müxtəlif mənbələrdən aldığı məlumatları təhlil edir və onlara münasibət
bildirir;
mətnləri üslubi
-struktur xüsusiyyətlərinə görə təhlil edir və
qiymətləndirir;
mənbələrdən istifadə etməklə müxtəlif üslublu mətnlər qurur;
müzakirə, görüş, diskussiya tədbirlər üçün məruzə,
təqdimat və
ssenarilər
hazırlayır;
nitqin dəqiqliyi, düzgünlüyü və ifadəliliyi üçün zəruri olan normaları
şifahi və yazılı nitqində tətbiq edir.
1.2. Məzmun xətləri
Məzmun xətləri ümumi təlim nəticələrinin reallaşdırılması üçün müəyyən
olunan fənn kurikulumunun
zəruri hissəsi olub, şagirdlərin əldə edəcəyi bilik və
bacarıqları daha aydın təsvir etmək və onu sistemləşdirmək məqsədi daşıyır.
Azərbaycan dili təliminin məqsəd və vəzifələrinə uyğun olaraq, məzmun
xətləri təhsilin bütün pillələri üzrə aşağıdakı kimi təyin edilmişdir:
Dinləyib – anlama və danışma
Oxu
Yazı
Dil qaydaları
Dinləyib-anlama və danışma
Bu məzmun xətti danışanı
dinləyə bilmək, onun fikrinə
münasibət
bildirmək,
müxtəlif
informasiya
mənbələrindən alınan
məlumatlardan
bəhrələnmək, əsas ideyanı ikinci dərəcəli məsələlərdən seçmək, fikrini inandırıcı
şəkildə təqdim etmək bacarıqlarının formalaşdırılmasını təmin edir. Dinlənilmiş
mətndəki informasiyanı çevik qəbul edib onun əsasında aydın və dəqiq mühakimə
yürütmək, qoyulmuş məqsədə və auditoriyanın
səviyyəsinə müvafiq məntiqi,
rabitəli və inandırıcı çıxışlar etmək, müxtəlif əyani və texniki vasitələrlə
təqdimatlar keçirmək imkanı yaradır.
Oxu
Oxu şagirdlərin dil duyumunun inkişafını, fikrin ifadə olunmasında sözün
məna xüsusiyyətlərinin, cümlə və mətnin rolunun anlaşılmasını, lazımi vərdişlərin
məqsədyönlü şəkildə təkmilləşdirilməsini,
dilin gözəlliyinə, üslubi imkanlarının
zənginliyinə şagirdlərin maraq və məhəbbətinin formalaşmasını təmin edir. Bu
məzmun xətti müxtəlif üslublarda yazılmış mətnlərin məzmun və struktur
elementlərinin müstəqil qavranılmasına imkan yaradır, ana dilinə, bu dildə
yazılmış elmi-kütləvi və ədəbi-bədii nümunələrə marağı dərinləşdirməyə,
ümumi
nitq mədəniyyətinin inkişafı üçün lüğət ehtiyatını daha da zənginləşdirməyə
xidmət edir.
Yazı
Yazı şagirdlərin duyğu və düşünçələrinin dil normalarına uyğun qaydada
nəqli, təsviri və mühakimə xarakterli rabitəli mətnlər formasında ifadəsini təmin
edir. Oxu prosesində qazanılan baçarıqlar yazı ünsiyyəti vasitəsilə genişləndirilərək
qarşılıqlı əlaqəyə çevrilir. Yazı qoyulmuş hər hansı problem,
yaxud mövzu ilə
bağlı fikir və mülahizələrin müvafiq formada verilməsini, görülmüş işin
hesabatının hazırlanmasını təmin edir. Ədəbi dilin normaları gözlənilməklə
şagirdlərin tədqiqatçılıq və təşkilatçılıq bacarıqlarını
nümayiş etdirməyə imkan
yaradır.
Dostları ilə paylaş: