Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu


Məzmun xətləri üzrə əsas və alt-standartlar



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə10/79
tarix03.06.2023
ölçüsü1,56 Mb.
#124157
1   ...   6   7   8   9   10   11   12   13   ...   79
1 Azərbaycan dili-Kurikulum 2013

Məzmun xətləri üzrə əsas və alt-standartlar 
1. Dinləyib-anlama və danışma 
Şagird: 


1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir. 
1.1.1. Dinlədiyi sadə fikrin mahiyyətini şərh edir. 
1.1.2. Dinlədiyi fikrə münasibətini bildirir.
1.2. Şifahi nitq bacarıqlarına malik olduğunu nümayiş etdirir. 
1.2.1. Müşahidə etdiyi əşya, hadisələr haqqında və şəkillər üzrə danışır. 
1.2.2. Dialoqlarda sadə nitq etiketlərindən istifadə edir. 
1.2.3. Nitqini müvafiq mimika və jestlərlə müşayiət edir. 
2.Oxu 
Şagird: 
2.1. Qarşılaşdığı yeni sözlərin mənasını başa düşdüyünü nümayiş etdirir. 
2.1.1. Mətndə rast gəldiyi yeni əşya və hadisələri adlandırır. 
2.1.2. Mətndəki müəyyən olunmuş sözləri yaxınmənalı sözlərin köməyi ilə izah 
edir. 
2.1.3. Mətndə öyrəndiyi yaxınmənalı sözləri cümlədə işlədir.
2.1.4. Mətndən sadə bədii ifadələri seçir. 
2.2. Oxu texnikası və ilkin oxu bacarıqlarına yiyələndiyini nümayiş etdirir. 
2.2.1. Kiçikhəcmli mətnləri düzgün tələffüz etməklə oxuyur. 
2.2.2. Müxtəlif bədii mətnləri (nəzm, nəsr) fərqləndirir. 
2.2.3. Mətnin şəkilli planını tutur. 
2.2.4. Mətndəki əsas fikri müəyyənləşdirir və sadə formada ifadə edir. 
2.2.5. Mətnnin məzmununu nəql edir. 
3. Yazı 
Şagird: 
3.1. Yazı texnikasına və ilkin yazı bacarıqlarına yiyələndiyini nümayiş etdirir. 
3.1.1. Hərflərin elementlərini və konfiqurasiyasını müəyyən olunmuş xətt boyunca 
düzgün yazır və bitişdirir. 
3.1.2. Əl yazısı şəklində olan sözləri və kiçikhəcmli mətnləri üzündən köçürür.
3.1.3. Şəklə uyğun cümlələr qurub yazır. 
3.1.4. Bir neçə cümlədən ibarət müşahidə xarakterli rabitəli mətn yazır. 


3.1.5. Sinif səviyyəsinə uyğun olaraq müəyyən edilən sadə əməli yazılar (açıqca) 
yazır.

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin