Oxu
Oxu şagirdlərin dil duyumunun inkişafını, fikrin ifadə olunmasında sözün
məna xüsusiyyətlərinin, cümlə və mətnin rolunun anlaşılmasını, lazımi vərdişlərin
məqsədyönlü şəkildə təkmilləşdirilməsini, dilin gözəlliyinə, üslubi imkanlarının
zənginliyinə şagirdlərin maraq və məhəbbətinin formalaşmasını təmin edir. Bu
məzmun xətti müxtəlif üslublarda yazılmış mətnlərin məzmun və struktur
elementlərinin müstəqil qavranılmasına imkan yaradır, ana dilinə, bu dildə
yazılmış elmi-kütləvi və ədəbi-bədii nümunələrə marağı dərinləşdirməyə, ümumi
nitq mədəniyyətinin inkişafı üçün lüğət ehtiyatını daha da zənginləşdirməyə
xidmət edir.
Yazı
Yazı şagirdlərin duyğu və düşünçələrinin dil normalarına uyğun qaydada
nəqli, təsviri və mühakimə xarakterli rabitəli mətnlər formasında ifadəsini təmin
edir. Oxu prosesində qazanılan baçarıqlar yazı ünsiyyəti vasitəsilə genişləndirilərək
qarşılıqlı əlaqəyə çevrilir. Yazı qoyulmuş hər hansı problem, yaxud mövzu ilə
bağlı fikir və mülahizələrin müvafiq formada verilməsini, görülmüş işin
hesabatının hazırlanmasını təmin edir. Ədəbi dilin normaları gözlənilməklə
şagirdlərin tədqiqatçılıq və təşkilatçılıq bacarıqlarını nümayiş etdirməyə imkan
yaradır.
Dostları ilə paylaş: