Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə16/79
tarix03.06.2023
ölçüsü1,56 Mb.
#124157
1   ...   12   13   14   15   16   17   18   19   ...   79
1 Azərbaycan dili-Kurikulum 2013

 
2. Oxu 
Şagird: 
2.1. Qarşılaşdığı yeni sözlərin mənasını başa düşdüyünü nümayiş etdirir. 
2.1.1. Mətndəki hadisələri həyat hadisələri ilə müqayisə edir. 
2.1.2. Mətndəki terminləri fərqləndirir. 
2.1.3. Mətndəki obrazlı ifadələri fərqləndirir. 
2.2. Oxu vərdişlərinə yiyələndiyini nümayiş etdirir.
2.2.1. Müvafiq mətnləri düzgün, sürətli, intonasiya ilə (obrazların xarakterinə 
uyğun) oxuyur. 
2.2.2. Bədii və elmi-kütləvi mətnlər haqqında kiçik təqdimatlar edir.
2.2.3. Verilmiş mətni genişləndirmək, dəyişdirmək və ya davam etdirmək məqsədi 
ilə yaradıcı plan tutur.
2.2.4. Mətnin məzmununu genişləndirir, dəyişdirir, yaradıcı şəkildə davam etdirir.
2.2.5. Mətnin ideyasını müəyyənləşdirir və obrazları sadə şəkildə səciyyələndirir. 
 
3. Yazı 
Şagird: 


3.1. Yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir. 
3.1.1. Yazısında orfoqrafiya normalarına riayət edir və əsas durğu işarələrindən 
yerində istifadə edir. 
3.1.2. İxtisar və əlavələr etməklə mətni üzündən köçürür. 
3.1.3. Verilmiş mətni genişləndirərək məzmununu yazır.
3.1.4. Mühakimə xarakterli kiçikhəcmli rəy, esse, inşa yazır. 
3.1.5. Sinif səviyyəsinə uyğun olaraq müəyyən edilən əməli yazılar (məktub, elan, 
ərizə, dəvətnamə) yazır. 
 
4. Dil qaydaları 
Şagird: 
4.1. Zəruri dil qaydalarını mənimsədiyini nümayiş etdirir. 
4.1.1. Sadə fonetik təhlil aparır. 
4.1.2. Sözlərin böyük hərflə yazılışına dair qaydaları (bəzi mürəkkəb adlar) 
məqamına uyğun tətbiq edir.
4.1.3. Mətndəki yeni sözlərin və adların mənasını, yazılışını müəyyənləşdirmək 
üçün lüğətdən, ensiklopediyadan istifadə edir.
4.1.4. Sözləri qrammatik mənalarına görə (bağlayıcı, qoşma) fərqləndirir. 
4.1.5.Cümlənin düzgün qurulmasında baş və ikinci dərəcəli üzvlərin yerini
müəyyən edir. 
4.1.6. Cümlə və onun növləri ilə əlaqədar kiçik təqdimatlar edir. 
4.1.7. Cümlənin məqsəd və intonasiyasına görə növünü müəyyənləşdirir. 

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin