Yazı Şagird:
kiçik və böyük hərfləri, sözləri və cümlələri aydın yazır;
müşahidə etdiyi əşya və hadisələr haqqında təsviri xarakterli kiçikhəcmli
mətnlər yazır;
əməli yazı (məktub, ərizə, elan, divar qəzetinə məqalə, tərcümeyi-hal)
bacarıqları nümayiş etdirir;
yazıda kalliqrafiya, orfoqrafiya və durğu işarələri qaydalarına əməl edir.
Dil qaydaları Şagird:
yaş həddinə uyğun zəruri fonetik, leksik, qrammatik biliklərə yiyələndiyini
nümayiş etdirir;
seçdiyi dil faktlarını qruplaşdıraraq təqdim edir;
dinlədiyi fikri anladığını nümayiş etdirir;
şifahi nitq bacarıqlarına malik olduğunu nümayiş etdirir;
qarşılaşdığı sözlərin mənasını başa düşdüyünü nümayiş etdirir;
oxu texnikasına və vərdişlərinə yiyələndiyini nümayiş etdirir;
yazı texnikasına və vərdişlərinə yiyələndiyini nümayiş etdirir;
kalliqrafiya və orfoqrafiya qaydalarını gözləməklə müxtəlif növ yazılı
çalışmaları (üzündənköçürmə yaddaşa əsasən yazı, imla, ifadə, inşa) yerinə
yetirir;
fonetik, leksik, morfoloji, sintaktik, orfoqrafik qaydaları mənimsədiyini
nümayiş etdirir.
Ümumi orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri 1. Dinləyib-anlama və danışma Şagird:
danışanın fikrinə münasibət bildirir;
dil vahidlərindən məqsədyönlü istifadə etməklə müxtəlif tipli və formalı
mətnlər qurur;
fikrini inandırıcı etmək üçün fakt və hadisələrdən istifadə edir;
nitqini uyğun səs tonu, intonasiya, ritm, jest və mimikalarla tənzimləyir.
2. Oxu Şagird:
tanış olmayan söz və ifadələrin kontekstə uyğun mənasını şərh edir;
verilmiş mətni düzgün və ifadəli oxuyur;
mətnin hissələrini (giriş, əsas hissə, nəticə), abzasları, cümlələri, onlar
arasında bağlama vasitələrini müəyyən
edir;
oxuduğu mətni məzmununa görə təhlil edir.