genişləndirilməsi, şifahi və yazılı nitq prosesində nitq mədəniyyətinin tələblərinə
riayət edilməsi, natiqlik vərdişləri elementlərinin yaradılması təmin olunur.
I. Azərbaycan dili təliminin məzmunu
1.1.Ümumi təlim nəticələri
İbtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə şagird:
danışanın fikrinə münasibət bildirir, öz fikirlərini sərbəst və ardıcıl ifadə
edir;
düzgün, sürətli, şüurlu,
ifadəli oxuyur, oxuduğu mətnlərə münasibət
bildirir;
kiçikhəcmli rabitəli mətnlər qurur;
lüğətlərdən, məlumat kitablarından istifadə edir;
Azərbaycan xalqının dili, tarixi, əxlaqi-mənəvi dəyərləri,
incəsənəti,
adət-ənənələri haqqında öyrəndiyi məlumatları sadə formada təqdim
edir;
yazılı və şifahi nitqində fonetik, leksik,
qrammatik qaydalara yiyələn-
diyini nümayiş etdirir.
Dostları ilə paylaş: