruplaşdırın. Aləmlərin adını çəkin və hansı orqanizmlərin birhüceyrəli olduğunu
qeyd edin.
1) qov göbələyi;
2) xlamidomonada;
3) boz canavar;
4) quş mamırı;
5) vərəm çöpü;
6) vəba vibrionu;
7) ağ planari;
8) mukor;
9) mayböcəyi;
10) xlorella;
11) ulva;
12) penisil;
13) tütün mozaikası virusu;
14) çöl qatırquyruğu;
15) askarid;
16) amöb.
Aləm
?
?
?
?
Orqanizmlər
– Sadalananlardan hansılar heç bir aləmə aid edilmir?
III fəsil
ORQANİZM
TAM BİR SİSTEMDİR
3
77
• III fəsil •
Orqanizm tam bir sistemdir
•
Canlıların əksəriyyəti hüceyrəvi quruluşa malikdir.
Birhüceyrəli orqanizmlər. Birhüceyrəlilərdə bədən yalnız bir hüceyrədən təşkil
olunmuşdur. Hüceyrə canlıya xas olan bütün əlamətlərə malik olur. Onların hücey-
rələrində olan orqanoidlər müxtəlif funksiyaları yerinə yetirir.
Birhüceyrəlilər əlverişli şəraitdə sürətlə çoxalırlar. Şərait əlverişsiz olduqda isə
onların əksəriyyəti qalın qabıqla örtülərək sista və ya spor əmələ gətirir. Birhücey-
rəlilərin nümayəndələrinə bakteriyalar, bitkilər, göbələklər və heyvanlar arasında
rast gəlinir.
Bitkilər arasında birhüceyrəlilərə xlorella, xlаmidomonada və plevrokokk yosun-
larını, göbələklərdən – maya göbələklərini, heyvanlardan isə amöb, evqlena, infuzor
və s.-ni misal göstərmək olar. Bunlar eukariot orqanizmlərdir. Prokariot orqanizmlər
olan bakteriyalarda bədən yalnız bir hüceyrədən ibarət olur.
Çoxhüceyrəli orqanizmlər. Bitkilər, heyvanlar və göbələklərin əksəriyyətinin
bədəni çoxlu hüceyrədən və hüceyrəarası maddədən təşkil olunmuşdur. Onların bə-
dənlərini təşkil edən hüceyrələr qrupu müəyyən funksiyaları yerinə yetirməyə uy-
ğunlaşmışdır. Çoxhüceyrəlilərin bir çoxu üçün bir hüceyrədən – ziqotdan və ya
spordan başlayan fərdi inkişaf xarakterikdir. Qidalanma tiplərinə görə onlar avtotrof,
heterotrof və miksotroflara bölünür. Avtotroflara yaşıl bitkilər, heterotroflara isə
əksər heyvanlar, göbələklər və xlorofilsiz bitki-
lər aiddir. Heterotroflar arasında saprofit (əksər
göbələklər) və ya başqa orqanizmin hesabına
yaşayaraq onlara zərər vuran parazitlər (lent-
şəkilli qurdlar, sorucu qurdlar və s.) mövcuddur.
Miksotroflar həm avtotrof, həm də heterotrof
Dünya okeanının 10 641 metr dərinliyində
ksenofiofora
adlanan nəhəng
birhüceyrəli yosunlar tapılmışdır. Bu yosunlar Marian çökəkliyinin işıq
düşməyən, oksigen çox az olan ən dərin nöqtəsində aşkarlanmışdır. Bu
canlıların diametri 10 sm-ə çatır.
Ksenofiofora
yosununun sitoplazmasında bərabər paylanmış çoxsaylı
nüvələr var. Xarici görünüşünə görə də onlar diskşəkilli, tetraedr forma-
sında ola bilər.
Ksenofiofora
•
sista
•
spor
•
miksotrof qidalanma
A ç a r s ö z lə r
78
yolla qidalana bilir. Məsələn, həşərattutan nepentes bitkisi fotosintez edərək avtotrof
qidalanmaqla bərabər, həm də həşərat tutmaqla heterotrof yolla qidalanır.
1. Müxtəlif aləmlərə aid olan birhüceyrəlilərə misal göstərin.
Aləm
Birhüceyrəli orqanizmlər
2. Düzgün ifadələri seçin:
1) Saprofitlər başqa orqanizmin hesabına yaşayaraq onlara zərər vururlar.
2) Canlı orqanizmlərdə də cansız təbiətin cisimlərində olan kimyəvi elementlərə rast
gəlinir.
3) Maddələr mübadiləsi yalnız çoxhüceyrəli orqanizmlərə xasdır.
4) Nepentes bitkisi fotosintez edərək yalnız avtotrof yolla qidalanır.
5) Homo sapiens – heyvanlar aləminin nümayəndəsidir.
6) Viruslar prokariotlara aiddir.
7) Qıcıqlanma yalnız heyvanlara xasdır.
8) Zülallar, yağlar, nuklein turşuları canlıların əsas komponentləridir.
3. Suallara cavab verin:
a) Nə üçün çoxhüceyrəli orqanizmlərin hüceyrələri birhüceyrəlilərlə müqayisədə daha
sadə quruluşa malikdir?
b) İnsan orqanizmi misalında çoxhüceyrəli orqanizmin hüceyrə toplusu deyil, tam bir
sistem olduğunu sübut edin.
Həzm sisteminə malik heterotrof orqanizmlərin qidalanması holozoy yolla
baş verir. Holozoy qidalanmanın əsas xüsusiyyəti qidanın tutulması, udul-
ması, onun həzm olunması və bədənə sorulmasıdır. Holozoy qidalananlar
əgər bitki mənşəli qida ilə qidalanarsa – bitkiyeyən, heyvanlarla qidalanarsa
– yırtıcı, həm heyvan, həm də bitki ilə qidalanarsa – hərşeyyeyən adlanır.
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
3
79
• III fəsil •
Orqanizm tam bir sistemdir
•
O
RQANİZMLƏRİN ÇOXALMA FORMALARI
Orqanizmlərdə iki tip çoxalma – qeyri-cinsi (cinsiyyətsiz) və cinsi çoxalma müşa-
hidə olunur.
Orqanizmlərin qeyri-cinsi çoxalma formalarının öyrənilməsi
İşin məqsədi: müxtəlif bitki orqanizmlərində təsadüf olunan qeyri-cinsi çoxalma forma-
larının öyrənilməsi.
İşin gedişi:
1. Bitki herbarilərini nəzərdən keçirin.
2. Həmin bitkilərin cinsiyyətsiz çoxalma üsullarını təklif edin.
3. Cədvəli tamamlayın.
№
Bitkinin adı
Qeyri-cinsi çoxalma üsulları
1
Çiyələk
2
Soğan
3
Bənövşə
4
Sürünən ayrıqotu
5
Kartof
– Qeyri-cinsi çoxalmanın bioloji rolu nədən ibarətdir?
Qeyri-cinsi çoxalma. Bu çoxalmada, adətən, bir valideyn iştirak edir və cinsiyyət
hüceyrələri – qametlər yaranmır. Valideyn forma öz əlamət və xüsusiyyətini bütün-
lüklə nəslə ötürə bildiyindən nəsildə onun tam oxşarı olan qız fərdlər meydana gəlir.
Qeyri-cinsi çoxalmanın bölünmə, vegetativ, tumurcuqlanma və sporəmələgətirmə
kimi formaları var.
Bölünmə yolu ilə çoxalma. Bəzi orqanizmlər bölünmə yolu ilə çoxalırlar. Bölün-
mə hüceyrənin ikiyə və ya çoxlu hüceyrələrə bölünməsi ilə başa çatır.
Birhüceyrəli orqanizmlərin bir çoxu, məsələn, adi amöb, yaşıl evqlen hüceyrə-
lərini ikiyə bölmə yolu ilə çoxalırlar. Lakin malyariya paraziti və bəzi qamçılılarda
qeyri-cinsi çoxalma bir hüceyrənin çoxlu hüceyrəyə bölünməsi yolu ilə baş verir.
Fəaliyyət
Laboratoriya işi
21
– Çoxalma nədir?
– Təbiətdə hansı çoxalma formalarına rast
gəlinir?
Canlı orqanizmlərin əsas xüsusiyyətlə-
rindən biri çoxalmadır. Çoxalma zamanı
orqanizmlər özlərinə oxşar nəsil törə-
dirlər.
Bölünmə yolu ilə
çoxalma
Adi amöb
Yaşıl evqlen
80
Vegetativ çoxalma. Bəzi orqanizmlər bədən hissələri ilə çoxala bilirlər. Bu, vege-
tativ çoxalma adlanır. Vegetativ çoxalma, əsasən, bitkilərdə müşahidə olunur. Bu
çoxalmadan kənd təsərrüfatında ana bitkilərin əlamətlərini saxlamaq və onlardan tez
bir zamanda nəsil almaq üçün istifadə edilir.
Süngərlər, bağırsaqboşluqlular, yastı qurdlar (planarilər), dərisitikanlılarda bəzən
bədəninin qopmuş hissələrindən tam orqanizm inkişaf edə bilir. Bu cür bədən his-
sələri ilə çoxalma fraqmentasiya adlanır. Belə çoxalma, əsasən, oturaq həyat tərzi
keçirən orqanizmlər arasında daha çox rast gəlinir.
Tumurcuqlanma yolu ilə çoxalma. Maya göbələklərində, süngərlərdə və bağır-
saqboşluqlularda tumurcuqlanma yolu ilə çoxalmaya rast gəlinir. Bu zaman ana or-
qanizmin bədəninin müəyyən hissəsində tumurcuğabənzər şişkinlik yaranır. O, inki-
şaf edərək yeni orqanizmə başlanğıc verir.
Spor vasitəsilə çoxalma. Yosunlar, mamırlar, qıjıkimilər və göbələklər sporla
çoxalır. Sporlar qalın qılafla örtülmüş tək hüceyrədən ibarətdir. Uzun müddət əl-
verişsiz şəraitdə yaşaya bilir. Əlverişlişəraitə düşdükdə cücərərək yeni orqanizmə
başlanğıc verir.
Bitkilərin vegetativ çoxalması
1 – inciçiçəyi (kökümsovla)
2 – qarağat (gövdə ciliyi ilə)
3 – çiyələk (bığcıqla)
4 – dağlaləsi (soğanaqla)
5 – beqoniya (yarpaqla)
5
4
3
2
1
Tumurcuqlanma
yolu ilə çoxalma
Bağırsaq-
boşluqlular
Maya
göbələkləri
Göbələklər
Qıjıkimilər
Spor
vasitəsilə
çoxalma
Mamırlar
Sporlar
Sporlar
Sporlar
3
81
• III fəsil •
Orqanizm tam bir sistemdir
•
Cinsi çoxalma. Cinsi çoxalmada, adətən, iki
valideyn fərd iştirak edir və onlarda cinsi hücey-
rələr – qametlər yaranır. Cinsi çoxalma zamanı
qametlərin birləşməsi nəticəsində sonda hər iki
valideynin əlamətlərini daşıyan yeni orqanizm
meydana gəlir. Belə orqanizmlər ətraf mühitin dəyişən şəraitinə daha dözümlü olur.
1. Şəkildə göstərilən çoxalma üsulu qeyri-cinsi çoxalmanın hansı növüdür?
A, B və C orqanizmlərinin adını və çoxalma formasını qeyd edin.
2. Sual işarəsinin yerinə uyğun olan anlayışı məntiqə əsasən müəyyən edin.
3. Nə üçün bəzi orqanizmlərdə cinsi və qeyri-cinsi nəsil növbələşməsi baş verir?
Misallar göstərin.
Misirdə tapılan qədim əlyazmalara
görə, orada kənd təsərrüfatı yaxşı
inkişaf etmişdi. Həmin dövrə aid olan
şəkillərdə üzüm bitkisinin yetişdiril-
məsi göstərilmişdir. Artıq o dövrlərdə
qələm və s. üsullardan istifadə olu-
nurdu. Bunun üçün kiçik oraqşəkilli
bıçaqlardan istifadə edirdilər.
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
A
B
C
Cinsi çoxalma – iki valideyn
Qeyri-cinsi çoxalma – ?
Maya göbələkləri – tumurcuqlanma
Adi amöb – ?
Bölünmə – yaşıl evqlen
? – hidra
İnfuzor tərlik – iki hüceyrə
? – çoxlu hüceyrə
? – spor
Toxum – küknar
Spor – qeyri-cinsi çoxalma
Qamet – ?
•
vegetativ çoxalma
•
tumurcuqlanma
•
sporəmələgətirmə
A ç a r s ö z lə r
82
C
İNSİ HÜCEYRƏLƏRİN YARANMASI VƏ MAYALANMA
Cinsiyyət hüceyrələrinin quruluşu.
İşin məqsədi: cinsiyyət hüceyrələrinin fərqli quruluş xüsusiyyətlərini öyrənmək.
İşin gedişi:
1. Hazır mikropreparatlardan istifadə etməklə cinsiyyət hüceyrələrinin quruluşunu
öyrənmək.
2. Müqayisə cədvəlini doldurun.
Əlamətlər
Spermatozoid
Yumurta hüceyrə
Quruluşu və forması
Hərəkətliliyi
Ehtiyat qida maddələri
Ölçüsü
Sayı
Xromosom yığımı
– Cinsiyyət hüceyrələrinin bioloji əhəmiyyəti nədir?
Qametlərin (cinsiyyət hüceyrələrinin) yaranması və inkişafı. Qametlərin
yaranması prosesi qametogenez adlanır. Cinsi hüceyrələr valideyn orqanizmlərin
xüsusi orqanlarında – heyvanlarda cinsiyyət orqanlarında – yumurtalıqda və toxum-
luqda əmələ gəlir. Öz inkişafının birinci mərhələsində ilkin cinsiyyət hüceyrələri
mitoz yolla bölünür və bu zaman onların miqdarı artır.
İkinci mərhələdə ilkin cinsiyyət hüceyrələri sonrakı bölünməyə hazırlaşır. Bu
zaman həmin hüceyrələrdə DNT-nin miqdarı iki dəfə artır və onlar böyüyür. Sonrakı
Fəaliyyət
Laboratoriya işi
22
– Erkək cinsiyyət hüceyrələri dişi cinsiyyət hüceyrələrindən nə ilə fərqlənir?
– Bu fərqli cəhətlər nə ilə əlaqədardır?
Qametogenez
Cinsi hüceyrələrin
yaranması
və inkişafı
İlkin cinsi
hüceyrələrin
çoxalması
mərhələsi
Böyümə mərhələsi
Yetişmə mərhələsi
Yumurta hüceyrə
Spermatozoid
Yönəldici
cisimciklər
Meyoz bölünmə
Mitoz
bölünmə
3
83
• III fəsil •
Orqanizm tam bir sistemdir
•
mərhələ yetişmə mərhələsi adlanır. İlkin cinsiy-
yət hüceyrələri meyoz yolla bölünürlər. Meyoz
zamanı ilkin dişi cinsiyyət hüceyrəsinin sito-
plazmasının qeyri-bərabər bölünməsi sayəsində
sonda bir böyük və üç kicik hüceyrə (yönəldici
cisimciklər) yaranır, kiçik hüceyrələr məhv
olurlar. Beləliklə, inkişaf edən ilkin dişi cin-
siyyət hüceyrəsi yalnız bir ədəd tam iri hücey-
rəyə başlanğıc verir ki, buna da coxlu miqdarda
ehtiyat qida maddəsi toplanmış olur. Sonradan
bu hüceyrə yumurta-hüceyrəyə çevrilir.
İlkin erkək cinsi hüceyrələrindən meyoz
nəticəsində eyni cür 4 hüceyrə yaranır ki, on-
lardan da spermatozoidlər yetişir.
Mayalanma. Ziqotun yaranması ilə nəticə-
lənən erkək və dişi qametin birləşməsi prosesi
mayalanma adlanır. Mayalanma spermatozoi-
din yumurta-hüceyrəyə daxil olması nəticə-
sində baş verir. Mayalanma prosesindən sonra
ziqot bölünməyə başlayır və diploid rüşeym
əmələ gəlir. Sonradan ondan yeni orqanizm formalaşır.
Cinsi çoxalmanın formaları. Əksər heyvanlarda, məsələn, bir çox sap qurd-
larda, ikitaylılarda, buğumayaqlılarda dişi və erkək orqanlar ayrı-ayrı fərdlərdə olur.
Bunlar ayrıcınsli heyvanlar adlanır. Lakin yastı və həlqəvi qurdlar kimi bəzi hey-
vanlarda bir fərddə hər iki cinsiyyət orqanı olur ki, belə orqanizmlər hermafrodit
adlanır.
Bəzi hallarda cinsi çoxalma zamanı mayalanma prosesi getmir. Lakin maya-
lanma getməmiş qametdən tam formalaşmış yeni fərd əmələ gəlir.
Mayalanma baş vermədən, qametdən yeni orqanizmin yaranması – partenogenez
(yun. “ parthenos” – qız, “ genesis” – doğulma) adlanır. Partenogenez erkək bal arıla-
rında, dafniyalarda, mənənələrdə və s. heyvanlarda müşahidə olunur.
1. Qametogenezdə dişi cinsi hüceyrənin yaranması zamanı baş verən hadisələrin
ardıcıllığını göstərin:
a) iri hüceyrə yumurta hüceyrəyə çevrilir.
b) ilkin cinsiyyət hüceyrələrində DNT-nin miqdarı iki dəfə artır.
c) ilkin cinsiyyət hüceyrələri böyüyürlər.
d) ilkin cinsiyyət hüceyrələri meyoz yolla bölünürlər.
e) inkişaf edən ilkin dişi cinsiyyət hüceyrəsi yalnız bir ədəd tam iri sarılıq toplanmış
hüceyrəyə başlanğıc verir.
f) ilkin cinsiyyət hüceyrələri mitoz yolla bölünür.
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
Mənənələrin çoxalması, adətən,
partenogenez və ya diribala-
doğma ilə gedir. Bəzi nüma-
yəndələri doğulanda artıq bədən-
lərində yumurta-hüceyrə inkişaf
edir və anadan 10–15 gün sonra
dünyaya gəlir.
!
•
qametogenez
•
Dostları ilə paylaş: |