Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə14/79
tarix03.06.2023
ölçüsü1,56 Mb.
#124157
1   ...   10   11   12   13   14   15   16   17   ...   79
1 Azərbaycan dili-Kurikulum 2013

 
2. Oxu 


Şagird: 
2.1. Qarşılaşdığı yeni sözlərin mənasını başa düşdüyünü nümayiş etdirir. 
2.1.1. Mətndə rast gəldiyi yeni əşya və hadisələrin xarakterik əlamətlərini 
adlandırır. 
2.1.2.Mətndəki çoxmənalı sözləri fərqləndirir. 
2.1.3. Sözlərin həqiqi və məcazi mənasını fərqləndirir 
2.2. Oxu bacarıqlarına yiyələndiyini nümayiş etdirir.
2.2.1. Müvafiq mətnləri düzgün, sürətli, intonasiya ilə (cümlə növlərinə görə) 
oxuyur. 
2.2.2. Bədii və elmi-kütləvi mətnləri fərqləndirir. 
2.2.3. Mətnin geniş planını tutur. 
2.2.4. Mətndəki əsas fikrə münasibətini bildirir. 
2.2.5. Mətnin əsas hissələrini seçib nəql edir. 
 
3. Yazı 
Şagird: 
3.1. Yazı bacarıqlarına yiyələndiyini nümayiş etdirir. 
3.1.1. Hüsnxət və orfoqrafiya qaydalarına riayət etməklə səliqəli və sürətlə yazır.
3.1.2. Sadə redaktə işləri aparmaqla mətni köçürür. 
3.1.3. Verilmiş mətnin planını tutur və məzmununu yazır.
3.1.4. Təsvir və nəqli xarakterli inşalar yazır. 
3.1.5. Sinif səviyyəsinə uyğun olaraq müəyyən edilən əməli yazılar (məktub, elan, 
anket, dəvətnamə) yazır. 
 
4. Dil qaydaları 
Şagird: 
4.1. Zəruri dil qaydalarını mənimsədiyini nümayiş etdirir. 
4.1.1. Sait və samit səsləri xüsusiyyətlərinə görə fərqləndirir. 
4.1.2.Sözlərin böyük hərflə yazılışına dair qaydaları (bayramlar və tarixi günlər) 
məqamına uyğun tətbiq edir.


4.1.3.Rast gəldiyi yeni sözlərin mənasını, yazılış və tələffüzünü müəyyənləşdirmək 
üçün lüğət və sorğu kitablarından istifadə edir.
4.1.4. Qrammatik mənalarına görə (isim, sifət, fel, say) sözləri qruplaşdırır. 
4.1.5. Cümlənin formalaşmasında baş və ikinci dərəcəli üzvlərin rolunu sadə 
şəkildə izah edir. 
4.1.6. Cümlədə sözlərin düzgün ardıcıllığını müəyyən edir. 
4.1.7. Məqsəd və intonasiyanı dəyişməklə verilmiş cümləni müxtəlif məqamlarda 
işlədir. 

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin