43
• II fəsil •
Hüceyrə canlının quruluş və inkişaf vahididir
•
İnsanın virus xəstəlikləri ilə yoluxma yolları. Viruslar insanda müxtəlif xəstə-
liklər əmələ gətirir. Onlar bir neçə yolla sahib orqanizmə düşə bilir. Məsələn, hepatit
A virusu keyfiyyətsiz qida vasitəsi ilə sahib orqanizmnə daxil olur. Virusların bir
qismi qanla, steril olmayan tibbi alətlərlə, anadan plasenta vasitəsilə dölə keçir.
Hepatit B, quduzluq, immunçatışmazlığı və s.
viruslar qan vasitəsilə bir insandan digərinə keçir.
Bir çox viruslar insanın tənəffüs yollarına
nəfəs aldığı havadan, bəzən isə xəstə insanın tə-
nəffüsü zamanı hava-damcı yolu ilə keçir. Belə
viruslar uzaq məsafələrə aparılaraq epidemiyalar
yarada bildiyi üçün təhlükəli hesab olunur. Bu
yolla qrip, çiçək və s. xəstəliklər keçə bilir.
Qrip xəstəliyinin törədicisi qrip virusudur. Bu
virus, əsasən, tənəffüs yollarını zədələyir. Xəstəlik
xəstə insanın tənəffüsü zamanı hava-damcı yolu ilə
digər insanlara kecir. İnsan hava-damcı yolu ilə
həm də çiçək virusuna yoluxur. Çiçəklə yoluxma
zamanı əvvəl tənəffüs yolları, sonra dəri zədələnir.
Qızılca xəstəliyi damcı infeksiyasıdır. Bu xəstəliyi törədən virusla yoluxma za-
manı insanda əvvəl ağız boşluğundan bronxlara qədər bütün tənəffüs yolları, daha
sonra dəri və bağırsağın zədələnməsi müşahidə edilir.
Uşaqlarda poliomielit (uşaq iflici) adlanan virus xəstəliyinə daha tez-tez rast gə-
linir. Poliomielit zamanı udlaq və bağırsaq, bəzən onurğanın hərəki neyronları zə-
dələnir. Poliomielit hava-damcı yolu ilə su və ərzaq məhsullarıyla, çirklənmiş əşya-
larla, xəstə insanın nəcisindən milçəklər vasitəsilə digər insana keçə bilir. Viruslar
insandan başqa, bakteriyalarda, göbələklərdə, bitkilərdə, heyvanlarda da xəstəlik tö-
rədirlər.
– İnsan özünü virus xəstəliklərindən necə qoruya bilər?
Müzakirə üçün
Virus xəstəliklərinin profilaktikası
Vaksinləşdirmə.
Bu zaman bir virusdan digərlərinə qarşı
mübarizədə
istifadə edilir. 1885-ci ildə fransız alimi Lui Paster quduzluq virusuna qarşı
vaksin kəşf etdi. Bu virusu orqanizmə daxil etdikdə xəstəlik törətmir, lakin
xəstəliktörədən virusa qarşı fəal immunitet yaradır.
Kimyəvi terapiya.
Bu üsul kimyəvi preparatların viruslara təsirinə əsas-
lanır. Çətinlik ondadır ki, viruslar hüceyrə daxilində onun strukturlarından
istifadə edərək çoxalır və virusa bu üsulla təsir etdikdə hüceyrədə də
maddələr mübadiləsi pozulur.
İnterferon
.
Hüceyrə tərəfindən virusun təsirinə qarşı sintez olunan qoru-
yucu zülaldır. Bu zülal hüceyrəyə daxil olan virusun çoxalmasının qar-
şısını alır. Müşahidələr göstərir ki, orqanizmdə interferon nə qədər az
əmələ gələrsə, virus xəstəliyi də bir o qədər ağır keçər.
•
virus
•
poliomielit
•
hepatit
A ç a r s ö z lə r
Hepatit virusu
44
1. Uyğunluğu müəyyən edin:
Yoluxma yolları
Xəstəlik
A. Çirklənmiş qida ilə
B. Qan vasitəsilə
C. Hava-damcı yolu ilə
1. hepatit A
2. hepatit B
3. immunçatışmazlığı
4. qrip
5. çiçək
2. Bakteriya və virusları müqayisə edin. Hər bir ifadənin bakteriyalara, viruslara və ya
hər ikisinə uyğun gəldiyini müəyyən edin. Cavabları cədvəldə yazın.
1. İnfeksion xəstəliklər və epidemiyalar
törədirlər.
2. Hüceyrəsiz həyat formasıdır.
3. Bəziləri avtotrofdur.
4. Qamçıların köməyi ilə hərəkət edirlər.
5. Hüceyrə daxilində çoxalırlar.
6. Nuklein turşularında genetik
məlumatları saxlayırlar.
7. Hüceyrə divarına malikdirlər.
8. Zülal örtüklə örtülür.
9. Sahibin irsi materialına qoşula bilir.
10. Formalaşmış nüvəsi olmur.
11. Bölünmə yolu ilə çoxalır.
3. Əlavə mənbələrdən istifadə edərək virus xəstəlikləri barədə məlumat hazırlayın.
Məlumatları cədvəldə qeyd edin.
İnsan xəstəlikləri
Heyvan xəstəlikləri
Bitki xəstəlikləri
4. Suallara cavab verin:
Bəzi viruslar insan orqanizminə bədənin selikli qişası ilə daxil olur. Buna əsaslanaraq
virusların insan orqanizminə gözlərin selikli qişası ilə daxil ola bilməsini demək
olarmı?
Kompüterlərin normal işini pozan zərərli proqramları nəyə görə “virus” adlandırırlar?
Yalnız
viruslara
aiddir
Yalnız bak-
teriyalara
aiddir
Hər iki
qrupa aiddir
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
ı
45
• II fəsil •
Hüceyrə canlının quruluş və inkişaf vahididir
•
H
ÜCEYRƏ STRUKTURLARI VƏ ONLARIN FUNKSİYALARI
Hüceyrə strukturlarının bir çoxu sitoplazmadan membranla (lat. “membran” –
dəri, örtük) ayrılırla. Membran iki lipid cərgəsi və zülallardan təşkil olunmuşdur.
Membrana malik hüceyrə strukturları membranlı orqanoidlər adlanır. Bəzi orqa-
noidlər isə sitoplazmadan membranla ayrılmırlar. Bunları membransız orqanoidlər
adlandırırlar.
Membranlı orqanoidlər. Belə orqanoidlər özləri də birmembranlı və ikimem-
branlı olmaqla iki qrupa ayrılırlar. Birmembranlı orqanoidlərə endoplazmatik şəbə-
kə, Holci kompleksi, lizosom, ikimembranlılara isə mitoxondri və plastidlər aiddir.
Birmembranlı orqanoidlər. Endoplazmatik şəbəkə membranla əhatələnmiş ka-
nal və boşluqlar sistemidir. Endoplazmatik şəbəkənin dənəvər və hamar tiplərini ayı-
rırlar. Dənəvər endoplazmatik şəbəkənin membranı üzərində ona “dənəvərlik” verən
çoxlu ribosom yerləşir. Burada zülal sintez olunur. Hamar endoplazmatik şəbəkədə
isə karbohidrat və lipidlər əmələ gəlir. Endoplazmatik şəbəkə təkcə maddələri sintez
edərək kanal və boşluqlarında saxlamır, o həm də bu maddələrin hüceyrə daxilində
daşınmasını təmin edir.
Holci kompleksi hüceyrədə müxtəlif lövhəşəkilli boşluqlardan, kanalcıqlar və
qovuqcuqlardan təşkil olunmuşdur. Holci kompleksinin əsas funksiyası hüceyrədə
yaranan maddələri toplamaq və onların hüceyrədən xaricə daşınmasında iştirak
etməkdir. Bundan başqa, o, lizosomların formalaşmasında və plazmatik membranın
təzələnməsində iştirak edir.
Lizosomlar (yun. “lysis” – həll edirəm, “soma” – bədən) içərisində zülalları, kar-
bohidratları və lipidləri həll edən fermentlər olan qovuqcuqlardır. Əsas funksiyası
hüceyrədaxili həzmdə iştirak etməkdir.
İkimembranlı orqanoidlər. Bunlara mitoxondrilər və plastidlər aiddir. Mitoxon-
dri (yun. “mitos” – tel, “chondrion” – dən, dənəvər) oval formalı orqanoiddir. Mito-
xondri öz DNT-sinə malik olduğundan ikiyə bölünmə yolu ilə çoxala bilir. Hüceyrə
tənəffüsündə iştirak edən mitoxondridə yaranan enerjinin müəyyən hissəsi kimyəvi
birləşmələr enerjisi şəklində ehtiyat halında saxlaya bilir. Bu enerjidən hüceyrənin
digər strukturları istifadə edirlər.
Plastidlər (yun. “plastidis”, “plastos” – formalaşmış, düzəldilmiş) – əsasən, bitki
hüceyrələrində rast gəlinən orqanoidlərdir.
Mitoxondri kimi öz xüsusi DNT-lərinə malik
olduqları üçün bölünmə yolu ilə çoxala bilirlər.
Plastidlərin 3 növünü ayırırlar: xloroplastlar,
leykoplastlar, xromoplastlar. Leykoplastlar
11
– Heyvan və bitki hüceyrələri üçün ümumi olan strukturlar
hansılardır?
– Bu hüceyrələrdə bir-birindən fərqlənən strukturların olması nə ilə
əlaqədardır?
•
membran
•
membranlı orqanoidlər
•
membransız orqanoidlər
A ç a r s ö z lə r
46
rəngsizdir və onlar ehtiyat qida maddələri toplaya bilirlər. Xromoplastlarda bitkiyə
müxtəlif rənglər verən piqmentlər olur. Xloroplastlar yaşıl rəngdədir, ona yaşıllıq
verən xlorofil piqmentidir. Xlorofil günəş enerjisini udmaq qabiliyyətinə malikdir.
İşıqda xloroplastlarda fotosintez gedir. Bu zaman günəş enerjisinin müəyyən hissəsi
kimyəvi birləşmələr şəklində saxlanılır.
Сədvəldə göstərilən orqanoidlərin adlarını müəyyənləşdirin.
Membranlı orqanoidlər
1
o
Müxtəlifölçülü kanallar sistemindən təşkil
olunub.
o
İki tipdə olur: dənəvər və hamar.
2
o
Üst-üstə yığılmış yastı boşluqlardan
ibarətdir.
o
Üzərində qovuqcuqlar əmələ gəlir.
3
o
Tərkibində həzm fermentləri olan
membranla əhatə olunmuş dəyirmi və ya
uzunsov cisimciklərdir.
4
o
İkimembranlıdır.
o
Hüceyrəni enerji ilə təmin edir.
5
o
Üç növü var (leykoplastlar, xloroplastlar,
xromoplastlar).
Membran quruluşu olmayan orqanoidlər. Bunlara ribosomlar və hüceyrə mər-
kəzi aid edilir.
Fəaliyyət
ı
47
• II fəsil •
Hüceyrə canlının quruluş və inkişaf vahididir
•
Ribosomlar (yun. “soma” – bədən) membran quruluşu olmayan orqanoiddir. Hər
bir ribosom iki – böyük və kiçik hissədən ibarət olur. Ribosomların funksiyası zülal
sintez etməkdir. Zülal sintez etmək üçün onlar, adətən, polisom adlanan qruplar
şəklində birləşirlər.
Hüceyrə mərkəzi bir-birinə perpendikulyar iki sentrioldan ibarətdir. Sentriollar
mikroborucuqlardan təşkil olunub. Hüceyrə mərkəzi hüceyrənin bölünməsi prose-
sində iştirak edir. Ali bitkilərin hüceyrələrində sentriollar olmur.
1. Sxemi tamamlayın.
2. Düzgün variantı seçin:
Fotosintez xloroplastlarda / leykoplastlarda baş verir.
Zülalları, yağları, karbohidratları parçalayan fermentlər ribosomlarda /
lizosomlarda yerləşir.
Yağlar və karbohidratlar ribosomlarda / endoplazmatik şəbəkədə əmələ gəlir.
Zülallar, yağlar və karbohidratlar ehtiyat halında Holci kompleksində /
ribosomlarda toplanır.
Nüvəcik / Hüceyrə mərkəzi orqanoid deyil.
3. İfadələrin nömrəsini Venn diaqramının müvafiq hissələrində yerləşdirin.
1. DNT-yə malikdir.
2. Bəzi növləri ehtiyat qida maddələri toplaya bilir.
3. Bəzilərinin daxilində rəngli piqmentlər olur.
4. Bəzi növlərində fotosintez prosesi gedir.
5. İkimembranlı quruluşa malikdir.
6. Hüceyrə tənəffüsünü təmin edir.
7. Enerjini ehtiyat halında saxlaya bilir.
8. İkiyə bölünmə yolu ilə çoxala bilir.
Mitoxondri Plastidlər
4. Hansı hüceyrələrdə – prokariot, yoxsa eukariotlarda “vəzifə bölgüsü” problemi
daha yüksək səviyyədə həll olunmuşdur? Cavabınızı əsaslandırın.
Hüceyrə orqanoidləri
?
?
?
İkimembranlı
?
Membransız
?
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
48
C
ANLI ORQANİZMLƏRDƏ MADDƏLƏR MÜBADİLƏSİ
VƏ ENERJİ ÇEVRİLMƏLƏRİ
Ətraf mühitdən hüceyrəyə daim maddələr daxil olur və son parçalanma məh-
sulları kənar edilir. Bu, maddələr mübadiləsi və ya metabolizm (yun. “metabole” –
çevrilmə) adlanır.
Maddələr mübadiləsinin əsasını anabolizm və katabolizm prosesləri təşkil edir.
Anabolizm (yun. “anabole” – qaldırmaq) və ya assimilyasiya (lat. “assimilatio” –
birləşmək, mənimsəmək) hüceyrənin və orqanizmin toxumalarının struktur hissə-
lərinin yeniləşməsi – qurulması prosesləridir. Bununla əlaqədar olaraq anabolizmi
həm də plastik mübadilə adlandırırlar (yun. “plastikos” – yapmaq, düzəltmək). Ana-
bolizm prosesində xarici mühitdən daxil olan və ya ilkin sadə molekullardan mürək-
kəb molekulların biosintezi gedir. Nəticədə orqanizmə lazım olan zülallar, nuklein
turşuları, karbohidratlar sintez olunur. Orqanizmin böyüməsi dövründə anabolizm
daha intensiv gedir. Anabolizm zamanı yaranan birləşmələrdə enerji kimyəvi rabitə-
lər şəklində toplanır. Bu enerji hüceyrədə baş verən parçalanma, yəni katabolizm
reaksiyaları nəticəsində ayrılan enerjidən əldə olunur.
12
– Orqanizmin həyat proseslərində enerji nə üçün lazımdır?
– Canlılar bu enerjini haradan alırlar?
ı
49
• II fəsil •
Hüceyrə canlının quruluş və inkişaf vahididir
•
Katabolizm (yun. “katabole” – tullama, dağılma) və ya dissimilyasiya mürəkkəb
üzvi molekulların sadə birləşmələrə parçalanması və bu zaman enerjinin ayrıl-
masıdır. Bütün biokimyəvi prosesləri enerji ilə
təmin edən katabolizm prosesləridir. Ona görə
də, onu həm də enerji mübadiləsi adlandırırlar.
Üzvi molekullarda olan kimyəvi rabitələrin
qırılması zamanı azad olan enerjinin bir qismi
adenozintrifosfat turşusu (ATF) adlanan kimyə-
vi maddədə ehtiyat halında toplanır.
– Hüceyrənin hansı hissələrində bioenergetik proseslər baş verir?
– Hansı maddə enerji mübadiləsinə daxil olur?
Adenozintrifosfat turşusu (ATF). Hüceyrəni enerji ilə təmin edən üzvi mad-
dədir. ATF universal enerji mənbəyi hesab olunur. ATF kimyəvi tərkibinə görə nuk-
leotiddir. Onun tərkibini adenin azot əsası,
riboza (karbohidrat) və 3 ortofosfat turşusu qa-
lığı təşkil edir. ATF-də enerji, əsasən, ortofos-
fat turşusu qalıqlarının arasında olan və mak-
roerqik rabitə adlanan kimyəvi rabitələrdə
toplanmışdır. ATF-də bir makroerqik rabitənin
qırılması zamanı bir ortofosfat turşusu qalığı
qopur və nəticədə 40 kC-a qədər enerji ayrılır.
ATF-də bir ortofosfat turşusu qalığının qop-
ması nəticəsində adenozindifosfat (ADF) yara-
nır. Bu birləşmə yenidən ATF-ə çevrilə bilir. ATF-in ADF-ə və ya əksinə çevrilməsi
hüceyrədə enerji hasil etmənin əsas mexanizmini təşkil edir.
Metabolizm
(maddələr mübadiləsi)
Anabolizm
(assimilyasiya, plastik mübadilə) –
sadə molekullardan mürəkkəb molekulların
yaranması: A + B
AB
Enerji udulur
Katabolizm
(dissimilyasiya, enerji mübadiləsi) –
mürəkkəb üzvi molekulların sadə birləşmələrə
parçalanması: AB
A + B
Enerji ayrılır
Ortofosfat turşusunun qalıqları
ATF molekulunun quruluşu
ATF-in quruluşunu DNT
və RNT nukleotidlərinin
quruluşu ilə müqayisə
edin.
– Onların oxşar və fərqli
cəhətləri hansılardır?
Makroerqik rabitələr
Fəaliyyət
Hüceyrədə baş verən bütün
biokimyəvi reaksiyaların get-
məsi üçün ATF enerjisi tələb
olunur. Məsələn, əzələlərdə
ATF ehtiyatı onun 20–30 dəfə
yığılmasına kifayət edir. Bu
səbəbdən hüceyrələrdə daim
ATF sintezi gedir.
!
?
•
anabolizm
•
katabolizm
•
assimilyasiya
•
plastik mübadilə
•
energetik mübadilə
•
dissimilyasiya
A ç a r s ö z lə r
50
Lazım gəldikdə ADF-dən də bir ortofosfat turşusu qalığı qopa bilir və bu zaman
yenə də bir makroerqik rabitənin qırılması nəticəsində 40 kC enerji ayrılır və ADF
tərkibində bir ortofosfat turşusu qalığı olan adenozinmonofosfata (AMF) çevrilir.
ATF molekullarında olan enerji ilə zəngin makroerqik rabitələr hesabına hüceyrə
enerji toplaya və lazım gəldikdə onu sərf edə bilir.
ATF-in hüceyrədə rolu. Hüceyrədə biosintez proseslərində hərəkət, istiliyin
əmələ gəlməsi, sinir impulslarının yaranması və digər həyati proseslərdə ATF ener-
jisindən istifadə edilir.
1. Uyğunluğu müəyyən edin:
A. ASSİMİLYASİYA
B. DİSSİMİLYASİYA
2. Düzgün ifadələri seçin:
ADF-də üç makroerqik rabitə olur.
ATF enerjisindən bir çox həyati proseslərdə istifadə edilir.
Bir ortofosfat turşusu qalığı ayrıldıqda 17,6 kC enerji ayrılır.
ATF molekullarında olan enerji ilə zəngin makroerqik rabitələrin hesabına hüceyrə
enerji toplayır və ya onu sərf edir.
ATF-in tərkibində dezoksiriboza karbohidratı olur.
3. Sxemdə ATF-in quruluşunu təşkil edən
elementlər göstərilmişdir.
Bu elementlər nədən ibarətdir?
A)
;
B)
;
C)
.
Sxemi diqqətlə nəzərdən keçirin. AMF, ADF, ATF nukleotidlərini müəyyənləşdirin və
onların adlarını tam yazın:
1)
;
2)
;
3)
.
D hərfi ilə nə işarə olunmuşdur?
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
...
...
...
...
...
...
...
1. Üzvi maddələrin parçalanması
2. Üzvi maddələrin sintezi
3. Enerjinin ayrılması
4. Fotosintez
5. Zülalların biosintezi
6. Enerjinin udulması
ı
51
• II fəsil •
Hüceyrə canlının quruluş və inkişaf vahididir
•
İ
RSİ MƏLUMATLAR VƏ GENETİK KOD
Canlının özünütörətmə, irsiyyət və dəyişkənlik kimi xassələri molekulyar səviy-
yədən başlayaraq meydana çıxır. Bu səbəbdən irsi məlumatların nəslə ötürülməsi
prinsipinin müəyyən edilməsi DNT molekulunun öyrənilməsindən sonra mümkün
oldu.
DNT və gen. İrsi məlumatların daşıyıcısı DNT molekuludur. Zülalın ilkin quru-
luşu barədə məlumatlar onun genlər adlanan müvafiq sahələrində saxlanılır.
Beləliklə, gen (yun. “genos” – mənşə, nəsil) bir zülal molekulunun ilkin quruluşu
barədə məlumat daşıyan DNT sahəsidir.
Genetik kod. Genlərdə sintez olunacaq bu və ya digər
zülalın aminturşular ardıcıllığı barədə məlumatlar
saxlanılır. Bu məlumatlar sonradan komplementarlıq prin-
sipi əsasında m-RNT-yə köçürülür və nəslə ötürülür.
DNT-də aminturşuların kodlaşmasının ümumi sxemi
DNT və RNT-də zülalın ilkin quruluşunu təşkil edən hər bir aminturşu barədə
məlumat 3 nukleotidin kombinasiyası nəticəsində yaranır və triplet adlanır.
DNT və m-RNT-si molekullarında zülalın ilkin quruluşu haqqında məlumatın
nukleotidlər şəklində uyğun ardıcıllıqla düzülmə qaydası genetik kod adlanır.
13
– Zülallar hansı quruluşa malikdir?
– Nə üçün hər bir orqanizmin zülalı bir-birindən fərqlənir?
Zülallarda aminturşular ardıcıllığı
•
triplet
•
genetik kod
A ç a r s ö z lə r
52
Cədvələ diqqətlə baxıb komplementarlıq prinsipinə əsaslanaraq boş xanalarda müvafiq
tripletləri qeyd edin. m-RNT-də valin və qlutamin aminturşuları hansı tripletlərlə
kodlaşdırılmışdır?
DNT
I zəncir
TTT
QTT
?
?
SAS
?
II zəncir
?
?
TTA
STT
?
AAT
m-RNT
UUU
?
AAU
?
SAS
UUA
Aminturşuları*
Fen
Val
Asp
Qlu
His
Ley
*
Fen – fenilalanin, Val – valin, Asp – asparagin, Qlu – qlutamin, His – histein, Ley – leysin.
– Hər bir kod neçə tripletdən ibarətdir və neçə aminturşusuna uyğundur?
Genetik kodun xassələri. Genetik kod bir sıra xassələrə malikdir. Belə ki, kod
triplet olur, yəni hər bir aminturşunun kodlaşdırılmasında 3 nukleotid iştirak edir.
Genetik kodda hər bir triplet yalnız bir aminturşuya müvafiq gəlir, lakin bəzi
aminturşular bir və ya bir neçə kodla kodlaşa bilir. Genetik kodda genlər arasında
onları bir-birindən ayıran və heç nəyi kodlaşdırmayan boş tripletlər də olur. Bütün
canlı orqanizmlərdə eyni aminturşulara eyni tripletlər uyğundur.
Fəaliyyət
1. 1 nukleotidin uzunluğu = 0,34 nm
2. 1 genin ölçüsü = 1 nukleotidin uzunluğu × n (nukleotidlərin sayı)
3. Aminturşuların sayı = nukleotidlərin sayı : 3
4. 1 genin kütləsi = nukleotidlərin sayı × 1 nukleotidin kütləsi
5. 1 nukleotidin kütləsi
300 a.k.v.
6. 1 aminturşu qalığının molekul kütləsi
110 a.k.v.
7. DNT molekulunda nukleotidlərin nisbəti : А+Q / Т+S = 1
Yadda saxlayın
ı
53
Dostları ilə paylaş: |