YAŞar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün



Yüklə 4,08 Kb.
Pdf görüntüsü
səhifə4/18
tarix16.03.2017
ölçüsü4,08 Kb.
#11676
1   2   3   4   5   6   7   8   9   ...   18

 
 
 
1.  Sxemi tamamlayın. 
 
 
2.  Hansı halda denaturasiya dönər və ya dönməz olur? 
 
3.  Verilmiş anlayışların iştirakı ilə baş verən prosesləri təsvir edin.  
polimer, ferment, aminturşu, hemoqlobin  
 
4.  Suallara cavab verin: 
  Yunun tərkibində keratin zülalı olur. Nə üçün yunu 90°–100°C temperaturda yu-
duqda yun yapıxır?  
  1 qram zülalın oksidləşməsi zamanı ayrılan enerji 1 qram karbohidratın tam parça-
lanması zamanı ayrılan enerjiyə bərabərdir. Niyə orqanizmin zülalları enerji mənbəyi 
kimi yalnız bəzi hallarda istifadə edir?  
  Antitellər adlanan xüsusi zülallar orqanizmə düşən yad cisimcikləri məhv edir. Bu, 
zülalların hansı funksiyasını nümayiş etdirir?   
 
 
Zülalların denaturasiyasının səbəbləri
?
?
?
 Orqanizmimizdə baş verən stress zamanı, mütləq müəyyən amin-
turşuya ehtiyac yaranır. Əgər lazım olan aminturşu olmazsa, immu-
nitet pozulur. 
 İnsan orqanizmində  ən böyük aminturşu zəncirinə malik zülal 
titindir

O, 38138 aminturşu qalığından ibarətdir. 
 İnsanda 5–6 ay ərzində zülalların bir çoxu yenisi ilə əvəz olunur.  
 Osminoqlar və digər molyuskların, hörümçəklərin qanı göyümtül 
rəngdə olur. Buna səbəb tərkibində dəmir olan və qana qırmızı rəng 
verən hemoqlobin deyil, mis atomlarına malik hemosianinin olmasıdır. 
 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
• 
denaturasiya 
• 
renaturasiya 
• 
ferment 
A ç a r   s ö z lə r  

 
 
33 
 
•   I  fəsil  •  
Canlı orqanizmlərin kimyəvi tərkibi  
• 
 
 N
UKLEİN TURŞULARI 
 
 
 
 
Nuklein turşuları  –  irimolekullu  təbii  üzvi  maddələrdir.  Bu  molekullar  canlı 
orqanizmlərdə irsi məlumatın saxlanılmasını 
və nəslə ötürülməsini təmin edir. Öz qurulu-
şuna görə nuklein turşuları biopolimerlərdir. 
Onların  monomer  halqası  nukleotidlərdir
Hər  nukleotid  azotlu  əsasdan,  karbohidrat-
dan, ortofosfat turşusu qalığından ibarətdir. 
 
 
Nuklein turşularının növləri. Hüceyrədə iki növ nuklein turşuları – dezoksiribo-
nuklein (DNT) və ribonuklein (RNT) turşuları olur.  
 
 

– Hüceyrədə nüvənin rolu 
nədən ibarətdir? 
– İrsi əlamətlərin nəslə 
ötürülməsi hüceyrənin hansı 
strukturları ilə bağlıdır? 
Nuklein
 (lat
. “nukleus”
 – nüvə) turşuları ilk 
dəfə hüceyrənin nüvəsində tapıldığı üçün bu 
cür adlandırılmışdır. Lakin sonralar onların 
mitoxondri, plastidlər kimi orqanoidlərdə də 
mövcudluğu məlum olmuşdur.  
 
– Nuklein turşularında nukleotidlərin yerləşmə ardıcıllığı hüceyrənin hansı 
xüsusiyyətini müəyyən edir? 
 
 
Müzakirə üçün
Nuklein turşularının 
(DNT və RNT) zəncir-
lərinin sxematik 
quruluşuna diqqət ye-
tirin.  
Onların quruluşunda 
oxşar və fərqli 
cəhətləri qeyd edin.  
DNT-nin ikiqat 
zəncirində hansı 
qanunauyğunluq 
müşahidə edilir? 
 
Fəaliyyət

 
 
34 
 
Dezoksiribonuklein turşusu (DNT). Or-
qanizmin  əksər  hüceyrələrində  irsi  məlu-
matların daşıyıcısı dezoksiribonuklein (DNT) 
turşusudur. Eukariot orqanizmlərdə DNT nü-
vədə və bəzi orqanoidlərdə – mitoxondri və 
plastidlərdə olur. Prokariotlarda formalaşmış 
nüvə olmadığı üçün bu orqanizmlərin DNT-
si bilavasitə sitoplazmada yerləşir.
  
DNT-nin quruluş prinsipi, demək olar ki, bütün orqanizmlərdə eynidir. O, spiral 
halında burularaq bir-birinə sarılmış iki polimer zəncirdən ibarətdir. DNT-nin hər bir 
zəncirini  nukleotidlər  təşkil  edir.  Nukleotidində  4  növ  azot  əsası  –  adenin  (A)
quanin  (Q), sitozin (S)  və timin (T)  olur.  DNT-nin  ikiqat  zəncirində  azot  əsasları 
daxilə doğru yönələrək bir-biri ilə hidrogen rabitəsi ilə birləşir. Nukleotidlərin bir-
biri ilə birləşməsi təsadüfi deyil, müəyyən qanunauyğunluqla baş verir. Bu zaman 
həmişə  adeninin  qarşısında  timin,  quaninin  qarşısında  isə  sitozin    durur. 
Nukleotidlərin bir-birinə belə uyğun cütlər şəklində birləşməsi komplementarlıq (lat. 
“complementum” – tamamlama) adlanır.  
 
 
 
 
Ribonuklein turşusu (RNT). Monomerləri nukleotidlər olan polimer birləşmə-
dir.  Quruluşuna  görə  DNT-yə  oxşar  olsa  da,  bir-
zəncirli  olması  ilə  ondan  fərqlənir.  Nukleotidində 
olan azot əsaslarında timinin (T) əvəzinə quruluşca 
ona oxşar olan urasil (U) olur. Bundan başqa, RNT-
də  DNT-dən  fərqli  olaraq  karbohidrat  dezoksiri-
boza deyil, ribozadır. Bu səbəbdən onu ribonuklein 
turşusu adlandırırlar. RNT molekulu nüvədə, sito-
plazmada və hüceyrənin bəzi orqanoidlərində olur.  
RNT-nin növləri. Hüceyrədə RNT-nin ribosom, 
məlumat, nəqliyyat-RNT-si  adlandırılan  bir  neçə 
növü vardır ki, onlar da zülal sintezində iştirak edir. 
Hər üç növ RNT, DNT üzərində sintez olunur.   
• 
nukleotid 
• 
azot əsasları 
• 
dezoksiribonuklein turşusu (DNT)
• 
ribonuklein turşusu (RNT) 
A ç a r   s ö z lə r  
RNT-nin  quruluşu (sxem) 
Dezoksiribonuklein turşusunun 
quruluşu (sxem) 

 
 
35 
 
•   I  fəsil  •  
Canlı orqanizmlərin kimyəvi tərkibi  
• 
Ribosom-RNT-si (r-RNT) ribosomun əsas tərkib hissəsini təşkil edir. Məlumat-
RNT-si (m-RNT) zülalın ilkin quruluşu haqqında məlumatı DNT-dən zülalın sintez 
edildiyi  yerə  aparır.  Nəqliyyat-RNT-si  (n-RNT)  isə  özünə  aminturşu  birləşdirərək 
onları zülalların sintez olunduğu yerə – ribosoma daşıyır. Beləliklə, RNT-nin bütün 
növləri zülal sintezində iştirak edir.  
 
 
 
 
1.  Cədvəli tamamlayın. 
Xüsusiyyəti 
DNT 
RNT 
Hüceyrədə yeri 
 
 
Molekulun quruluşu 
 
 
Nukleotidin quruluşu 
 
 
 
2.  1) DNT molekulunda bir zəncirdəki А-Q-Т-S-А-Q-Т-А-S-S-Q-Т-Q-S-Т nukleotid  
     ardıcıllığına uyğun ikinci zəncirdəki ardıcıllığı təyin edin. 
2) DNT molekulunun strukturunda olan səhvləri tapın:  
 
 
3. Sxemi tamamlayın. 
 
 
 
4. Məsələləri həll edin: 
1) DNT molekulunda S nukleotidləri 27% təşkil edərsə, qalan nukleotidlərin faizlə 
nisbətini tapın. 
2) DNT molekulunda 680 Q nukleotidi ümumi nukleotid sayının 16%-ni təşkil edir. 
Həmin DNT molekulunda A, T, S nukleotidlərinin sayı nəyə bərabərdir?  
 
 
 
RNT-nin növləri
?
Funksiyası
?
Funksiyası
?
Funksiyası
 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN

 
 
36 
 
 
 
 
 
1. Ekskursiya  müşahidələri,  elmi-populyar  ədəbiyyat,  yaxud  internet  resurslarından 
istifadə  edərək  canlı  təbiətin  müxtəlif  quruluş  səviyyələrində  insan  orqanizmini 
(yaxud digər canlı orqanizmləri) öyrənən metodlar haqqında məlumat toplayın. Aşa-
ğıdakı plan əsasında Power Point proqramında elektron təqdimat hazırlayın: 
 Canlı orqanizm 
 Quruluş səviyyəsi 
 Tədqiq olunan sistem 
 İstifadə olunan metod 
 Tədqiqatın əhəmiyyətı 
 
2. İnsan orqanizmində hər hansı kimyəvi elementlərin çatışmazlığı ilə əlaqədar yaranan 
xəstəliklər barədə internetdən məlumat toplayın. İnsan üçün zəruri olan kimyəvi ele-
mentlərin siyahısı və onların orqanizmə necə daxil edilməsi barədə ailə üzvləriniz və 
tanış həkimlərlə də söhbət edin. Kimyəvi elementlərin çatışmazlığı ilə bağlı xəstə-
liklər, onların profilaktikası və müalicəsi mövzusunda çıxış hazırlayın, məlumatları 
müxtəlif təqdimat formalarında tərtib edin. 
3. Müvafiq  ədəbiyyat  (jurnal,  qəzet  məqaləsi  və  s.),  yaxud  internet  resurslarından 
istifadə edərək “İnsan tərəfindən təbii və süni karbohidratlardan, lipidlərdən, zülal 
mənşəli  təbii  maddələrdən  istifadə  olunması”  mövzusunda  A3  ölçülü  vərəqdə 
fotokollaj tərtib edin.   
4. Əyilən məftildən və plastilindən istifadə edərək zülal molekulunun fəza quruluşunu 
modelləşdirin.  Düzəltdiyiniz  modeldə  denaturasiya  və  renaturasiya  proseslərini 
nümayiş etdirin, zülalın təbii strukturunun pozulması səbəblərini izah edin. 
 
 
 
L a y i h ə
 
 

 
 
37 
 
•   I  fəsil  •  
Canlı orqanizmlərin kimyəvi tərkibi  
• 
 
 
1.  Düzgün ifadələri seçin. 
1)  Kəpənək orqanizm səviyyəsində canlı sistemdir. 
2)  İnfuzor-tərlik və virus eyni səviyyəyə aid olan canlı sistemlərdir. 
3)  Malyariya ağcaqanadı növü populyasiya səviyyəsində sistemdir. 
4)  Müəyyən ərazidə birgə yaşamağa uyğunlaşan müxtəlif canlı qrupları və onların 
yaşayış mühitinin birgə cəmi biosfer  əmələ gətirir.  
5)  Xloroplast hüceyrə səviyyəsində sistemdir. 
6)  Qaraciyər sorucusu parazitlik etdiyi qaraciyər kimi eyni səviyyəyə aid sistemdir. 
7)  Toxuma səviyyəsində canlıları histologiya elmi  öyrənir.   
 
2.  Düzgün variantı müəyyən edin:  
1) Aminturşular bir-birindən radikala/azotlu əsasa görə fərqlənir. 
2) Hemoqlobin zülalının tərkibinə  Mg/Fe ionları daxildir. 
3) Zülalın ikincili quruluşu zəncir/spiral şəklində olur. 
4) DNT molekulunda adenin urasil/timin ilə komplementardır. 
5) Sellüloza/Qlükoza monosaxaridlərə aid edilir. 
6) 10 qram zülalın/yağın parçalanmasından daha çox enerji ayrılır. 
7) Əgər DNT zəncirinin 28%-i adenin nukleotidindən ibarətdirsə, belə halda quanin 
nukleotidinin miqdarı 28%  22% olar.  
8) Zülalın təbii strukturunun pozulması renaturasiya/denaturasiya adlanır. 
 
3.  DNT və RNT molekulları üçün hansı əlamətlər səciyyəvidir? Cədvəli dəftərinizə 
köçürün və tamamlayın. 
1)  İrsi məlumatın daşıyıcısıdır 
2)  Bir polinukleotid zəncirdən ibarətdir 
3)  A, U, S, Q nukleotidləri var 
4)  Spiral şəklində burulmuş iki polinukleotid zəncirdən ibarətdir. 
5)  A, T, S, Q nukleotidləri var. 
6)  İrsi məlumatı nüvədən ribosoma ötürür. 
DNT 
RNT 
 
 
 
4.  İki nukleotid ardıcıllığı verilmişdir: 
1….SAS ASA STQ AQA TQQ…  
   
2.  SQA AQQ USQ AUA AQS… 
Verilmiş  ardıcıllıqların  hansının  DNT  və  hansının  m-RNT  molekullarının  fraqmenti 
olduğunu müəyyən edin

 
 
Ü m u m i l ə ş d i r i c i   t a p ş ı r ı q l a r
 

 
 
38 
 
5.  Ultrabənövşəyi şüalanmanın kiçik dozasının təsiri nəticəsində zülalın denaturasiyası 
baş  vermişdir.  Şüalanmanın  təsiri  kəsildikdən  sonra  zülalın  funksiyaları  yenidən 
bərpa olunmuşdur. Şüalanmanın təsiri nəticəsində zülalın hansı  quruluş səviyyəsi 
pozula bilərdi? 
А) yalnız ikincili quruluşu 
В) yalnız birincili quruluşu   
С) yalnız üçüncülü quruluşu   
D) İkincili və üçüncülü quruluşu   
Е) üçüncülü, ikincili və birincili quruluşu 
 
6.  Suallara cavab verin: 
  Maddələr mübadiləsi dedikdə nə başa düşülür? Ona hansı proseslər daxildir? 
  Qıcıqlanma hissinin itirilməsi orqanizm üçün nə ilə nəticələnə bilər? 
  Niyə alınan nəsil bir çox əlamətlərə görə valideyn nəslə bənzəyir?
 

 
ı 
39 
 
•   II  fəsil  •  
Hüceyrə canlının quruluş və inkişaf vahididir  
• 
 
 
 
 
 
 
 
 
H
ÜCEYRƏNİN ÖYRƏNİLMƏSİ. HÜCEYRƏ NƏZƏRİYYƏSİ 
 
 
 
 
 
Sitologiya  orqanizmlərin  hüceyrələrinin  quruluşunu,  kimyəvi  tərkibini,  funksi-
yalarını,  onların  çoxalma  və  inkişafını,  ətraf  mühitə  uyğunlaşma  xüsusiyyətlərini 

– Hüceyrə nədir? 
Yer üzərində yaşayan 
orqanizmlərin hamısı 
hüceyrəli quruluşa 
malikdirmi? 
– Hüceyrənin quruluşuna 
görə orqanizmləri hansı 
qruplara bölmək olar? 
Sitologiya 
(yun. “sitos” – hü-
ceyrə, “loqos” – elm) hüceyrə 
haqqında elmdir. Əksər canlılar 
hüceyrələrdən təşkil olunmuşlar. 
Hüceyrə canlı orqanizmlərin qu-
ruluş, inkişaf və funksional va-
hididir. 
 
 
Fəaliyyət
Mikroskopla bitki, heyvan və göbələk hüceyrəsinə
baxılması. 
Məqsəd: müxtəlif hüceyrələrin quruluş xüsusiyyətlə-
rinin öyrənilməsi və bir-biri ilə müqayisə edilməsi. 
Təchizat: mikroskop, bitki, heyvan və 
göbələk hüceyrələrinin mikropreparatları 
və müxtəlif hüceyrələrin şəkli olan tablolar. 
İşin gedişi: 
1. Mikroskopla bitki, heyvan və göbələk 
hüceyrələrini müşahidə edin. 
2. “Birhüceyrəli və çoxhüceyrəli 
orqanizmlərin müxtəlif formalı 
hüceyrələri” şəklinə diqqətlə baxın.  
3. Mikroskopla müşahidə etdiyinizi şəkildəki obyektlərlə müqayisə edin. Mikroskopla 
müşahidə etdiyiniz hüceyrələrin şəklini dəftərinizə çəkin və şəkildə görünən hüceyrə 
hissəciklərinin adlarını qeyd edin. 
4. Hüceyrələri bir-biri ilə müqayisə edin.  
Hüceyrə növü 
Hüceyrənin sxematik şəkli 
Hüceyrənin quruluş xüsusiyyətləri 
 
 
 
– Hüceyrələrin oxşar və fərqli cəhətləri hansılardır?
II fəsil 
HÜCEYRƏ CANLININ 
QURULUŞ VƏ 
İNKİŞAF VAHİDİDİR 

 
 
40 
 
öyrənir.  Müasir  dövrdə  sitologiya  kompleks  elm  hesab  olunur.  O,  digər  bioloji 
elmlərlə yanaşı, fizika, riyaziyyat, kimya və s. təbiət elmləri ilə də sıx bağlıdır. Bu 
səbəbdən onu hüceyrə biologiyası deyilən daha geniş elm sahəsi kimi ayırırlar.  
Hüceyrənin öyrənilməsi tarixi. Sitologiya elmi mikroskopun kəşfi ilə əlaqədar 
inkişaf etmişdir. İlk mikroskoplar hələ XVI əsrdə Hollandiyada yaradılmışdı. Mik-
roskopdan ilk dəfə tədqiqat işlərində istifadə edən ingilis fiziki və botaniki Robert 
Huk  olmuşdur.  O,1665-ci  ildə  düzəltdiyi  mikroskopda  nazik  mantar  kəsiyinə  ba-
xarkən onun arı şanına bənzəyən ayrı-ayrı göz-
cüklərdən  təşkil  olunduğunu  görmüş  və  bunu 
“sitos” – hüceyrə  adlandırmışdır.  R.Huk  canlı 
hüceyrəni deyil, onun yalnız qılafını  görsə də, 
“hüceyrə”  termini  sonradan  biologiyada  geniş 
işlədilməyə başlandı. 
 
 
 
Canlı təkhüceyrəli orqanizmləri ilk dəfə 1680-ci ildə kəşf edən Anton van Leven-
huk olmuşdur. Onun mikroskopu obyekti 270 dəfəyə qədər böyütmüşdür. Mikros-
kopun getdikcə təkmilləşdirilməsi sayəsində XIX əsrdə bitki və heyvan hüceyrələ-
rinin quruluşu barədə çoxlu məlumatlar əldə etmək mümkün oldu. Bu dövrdə bitki 
hüceyrəsinin quruluşu haqqında əsas materialları alman alimi Mattias Şleyden top-
lamış və ümumiləşdirmişdir. Hüceyrə haqqında toplanan biliklər hüceyrə nəzəriy-
yəsinin  yaradılmasına  əsas  verdi  və  1839-cu  ildə  Teodor  Şvann  tərəfindən    for-
malaşdırıldı. T.Şvann öz məlumatlarını M.Şleydenin tədqiqatları ilə müqayisə edə-
rək heyvan və bitki hüceyrələrinin quruluşca oxşar olduğunu müəyyənləşdirdi.  
 
 
 
Bununla  o  göstərdi  ki,  orqanizmlərin  ümumi  quruluş  vahidi  hüceyrədir.  Lakin 
həm T.Şvann, həm də M.Şleyden səhvən belə hesab edirdilər ki, hüceyrələr orqa-
nizmdə qeyri-hüceyrəvi quruluşa malik maddələrdən yaranır. Bu fikir alman alimi 
R.Virxov tərəfindən təkzib edildi. O, 1858-ci ildə hüceyrə nəzəriyyəsinin əsas müd-
dəası olan ” Bütün hüceyrələr bölünmə yolu ilə ana hüceyrədən yaranır” fikrini irəli 
sürdü.  Daha sonra  XX  əsrin  əvvəllərində  K.Ber  məməlilərin  yumurta-hüceyrəsini 
kəşf etdi və bütün çoxhüceyrəli orqanizmlərin mayalanmış bir hüceyrədən – ziqot-
dan başlanğıc götürdüyünü göstərdi. Bununla da o, sübut etdi ki, hüceyrə təkcə canlı 
orqanizmlərin quruluş vahidi deyil, həm də inkişaf vahididir. Əksər orqanizmlərin 
– Hüceyrənin quruluşu və fəaliyyətini hansı üsullarla öyrənmək mümkündür? 
 
 
Müzakirə üçün
 İnsan orqanizmində təxminən 10
14 
 hüceyrə olur.  
 Hər saniyə 3 mln eritrosit məhv olur və yenisi ilə əvəz olunur. 
 Adətən, bitki və heyvan hüceyrələrinin ölçüsü 5–20 mkm arasında də-
yişir.  Lakin bəzi nazik bitki liflərinin və sinir hüceyrələrinin uzun çıxın-
tılarının ölçüsü 1 metrə çata bilər.   
 Ən iri hüceyrə – quş yumurtasıdır; məsələn, dəvəquşunun yumurta sa-
rısının kütləsi 0,5 kq-a çata bilər. 
• 
sitologiya 
• 
hüceyrə biologiyası 
• 
hüceyrə nəzəriyyəsi 
A ç a r   s ö z lə r  

 
ı 
41 
 
•   II  fəsil  •  
Hüceyrə canlının quruluş və inkişaf vahididir  
• 
hüceyrəvi quruluşa malik olmaları, quruluşuna və funksiyasına görə oxşarlıqları isə 
onların mənşəcə vahidliyini sübut edir.  
Hüceyrə  nəzəriyyəsi.  T.Şvannın  hüceyrə  nəzəriyyəsinin  sonradan  yeni  müd-
dəalarla  zənginləşdirilməsi  nəticəsində  müasir  hüceyrə  nəzəriyyəsi  yaranmışdır. 
Müasir hüceyrə nəzəriyyəsinin aşağıdakı əsas müddəaları vardır: 
1. Hüceyrə bütün canlı orqanizmlərin ən kiçik quruluş və inkişaf vahididir. 
2. Bütün orqanizmlərdə hüceyrələr quruluşuna, kimyəvi tərkibinə, həyat fəaliy-
yətinə və maddələr mübadiləsinin gedişinə görə oxşardır. 
3.  Hüceyrələrin  çoxalması  onların  bölünməsi  yolu  ilə  baş  verir.  Hər  bir  yeni 
hüceyrə bölünmə yolu ilə ana hüceyrədən yaranır.  
4. Mürəkkəb quruluşlu çoxhüceyrəli orqanizmlərdə hüceyrələr yerinə yetirdikləri 
funksiyalarına görə ixtisaslaşaraq toxuma və orqanları əmələ gətirir.  
5. Toxuma və orqanlar bir-biri ilə sinir və humoral sistemlə tənzimlənir. 
Hüceyrənin öyrənilməsinin xəstəliklərin səbəblərinin müəyyənləşdirilməsi baxı-
mından müstəsna əhəmiyyəti var. Məsələn, şəkərli diabet xəstəliyi mədəaltı vəzi hü-
ceyrələrinin funksiyalarının pozulması nəticəsində yaranır. 
 
 
 
 
1.  Alimlərin söylədikləri fikirlərə müvafiq olaraq adlarını qeyd edin: 
1. Hüceyrə canlıların quruluş vahididir 
 
2. Hüceyrə canlıların inkişaf vahididir  
 
3. Hüceyrələr bölünmə yolu ilə ana hüceyrədən başlanğıc götürürlər 
 
 
2.  Düzgün cavabı seçin: 
  “Hüceyrə” terminini ilk dəfə R.Huk / A.Levenhuk işlətmişdir. 
  İlk dəfə R.Huk / A.Levenhuk öz düzəltdiyi mikroskopla mantar kəsiyinə baxaraq onun 
xırda gözcüklərdən ibarət olduğunu görmüşdür.  
  Canlı təkhüceyrəli orqanizmləri ilk dəfə kəşf edən R.Huk / A.Levenhuk olmuşdur. 
 
3.  Müasir hüceyrə nəzəriyyəsinin müddəalarını düzgün ardıcıllıqla düzün:  
A.  Mürəkkəb quruluşlu çoxhüceyrəli orqanizmlərdə hüceyrələr yerinə yetirdikləri funk-
siyalarına görə ixtisaslaşaraq toxuma və orqanları əmələ gətirirlər. 
B.  Hüceyrə canlı orqanizmlərin ən kiçik quruluş və inkişaf vahididir. 
C.  Hüceyrələrin çoxalması onların bölünməsi yolu ilə baş verir.  
D.  Bütün orqanizmlərdə hüceyrələr quruluşuna, kimyəvi tərkibinə, həyat fəaliyyətinə və 
maddələr mübadiləsinin gedişinə görə oxşardır. 
E.  Toxuma və orqanlar bir-biri ilə sinir və humoral sistemlə tənzimlənir.  





 
 
 
 
 
 
 
 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
... 
... 
... 

 
 
42 
 
 H
ÜCEYRƏSİZ ORQANİZMLƏR. VİRUSLAR 
 
 
 
Viruslar (lat. “virus” – zəhər) kiçik ölçülərə malik hüceyrəsiz həyat formalarıdır. 
Onlar irsi məlumatları daşıyan irsi materialdan (DNT və ya RNT) və qoruyucu zülal 
örtükdən – kapsiddən təşkil olunmuşlar. Virus üzvi maddə yaradan xüsusi  struktura 
malik  deyil.  Bu  səbəbdən  həyat  fəaliyyəti  prosesləri  üçün  sahibin  hüceyrə 
resurslarından  istifadə  edir.  Virusun  əsas  xüsusiyyəti  yalnız  canlı  orqanizmlərin 
hüceyrələrində çoxala bilməsidir. Onun  çoxalması hüceyrənin məhvi ilə nəticələnir. 
Hüceyrəyə  düşmüş  virusun  irsi  materialı  sahib  orqanizmin  irsi  materialına  daxil 
olaraq onu dəyişir. Canlı orqanizmlər bir neçə virus növləri ilə yoluxa bilər. 
 
Bakteriya və yosun hüceyrələrinin 
quruluşunu  
tütün mozaikası virusunun 
quruluşu ilə 
müqayisə edin. Onlarda rast gəlinən strukturları  “
+
” işarəsi ilə qeyd edin. 
Strukturlar 
Bakteriya 
hüceyrəsi 
Yosun 
hüceyrəsi 
Tütün mozaikası 
virusu 
Hüceyrə qılafı 
 
Sitoplazma 
 
Nüvə 
 
İrsi material  (DNT və ya RNT) 
 
Qamçılar 
 
Xromatofor 
 
 
 
– 
Hansı əlamətlərinə görə viruslar canlı hesab olunur? 
 
Bakteriya hüceyrəsi
Yosun hüceyrəsi
Tütün mozaikası virusu
 
Fəaliyyət
 
10 
– Hansı virus xəstəliklərini tanıyırsınız? 
– İnsan virus xəstəliklərinə necə yoluxa bilər? 
 
 

 
ı 
Yüklə 4,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin