İzahlar.
Fəaliyyət zamanı
kəşf edilən faktlarla bağlı
bəzi açıqlamalar verilir.
Əsas anlayışlar, mövzu ilə
bağlı izahlar, təriflər,
qaydalar, bir sözlə, dərsin
əsas məzmunu burada əks
olunur.
Dünyagörü-
şünü genişləndirən və
bilikləri zənginləşdirən
faktlar.
Bu maraqlıdır.
Müzakirə üçün.
Nəzəri
materialın daha yaxşı
qavranılması məqsədilə
nəzərdə tutulur.
Fəaliyyət.
Laboratoriya işləri,
praktik iş və müxtəlif
tapşırıqlar əsasında
əvvəlki öyrənilmiş biliklərlə
yeni təlim materialı
arasında əlaqə yaradır.
Yadda saxlanılması tövsiyə
edilən material.
Mövzunu daha yaxşı başa
düşmək üçün zəruri olan
məlumatlar.
Öyrəndiklərinizi tətbiq edin
yoxlayın.
və
Mövzuda öyrənilənləri
möhkəmləndirmək və tətbiq etmək
üçündür.
3
5
6
4
2
1
8
7
Ümumiləşdirici tapşırıqlar.
Hər fəslin
sonunda bölmə üzrə öyrənilənlərin
tətbiqi ilə bağlı sual və tapşırıqlar
(summativ qiymətləndirməyə
hazırlıq üçün də istifadə oluna
bilər).
Layihə.
Müstəqil tədqiqat
bacarıqlarının inkişafı və elmi
dünyagörüşünün formalaşması
üçün nəzərdə tutulub.
Terminlər və bioloji anlayışlar.
Dərslikdə istifadə olunan termin və
anlayışların izahı.
10
11
9
10
C
ANLILARIN ƏSAS HƏYATİ XASSƏLƏRİ
1
– Canlıları hansı əlamətinə görə
fərqləndirmək olar?
– Nə üçün bitkiləri canlı orqanizm
adlandırırlar?
Canlı və cansız təbiət bir-biri ilə sıx bağ-
lıdır və bu səbəbdən də canlılara xas olan
xüsusiyyətləri ayrıca qeyd etmək bir qə-
dər çətindir.
11
• • •
Canlılar üçün əsas səciyyəvi əlamət mövcuddur:
1. Kimyəvi tərkibin xüsusiyyətləri. Canlı və cansızlarda eyni kimyəvi elementlərə
rast gəlinir. Canlı orqanizmləri təşkil edən maddələrin tərkibində 4 element – ok-
sigen, karbon, azot və hidrogen üstünlük təşkil edir.
2. Maddələr və enerji mübadiləsi. Canlılarda maddələr mübadiləsinin əsasını qi-
dalanma, qazlar mübadiləsi və ifrazat kimi proseslər təşkil edir. Maddələr mübadiləsi
zamanı orqanizmdə üzvi maddələrin sintezi – assimilyasiya və üzvi maddələrin
parçalanması – dissimilyasiya prosesləri baş verir. Dissimilyasiya nəticəsində ayrı-
lan enerjinin müəyyən hissəsi assimilyasiya proseslərinə sərf olunur.
Həşəratın sürfəsinin böyüməsini əks etdirən qrafikə diqqətlə baxın.
Hansı iki gün ərzində heyvanın ölçüsünün maksimum artımı müşahidə olunur?
Təklif olunan mülahizələrdən həşəratın sürfəsinin inkişafının 14–22-ci günlərini düzgün əks
etdirəni müəyyənləşdirin:
A) ölçüsü əvvəl kəskin, sonrakı günlərdə isə tədricən artır.
B) bütün dövr ərzində tədricən ölçüsü artır.
C) ölçüləri dəyişmir.
D) ölçüsü əvvəl kəskin artır, sonra böyüməsi dayanır.
Fəaliyyət
Məsələni həll edin. Fərz edək ki, 20 Kolorado böcəyi 1 ay ərzində ümumi sahəsi 4000
sm
2
olan yarpaqla qidalanır. Fərdi inkişafında bir sürfə təqribən 50 sm
2
sahəsi olan
yarpaq yeyərsə, 1000 Kolorado böcəyinin 1 ay ərzində yediyi yarpaq sahəsini neçə
sürfə yeyə bilər?
Məsələ
12
3. Çoxalma. Orqanizmlərin özünütörətmə qabiliyyəti nəticəsində Yer üzərində
həyat fasiləsiz olaraq mövcuddur. Valideynin özünəoxşar nəsil törətməsi irsiyyət sa-
yəsində mümkün olur. Lakin orqanizm daim mühitin təsirinə məruz qaldığı üçün bu
oxşarlıq tam olmur, yəni dəyişkənlik yaranır.
4. Böyümə və inkişaf. Böyümə orqanizmin kütlə və ölçülərinin artmasıdır. İnki-
şafla müşayiət olunan böyümə sayəsində orqanizmdə yeni keyfiyyət dəyişikliyi
yaranır.
5. Hərəkət. Canlıların xüsusiyyətlərindən biri onda hərəkətetmə, yəni fəzada yer-
dəyişmə qabiliyyətinin olmasıdır. İstənilən canlı orqanizmlərdə sitoplazmanın hərə-
kəti baş verir. Hətta müəyyən substrata yapışmış orqanizmlər də zəif hərəkətetmə
qabiliyyətinə malikdirlər. Orqanizmlərdə aktiv və ya passiv hərəkətlər müşahidə edi-
lir.
6. Qıcıqlanma. Canlının ən başlıca xüsusiyyəti olub xarici mühitin təsirinə qarşı
orqanizmin cavabvermə qabiliyyətidir. Amöbün qidaya doğru hərəkəti və ya duz
kristalı qoyulmuş sahədən uzaqlaşması, bitkilərin günəş işığına, rütubətə qarşı
verdiyi cavab reaksiyası qıcıqlanmaya misaldır.
7. Yaşayış mühitinə uyğunlaşma. Həyat tərzi ilə əlaqədar orqanizmin qurulu-
şunda, funksiyalarında, davranışında dəyişikliklər baş verir. Nəticədə canlı sistem
müəyyən mühit şəraitində fəaliyyət göstərməyə uyğunlaşır.
8. Tarixi inkişaf xüsusiyyəti. Canlı aləmin sadədən mürəkkəbə doğru tarixi inki-
şafıdır. Belə inkişaf prosesi təkamül adlanır.
– Canlı orqanizmlər üçün səciyyəvi olan xüsusiyyətlərdən hansılarına cansız
təbiətdə rast gəlmək olar?
Müzakirə üçün
Məsələni həll edin. Adətən, Xəzər suitisinin yeni doğulan balasının kütləsi təxminən
4 kq olur. Balanın südlə bəslənmə dövründə kütləsi hər gün təqribən 0,5 kq artır.
30 gün davam edən bu müddətin sonunda Xəzər suitisinin kütləsi nə qədər olar?
Məsələ
13
• • •
1. Cədvəli iş vərəqinə çəkin və tamamlayın.
Canlıların əsas həyati xassələri
İzahı
Kimyəvi tərkibin xüsusiyyətləri
Maddələr və enerji mübadiləsi
Tarixi inkişaf xüsusiyyəti
Yaşayış mühitinə uyğunlaşma
2. Canlıların əsas xassələrinə əsasən, verilmiş orqanizmin canlı olduğunu sübut edin.
3. Canlıların əsas həyati xassələri ilə onları səciyyələndirən xüsusiyyətlər arasında
uyğunluğu müəyyən edin:
Canlı orqanizmlərin xassələri
Onların səciyyəvi xüsusiyyətləri
1. Maddələr və enerji
mübadiləsi
A. Xarici mühitin təsirinə cavab vermək
2. Qıcıqlanma
B. Bədən ölçülərini böyütmək qabiliyyəti
3. Hərəkət
C. Tənəffüs, qidalanma, ifrazat
4. Çoxalma
D. Öz növünə aid olan fərdlərin sayının
artırılması
5. Böyümə
E. Yerdəyişmə qabiliyyəti
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
inək, palıd ağacı, kərtənkələ, arı, milçəkqıran
14
C
ANLILARIN QURULUŞ SƏVİYYƏLƏRİ
Canlıların öyrənilməsi aşağıdakı quruluş səviyyələrində aparılır:
2
– Toxumalar nədən təşkil olunmuşdur?
–
İnsan orqanizmində hansı toxuma qrupları var?
– Bu toxumalar hansı orqanları əmələ gətirir?
Canlı təbiət bir-biri ilə əlaqədə olan müxtəlif bioloji
sistemlərdən – hüceyrə, toxuma və s.-dən təşkil olun-
muşdur. Bu sistemlər bir-birindən ölçülərinə, quru-
luşlarına və digər xüsusiyyətlərinə görə fərqlənir.
A, B, C şəkillərində nəyin təsvir olunduğunu müəyyənləşdirin. Şəkildə göstərilən
obyektlərin xüsusiyyətlərini qeyd edin.
Fəaliyyət
–
“
?
” işarəsinin yerində nə təsvir olunmalıdır?
– Təklif olunan sxemi necə davam etdirmək olar?
– Sxem nəyi göstərir?
?
A
B
C
Molekulyar səviyyə. Quruluş dərəcəsindən asılı olmayaraq
bütün canlılar zülallardan, nuklein turşularından, polisa-
xaridlərdən və digər molekullardan təşkil olunmuşdur.
Maddələr mübadiləsinin, irsi məlumatların ötürülməsi kimi
bir çox bioloji proseslərin öyrənilməsi məhz molekulyar
səviyyədən başlanır. Canlı orqanizmlərin kimyəvi tərkibini
və onların həyat fəaliyyətinin əsasında duran kimyəvi
prosesləri biokimya elmi öyrənir.
Hüceyrə səviyyəsi. Canlının ən kiçik quruluş və inkişaf
vahidi hüceyrədir. Hüceyrənin quruluşunu, kimyəvi tərki-
bini, çoxalma və inkişafını sitologiya elmi öyrənir.
1.
•
biosenoz
•
biosfer
•
populyasiya
•
histologiya
A ç a r s ö z lə r
15
• • •
Toxuma –
orqan səviyyəsi. Çoxhüceyrəli orqanizmlərin
mənşəcə eyni olan, oxşar quruluşlu və eyni funksiya yerinə
yetirən hüceyrələr qrupu toxumaları əmələ gətirir. Toxuma
səviyyəsində canlıları histologiya elmi öyrənir. Toxumalar
birləşərək müəyyən quruluşlu olan və müəyyən funksiyaları
yerinə yetirən orqanları əmələ gətirir.
2.
Orqanizm səviyyəsi. Ayrı-ayrı fərdlərin quruluşu, həyat
fəaliyyəti və s. xüsusiyyətləri orqanizm səviyyəsində tədqiq
olunur. Bu tədqiqatlar fərdlərin doğulan andan ölənə qədər
olan inkişaf dövrünü əhatə edir.
3.
Populyasiya-növ səviyyəsi. Bu səviyyənin struktur- funk-
sional vahidi növdür. Eyni növə aid olan və tarixən mü-
əyyən ərazidə yaşayan fərdlər cəmi populyasiyalar yaradır.
Növü təşkil edən ayrı-ayrı populyasiyalar qismən təcrid
olunmuş ərazilərdə məskunlaşırlar. Populyasiya-növ səviy-
yəsində baş verən tarixi inkişaf prosesləri yeni növlərin ya-
ranmasına səbəb ola bilər.
4.
– Növün populyasiyaları arasında hansı qarşılıqlı münasibətlər mövcuddur?
Müzakirə üçün
Biogeosenotik səviyyə (biogeosenoz səviyyə-
si). Müəyyən ərazidə birgə yaşamağa uyğun-
laşan müxtəlif canlı qrupları və onların yaşayış
mühitinin birgə cəmi biogeosenoz əmələ gəti-
rir. Bu səviyyədə orqanizmlərin bir-biri ilə və
ətraf mühitlə qarşılıqlı təsiri öyrənilir.
5.
Biosfer səviyyəsi. Yer üzərində olan bütün biogeosenozlar birləşərək biosferi
əmələ gətirir. Biosfer Yer kürəsinin canlılar yaşayan sahəsidir. Bu səviyyədə canlı
orqanizmlərin həyat fəaliyyəti ilə əlaqədar maddələr dövranı və enerji çevrilmələri
öyrənilir.
6.
16
1. Cədvəli iş vərəqinə köçürün və tamamlayın.
№
Quruluş səviyyəsi
Təşkil olunduğu komponentlər
Əsas xüsusiyyətləri
1
…
7
2. Cədvəlin xanalarına uyğun gələn quruluş səviyyələrinin nömrəsini qeyd edin.
a)
b)
c)
d)
e)
f)
g)
h)
3. Canlının quruluş səviyyələrini göstərən rəqəmləri sadədən mürəkkəbə olmaqla dü-
zün.
1. İnsan orqanizmi
2. Hüceyrənin tərkibinə daxil olan zülallar, yağlar və karbohidratlar
3. Neyron
4. Dərrakəli insan
5. Ürəyin quruluşu
6. Vəzili epiteli
4. Əlavə mənbələrdən istifadə edərək sitologiya, histologiya və biokimya elmlərinin tədqiqat
üsulları və müasir dövrdə nailiyyətləri barədə elektron təqdimat hazırlayın.
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
1. Molekulyar
2. Hüceyrə
3. Toxuma-orqan
4. Orqanizm
5. Populyasiya-növ
6. Biogeosenotik
7. Biosfer
a) Həyatın ən ali quruluş səviyyəsi.
b) Orqanizmin həyat fəaliyyəti proseslərinin sinir-humoral tənzimi.
c) Sitoplazmanın hərəkəti müşahidə olunur.
d) İrsi məlumatın ötürülməsi başlayır.
e) Şimal marallarının miqrasiyası.
f) Nüvənin bölünməsi həyatın bu quruluş səviyyəsində özünü büruzə verir.
g) Alma ağacının çiçəklənməsi müşahidə olunur.
h) Zülalların quruluşunu və funksiyalarını öyrənirlər.
I
bölmə
HÜCEYRƏ
VƏ ORQANİZM
CANLI SİSTEMİN
ƏSASIDIR
I fəsil
•
Canlı orqanizmlərin kimyəvi tərkibi
•
II fəsil
•
Hüceyrə canlının quruluş və inkişaf vahididir
•
III fəsil
•
Orqanizm tam bir sistemdir
•
18
H
ÜCEYRƏNİN KİMYƏVİ TƏRKİBİ
Cədvəli nəzərdən keçirin. Suallara cavab verin.
Element
Canlı orqanizmlərdə, %
Yer qabığında, %
Dəniz suyunda, %
Oksigen
65–75
49,2
85,8
Karbon
15–18
0,4
0,0035
Hidrogen
8–10
1,0
10,67
Azot
1,5–3,0
0,04
0,37
Fosfor
0,2–1,0
0,1
0,003
Kükürd
0,15–0,2
0,15
0,09
Kalium
0,15–0,4
2,35
0,04
Xlor
0,05–0,10
0,2
0,06
Kalsium
0,04–2,00
3,25
0,05
Maqnezium
0,02–0,03
2,35
0,14
Natrium
0,02–0,03
2,4
1,4
Dəmir
0,01–0,015
4,2
0,00015
– Canlılarda olan hansı elementin miqdarı digərləri ilə müqayisədə dəniz suyunda daha çoxdur?
– Nə üçün canlı orqanizmlərdə oksigen və hidrogenin miqdarı dəniz suyundakına yaxındır?
– Cədvəldə verilmiş hansı iki elementin miqdarı canlı orqanizmlərdə digərlərindən daha çox
dəyişir?
Hüceyrənin element tərkibi. Dövri sistemdə olan təxminən 110 elementdən
80-ə qədəri hüceyrədə rast gəlinir. Lakin bunlardan yalnız 27 elementin hüceyrədə
müxtəlif funksiya yerinə yetirdiyi müəyyən edilmişdir. Hüceyrədə kütlə payı
1
Fəaliyyət
3
– Kimyəvi element
nədir?
– Kimyəvi elementlə
maddənin fərqi
nədədir?
Cansız təbiətlə müqayisədə hüceyrədə canlı təbiət üçün
səciyyəvi olan hər hansı bir xüsusi kimyəvi element yoxdur.
Bu səbəbdən də atom səviyyəsində canlı
və cansızlar arasında heç bir fərq ya-
ranmır. Bu, canlı və cansız təbiətin vəh-
dətini göstərir. Onlar arasında fərq yalnız
molekulyar səviyyədə meydana çıxır.
I fəsil
CANLI
ORQANİZMLƏRİN
KİMYƏVİ TƏRKİBİ
19
• I fəsil •
Canlı orqanizmlərin kimyəvi tərkibi
•
0,001%-dən çox olan elementlər makroelementlər, 0,001%-dən 0,000001%-ə
qədər olanlar isə mikroelementlər hesab olunur.
Makroelementlərə oksigen, karbon, hidrogen, azot,
fosfor, kalium, kükürd, xlor, kalsium, maqnezium, nat-
rium və dəmir aid edilir. Bu elementlər hüceyrədə vacib
rol oynayır. Məsələn, maqnezium xlorofilin, dəmir isə he-
moqlobinin struktur komponentidir. Kalsium və fosfor
sümük toxumasının hüceyrəarası maddəsinin yaran-
masında iştirak edərək sümüklərə möhkəmlik verir.
Bundan başqa, kalsium qanın laxtalanmasında iştirak
edən amillərdən biridir. Sink, mis, yod, flüor, kobalt,
selen və bu kimi elementlər mikroelementlər adlanır.
Mikroelementlərin miqdarca az olmasına baxmayaraq
onlar hüceyrədə baş verən maddələr mübadiləsində
mühüm rol oynayır. Belə ki, sink mədəaltı vəzi
hormonunun – insulinin tərkibinə daxildir. Yod isə orqa-
nizmin maddələr mübadiləsini və böyüməsini tənzim-
ləyən qalxanabənzər vəzi hormonunun – tiroksinin əsas
komponentlərindən biridir.
Hüceyrədə kimyəvi elementlər ionlar, yaxud maddə-
lər şəklində orqanizmin qurulmasında iştirak edir. Məsə-
lən, karbon, hidrogen və oksigen karbohidrat və yağların
tərkibinə daxildir. Zülallarda bu elementlərdən əlavə,
azot, kükürd, dəmir, maqnezium, yod və s. elementlər də
olur. Su və natrium-xlorid kimi qeyri-üzvi maddələrə həm canlı, həm də cansızlarda
rast gəlinsə də, üzvi birləşmələr, əsasən, canlı təbiət üçün səciyyəvidir.
Cədvəli diqqətlə nəzərdən
keçirərək hüceyrənin tərkibini
elementlərə görə səciyyələndirin.
Elementləri hüceyrədə faizlə
miqdarına və əhəmiyyətinə görə
qruplaşdırın:
Makroelementlər (0,001%-dən çox)
Mikroelementlər (0,001%-dən
0,000001%-ə qədər)
– Canlı orqanizmlərdə makroele-
mentlər hansı maddələrin tərki-
bində rast gəlinir və onlar
canlıların fəaliyyətində hansı rol
oynayır?
2
Fəaliyyət
•
makroelement
•
mikroelement
A ç a r s ö z lə r
Hüceyrələrdə kimyəvi
elementlərin tərkibi
Hüceyrədə kimyəvi elementlərin kütlə payı
Element
İşarəsi
Kütlə payı (%-lə)
Oksigen
O
65–75
Karbon
C
15–18
Hidrogen
H
8–10
Azot
N
1,5–3,0
Fosfor
P
0,2–1,0
Kalium
K
0,15–0,4
Kükürd
S
0,15–0,2
Xlor
Cl
0,05–0,10
Kalsium
Ca
0,04–2,00
Maqnezium
Mg
0,02–0,03
Natrium
Na
0,02–0,03
Dəmir
Fe
0,01–0,015
Sink
Zn
0,0003
Mis
Cu
0,0002
Yod
J
0,0001
Flüor
F
0,0001
20
1. Sxemi tamamlayın.
2. Biologiya kabinetində və ya evinizdə olan otaq bitkilərini nəzərdən keçirin. Onların yarpaqlarının forma
və rənginə diqqət yetirin. Şəkildən istifadə edərək bitkidə hansı elementin çatışmadığını təyin edin.
3. Uyğunluğu müəyyən edin:
A. Maqnezium ...
B. Sink ...
C. Kalsium ...
D. Yod ...
E. Dəmir ...
1) qanın laxtalanmasında iştirak edir.
2) xlorofilin struktur komponentidir .
3) hemoqlobinin struktur komponentidir.
4) insulinin tərkibinə daxildir.
5) tiroksin hormonunun əsas komponentlərindən biridir.
4. Düzgün cavabı seçin: a) Üzvi və qeyri-üzvi aləm arasında əsas fərqlər atom /molekul səviyyəsində
müşahidə olunur. b) Hüceyrədə olan mikroelementlərə J, F, Cu/O, H, C, N aiddir. c) Qalxanabən-
zər/Mədəaltı vəzinin hormonu olan tiroksinin komponentlərindən biri yoddur. d) Zülalların /Yağların
tərkibində karbon, hidrogen və oksigenlə yanaşı, maqnezium kimi element də ola bilir.
Bəzi canlı orqanizmlər toxuma və orqanlarında müəyyən kimyəvi elementləri
topladığı üçün ətraf mühitin kimyəvi şəraitinin indikatoru rolunu oynayırlar.
Bədəninə bəzi kimyəvi elementlər
toplayan bitkilər. Soldan-sağa:
yosun (yod), qaymaqçiçəyi (litium),
sugülü (radium)
Bədəninə bəzi kimyəvi elementlər
toplayan heyvanlar. Soldan-sağa:
şüalılar (kalsium, stronsium), kök-
ayaqlılar (barium və kalsium), as-
sidilər (vanadium)
!
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
21
• I fəsil •
Canlı orqanizmlərin kimyəvi tərkibi
•
H
ÜCEYRƏNİN QEYRİ-ÜZVİ BİRLƏŞMƏLƏRİ
Hüceyrənin qeyri-üzvi birləşmələrinə su və mineral duzlar aiddir. Su – hücey-
rənin tərkibində ən çox olan maddədir. Onun hüceyrədə miqdarı orqanizmin növün-
dən, yaşayış şəraitindən, hüceyrənin tipindən və funksional fəaliyyətindən asılı ola-
raq müxtəlifdir. Məsələn, su insanın sümük toxumasının 20%-ni, baş beyinin hücey-
rələrinin 85%-ni təşkil edir.
Hüceyrədə olan suyun miqdarı maddələr mübadiləsinin intensivliyinə təsir edir.
4
– Hüceyrənin hansı qeyri-
üzvi birləşmələrini tanı-
yırsınız?
– Onlardan hansılarına
canlı orqanizmlərdə rast
gəlmək olar?
Hüceyrənin həyat fəaliyyətində
onun tərkibində olan qeyri-üzvi və
üzvi birləşmələr xüsusi rol oynayır.
– Su hansı xassələrə malikdir?
Müzakirə üçün
Maddələrin suda həll olması.
Təchizat: içərisində otaq temperaturunda olan su ilə dolu 5 stəkan, xörək duzu, etil spirti,
şəkər tozu, bitki yağı, çiy yumurta ağı (zülalı).
Dostları ilə paylaş: |