86
NƏTİCƏ
XV – XVI əsrlər Azərbaycan tarixinin hadisələrlə
zəngin və olduqca
maraqlı dövrlərindən biridir. O zaman Azərbaycan ərazisində Qaraqoyunlu,
Ağqoyunlu və Səfəvi dövlətləri yaradılmış, Şirvan və Şəki feodal dövlətləri
mövcud olmuşdur, həmin əsrlərin ictimai-iqtisadi və siyasi tarixinin
öyrənilməsində ―Əhsənüt-təvarix‖ əsərinin xüsusi yeri vardır.
İndiyə qədər tarixşünaslıqda bu salnamə əsasən 12
cilddən ibarət zənn
edilirdi. Lakin ―Əhsənüt-təvarix‖in M. E. Saltıkov-Şedrin adına Leninqrad Dövlət
Kütləvi kitabxanasında saxlanılan əlyazma nüsxənin tədqiqinə əsasən belə qənaətə
gəlmək olur ki, əsər 10 cilddə qələmə alınmış, onun yalnız son IX və X cildləri
dövrümüzə gəlib çatmışdır. Əsərin cildləri haqqında Həsən bəy Rumlunun öz
qeydlərinə əsaslanaraq, ehtimal etmək olur ki, ―Əhsənüt-təvarix‖in
əlimizdə
olmayan VI, VII və VIII cildləri XII - XIV əsr hadisələrini əhatə etmişdir.
Dövrün bir sıra tarixi mənbəyinin ―Əhsənüt-təvarix‖lə müqayisəsi göstərir
ki, Həsən bəy Rumlu əsərini yazmaqdan ötru zəngin məxəzlərdən istifadə etmişdir.
Xüsusilə İdris Bidlisinin ―Həşt behişt‖, Əbdürrəzzaq Səmərqəndinin ―Mətləüs-
sədeyn
və
məcməül-bəhreyn‖,
Mirxondun ―Rövzətüs-səfa‖, Dövlətşah
Səmərqəndinin ―Təzkirətüş-şüəra‖, Əbubəkr Tehraninin ―Kitab-i Diyarbəkriyyə‖,
Xandəmirin ―Həbibüs-siyar‖ və başqa əsərlər ―Əhsənüt-təvarix‖ salnaməsinin IX
cildinin yazılmasından ötrü vasitə olmuşdur.
―Əhsənüt-təvarix‖ və başqa mənbələrə əsasən müəyyən edilmişdir ki,
Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilərin dövlət quruluşunda əmirül-üməra və vəkil
vəzifələri bəzən şərikli aparılmış, XVI əsrin ikinci yarısında qorçibaşı mənsəb
əmirül-üməra vəzifəsini qismən əvəz etmişdir.
Soyurqal torpaq mülkiyyəti institutu
feodallarda mərkəzdənqaçma
ehtirasını gücləndirdiyindən Səfəvi dövlətində tiyul torpaq mülkiyyəti növü
mahiyyət
etibarilə
soyurqalı əvəz edərək dövlətdə mərkəzləşdirməni
gücləndirməyə başlamışdı. Səfəvilər məhz belə bir siyasət həyata keçirməklə öz ilk
hakimiyyətləri dövründə nisbətən mərkəzləşmiş dövlət yaratdılar ki, ―Əhsənüt-
təvarix‖ salnaməsinin zəngin məlumatları bunu təsdiq edir. Həsən bəy Rumlunun
əsərinə əsasən müəllif bu nəticəyə gəlmişdir ki,
XVI əsrdə soyurqal feodal
mülkiyyətinin daha iki növü - pulla verilən və müştərək soyurqal növü mövcud
olmuşdur.
―Əhsənüt-təvarix‖in öyrənilməsi göstərir ki, XV - XVI əsrlərdə
Azərbaycan və ona qonşu ölkələrdə xalq kütlələrinin həyat şəraitinin ayrı-ayrı
dövrlərdə həddən artıq ağırlaşması sinfi mübarizənin kəskinləşməsinə və nəticədə
üsyanlara səbəb olurdu. Bir sıra sovet tarixçisi ―Əhsənüt-təvarix‖ əsərində əks
olunan sinfi mübarizə məsələlərinə xüsusi
diqqət yetirdikləri halda, burjua
tarixçiləri bu məsələlərin üstündən sükutla keçmişlər. Həsən bəy Rumlu XV-XVI
əsrlərdə feodal zülmü və təcavüzünə qarşı baş verən aşağıdakı iğtişaş və üsyanlar
87
haqqında xüsusilə qabarıq məlumat vermişdir. 1408-ci ildə Naxçıvanın Əlincə
qalasında yerli feodala qarşı baş vermiş qiyam, 1420-ci ildə teymurilər əleyhinə
baş verən silahlı qiyamı, 1537-ci ildə Şirvanda qələndər-dərvişin üsyanı,
Sultan
Süleymanın 1548-ci ildə Azərbaycana 3-cü hərbi yürüşü zamanı təbrizlilərin türk
əsgərlərinə qarşı çıxışı, 1571-1573-cü illərdə Təbrizdə yerli hakimiyyət orqanlarına
qarşı xalq kütlələrinin iki il davam edən üsyanı.
―Əhsənüt-təvarix‖ əsərinə əsasən müəyyən etmək olur ki, XV-XVI
əsrlərdə baş verən müxtəlif feodal araçəkişmələri kənd təsərrüfatı və şəhər
iqtisadiyyatında məhsuldar qüvvələrin inkişafını ləngidir, bu da xalqın vəziyyətinin
ağırlaşmasına gətirib çıxarırdı.
Mənsub olduğu feodal sinfinə qarşı tez-tez baş verən xalq etiraz və
çıxışlarının əsil səbəbini pərdələməyə çalışan Həsən bəy Rumlu üsyanların əsil baş
vermə səbəbini I Şah Təhmasibin Azərbaycan şəhərlərinə hakim göndərməməsi və
mərkəzi hakimiyyətin zəifliyi ilə izah etmişdir ki, bu da onun sinfi dünyagörüşünün
məhdudluğundan irəli gəlir. Müəllifin öz məlumatına əsasən 1571-1573-cü
illər
Təbriz üsyanı baş verərkən şəhərdə hakim olduğu məlumdur. Buna baxmayaraq,
şəhər əhalisi yerli hakimiyyətə qarşı qəti üsyandan imtina etməmişdi, əksinə,
hakim və feodalların həddini aşan zülmü sinfi mübarizənin kəskinləşməsinə səbəb
olmuşdu. Xalq üsyanları, etirazları, əsasən, dini təriqətlər şəklində təzahür edirdi.
Bu qəbildən Həsən bəy Rumlunun hürufi hərəkatı haqqında məlumatı diqqəti cəlb
edir. F. Engelsin göstərdiyi kimi, ―hakim feodal siniflərə qarşı xalqın sinfi
mübarizəsi bütün
orta əsrlər boyu gah mistika, gah büdət, gah da silahlı üsyan
şəklində baş vermişdir‖
47
.
Göstərmək lazımdır ki, Həsən bəy Rumlu şərh etdiyi müəyyən məsələ və
siyasi hadisələrə həmişə biganə qalmamış, onları orta əsr tarixçilərinə xas olan
seyirci gözü ilə nəzərdən keçirməmiş, bəzən
öz fikir və münasibətini də
bildirmişdir. Müəllif dövrün səviyyə tələbatını nəzərə alaraq, əsərində əsas
hadisələrin məğzini böyük ustalıqla verməyi bacarmışdır. Həsən bəy Rumluda
hadisələrə analitik yanaşma qabiliyyəti vardır.
Bütün bunları nəzərə alaraq, bir daha söyləmək olar ki, ―Əhsənüt-təvarix‖
əsəri XV-XVI əsrlər Azərbaycan tarixinin öyrənilməsində dəyərli bir mənbədir.
Dostları ilə paylaş: